GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mübariz Qurbanlı ehsan israfçılığından danışdı: “Bizi dəstəkləyirlər...” AÇIQLAMA

Mübariz Qurbanlı ehsan israfçılığından danışdı: “Bizi dəstəkləyirlər...” AÇIQLAMA

Tarix: 4-09-2014, 13:51 Bölmə :Müsahibə Baxış: 970
Azərbaycandakı yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətləri tərəfindən addımlar atılır. Artıq bir neçə rayonda – Sumqayıtda, Füzulidə və Gəncədə icra başçılarının göstərişi ilə yas mərasimlərinə nəzarət edilməsi barədə xəbərlər yayılıb.
Mübariz Qurbanlı ehsan israfçılığından danışdı: “Bizi dəstəkləyirlər...” AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildiriblər ki, insanlar yas mərasimlərinin təşkili ilə bağlı seçimlərində azaddırlar: “Qafqaz Müsəlmanları İdarəsinin bölgələrdəki din xadimləri yalnız tövsiyə işi aparır. Din xadimlərimiz yas mərasimlərinə dəvət aldığı halda gedir. Bizim işimiz Allah kəlamını insanlara çatdırmaqdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə insanlara müraciət edərək, yas mərasimlərində israfçılığa yol verməməyə çağırıb. Və bununla da bağlı yetərli fətvalar, bəyanatlar verilib. İllərdir oturuşmuş qaydalar var. İnsanlar bahalı ehsan süfrəsi açmayanda özlərini vəfat etmiş insanın qarşısında günahkar hesab edirlər. Bizim tərəfimizdən mərhumun kəfənlənməsi, dəfni, cənazə namazının qılınmasına daha çox diqqət ayrılması xahiş olunur. Biz insanları nəyəsə məcbur edə bilmərik. İstəyən verilən tövsiyələrə əməl edəcək, istəməyən etməyəcək. Burda məcburiyyət yoxdur. O ki qaldı icra hakimiyyətlərinin qadağalarına, bu onların öz səlahiyyətindədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lent.az-a açıqlamasında yas mərasimlərində israfçılıq hallarının qarşısını almaq üçün hansısa qanuna ehtiyac olmadığını söyləyib: “Yas mərasimləri ilə bağlı bizim müəyyən etdiyimiz xətt ondan ibarətdir ki, bu mərasimlərdə həddindən çox israfçılığa yol verilməsin. Mərasimlər dini kitabımızda və adət-ənənələrimizdə təsbit olunmuş qaydalara uyğun şəkildə keçirilməlidir. Bildiyiniz kimi, yas mərasimləri indiki şəraitdə hədsiz israfçılıqla müşahidə olunur. Bu isə yolverilməzdir. Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə öz mövqeyini hələ 2009-cu ildə bildirib, hədsiz israfçılığın əleyhinə fətva verib. Yas mərasimlərimiz yalnız və yalnız müəyyən olunmuş qaydalar əsasında təşkil olunmalıdır. Bunun üçün hansısa qanun qəbul etməyə ehtiyac yoxdur. Bu məsələ rayonlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə din xadimləri, ağsaqqallar, ziyalılar tərəfindən izahat, təşviqat, təbliğat yolu ilə həll olunmalıdır. Vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq “Qurani-Kərim”-dən irəli gələn bəzi vəzifələr icra olunmalıdır. Məhəmməd peyğəmbər əleyhissalamın özünün sağlığında müəyyən etdiyi və söylədiyi fikirlər var. Bu fikirlər bütün müsəlman aləminə bəllidir. Bu fikirlərə görə, yas mərasimləri 3 gündən artıq olmamalıdır. Amma zaman-zaman adət-ənənələrdə müəyyən dəyişikliklər baş verib. Onlara nələrsə əlavə olunub. Adət-ənənələr də ehkam deyil. Adət-ənənələr də zamanın tələbinə uyğun olaraq dəyişikliyə məruz qalır. Yas mərasimləri hansısa qanuni çərçivədə deyil, yas mərasimləri milli, dini adət-ənənənin yaratdığı bir mərasimdir. Milli-dini adət-ənənədən irəli gələn məsələdir. Burada insanlar yalnız və yalnız milli, dini adət-ənənələrimizdəki məsələlərə əməl eləməlidir. Bu qanunla tənzimlənmir, bu adət-ənənələr çərçivəsində, tövsiyələr, təşviqat və izahat vasitəsilə öz həllini tapır. Hesab edirəm ki, yas mərasimlərində israfçılıq və digər məsələləri insanlara zamanında izah edə-edə təkamül yolu ilə həll edə biləcəyik”.

Mübariz Qurbanlı rayonlarda icra başçılarının dəbdəbəli mərasimlərə qadağalar qoyulması xəbərinin bu cür təqdim edilməsinin də əleyhinə olduğunu qeyd edib: “Məsələn, mən özüm bəzi rayonlarda olmuşam. Din xadimləri ilə, yerli ziyalılarla görüşmüşəm. Və bu görüşlərin nəticəsində həmin rayonlarda insanlar, vətəndaşlar özləri bu tövsiyələri məqbul hesab edirlər. Qeyd edim ki, dini idarələr, məscidlər bizimlə həmrəylik nümayiş etdirir. Onlar da israfçılığın əleyhinədir. Onlar da bu məsələdə bizimlə birgə dayanıb, burda heç bir fikir ayrılığı yoxdur. Rayonlarda tövsiyələr verilib və bu tövsiyələri də mətbuat qadağa kimi qələmə verir. İcra hakimiyyətləri insanlarla görüşlər keçirərək izahat işi aparır. Mən özüm izahatla bağlı tədbirlərə qatılmışam və orda din xadimləri, ziyalılar və vətəndaşlar iştirak edib. Əksəriyyətin fikri ondan ibarətdir ki, biz yas mərasimlərində israfçılığa yol verməməliyik. Bizə yüzlərlə məktublar daxil olub, bizi dəstəkləyirlər. Rayon icra hakimiyyəti başçıları və xüsusilə orda dini komissiyaların rəhbərləri, həmçinin bizim yerli şöbələrimiz, yerli rəhbərlikdə olan şəxslər izahatla, tövsiyə ilə bunu həll edirlər. Və burda hansısa bir hökmdən söhbət gedə bilməz. İstənilən rayonda keçirilmiş müşavirəyə baxsanız görərsiniz ki, heç bir icra başçısı qadağa tətbiq etmir. Sadəcə, ağsaqqalları yığıb söhbət edirlər və fikir mübadiləsi aparırlar. Məsələn Şəmkirdə, Xaçmazda tədbirlərdə iştirak etmişəm. Sabah Sabunçuda tədbir keçirəcəyik. Gəncədə icra hakimiyyətində tədbir keçirilib, bizi komitənin nümayəndəsi orda iştirak edib. Gəncənin icra başçısı hökm verməyib. Sadəcə insanları yığıb fikir mübadiləsi aparılıb. Amma bəzən mətbuat bunu qadağa kimi təqdim edir. Biz Sumqayıtın icra başçısı Eldar müəllimlə birlikdə dini icma nümayəndələri, ağsaqqallar, ziyalılarla görüşüb söhbət aparmışdıq. Hamı da deyir ki, bunun uzadılması, müxtəlif növ yeməklər verilməsi, süfrələr açılması və sair bunlar bütövlükdə ehsan anlayışıyla üst-üstə düşmür. İnsan ehsan adı altında körpü sala bilər, bulaq tikə bilər, təhsil ocağına yardım göstərə bilər. Yəni, ehsan anlayışını yalnız süfrələrə düzülmüş nemətlərlə eyniləşdirmək doğru deyil. Biz ehsan anlayışını süfrəyə bağlamağın tərəfdarı deyilik. Dinimiz də belə deyir, Qafqaz Müsəlmanları İdarəsi dediyim kimi bunu vaxtilə deyib. Bəzi mətbuat orqanları isə burda ziddiyyət axtarmaq istəyir. Heç bir ziddiyyət yoxdur. Yerlərdə olan axundlar fikirlərini bildirirlər. Bunu qanunla, qərarla, hökmlə həll etmək niyyətində deyil heç kim, bunu ancaq təkamül yolu ilə etmək lazımdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul cəzası

    Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul ...

    8-09-2014, 13:25

  • 
  • Azərbaycanda ilk dəfə: Rüşvət verib ehsan süfrəsi açdılar

    Azərbaycanda ilk dəfə: Rüşvət verib ehsan süfrəsi ...

    16-10-2014, 16:28

  • 
  • Şad xəbər: Dövlət yas mərasimləri üçün menyu hazırlayıb

    Şad xəbər: Dövlət yas mərasimləri üçün menyu ...

    21-08-2014, 12:18

  • 
  • Şeyx: “Şeytan üçün ehsan verirlər”

    Şeyx: “Şeytan üçün ehsan verirlər” ...

    23-10-2014, 12:44

  • 
  • Bələdiyyə pendir-çörəyə görə yas mərasimi dağıtmaq istəyir - ŞƏMKİRDƏ

    Bələdiyyə pendir-çörəyə görə yas mərasimi ...

    6-09-2014, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu