GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qarabağ əlilləri qapılarda qalıb" - MÜSAHİBƏ

“Qarabağ əlilləri qapılarda qalıb" - MÜSAHİBƏ

Tarix: 15-08-2014, 15:25 Bölmə :Müsahibə Baxış: 0
“Qarabağ əlilləri qapılarda qalıb" - MÜSAHİBƏ


“Əvvəllər problemlərimiz daha çox idi. Prezident İlham Əliyevə əsas 5 problemlə bağlı müraciət etdikdən sonra müəyyən mənada onlardan bəziləri həllini tapdı. Biz dövlət başçısından çox razıyıq. Amma problemlərin hamısı birbaşa Prezidentdən asılı deyil. Bu mənada Milli Məclisdən çox narazıyıq”.
Lent.az-ın məlumatına görə, bunu modern.az-a açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib.
“Kommunal güzəştlər ləğv olunandan sonra Qarabağ əlillərinə müəyyən qədər kompensasiya verilir. İstəyirik ki, əlillərə kommunal xidmətlərə görə müəyyən limitlər verilsin. Bu Milli Məclisdə baxılası məsələdir, amma həll olunmamış qalıb. Qarabağ Qaziləri Birliyi uzun müddət əvvəl parlamentə müraciət etsə də, elə bil o müraciət dəryada batıb”.
R. Kərimoğlunun sözlərinə görə, Qarabağ əlillərinə sığortapulu ödənilməlidir. “Bununla Şəhid Ailələri Cəmiyyətinin sədri Almaz Zeynalova neçə vaxtdır məşğuldur. İş gedib Konstitusiya Məhkəməsinə çıxıb. Hətta Konstitusiya Məhkəməsi də bu pulların ödənilməsi üçün qərar verib. Yalnız Milli Məclisdə hansısa qaydanın müəyyənləşməsi qalıb. Di gəl neçə vaxtdır Milli Məclis bu işi həll etmir”.
“Səhiyyə Nazirliyi Qarabağ əlillərini saymır”
Jurnalist Səhiyyə Nazirliyinin də fəaliyyətindən narazılıq edib. “Qarabağ əlillərinin müalicəsi ilə bağlı çox ciddi problemlər var. Hazırda Qəbələdə Qarabağ əlili olan Pərviz Əhmədov hepaptit C virusundan əziyyət çəkir. Sağ olsun nazir Kəmaləddin Heydərov da onu qəbul etdi. Amma səhiyyə nazirindən səs çıxmır. 25 yaşında ayağını itirənlərin bu gün 50 yaşı var, onların yeni xəstəlikləri meydana çıxıb. Xəstəxanaya müraciət edirsən, hər şey pulludur. Əlillərə pulsuz verilən dərmanlar ancaq ucuz dərmanlardır. Əsas dərmanların əksəriyyəti bahalıdır ki, onları da almağa imkan çatmır. Hətta bir Qarabağ əlilini xəstəxanaya yerləşdirmək üçün veteran dostları öz aralarında 450 manat pul yığıb, onu xəstəxanaya yerləşdirdilər. Niyə? Axı bunları Səhiyyə Nazirliyi etməlidir. Sonra da deyirlər ki, əlillər özünü yandırır...”.
Bir neçə il əvvəl Fizuli adlı qazi dostumuzu xəstəxanada o qədər get-gələ saldılar ki, “Semaşko”da damarını kəsib özünü öldürmüşdü. Xəstəxanalarda əlillərə olan münasibət tibbi personalın insafına qalıb. 180 adda dərman verilməsi nəzərdə tutulsa da, onlar hamısı zəif, ucuz preparatlardır. Oqtay Şirəliyevdən narazıyıq, bu adam dövlətin Qarabağ əlilləri ilə bağlı siyasətinə mane olur, onun üzərinə kölgə salır”.
“Bizi dinləyən Səlim Müslümovla Əli Əhmədovdur”
“Baş nazirin müavini Əli Əhmədovla, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovla görüşüb problemlərimizi onlara çatdırmışıq. Hər ikisinə minnətdarıq, onlar bizi çox gözəl başa düşür, anlayır və kömək etməyə çalışırlar. Səlim Müslümov yeganə nazirdir ki, öz sahəsinə aid olmayan problemlərin həllində də bizə kömək edir. Amma təhsillə bağlı yaranan problemdə nazir Mikayıl Cabbarov bizə kömək edə bilmir, əlacımız kəsilib yenə Səlim Müslümova müraciət etdik. Niyə belə olmalıdır ki?!”.
Rey Kərimoğlu şəhid övladlarından təhsilhaqqı tələb edilməsindən də danışıb:

“Bu ili mart ayının 18-də prezident Qarabağ əlillərinin övladlarının təhsil haqlarının dövlət tərəfində ödənilməsi ilə bağlı sərəncam imzaladı. Amma Gəncə Dövlət Universiteti, Kooperasiya Universiteti, İqtisad Universiteti və bir sıra kolleclərdə təhsil alan tələbələrin ailələrindən təkcə iki gündə 65 şikayət zəngi qəbul etmişik. “Prezidentin sərəncamından xəbərimiz yoxdur” deyib, onlardan təhsilhaqqı tələb edirlər. Təhsil nazirinin şöbə müdiri ilə yenicə telefon danışığımız olub. Məlumatı ona bildirəndə təəccüblənib ki, belə şey ola bilməz. Prezidentin sərəncamına riayət etmək hamının borcudur. Gəncə Dövlət Universitetindən dedilər ki, “sərəncam çıxan vaxt başımız qarışıq olub, xəbərimiz yoxdur”. Belə çıxır ki, biz bütün təhsil müəssisələrinə yenidən sərəncam göndərməliyik?!
Bildiyiniz kimi, təhsilhaqqından azad olmaq üçün tələbənin valideyninin şəxsiyyət vəsiqəsinin surəti və əlillik vəsiqəsinin surəti lazım olur. Onu da işin içərisinə tikib Təhsil Nazirliyinə, oradan isə Nazirlər Kabinetinə göndərməlidirlər. Nazirlər Kabineti də bunun üçün vəsait ayırır. Daha bir problem budur ki, vəfat edən əlilin övladını təhsilhaqqından azad etmirlər ki, sənin atan ölüb, qanun yaşayan əlillərə aid edilir. Bu nə biabırçılıqdır?! Sərəncamı anlamırlar, başa düşmürlər, başa düşmək istəmirlər”.
“Telviziyalar bizə görə “başını ağrıtmaq” istəmir”
Qarabağ əlili mühaibə insanlarının vəziyyəti barədə narazılığını belə davam etdirib: “Televiziyalarımız bizə çox biganədir. Kimə müraciət ediriksə, bizi dinləmir. “Başımızı ağrıtmaq istəmirik” deyirlər. Bizim əsas istəyimiz Qarabağ əlillərinin problemləri ilə məşğul olacaq bir birgə komissiyanın yaradılmasıdır. Bu istəyimizə də yenə də Səlim Müslümov reaksiya verdi. O da hələ ləngiyir. Komissiya olsa, problemlər dərhal orada müzakirə edilər və həll olunardı. Belə nəzərdə tutulmuşdu ki, orada nazir müavinləri, eyni zamanda əlil, şəhid ailələri və veteran birliklərinin nümayəndələri təmsil olunsun. Heç olmasa ayda bir dəfə yığışsınlar. Dərdimizi izah edə bilmirik. Qarabağ əlili Firudun Məmmədov 2 gözünü itirib. Bu adam əlillərin problemlərindən ötrü piyada, avtobusla, metroyla xəstəxanalara gedir. Qarabağ Qazilər Birliyinin rəhbərliyi imkan daxilində əlindən gələni edir. Amma gücümüz azdır, vəsaitimiz yoxdur. Nərimanov rayonunda Vahid adlı Qarabağ əlililini evindən çıxararaq küçəyə atıblar, baxan yoxdur. İmkanlı biri pulunu məhkəməyə verib onu çölə atdırıb. Bir sözlə, Qarabağ əlilləri qapılarda qalıb. Hər yeni verilən sərəncamı biz yenidən bütün orqanlara təqdim etmək məcburiyyətində qalırıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qarabağ əlilləri aksiya keçirib: «20 ildir ki, pulumuzu ödəmirlər» [Fotolar]

    Qarabağ əlilləri aksiya keçirib: «20 ildir ki, ...

    28-11-2014, 22:09

  • 
  • Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil təqdim edildi

    Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ...

    28-05-2020, 16:34

  • 
  • “Musa Quliyev düz danışmır” - Qazilərdən “qanpulu” açıqlamasına reaksiya

    “Musa Quliyev düz danışmır” - Qazilərdən ...

    12-03-2015, 00:39

  • 
  • Qarabağ Qazisi çarəsiz durumda qalıb... - Prezidentə müraciət olundu

    Qarabağ Qazisi çarəsiz durumda qalıb... - ...

    21-01-2021, 11:46

  • 
  • "İcra başçısı 15 nəfər Qarabağ əlilinin çörəyini kəsib" - GİLEY

    "İcra başçısı 15 nəfər Qarabağ əlilinin ...

    4-12-2018, 16:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu