Bu barədə jurnalist Aynur Elgünəş Bizimyol.info saytına məlumat verib.
Onun bildirdiyinə görə, Şəmkir rayon Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimlərinin birində insident yaşanıb. Belə ki, yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyir. "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlının açıqlamasını xatırladıram. O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verilməməlidir. Amma deməyib ki, pendir, çörəyi də yığışdırmaq lazımdır. O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verməmək tövsiyyə xarakterlidir. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək."
Jurnalistin az öncə verdiyi məlumata görə isə rəhmətə gedən Müsavat partiyasının Şəmkir rayon şöbəsinin sədridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?