Cəmil Həsənli: “İnsanların içərisində böyük bir etiraz yığılıb qalıb”
Müsahibimiz görkəmli tarixçi alim və Ziyalılar Forumunun həmtəsisçisi Cəmil Həsənlidir. Cəmil bəylə söhbətimizin əsas qayəsi ölkədə baş verən proseslərlə bağlı oldu...
“Elm tarixində heç kəs akademiyanın üzvü olub-olmamağına görə qalmayıb”
- Cəmil bəy, ilk, bəlkə də yeganə Azərbaycan alimisiniz ki, üçüncü kitabınız ABŞ nüfuzlu tərəfindən çap olunur. Bununla belə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü deyilsiniz, hətta televiziyalarda və bəzi qəzetlərdə bəzi adamlar sizin ziyalılığınızı şübhə altına alır. Sizcə bu ittihamların, sizə qarşı bu deyilənlərin Azərbaycanda etdiyiniz siyasi fəaliyyətinizlə əlaqəsi varmı? - Şübhəsiz var. Bu münasibət mənim üçün mühüm deyil. Gördsüyüm işin faydalılığına inanıramsa, bu yolu gedirəmsə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olub-olmamaqaq heç nəyi dəyişmir. Kimsə akademik, yaxud akadmiyanın müxbir üzvi olduğuna görə əlavə aolaraq artmır. Düzdür, orada müəyyən qədər məvacib məsələsi var. Akademiyanın üzvlərinə əlavə məvaciblər verilir. Əgər bunu mənə vermək istəmirlərsə bunu faciə hesab etmirəm. Elm tarixində heç kəs akademiyanın üzvü olub-olmamağına görə qalmayıb. Elm tarixində qalanlar əsərlərinə, onların sanbalına görə qalıblar. Mən buna da can atmıram. Bunu özümə dərd hesab etmirəm. Bu şeylərə öyrəşmişəm. Gözləmirəm ki, sanki bir möcüzə baş verəcək. Gördüyüm işlər bir alim kimi zöümü üçün, vətənim üçün, Azərbaycan elminin tarixi üçün faydalı hesab edirəm. - Cəmil bəy, siz Azərbaycanda ictimsi-siyasi çəkisi artan məcrada olan Ziyalılar Forumunun aparıcı üzvlərindən birisiniz. Bu forumun bir sıra üzvləri – Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli bir sıra təzyiqlərlə üzləşiblər. Sizcə bu təzyiqlərin araxsında hansı qüvvələr dayanır və onların məramları nədir? - Azərbaycanda qüvvələr elə də çox yerə bölünmür. Əgər biz dəqiq ünvan göstərsək bu təzyiqlərin araxsında şübhəsiz ki, hakimiyyət dayanır. Hakimiyyətin yükəsk postlarında qərar tutan adamlar dayanır. Əlbəttə, burada obyektiv və subyektiv səbəblər də var. Bu, bir tərəfdən Ziyalılar Forumunun ictimai rəydəki yeri, roluyla bağlıdır, digər tərəfdən bu insanların atdığı addımlarla bağlıdır. Mən rüstəm İbrahimbəyova olan təzyiqlərlə Əkrəm Əylisliyə olan təzyiqləri eyniləşdirmək istəməzdim. Şübhəsiz ki, Rüstəm İbrahimbəyov Azərbaycan ictimai firkinin çox tanınmış bir nümayəndəsidir. Bu adamın əsərləri eyni vaxtda yüzə yaxın teatrda gedir. Bu çox böyük göstəricidir. Rüstəm İbarhimbəyovun çəkdiyi filmlər ideya istiqamətinə, modernizm qayəsinə, yenilik ruhuna görə diqqəti cəlb edir. Azərbaycan mədəniyyətinin göstəricilərindən biridir. Bu bütövlükdə Rüstəm İbarhimbəyov rus mədəniyyətinin, hətta mən deyərdim ki, dünya mədəniyyətinin bir nümayəndəsidir. Mədəniyyət tarixinin heç şübhəsiz ki, yaradıcılarından biridir.
“İnsanların mülkiyətinə heç bir təminat yoxdur”
- “Binə” ticarət mərkəzində, ismayıllı da baş verən üsyanı hökumət rəsmiləri kiçik insdentlər kimi təsvir edir. Siz necə düşürsünüz İsmayıllıda baş verən hadisələr Azərbaycan cəmiyyətində hansısa geniş tendensiyalardan xəbər verirmi? - Təkcə yanvar ayını nəzərə alsaq bir-birinin ardınca hadsiələr baş verdi. Əsgərin vəfatıyla bağlı gənclərin şəhərin mərkəzində çox böyük bir aksiya oldu. Bunun ardınca Binə və ismayıllı hadisələri baş verdi. Sonra İsmayıllı olaylarına görə Bakıda həmrəylik mitinqi oldu. Azərbaycanda uzun illər sükunət olmuşdu, bir ay ərzində bu qədər hadisənin olması şübhəsiz diqqət çəkir. Bəzən çox primitiv şəkildə deyirlər ki, kimsə maşını qəzaya uğratdı, kimisi söydü. Biz tarixçiyik, tarixdə hər hansı bir hadisənin təzahür etməsi üçün hansısa bir qığılcım olur. Bu qığılcım həmin hadisələrin baş verməsi üçün yol açır. Burada da belə oldu. Bu təsadüfü baş vermiş hadisə insanların içində hakimiyyətə, əhaliylə hesablaşmaq istəməyən, ona yuxarıdan aşağı baxan, onu adam yerinə qoymayan hissəsinə çox böyük etiraz dalğası baş verdi. Məsələ burasındadır ki, real islahatlar getməsə, iqtisadi idarəçilikdə, siyasi idarəçilikdə ciddi dəyişikliklə baş verməsə bu tipli hadisələrin genişlənməsi lübüddür. Buna nə ad qoyurlarsa qoysunlar. İnsanların içərisində böyük bir etiraz yığılıb qalıb. Bu etiraz çörəyə görə deyil. Bizdə bir misal var. Deyirlər qarnım üçün deyiləm, qədrim üçünəm. İnsanlar hakimiyyət orqanlarında ədalət tapmır, polisində ədalət tapmır, məhkəməsində ədalət tapmır, çörək, iş tapmır. Üstəlik, həqarətli münasibətlərlə qarşılaşır. İnsanların mülkiyətinə heç bir təminat yoxdur. Mülkiyyət azadlığı olmayan yerdə siyasi azadlıq ola bilməz. Konstitutsiya işləmir. İnsanları antikonstitutsion yollarla necə tutmaq, mitinqləri dağıtmaq, insanları necə cəzalandırmaq bu kimi yollar axatrılır. Axı, Konstitusiyanın insalara çox geniş hüquqlar verən maddələri var. Bu maddələr işləmir və bütün bunlar problemlərin üst-üstə gəlməsinə, bunun partlamasına gətirib çıxarır. Mütləq mənada olmalıdır. Bunu istəmiriksə hakimiyyət addımlar atmalıdır. Bu gün Azərbaycan hakimiyyətiylə Azərbaycan xalqı arasında böyük bir məsafə yaranıb. Bu məsafə getdikcə dərinləşə-dərinləşə gedir. Bunu aradan götürmək istiqamətində addımlar atılmalıdır.
“Bakıdan kənar həyat yoxdur”
- Ötən il Qubada iğtişaşlar vüsət alanda siz ABŞ-da idiniz. Bu üsyanın xalq arasında mövcud olan ümumi narazılığın təzahürü kimi dəyərləndirmişdiniz. İsmayıllı hadisələrindən sonra ölkədə baş verə biləcək proseslərin gedişatını necə görürsünüz? Siz gözləyirsinizmi ki, ismayıllı hadisələrindən sonra hökumət nümayəndələri ölkədəki siyasi islahatların vacibliyini dərk etsinlər? - Hesab etmirəm nə Quba, nə İsmayıllı sosial-iqtisai baxımından başqa rayonlardan daha pis vəziyyətdədirlər. Bu rayondan daha pis vəziyyətdə olan rayonlar var. Azərbaycan büdcəsinin formalşamasına diqqət yetirəndə hər şey aydın olur. Təsəvvür edin ki, büdcəyə daxil olmalarının 90%-i Bakınındır, 10%-i isə Bakıdan kənar bütün ölkənindir. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, Bakıdan kənar həyat yoxdur, iş yoxdur. Nəticə etibarı ilə bu bir tərəfdən əhalinin Bakıya, yaxud ölkənin tərk edilməsinə gətirib çıxarır, o biri tərəfdən yerlərdən narazılılqarı artırır. Seçkili orqanlar işləmir. Dünyada bir tendensiya var. Bütün dünyada belə bir meyil var ki, insanlar onları idarə edənləri özlərin seçməsini istəyirlər. Özləri müəyyən eləsinlər ki, onları kim idarə edir. Düzdür, ilk dövrdə burada bir yanlışlıq ola bilər. Ancaq bu insanlar real seçkiylə öz istədiklərini seçəndə o yaxşı işləməyəndə növbəti dəfə seçməzlər. Növbəti dəfə onlara dərs olar. Azərbaycanda getdikcəı seçkili orqanblar məhdudlaşdırılır, inzibati qayda da icra orqanların səlahiyyətləri genişləndirilir. Yəni, təyinatlı vəzifələrin hüquqları genişləndirilir. Bu da öz-özlüyündə zorakılıq meyillərinin artmasına, məmurun harınlığına, rayon daxilində məmurun əhalidən asılı olmamağına gətirib çıxarır. Məmur asılıdır “yuxarı”dan. “Yuxarı”da onu ora təyin edəndə qarşısına vəzifə qoymur ki, get rayonu inkişaf etdir. Qarşıya qoyulan vəzifə budur ki, sabitlik yarat. Azərbaycan hakimiyyəti üçün sabitlik əhalinin susudurulmasından keçir. Əhali daimi olaraq susa bilməz. Bu idarəçilik yanlışdır. Biz bu fikirdəyik ki, daha səmərəli idarəçilik formaları var. Bu idarəçilik formalarından istifadə olunmalıdır, insanların həyatına, canına, mülkünə təhülkəsiz bir münasibət olmalıdır. Nə qədər acınacaqlı olsa da, mən etiraf etməlyəm ki, bizim əhali hüquqi baxımdan Sovet dövründə daha yaxşı müdafiə olunurdu, nəinki müstəqil Azərbaycanda. Bu bir növ müstəqilliyin əhalinin gözündən düşməsinə gətirib çıxarır. Müstəqilliyin ki, bəhrəsini əhali görmür, müstəqillik adı altında bir qrup məmur ölkəni sökmək məqamına salıb ani olaraq vətəndaş düşünür bu müstəqillik ondan ötrü idi ki, məmur gəlib harınlıq eləsin? Müstəqillik milli diriliyin əsas təminatçısıdır, ancaq Azərbaycanı idarə edənlər bunları nəzərə almalıdırlar. Vüsal Hüseynov
Sorğu
Yeni dizaynımız necədir?