GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » EL hərəkatının sədri Eldar Namazov olacaq

EL hərəkatının sədri Eldar Namazov olacaq

Tarix: 17-02-2013, 12:42 Bölmə :Müsahibə Baxış: 1 306
EL hərəkatının sədri Eldar Namazov olacaq

Eldəniz Quliyev:
“Ziyalılar Forumu Azərbaycanda azad, ədalətli, şəffaf,
ləyaqətli seçki keçirilməsini, yalana qarşı həqiqətləri ortaya qoyur”


Azərbaycan Ziyalılar Birliyinin sədri, EL hərəkatı təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev fevralın 12-də “Media forum” saytının suallarını cavablandırıb.
- EL hərəkatının formalaşdırılması prosesi necə gedir? Hərəkat nə zaman elan olunacaq?
- Hərəkatın təsis toplantısını və təqdimat mərasimini fevralın ortalarında keçirməyi nəzərdə tuturduq. Lakin bu mümkün olmadı və təqdimat mərasimi bir qədər ləngiyir. Yazıçı Əkrəm Əylisli ilə bağlı hay-küydə müəyyən zərbələr aldıq. Ona görə də təqdimatı nəzərdə tutduğumuz vaxtda keçirə bilmədik. EL-in qərargah məsələsi həll olunub. Amma məsələ yalnız ofisdə deyil, biz komanda formalaşdırmalıyıq. Bu məsələ ləngiyir. EL hərəkatının təqdimat mərasimini böyük ehtimalla fevralın sonlarında keçirəcəyik.
- Təşkilatlanma işində hansı məsələlər həll olunmayıb?
- EL hərəkatının yerli strukturları 125 seçki dairəsi üzrə yaradılır. Bundan əvvəl isə İdarə Heyətini formalaşdırmalıyıq. Artıq bunu başa çatdırmaq üzrəyik. Hərəkatın Məclisi olacaq.
- İdarə Heyəti neçə nəfərdən ibarət olacaq?
- İndi bunu müəyyənləşdiririk: 9, ya da 11 nəfər nəzərdə tuturuq.
- Orada kimlər təmsil olunacaq?
- Bunu hələlik tam açıqlaya bilmərəm. Amma bir neçə nəfərin adını çəkə bilərəm. Mən və politoloq Eldar Namazov İdarə Heyətində təmsil olunacağıq.
- Keçmiş deputatlar Gültəkin Hacıbəyli, Gülnarə Qurbanova, politoloq Zəfər Quliyev, hüquqşünas Rəşid Hacılı, gənc fəal Rəşad Həsənov, Qərbi Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin sədri Köçəri Nağıbəyli, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu İdarə Heyətində təmsil olunurmu?
- Siz mənə cavabını bildiyiniz sualı verirsiniz.
- Yəni adlarını çəkdiyim şəxslər İdarə Heyətində var?
- Bunu mən demədim, siz söylədiniz. Niyə bu adları mən demədən açıqlayırsınız? Hər halda İdarə Heyəti 9-11 nəfərdən ibarət olacaq. Adlarını çəkdiyiniz insanların da namizədliyi müzakirə olunur.
- Müzakirə etdiyiniz başqa namizədlər də varmı?
- Məni pis vəziyyətə qoymayın. Hətta onu deyə bilərəm ki, İdarə Heyətində təmsil olunacaq 11 nəfərin hamısının namizədliyi təsdiq olunub. Sadəcə, ad çəkmək istəmirəm. EL-in təşəbbüskarlarından olan Rüstəm İbrahimbəyov İdarə Heyətində təmsil olunmayacaq. O, Ziyalılar Forumunun rəhbəridir. Forum EL hərəkatının yaradılmasına təşəbbüs göstərib, xeyir-duasını verib. Ziyalılar Forumu hərəkatda bundan artıq təmsil olunmayacaq.
- Riyaziyyatçı alim, professor Rafiq Əliyev hərəkatda təmsil olunacaqmı?
- Rafiq müəllim də hərəkatı dəstəkləyir. Hərəkatda təmsil olunmaq isə onun öz istəyindən asılıdır.
- Bəs EL hərəkatının sədri kim olacaq?
- Sədri İdarə Heyəti seçəcək. EL hərəkatının sədri Eldar Namazov olacaq. Bunu böyük ehtimalla deyirəm.
- “Əkrəm Əylisi məsələsinə görə zərbə almışıq” deyəndə nəyi nəzərdə tutursunuz?
- Əkrəm Əylisli ilə bağlı gedən müzakirələrdə, hay-küydə yeri gəldi-gəlmədi Ziyalılar Forumunun adını hallandırırlar. İctimai Televiziya Əkrəm Əylisli ilə ona qarşı çıxanların debatını təşkil edir və oradan elan edirlər ki, müzakirələrdə iştirak etmək üçün Ziyalılar Forumuna müraciət etdik, amma heç kim gəlmədi. Əslində isə bu doğru deyil, Ziyalılar Forumundan heç kimi dəvət etməyiblər. Bəzi müstəqil mətbuat orqanları son zamanlar Ziyalılar Forumuna qərəzli yanaşır və bu açıq-aydın görünür. Dövlət qəzetləri də Ziyalılar Forumu haqda palaz-palaz yazılar yazır, Rüstəm İbrahimbəyov, Eldar Namazov, Gültəkin Hacıbəyli haqda əsası olmayan qərəzli informasiyalar yayır. Bütün bunlar onu göstərir ki, hakimiyyət Ziyalılar Forumunu real rəqib kimi görür. Amma onu yaddan çıxarırlar ki, forumun məqsəd və istəyi hakimiyyətə gəlmək deyil. Ziyalılar Forumu Azərbaycanda azad, ədalətli, şəffaf, ləyaqətli seçki keçirilməsini, ölkədəki qanunsuzluqların aradan qaldırılmasını, qüsurların düzəldilməsini, hakimiyyətin idarəetmə ideologiyasındakı boşluqların doldurulmasını istəyir, bunun üçün çalışır, yalana qarşı həqiqətləri ortaya qoyur. Ona görə də hakimiyyət Ziyalılar Forumuna qurşaqdan aşağı zərbə vurmaqdan belə çəkinmir. Əkrəm Əylisli ilə bağlı məsələni də bunun üçün bəhanə edirlər. Bəzi qüvvələr bundan istifadə edib Ziyalılar Forumuna zərbə vurmağa həvəsləniblər, buna cəhd edirlər. Bütün bunlar da birbaşa hakimiyyətdən qaynaqlanır. - Rüstəm İbrhimbəyov hazırda xaricdədir. Onunla əlaqəniz varmı və baş verənləri necə qiymətləndirir?
- Rüstəm İbrahimbəyovla bir neçə gün əvvəl danışmışam. O, baş verənlərdən çox narahat, nigarandır. Dedi ki, Əkrəm Əylisliyə qarşı aparılan sifarişli kampaniya Azərbaycanın imicinə böyük zərbə vurur. Bildirdi ki, Əkrəm Əylisliyə qarşı aparılan sifarişli kampaniya, yazıçının kitablarının kütləvi formada yandırılması ABŞ-da, Avropada böyük rezonans doğurub, Azərbaycanın imicinə ağır zərbə vurub. Mütərəqqi fikirli insan olan Rüstəm İbrahimbəyov bunlardan çox böyük narahatlıq keçirir.
- Azərbaycana nə vaxt qayıdır?
- Dəqiq tarix söyləmədi, amma yaxın vaxtlarda Bakıda olacaq. Hazırda ABŞ-dadır. Oradan Rusiyaya, sonra isə Azərbaycana gələcək.
İmdad ƏLİZADƏ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov

    ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov ...

    27-08-2013, 11:55

  • 
  • Eldar Namazov prezidentliyə namizəd olur – ÖZƏL

    Eldar Namazov prezidentliyə namizəd olur – ÖZƏL ...

    19-08-2013, 13:06

  • 
  • El hərəkatından pul qalmaqalına təkzib gəldi

    El hərəkatından pul qalmaqalına təkzib gəldi ...

    8-05-2013, 18:36

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • Milli Şurada yarıya bölünmüşük” - Eldəniz Quliyev

    Milli Şurada yarıya bölünmüşük” - Eldəniz Quliyev ...

    20-08-2013, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu