GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Azərbaycan elminin başında elmsiz adamlar dayanıb”

“Azərbaycan elminin başında elmsiz adamlar dayanıb”

Tarix: 3-11-2014, 22:42 Bölmə :Müsahibə Baxış: 1 379
“Ölkədə elmsiz, məntiqsiz idarəetmə mövcuddur”
“Əsl alimlər sevinməlidirlər ki, onların repressiyası başlamayıb”

“Azərbaycan elminin başında elmsiz adamlar dayanıb”

“Qərb-Azərbaycan əməkdaşlığı hakimiyyətin qorunmasına xidmət edir”

“Bələdiyyə seçkilərində partiya olaraq iştirak etməyəcəyik”

Mirmahmud Mirəlioğlu: “Ölkədəki bütün problemlərin səbəbkarını hər kəs xorla söyləyir...”

KXCP sədri Mirmahmud Mirəlioğlu ölkədəki son siyasi proseslərlə bağlı Moderator.az saytı və "Hürriyyət" qəzetinə müsahibə verib.

-Mirmahmud bəy, son vaxtlar Azərbaycandakı siyasi məhbus problemi, təzyiq və repressiyalarla bağlı beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin yetkililəri tərəfindən ciddi bəyanatlar verilməkdədir. Sizcə bu bəyanatlar hakimiyyətin bu məsələdəki mövqeyinə az və ya çox dərəcədə təsir göstərə bilibmi?

-Dəyişiklik təbii ki, yalnız sözdədir. Baş verən proseslər göstərdi ki, Azərbaycan hakimiyyətinə doğrudan da heç nə təsir etmir. Nəticə də ortadadır. Ona görə təsir etmir ki, Azərbaycanla Qərb dövlətləri, Avropa dövlətləri arasında bir əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıqda da demokratiya heç də ilk yerdə deyil. ABŞ və Avropa ilə bu əməkdaşlıq iqtisadi, təhlükəsizlik və s. sahələri əhatə edir. Bu əməkdaşlıq ümumilikdə mövcud hakimiyyətin qorunub saxlanılmasına hesablanan bir əməkdaşlıqdır. Buna görə də demokratik inkişaf, siyasi məhbus problemi və s.kimi məsələlər elə də ciddi əhəmiyyət kəsb etmir və Azərbaycan hakimiyyəti üçün önəm daşımır. Ən yaxşı halda Qərb bu məsələlərlə bağlı hansısa sözlər, bəyanatlar səsləndirir və bununla da hər şey bitir. Problem isə həll edilməmiş qalır.

-Həm hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əli Gülalıyev, həm də Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə bağlı məhkəmə hökmü elan edildi. Hökmdən sonra E.Quliyev etiraf etdi ki, o da, ictimaiyyət də daha ağır cəza gözləyirdi. Maraqlıdır, doğrudanmı artıq elə bir situasiya yetişib ki, günahsız insanlar gözləntilərindən daha az cəza alanda sevinirlər?

-Eldəniz bəyin açıqlaması sevinc açıqlaması deyil. Onun gözləntisi Azərbaycan hakimiyyətinin mahiyyətinə uyğun olan bir gözləntidir. Həm Oqtay bəyin övladı, həm də E.Quliyevlə bağlı elan edilən məhkəmə hökmləri, verilən cəzalar Azərbaycan hakimiyyətinin mahiyyətinə, xarakterinə, ənənəvi qəzəbinə uyğun deyil. Buna görə də Eldəniz bəy məsələni bu cür qoyur.

-Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son açıqlamasında ölkədə elmin, təhsilin ağır vəziyyətdə olduğunu, cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin aşındığını vurğuladı. Halbuki, bugünə qədər hakimiyyət bunun tam tərsini iddia edirdi. Sizcə R.Mehdiyevin son açıqlaması ilə bugünə qədərki açıqlamalar arasındakı bu ciddi təzad nə ilə bağlıdır? Necə ola bilər ki, “çiçəklənən” bir ölkə birdən-birə normal kadrdan, təhsildən və düşüncədən malik bir obraza sahiblənsin?

-Şübhəsiz ki, birinci mövqe, yəni “hər şey yaxşıdır, hər şey əladır” mövqeyi hakimiyyətdə hər zaman olub. Hakimiyyət bildirib ki, necə ki ölkədə analoqu olmayan iqtisadi inkişaf var, digər sahələrdə də bu cür inkişaf həyata keçirilir. Halbuki, bu günə qədər ölkədə müxtəlif sahələrin inkişafı ilə bağlı çoxlu fikirlər səsləndirilib, təkliflər verilib. Buna görə də R.Mehdiyevin çıxışını etiraf kimi yox, ağlın məhsulu kimi qiymətləndirmək lazımdır. Bu, bugünə qədər müxalifət tərəfindən deyilən məsələlərin, səslənən fikirlərin çox məntiqli olduğu və hakimiyyət tərəfindən də ağlın hakim olduğunun təsdiqi, göstəricisidir. R.Mehdiyev bir qədər də dərinə gedib. Ona bu çıxışına görə istər-istəməz rəğbət yaranır. O, bütün sahələr üzrə kadr yoxluğuna diqqət çəkir. Son 21 il müddətində nələr olduğunu hər kəs bilir. “N” qədər universitetlər açıldı, onların sayı yağışdan sonrakı göbələk kimi artdı. Bu da bəs eləmədi, yeni yaranan bu universitetlərin saxta diplomları peyda oldu. Bu da kifayət qədər ciddi problemlərə səbəb oldu. Hər tərəfdə saxtakarlıq və s. vardı. Seçki saxtakarlığı, diplom saxtakarlığı, insanların bir-birinin haqqını yeməsi, yalanılıq, oğurluq mövcud idi. Haqqın oğurlanması, səsin oğurlanması, əmlakın oğurlanması, mülkün oğurlanması baş alıb gedirdi. Bu baxımdan hesab edirəm ki, R.Mehdiyevin məsələlərə bu şəkildə yanaşmasını obrazlı desək, ağlın təntənəsi hesab etmək olar. Ağıla hər kəs qulluq etməli, hər kəs ağılla hərəkət etməlidir. Ümumilikdə isə bunu sonun yaxınlaşması kimi də dəyərləndirmək olar.

-Dərsliklərdən tutmuş körpü və yollara, avtomobil plyonkalarının sökülməsindən tutmuş yumurtanın qiymətinin artıb-azalmasına qədər hər yerdə prezidentin adına rast gəlmək mümkündür. Görülən bütün işlərin prezidentin sərəncamı və göstərişi əsasında reallaşdığı bildirilir. Necə hesab edirsiniz, bütün bunlar onu söyləməyə əsas verirmi ki, bu ölkədə hökumət adına işləyən yeganə şəxs ölkə başçısıdır? Əgər həqiqətən də belədirsə, o zaman bütün nazirliklər gərəksiz institutlar kimi buraxılmalı deyilmi?

-Burada kiminsə çox yüksək ağlı görsənir. Ölkədə nə baş verirsə bütün məsələlərin mərkəzində birinci şəxs dayanır. Hətta bunu sənədləşdirərək, yazaraq təsdiqləyirlər. Bunu dərsliklərə, lövhələrə yazaraq göstərirlər. Yəni dərslik əgər bərbad vəziyyətdədirsə, bunun məsuliyyəti İ.Əliyevin üzərindədir. Bunu həmin dərsliyin İ.Əliyevin göstərişi ilə dərc edildiyini yazmaqla özləri təsdiqləyirlər. Burada böyük bir ağıl var ki, o, bütün bu məsələlərdə günahkarı göstərir. Yol gedirik, tıxacdır, tunelin qarşısında lövhədə yazılır ki, bu tunel filan tarixdə filankəsin göstərişi ilə inşa edilib. Yəni əlaqədar qurumun ağlının nəticəsidir ki, demək istəyir ki, mən bu məsələdə günahkar deyiləm, bütün bunların səbəbkarı bir nəfərdir, bu həmin şəxsin adı, soyadı, bu da onun imzası. Bu, hər kəsin, hamının bir araya gəlib səbəbkarı bir yerdə, xorla göstərməsidir. Azərbaycanda dərsliklər bildiyiniz kimi bərbad vəziyyətdədir. Elm bərbad vəziyyətdədir. Bunu hakimiyyətin bəzi nümayəndələri də etiraf edir. Azərbaycanda təhsil elə bir vəziyyətdədir ki, bəzi məmurlar vəziyyətin ağır olduğunu etiraf etməyə məcbur olur. Təhsil işçilərini idarə edənlərin, onlara yol göstərənlərin təhsilə, təlimə, intizama və s-ə heç bir aidiyyatı yoxdur. Onlar qətiyyən bu sahənin adamları deyillər. Ola bilsin ki, onlar öz sahələrində, tutaq ki, alverdı, biznesdə ola bilsin ki, kifayət qədər fəal adamlardır. Bunu biz bilmirik. Bunu bilənlər bilir. Amma təhsil onlarlıq deyil. Azərbaycan mediası, həmkarlarınız fikir verirsinizmi son vaxtlar daha çox nələri göstərir? Daha çox diqqəti quruculuq, abadlıq işlərinə, dövlət qulluğu və s. məsələlərinə cəlb edir. Deməli, hər kəsə yol göstərən çubuq bütün məsələləri idarə edir və göstərir ki, bütün məsuliyyət bir nəfərin üzərindədir. Sizin sualınızda ortaya qoyduğunu fikirlər də maraqlıdır. Lakin mənim mövqeyim belədir.

-KXCP bələdiyyə seçkilərində iştirak edəcəkmi?

-Bizim üzvlərimiz bu seçkilərdə iştirak edəcək. Biz seçkidə partiya olaraq iştirak etməyin tərəfdarı idik. Lakin Azərbaycanda Seçki Məcəlləsi elə bir vəziyyətdədir ki, YAP belə istəsə bu seçkidə iştirak edə bilməz. Baxmayaraq ki, YAP-ın bir qərargahı digər siyasi partiyaların ölkədəki bütün qərargahlarından üstündür. Seçkidə partiyanın iştirakı üçün “n” qədər qovluqlar lazımdır. Partiyanın hər bir fərd üçün qərarı olmalıdır. Notariusda təsdiq edilmiş partiyanın qeydiyyat şəhadətnaməsi, hər bir adam üçün notariusda təsdiq edilmiş nizamnamə lazımdır. Bütün bunları eləmək həm gülünc, həm də qeyri-mümkündür. Odur ki, üzvlərimiz vətəndaş olaraq ərizə verib öz namizədliklərini irəli sürəcəklər. Tələb olunduğu təqdirdə öz siyasi mənsubiyyətlərini də təbii ki, göstərəcəklər. Inşallah bu şəkildə seçkilərdə iştirak edəcəyik.

-Ölkədə elmin vəziyyətinin arzuedilməz olduğu söylənilsə də, elmə ayrılan vəsait hər ötən il bir qədər də azaldılmaqdadır. Elmin gələcəyindən narahat olanların elmə ayrılan vəsaitləri azaltması hansı məntiqlə izah oluna bilər?

-Elmə ayrılan vəsaitləri azaldanların öz məntiqi var. Əgər elmin inkişaf etdirilməsi arzu edilirsə, o zaman alimə, elm adamlarına hörmət və qayğı olmalıdır. Onların istəkləri, maddi təminatları diqqətdə saxlanılmalıdır. Azərbaycanda elmsiz, məntiqsiz bir idarəetmə var. Heç bir sahədən başı çıxmayan adam Azərbaycanda elmin başında dayanır, ən yüksək elmi titulları alır və s. Bunlar hər kəsin açıq-aydın bildiyi məsələlərdir. Buna görə də Azərbaycanda elmin real vəziyyəti acınacaqlıdır. Yəqin ki, bu müsahibədən sonra parlamentdə olan alimlər və ya alimciyəzlər belə buna etiraz edəcək, bu reallığıa başqa cür don geyindirməyə çalışacaqlar. Lakin onlar öz həmkarlarına baxsalar, onların yaşayışları ilə tanış olsalar, əsl mənzərənin nədən ibarət olduğunu görə bilərlər. Əsl alimlər sevinməlidirlər ki, onların repressiası başlamayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu