ALP sədri iclası yarımçıq tərk edib, 9 nəfər qurumdan çıxarılıb
Azərbaycan Bu gün Milli Şuranın iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda çıxış edən Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Şuranın üzvü Əvəz Temirxan bildirib ki, Milli Şura daxili düşmənçiliyə üstünlük verir. Buna görə də, ALP sədri Milli Şuranın tərkibindən çıxır. O, çıxışından sonra yarımçıq iclası tərk edib.
İclasda çıxış edən Cəmil Həsənli bildirib ki, Milli Şura istefa verən şəxslər barədə müzakirə aparmaq niyyətində deyil. İclasda yalnız istefa müzakirəyə qoyulur və bununla bağlı müvafiq qərar qəbul olunur.
Xatırladaq ki, daha əvvək ALP lideri Lalə Şövkət də Milli Şuranın istefa vermişdi.
Bundan əlavə 9 nəfər MŞ-dan çıxarılıb. Onlardan 7 nəfər qurumdan istefa ərizəsi yazdıqları üçün, 2 nəfər isə qurumun sessiyalarında iştirak etmədiyi üçün üzvlükdən kənarlaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?