GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu o deməkdir ki, Azərbaycanla düşməni xətti seçir və bu məmləkəti itirir”

“Bu o deməkdir ki, Azərbaycanla düşməni xətti seçir və bu məmləkəti itirir”

Tarix: 3-05-2016, 18:23 Bölmə :Müsahibə / GündəmXəbər Baxış: 542
“Bu o deməkdir ki, Azərbaycanla düşməni xətti seçir və bu məmləkəti itirir”

Elxan Mehdiyev: “Ermənilər sübut etmək istəyir ki...”

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyevin cəbhədə baş verən son hadisələr, Azərbaycan-Ermənistan, Rusiya-Azərbaycan-Ermənistan münasibətlərini ehtiva edən müsahibəssini təqdim edirik.

- Elxan bəy, cəbhədə vəziyyət gərgin olaraq qalır, hər gün Ermənistan ordusu Azərbaycan yaşayış məskənlərini atəşə tutur. Aprelin 2-5-də baş verən hərbi əməliyyatlardan sonra erməni tərəfinin bu cür aqressiv hərbi addımlarını necə şərh etmək olar?

-Ermənistan hakimiyyəti 20 ildən çoxdur ki, öz daxili auditoriyasında, habelə xaricdə belə kampaniya aparıb ki, erməni ordusu güclüdür, yenilməzdir, cəbhə xəttində qurulan mühəndis istehkam xətti bərkidilib, bunu yarmaq qeyri mümkündür və s. Yəni özləri haqqında ciddi mif yaradıblar. Dünyada və daxili auditoriya buna inanıb. Erməni hakimiyyəti də elan edib ki, Qarabağı Azərbaycana vermək niyyətində deyil. Bu xəstəlik təkçə erməni siyasi və hərbi rəhbərliyini deyil, bütün erməni xalqını öz ağuşuna alıb. Aprelin 2-5-də isə Azərbaycan ordusu bu mifi darmadağın edib. İndi erməni xalqı ayağa qalxıb deyir ki, bəs siz 20 ildir nağıllar oxuyursunuz, bəs dedikləriniz hanı? Üstəlik xalqa təlqin edilib ki, torpaq güzəşti olmayacaq. İndisə torpaqların geri qaytarılması məsələsi müzakirə edilir. Göründü ki, erməni ordusu zəifdir, onun arsenalında köhnə sovet silahları var. Həm də Dağlıq Qarabağda yaşayan ermənilər 2 aprel hadisələrindən sonra buradan qaçmağa, başqa yerə köçməyə çalışır. Üstəlikdə Ermənistanın özündə vahimə mühiti yaranıb. Ən böyük məsələ odur ki, Ermənistan beynəlxalq dəstəkdən mərhum edilib. Daha vacibi odur ki, erməni tərəfi daima Rusiyadan gözlədiyi dəstəyi almayıb. Rusiya tərəfi də, bu ərazilərin Azərbaycanın hüququ ərazisi olduğunu, bura müdaxilə etməyəcəyini Borduja və digər

rəsmi şəxslərin dili ilə ifadə etmişdi. Lakin Ermənistan hakimiyyəti yenə də düşünürdü ki, biz Rusiyanın vassalıyıq və rus əsgəri gəlib Qarabağda Azərbaycana qarşı vuruşacaq. Demək olar ki, ermənilər özlərinin yaratdığı mifin qurbanı olublar. Odur ki, indi erməni cəmiyyəti şoka düşüb. Bu da, şübhəsiz ki, erməni daxili siyasəti çalxalayacaq. Və bu proses davam edəcək. Baxın, prezident Sərkisiyan müdafiə nazirinin kəşfiyyat üzrə müavinini, avtomatik idarəetmə üzrə müavini-hansı ki, bu şəxs dronlar, kamikadze təyyarələrlə bağlı işlərə rəhbərlik edirdi, eləcədə təchizat üzrə müavini vəzifədən alıb. Bununla da, guya mesaj verilir ki, məhz bu generalların hesabına cəbhədə məğlubiyyət yaşanıb. Ancaq bu əslində ümumi gedən proseslərin nəticəsidir. Hələ ki, Azərbaycan özünün üstünlüyündən çox az istifadə edir və həm də bunu qısa müddətdə etdi. Belə çıxır ki, bu mərhələdə Azərbaycan ordusunun məqsədi daha irəli getmək deyilmiş, daha çox bir zərbə ilə erməni mifini darmadağın etmək olub. İndiki halda bu zərbə qarşı tərəfi elə həddə gətirib ki, onlar panik durumdadır. Onlar hələdə nostalji ilə yaşayır ki, erməni ordusu hər şeyə qadirdir. Əslində erməni ordusu heç 1990-1993-cü ildə belə güclü olmayıb. Sadəcə olaraq həmin illərdə Azərbaycanda olan hakimiyyətsizlikdən istifadə edərək torpaqlarımızı tutublar.

- Cəbhədə ki, son erməni aqressiyasını nə ilə izah etmək olar?

-Fikrimi ona gətirirəm ki, indi onlar yenə də, 1990-1993-cü il nostaljisində yaşayır, düşünürlər ki, erməni ordusu hər şeyə qadirdir. Məhz bu səbəbdən də, ermənilər əllərində olan texnikanı cəbhə xəttinə cəmləyib. Fikirləri odur ki, hücum edib itirilən əraziləri, habelə yeni yerləri tutsunlar. Və beləcə sübut etsinlər ki, onlar güclüdür, Azərbaycan heç nə edə bilməz. Ona görə də, cəbhədə artıq avtomat, pulemiyot deyil, artilleriyadan istifadə edirlər. Bu fakt əslində geniş miqyaslı lokal əməliyyat üçün əsas hazırlayır.

- Aprelin 5-də atəşkəs razılığı əldə olundu, Rusiya naziri Lavrov iki dəfə İrəvan və Ermənistana səfər etdi, vasitəçilik missiyası ilə çıxış

etdi. İndi belə çıxır ki, Erməmistan tərəfinin bu aqressiyası danışıqların və vasitəçiliyin baş tutmasıdır və İrəvan Rusiya faktorunu nəzərə almır?

-Rusiyanın vasitəçiliyi davam edir. Ancaq Moskva həmdə qeyd edir ki, onların vasitəçiliyi Minsk Qrupu çərçivəsində gedir və irəli sürülən təklifləri də həmsədrlər qəbul edəcək. Lakin ermənilərin məqsədi başqadır. Daha doğrusu indiki panik və şok vəziyyətdə onların danışıqlar masasına gəlməsi çətin görünür. Danışıqlara getmək nə deməkdir? Azərbaycan ordusu cəbhədə erməni ordusuna ciddi zərbə vurub, torpaqları azad etmək əzmini ortaya qoyub. Danışıqlarda da, erməni tərəfinin torpaqlardan çıxması məsələsi qoyulacaq. Sarkisyan əvvəllər dediyi kimi danışıqlara və təkliflərə razı olsa da, indiki dönəmdə özlərinin yaratdığı psixoz vəziyyətdə torpaqlardan çıxmağa razılıq versə bu intihar olardı. İndi Ermənistan özünün yaratdığı, tələnin və yalanın içindədir. Bunu son günlər Levon Terpetrosiyanda onlara xatırlatdı.

- İndi cəbhədə erməni silahlı qüvvələri sanki aktiv əməliyyatlar mərhələsinə keçməyə can atır. Sizin cəbhədəki durumla bağlı proqnozlarınız necədir?

-Yuxarıda qeyd etdiyim kimi, artıq cəbhədə avtomat və pulemiyotlardan deyil, artilleriyadan istifadə edirlər. Bu da, geniş miqyaslı əməliyyatlar üçün münbit şərait yaradır.

- Yəni vəziyyət genişmiqyaslı hücumlarla və ya əks hücumlarla müşayiət oluna bilər?

-Prinsipcə bu mümkündür. Bu cür davam edəcəksə, vəziyyət aktiv hal alacaq. Bu halda tərəflərdən biri əməliyyat keçirib qarşı tərəfin atəş nöqtələrini götürə bilər. Bu da, geniş miqyaslı əməliyyat tələb edir.

- Bu durumda Ermənistan daxilində hansı ssenarilərin inkişafı mümkündür?

-Ermənistan daxilində “razborka” gedir. Bir tərəfdən onlar Azərbaycana olan düşmənçiliyin konteksində çoxda ayrılmağa və fərqli mövqelərdən çıxış etməyə getmirlər. Fikrimcə, bu zamanla olacaq. İndi hadisələr isti-isti olduğu üçün onlar birlik nümayiş etdirir, guya Rusiyaya qarşı birlik nümayiş etdirir, dünya birliyinin hərəkətsizliyi ilə bağlı mitinqlər təşkil edirlər. Ancaq bu proses getdikcə prezident Sarkisiyana qarşı çevriləcək.

- Uzun illər bizim siyasi şərhçilərimiz bildirirdi ki, Rusiya daima Ermənistanı müdafiə edəcək, heç bir halda bu məsələdə bitərəfliyini saxlamayacaq və s. İndi Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik sizcə, görüntüdür, yoxsa səhnə arxasında razılaşmalar var?

- Konkret olaraq mən heç zaman deməmişəm ki, Rusiya sona qədər Ermənistanın yanında olacaq. Əksinə, həmişə demişəm ki, Azərbaycan-Rusiya münasibətləri o qədər normal vəziyyətdədir ki, bunu 2008-ci il Rusiya-Gürcüstan münasibətləri ilə müqayisə etmək belə mümkün deyil. O baxımdan Rusiya Azərbaycanı itirmək istəmir, üstəlik onun Azərbaycanla maraqları dərinləşib, iqtisadi münasibətləri Ermənistandan çoxdur.

Əlbəttə, mən deməzdim ki, İrəvan-Moskva münasibətlərində görünməyən razılaşma var. Sadəcə Rusiya görür ki, bölgədə geniş miqyaslı hərbi əməliyyatlar getmir. Gördünüz ki, 2-5 aprel zamanı erməni ordusuna vurulan böyük zərbədən sonra Rusiya çalışdı ki, Azərbaycan tərəfini sakitləşdirsin. Mən deməzdim ki, Rusiya Ermənistanın sözünü demir, ona rəğbətdə deyil. Amma bu ermənilərin gözlədiyi həddə də deyil. Yəni, ermənilərin gözlədiyi kimi ki, ruslar gəlib onun tərəfində vuruşacaq münasibətlərin səviyyəsində deyil. Rusiyanın Ermənistana çox ehtiyacı yoxdur, Ermənistanın Rusiyaya ehtiyacı var. Ermənistan Azərbaycanı təzyiqdə saxlamaq məqsədilə Kollektiv Təhlükəsizlik Təşkilatına, Avrasiya İqtisadi İttifaqına daxil olub, Rusiya ilə hərbi münasibətləri inkişaf etdirib. Ancaq bəllidir ki,

Rusiyaya hücum olarsa Ermənistan gedib onu müdafiə edəcək imkanda deyil. Yəni erməni tərəfinin bu təşkilatlara daxil olması öz maraqları üçün edilib. Lakin Rusiyanın birmənalı Azərbaycanı kənara qoyaraq Ermənistan tərəfindən vuruşması ağlasığmazdır. Bu o deməkdir ki, Azərbaycanla düşməni münasibətlər xəttini seçir və bu məmləkəti itirir. Bunu Rusiya istəmir. Əvvəla ümumi sərhədlərimiz var, coğrafi baxımdan əhəmiyyətli regionun böyük dövlətiyik və s. Yəni bütün parametirlər üzrə Azərbaycan Rusiya üçün daha mühümdür, nəinki Ermənistan. Sadəcə olaraq indi Ermənistanın Rusiya üçün “əhəmiyyəti” Rusiya-Türkiyə münasibətləri çərçivəsində önə çıxıb. Bu da, Ərdoğanın etdiyi böyük işlər sayəsində baş verib.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu itki verdi

    Ermənistan ordusu itki verdi ...

    28-08-2015, 20:08

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 21:50

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 16:11

  • 
  • Ermənistan cəbhə xəttində qan qusur - kəndlər boşalır, güllələr xarabaya çevirir

    Ermənistan cəbhə xəttində qan qusur - kəndlər ...

    7-09-2015, 14:13

  • 
  • Ermənistan ordusu cəbhə xəttində təxribat törədib

    Ermənistan ordusu cəbhə xəttində təxribat törədib ...

    2-04-2016, 13:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu