GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Musa Quliyev düz danışmır” - Qazilərdən “qanpulu” açıqlamasına reaksiya

“Musa Quliyev düz danışmır” - Qazilərdən “qanpulu” açıqlamasına reaksiya

Tarix: 12-03-2015, 00:39 Bölmə :Ölkə Baxış: 0
“Musa Quliyev düz danışmır” - Qazilərdən “qanpulu” açıqlamasına reaksiya

Xəbər verildiyi kimi, millət vəkili Musa Quliyev şəhid ailələrinə və müharibə əlillərinə ödənilməli olan sığorta pulu ilə bağlı APA informasiya agentliyinə açıqlama verib. O, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla şəhid ailələrinə və müharibə əlillərinə çatacaq sığortanı almamaqda bu insanları günahlandırıb. Bir çox məqamlara toxunan M.Quliyev əslində onsuz da qəlizləşdirilib bu həddə çatdırılan məsələni bir az da qəlizləşdirib. Məsələ ilə bağı “Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədovun, “Vətən Müharibəsi Əlilləri” Birliyinin sədri Firudin Məmmədovun və “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovanın fikirlərini öyrəndik.

“Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədov: “Bu məsələ çox hörmətli doktur Musa müəllimin biləcəyi bir iş deyil. Ortada Azərbaycan dövləti adından Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli konkret qərarı var. Həmin qərarda da konkret yazılıb ki, bu vəsait ödənilsin! Və bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə də göndərib. Konkret məbləğə və onun ödənilməsinə gəldikdə isə, Şəhid ailələrinin, Qarabağ əlillərinin əllərində yüzlərlə rayon və daha ondan sonrakı məhkəmə orqanlarının qərarları var ki, bu məbləğ - özü də 2006-cı ildən sonrakı məbləğ - “Azərsığorta” Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməlidir. Konstitusiya məhkəməsi də bu qərarlardan çıxış edərək sözügedən qərarı verib. Konstitusiya Məhkəməsinin qərarının lap son bənddə də yazılıb ki: “Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”. Belə çıxır ki, Musa doktor, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına hörmət etmir. Hörmətli doktorumuza bu qərarın ana səhifəsindəki hissəsini - müzakirələrdə hüquq sahəsi üzrə hansı professorların, alimlərin, filosofların iştirak etdiyini - diqqətlə oxumağı da tövsiyə edirəm. Şəhidin balasına çatacaq pulu uzun illərdir verməmək bir yana qalsın, hələ bir bunun günahını da o insanların üzərinə atmaq, o tərəfə-bu tərəfə çəkib oyun oynamaq heç də yaxşı iş deyil. Sadəcə, ayıbdır!”.

“Vətən Müharibəsi Əlilləri” Birliyinin sədri Firudin Məmmədov:
“Musa Quliyev düz danışmır. O, bir neçə məqama toxunub, hamısı da yanlışdır. Əsas qanun 1997-ci ilin may ayında qəbul edilib. Və qanunda sığorta hadisəsi baş verən andan sonra üç il müddətinə müraciət edilməlidir tələbi qoyulub. Deməli, 1991-1994-cü illərə qədər şəhid olan və ya yaralananlar faktiki olaraq bu qanunla kənarda qoyulurdu. Kim müraciət edirdi, deyirdilər ki, qanun yol vermir. Bu ciddi səhv yalnız 2013-cü ildə aradan qalxıb. Elə o vaxtdan da Şəhid ailələri, Qarabağ əlilləri müraciət etməyə başlayıb. Fikir verin, qanunda yanlışlıq edib, əslində o illərdən bəri sosial sahədə çalışan və bir dəfə də olsun bunu qaldırmayan bir adam deyir bu sözləri. Əslində sığorta şirkəti bu günə qədər məhz 1997-ci ildəki həmin qanunu bəhanə edərək pulu ödəməkdən yayınıb, onlar zatən heç bir halda 2013-cü ildəki dəyişikliyə istinad etməyib. Bununla bağlı yüzlərlə məhkəmə qərarı fakt kimi əlimizdədir. Özü də əlimizdə olan məhkəmə qərarlarında konkret yazılıb ki, Şəhid ailəsinə 11 min manat, dərəcələrindən asılı olaraq isə Qarabağ əlillərinə 8.800, 6.600, 4.400 manat ödənilməlidir. Və Konstitusiya Məhkəməsi də bu məhkəmə qərarlarını müzakirə edərək 28 yanvar 2014-cü il tarixli qərarını verib. O ki, qaldı təkrar alanlara, bu sadəcə, mümkün deyil. Çünki arxiv var. Zəhmət çəkib, araşdırsınlar. Kim alıb, onlara təkrar verilməsin.

Vaxtında bu vəsaiti almamaqda Şəhid ailəsinin və ya Qarabağ əlilinin heç bir günahı yoxdur. Çünki biz heç o zaman sığortalanmağımızdan xəbərsiz idik axı. Burada əsas günahkarlar dövlət orqanları - hərbi komissarlıqlar və sığorta idarəsidir. Onlar bu işləri vaxtında həyata keçirməliydilər. Bir ciddi səbəb isə Dağlıq Qarabağın və ətraf rayonların ermənilər tərəfindən işğalı olunması oldu. İşğal nəticəsində müvafiq dövlət orqanlarının işi iflic oldu. Şəhid ailəsini, Qarabağ əlilini dinləyib, problemi həll edəcək qurumların iş rejimi faktiki olaraq iflic olmuşdu. Şəhidlərin və əlillərin böyük bir hissəsinin də məhz işğal altında olan rayonların əhalisi olduğunu da nəzərə almaq lazımdır.

Biz bilirik ki, bu vəsait kifayət qədər ciddi bir rəqəmdir. Və kimlərsə, bu qədər vəsaitin birdən-birə haradan tapılmasını düşünə bilər. Ona görə də təklif edirik ki, bu vəsait Şəhid ailələrinə və Qarabağ əlillərinə hissə-hissə ödənilsin”.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova:
“Hələ fevralın 19-da Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli ilə görüşməli və bu məsələni müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müzakirə etməliydik. Lakin sonradan bu görüş təxirə salındı. İndi də millət vəkili bu cür anlaşılmaz açıqlama verib! Açığı, mən çox təəccübləndim. Çünki Musa müəllim özü şəxsən biz şəhid ailələrini qəbul edərkən demişdi ki, “hələ bu vəsait də Şəhid ailəsinə azdır!” İndi nə baş verdi ki, o, belə bir açıqlama verdi! Çox təəssüflər olsun! Şəhid ailələri böyük ümidlə bu pulu gözəyir!” ("Qaziler.az").
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəhid ailələri piket keçirəcək

    Şəhid ailələri piket keçirəcək ...

    3-12-2013, 08:49

  • 
  • Şəhid olan hərbçilərin ailələrinə 11 min manat pul verilir

    Şəhid olan hərbçilərin ailələrinə 11 min manat ...

    11-02-2014, 12:12

  • 
  • Etimad Əsədov vəfat etdi - Yeniləndi

    Etimad Əsədov vəfat etdi - Yeniləndi ...

    16-10-2018, 10:37

  • 
  • Etimad Əsədov vəfat etdi - Yeniləndi

    Etimad Əsədov vəfat etdi - Yeniləndi ...

    14-10-2018, 10:37

  • 
  • Etimad Əsədov vəfat etdi - Yeniləndi

    Etimad Əsədov vəfat etdi - Yeniləndi ...

    16-10-2018, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu