GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Hesab edirik ki, bələdiyyə, parlament və prezident seçkilərinin hər birində iştirakı vacibdir”

“Hesab edirik ki, bələdiyyə, parlament və prezident seçkilərinin hər birində iştirakı vacibdir”

Tarix: 14-03-2014, 12:24 Bölmə :Müsahibə Baxış: 967
“Hesab edirik ki, bələdiyyə, parlament və prezident seçkilərinin hər birində iştirakı vacibdir”
Eldar Namazov:
“Bu üç prinsipin əsasında qurulacaq:
millilik, dövlətçilik və demokratiya”


Martın 12-də “El” Hərəkatının elan olunmasının bir ili tamam oldu. Yarandığı qısa müddət ərzində Azərbaycan siyasətində özünəməxsus yer tutan “El” Hərəkatı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı şəkildə qəbul olunub. Son prezident seçkiləri də göstərdi ki, bu hərəkat müxalifət düşərgəsində özünəməxsus yeri və çəkisi var. Artıq “El” özünün qurultayını keçirməyi planlaşdırır. Bu məqsədlə Təşkilat Komitəsi yaradılıb və ciddi hazırlıq işləri aparılır. Hərəkatın yaranmasının birinci il dönümündə “El”in lideri, tanınmış ictimai siyasi xadim Eldar Namazov suallarımıza cavab verib.

- Eldar müəllim, martın 12-də “El” Hərəkatının Azərbaycan cəmiyyətinə təqdim olunmasından bir il keçir. Bir il ərzində keçilən yolu necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi “El” Hərəkatının təqdimatından bir il keçir. Ötən il martın 12-də biz bu təşəbbüsü cəmiyyətə təqdim etdik. O zaman bu təşəbbüsümüz cəmiyyətdə böyük əks-səda doğurdu. Biz Bakı şəhərində, eləcədə Sumqayıtda, Gəncədə və Azərbaycanın 35 rayonunda yerli özəkləri yaratdıq, cəmiyyətdə tanınan insanlar bu ideya ətrafında birləşdi. “El” Hərəkatını cəmiyyətə təqdim etdikdən 17 gün sonra bizim mərkəzi ofisimizi əlimizdən aldılar, on gün sonra biz öz üzvümüzün mülkiyyətində olan ofisi götürdük, amma orada da işləməyimizə imkan vermədilər. Bir neçə aydan sonra isə Baş Prokurorluqda bizə qarşı iş qaldırdılar, az qala “El” Hərəkatının rəhbərliyini Bakıda ixtişaşlar “törətməkdə” ittiham edirdilər. Bu gülünc iddia ilə əlaqədar rəhbərlikdə təmsil olunan şəxsləri prokurorluqda dindirirdilər. Əslinə qalsa, artıq ötən il siyasi qurumun yaradılması ilə əlaqədar qanunda nəzərdə tutulandan bir neçə dəfə çox insanları toplaya bilmişdik və bir neçə siyasi qurum belə elan etmək mümkün idi. Amma Milli Şuranın yaranması, seçki prosesi və “El”in təşkilatı işlərinə qarşı hakimiyyətin sərt addımları bu prosesi başa çatdırmağa imkan vermədi.
- Hazırda qurultayla bağlı hansı yeniliklər var, bu istiqamətdə işlər aparılırmı?
- Qeyd edim ki, iki ay əvvəl hərəkatın İdarə Heyətinin qərarı ilə Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi yaradılıb. Qanunvericiliyə uyğun olaraq Təşkilat Komitəsi elan olunduğu üçün hərəkatın bütün digər strukturlarının fəaliyyətinə xitam verilib. Jurnalist dostlarımızın diqqətinə çatdırım ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldığı üçün artıq “El” Hərəkatının sədri, müavinləri kimi anlayışların yazılması doğru deyil. Yaxın gələcəkdə qurultay keçiriləcək və qanunla nəzərdə tutulan legitim strukturlar formalaşdırılacaq. Biz qanunda nəzərdə tutulan tələblərə uyğun olaraq və ondan da artıq üzvümüzün olmasına baxmayaraq qurultayın keçirilməsində tələsik qərar vermirik. Çünki ötənil proses sürətlə gedirdi, biz bu təşəbbüsü elan etdikdən sonra hərəkata böyük axın başladı. İndi bizim üçün önəmlisi “El”in dəqiq ölçülüb-biçilən ideoloji xətti, proqram sənədləri, siyasi və ideoloji tərəfləridir. Odur ki, biz bu məsələlərin üzərində işləyərək həm siyasi, həm də ideoloji proqramla qurultaya hazırlıq işlərini qurmaq niyyətindəyik. Bu istiqamətdə çox ciddi müzakirələr keçirilir və işlər görülür.
- Maraqlıdır, hərəkatın ideoloji xətti nədən ibarət olacaq?
- Bu üç prinsipin əsasında qurulacaq: millilik, dövlətçilik və demokratiya. “El”in əsas xüsusiyyətindən biri, bu qurumda bütün təbəqələrin nümayəndələrinin iştirakıdır. Məsələn, burada islahatçı qüvvələr, demokratik qüvvələr, milli azadlıq hərəkatında fəal rol oynayan insanların, eyni zamanda ziyalıların, milli azlıqların, inanclı insanların və gənclərin təmsilçiliyi mövcuddur. Bu indi də ana xətt kimi qalır. Bu arada xüsusilə qeyd edim ki, ideoloji və proqram sənədlər hazırlayarkən biz özümüz üçün qırmızı xətləri də müəyyən etmişik: dünyəvi dövlət prinsipi, Azərbaycanın ərazi bütövlüyü, suverenleyi və digər vacib qırmızı xətlər var ki, biz bunun üzərində bütün təbəqələrlə işimizi qurmaq əzmindəyik. Bu prosesi səbir və təkminlə apararaq elə qurultay keçirmək istəyirik ki, onun cəmyyətdə ki, rezonansı ötən il təşəbbüs irəli sürərkən cəmiyyətə verdiyi rezonansdan daha böyük olsun.
- Ötən il “El” Hərəkatı elan olunandan az sonra sizə qarşı ciddi təzyiqlər baş verdi, ofisdən çıxarıldınız, bəzi üzvlərinizin özü, bəzilərinin övladları işdən çıxarıldı. Bu təzyiqlər indi də varmı?
- Hesab edirəm ki, bu təkcə “El”lə bağlı məsələ deyil. Azərbaycanda yeni bir hərəkat və ya yeni qüvvənin meydana gəlməsi imkanı olursa və bu proses uğurla gedirsə, hər dəfə ona qarşı ciddi təzyiqlər olur. Son illərdə mən bu halla bağlı üç məqamı göstərə bilərəm. Respublikaçı Alternativ (REAL) Hərəkatı yeni qüvvə kimi meydana çıxaraq formalaşdı və fəaliyyətini qururdu. Ancaq REAL-ın lideri İlqar Məmmədovu heç bir əsas olmadan həbs etdilər. İndi onun məhkəmə prosesi başa çatmaq üzrədir. NİDA Gənclər Təşkilatı da yeni və enerjili qüvvə kimi meydana çıxdı. Artıq sizdə bilirsiniz ki, NİDA-ya ciddi təzyiqlər oldu, onun rəhbərliyində təmsil olunan bir neçə şəxs həbsə atıldı. Biz də “El” Hərəkatı olaraq bu təzyiqləri yaşadıq. Hakimiyyət bizə cəmi 17 gün normal fəaliyyət göstərməyə imkan verdi. Bunun ardınca ofisdən çıxarıldıq, prokurorluqda dindirildik, üzvlərimizin bəziləri, ya da qohum-əqrəbaları işdən çıxarıldı və s. Bütün bunlar göstərir ki, yeni qüvvənin meydana gəlməsi daha böyük maneə və təzyiqlərlə qarşılanır. Amma buna baxmayaraq, biz “mənə nəyə icazə verirlər” deyil, “mən bu millət üçün nə edə bilərəm” prinsipi əsasında fəaliyyət göstərməyi düzgün sayırıq. Ona görə də, gələcəkdə belə təzyiqlərin olub-olmayacağından asılı olmayaraq öz işimizi davam etdirəcəyik.
- Artıq 2013-cü il prezident seçkiləri başa çatıb. İndi bəzi partiyalar bələdiyyə seçkilərinə hazırlaşır, bəzi partiyalar isə prioritet kimi 2015-ci il parlament seçkilərini hədəfləyir. Bəs “El”in yaxın iki il üçün əsas fəaliyyət istiqaməti nədən ibarət olacaq, seçkilər haqda nə düşünürsünüz?
- Biz hesab edirik ki, hər bir seçki önəmlidir. Azərbaycanda adətən cəmiyyətin diqqəti daha çox prezident seçkilərinə yönəlir. Bundan bir qədər az diqqət isə parlament seçkilərinə yönəlir. Bələdiyyə seçkilərinə maraq isə o qədər də böyük olmur. Biz əslində bunu yanlış hesab edirik. Hər üç seçkini önəmli və vacib sayırıq. Ümumiyyətlə, bizim yanaşmamız odur ki, “El” elektoral qurum kimi formalaşmalıdır. Yəni seçki kompaniyalarını uğurla həyata keçirmək baxımından onun bütün strukturları formalaşmalıdır. Bu işi daha çox məntəqə və seçki dairələri üzrə qurmaq lazımdır. Əsas yük də, burada formal olaraq insanların sayına deyil, güclü ideoloji və siyasi proqramların təbliğinə, seçki kompaniyasını təşkil edə biləcək yerli strukturların üzərində olmalıdır. Ən böyük siyasi, hərbi və iqtisadi gücə malik dövlət ABŞ-dır. Ancaq orada aparıcı iki partiyanın heç formal üzvlük məsələsi yoxdur. Əgər siz soruşsanız ki, Demokrat və ya Respublikaçılar partiyalarının nə qədər üzvü var, cavab alacaqsınız ki, insanlar seçkidə bizə nə qədər səs veriblərsə, bir o qədər də üzvümüz var. Yəni əsas məsələ görülən işlərin təbliği, bunun cəmiyyətə çatdırılması və bu işi görə biləcək mərkəzi və yerli strukturların mövcudluğundadır. Odur ki, biz hesab edirik ki, bələdiyyə, parlament və prezident seçkilərinin hər birində iştirakı vacibdir. Bu zaman əsas iş uğurlu seçki kompaniyası aparıb cəmiyyətə öz proqram və təkliflərini uğurlu şəkildə çatdırmaq və seçiciləri bu ideyaya inandırmaqdır.
- “El” Hərəkatının fəaliyyətinin bir ili tamam olur. Sizin neçə rayon təşkilatınız var, strukturlaşma prosesi davam edir, yoxsa başa çatdırmısınız?
- Əslində mən yuxarıda qeyd etdim ki, biz bu təşəbbüsümüzü elan etdikdən qısa müddət sonra bir deyil, bir neçə siyasi qurumu təsis edə bilərdik. Çünki üzvlərimiz və tərəfdarlarımız qanunda nəzərdə tutulan saydan çox idi. Odur ki, bu məsələdə bizim xüsusi narahatçılığımız yoxdur. Elə rayonlarımız var idi ki, orada bizim xəbərimiz olmadan iki-üç təşəbbüs qrupu yaradılmışdı. Sonradan biz onların fəaliyyətini uzlaşdırmağa çalışırdıq. Əslində bu proses daha çox aşağıdan gedirdi, insanlar özü bu işə qoşulurdu. Yeri gəlmişkən, mən təşkilati işlərin lazımı səviyyədə gördüyü üçün Köçəri Nağıbəyliyə Zəfər Quliyevə və digər dostlara öz təşəkkürümü ifadə edirəm.
- Eldar bəy, yaxın gələcək üçün hərəkatın fəaliyyət istiqaməti ancaq qeyd etdiklərinizdən ibarət olacaq, yoxsa başqa ideyalar da həyata keçirməyi düşünürsünüz?
- Təşkilat Komitəsinin işinin səmərəli və effektiv qurulması üçün biz cəmiyyəti narahat edən aktual məsələlərlə bağlı pilot layihələr də həyata keçirməyi nəzərdə tuturuq. Bu əsasən Dağlıq Qarabağ problemi ilə bağlı, xarici siyasət və milli təhlükəsizlik , eləcədə də səhiyyə sistemi, təhsil sistemi, gənclər siyasəti və digər mövzularda layihələr həyata keçirməklə bağlıdır. Artıq bulayihələrdən ikisini işə salmışıq və nəticələrdən də çox razıyıq. Digər layihələri də addım-addım həyata keçirəcəyik.Vaxtı ilə mənim rəhbərliyim altında Strateji və Beynaxlalq Tədqiqatlar Mərkəzi fəaliyət qöstərirdi, onun əməkdaşları indi müxtəlif sahələrdə tanınmış liderlərdir, planımızda bu mərkəzin işini bərpa etmək də durur. Bu bizə imkan verir ki, həm cəmiyyətlə yaxından təmas quraq, həmdə bu problemlərin həlli ilə bağlı cəmiyyətin fikirlərini öyrənək. Bütün bunlar həm də ideoloji və siyasi sənədlərin hazırlanmasında nəzərə alınacaq.
- Sizin Avropa və Amerikaya səfərə gedəcəyiniz haqda informasiyalar səslənirdi. Belə bir səfər planlaşdırırsınızmı?
- Bu səfərlərlə bağlı hazırlıq işləri demək olar ki, başa çatıb. Yaxın zamanlarda həm Avropaya, həm də ABŞ-a səfərlər olacaq. İndi sadəcə olaraq səfərlərin dəqiq tarixləri müəyyən olunur.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • Eldar Namazov namizəd olmağa qərar verib

    Eldar Namazov namizəd olmağa qərar verib ...

    9-04-2013, 10:09

  • 
  • Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ görüş

    Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ ...

    7-01-2014, 14:17

  • 
  • “Eldar Namazov Milli Şuradan getmir, əksinə...”

    “Eldar Namazov Milli Şuradan getmir, əksinə...” ...

    10-01-2014, 12:09

  • 
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu