Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevlə müsahibəni təqdim edirik.
- Elxan bəy, Vyanada prezidentlərin görüşü baş tutdu, hansı məsələlərin müzakirə edildiyi, hansı istiqamətdə ümumi razılığın olduğu açıqlandı. Prosesi necə qiymətləndirirsiniz?
- İlkin qiymətləndirməm budur ki, əvvəllər qeyd etdiyimə uyğun olaraq Azərbaycan ordusu 22 il mövcud olan vəziyyəti dəyişdirib. Ən əsası isə Ermənistan və böyük dövlətlərin münaqişəyə münasibətində situasiyanı dəyişdirə bilib. Vyana görüşü bundan əvvəl olan görüşlərdən düşüncəmə görə, fərqli mühitdə keçdi. Mən Sarkisiyanın Vyanadan qayıdarkən jurnalistlərə verdiyi müsahibəni erməni televiziyasında seyr etmişəm. Onun bədən hərəkətləri, danışıq tonu tamamilə fərqlidir. Əvvəlki dönəmlərdə Sarkisiyanın Azərbaycanı şantaj etməsi, güc amilindən çıxış etməsi, özünün tutduğu xəstə düşüncələrdən əl çəkməməsi ilə üst-üstə düşməyən yanaşmanı sərgilədi. Bunun da, səbəbi odur ki, Azərbaycan ordusu Sarkisiyanı iflic edib, o, faktiki olaraq aqonik durumundadır və vəziyyətdən çıxış yolu axtarır. Lakin ona inanmaq da olmaz. Çünki onun məqsədi ikilidir. Birincisi, vəziyyətdən çıxmağa çalışır, bizim ordunun gücünü görərək düşünür ki, indiki vəziyyətdən üstünlüklə çıxmasa ordumuz yeni ərazilər götürəcək və bu kövrək vəziyyət tamamilə dəyişəcək. O zaman onun qazana biləcəyi bir şeyi olmayacaq. İkincisi, onların Ermənistanda yaratdığı yanaşma və düşüncə tərzi də öz rolunu oynayır. Sarkisiyanın hələdə nostalji düşüncəsi var, çalışır ki, vəziyyəti uzatsın, müasir silahlar əldə edərək balans yaratsın. Üstəlik il yarımdan sonra prezidentlikdən gedir və yavaşca aradan çıxsın. Onun düşüncəsi belə olub ki, prezidentliyim dönəmində 1 qarış torpağı da Azərbaycana vermərəm. Amma vəziyyət onun istədiyi kimi deyil. - Bu danışıqlar prosesində, konfliktlə bağlı beynəlxalq güclərin yanaşması nədən ibarətdir, bəllidir ki, Vyana görüşündə həm də Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri iştirak ediblər...
- Beynəlxalq birliyin təzyiqi var. Yanaşma belədir ki, işğal uzun müddət qala bilməz və problem tezliklə həll edilməlidir. Məncə, iyun ayına danışıqların salınmasına ona ümid bəsləməyə üstünlük verir ki, həmsədr ölkələr və Almaniya tərəfləri problemin yekun həllinin razılaşdırılmasına başlanmasına sövq etməkdir. Sarkisyanda oqoniya halındadır və özünün təyyarədə dediyi kimi “hər şey bizim düşündüyüm ideya və arzulardan ibarət deyil”. Artıq Sarkisyan bu cür danışmağa başlayıb. Deyir ki, əgər biz danışıqlara getməsək deyəcəklər ki, Ermənistan status-
kvonun bu cür qalmasında maraqlıdır və müharibə tərəfdarıdır. Belə ifadələr işlətmək o mənanı verir ki, Sarkisiyan təzyiq altındadır və real danışıqlara daxil olmaq üçün şans var.
- Danışıqlar prosesində Azərbaycan tərəfinin pozisiyasını necə qiymətləndirirsiniz?
- Azərbaycan hərbi, siyasi və psixoloji üstünlüyə malikdir. Çünki Azərbaycan 22 ildə mövcud olan status-kvonu tamamilə dəyişdirib, birinci zərbəni vurub və gözləyir.
- Nəyi gözləyir?
- Gözləyir ki, düşmən tərəf buna necə cavab verəcək, o dinc yolla torpaqlardan çıxmağa hazırdırmı, yoxsa Azərbaycan tərəfinin növbəti hərbi zərbələrini gözləyir. Məncə, Azərbaycanın baxışı budur. İlk zərbə vurulub, danışıqlar başlayıb, əgər bu əsaslı dönüşə səbəb olmayacaqsa, növbəti zərbələrdə istisna deyil. Əslində hesab edirəm ki, beynəlxalq baxışda bundan ibarətdir ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi cəbhədə çox irəli getməyib. Hansı ki, irəliyə sürətlə gedə bilərdi. Çünki qısa müddətdə böyük müdafiə sədlərini yarmışdı, irəli getmək üçün gücü və qətiyyəti var idi. Lakin getmədi. Nəyə görə? Çünki münaqişənin dinc yolla həllini istəyir. Əgər Ermənistan əvvəlki ampulasına qayıdarsa, danışıqları prosesə çevirərsə, bu zaman Azərbaycan hərbi rıçaqdan da istifadə etməyə məcbur olacaq. Bilirsinizmi, bu işin hərbi və diplomatik rıçaqları bir-birini tamamlamalı, paralel hərəkət etməlidir. Çünki 22 illik oturub ermənilərlə danışmaq öz bəhrəsini vermir. Hərbi yol hər zaman Ermənistanın başı üzərində olmalıdır. Bunu beynəlxalq birlikdə anlayır və qəbul edir. Ancaq bir məqama xüsusi diqqət etmək istərdim. Qənaətimə görə, atəşkəs xəttində mexanizmlərin yaradılması, Kaspirşik ofisinin genişləndirməsi bizim maraqlarımıza uyğun deyil. Mən bunu Vyana görüşündən əvvəl mediada qeyd etmişdim. Çünki bu ermənilərin konfliktin həllini uzatmaq məqsədinə kömək edə bilər. Erməni tərəfi istəyir ki, atəşkəs rejimi möhkəmlənsin, danışıqları uzatsınlar, sabah atəşkəs pozulanda Azərbaycanın başını qataraq bunun araşdırılmasını aparsınlar, kimin birinci güllə atdığı kimi xırda məsələləri beynəlxalq müstəviyə çevirsinlər. Yəni erməni tərəfi bundan istifadə edərək əsas məsələləri kənara qoyaraq yeddinci dərəcəli problemlə başımızı qatsınlar. Bunu Azərbaycan əvvəllər rədd edirdi. Təbii ki, indi beynəlxalq birlikdə bunu istəyir, hesab edir ki, rahatlıq yaransın və effektiv danışıqlar getsin. Aydındır ki, beynəlxalq birlik bunu xoş məramla deyir, rasional baxışda bunu tələb edir. Ancaq 20 ildə olan situasiya göstərir ki, erməni tərəfi bundan su-istifadə edir, danışıqları əbədi uzatmaq üçün çalışır. Burada sadəcə atəşkəsi saxlamaq bu mexanizmlərə ən layiqli cavabdır. Kaspirşik ofsini genişləndirmək o deməkdir ki, burada böyük
beynəlxalq müşahidəçilər yerləşdirirlir. Məncə, Azərbaycan tərəfi bunu ermənilərin torpaqlardan çıxması cədvəli ilə paralel olaraq uyğunlaşdırmalıdır.
- Ancaq Azərbaycan tərəfi Prezident Administrasiya səviyyəsində açıqlama oldu ki, Azərbaycan üzərinə heç bir öhdəlik götürməyib və erməni tərəfi qeyri şərtsiz işğal etdiyi torpaqlardan çıxmalıdır...
- Bu açıqlamadan məlumatlıyam. Orada qeyd edilir ki, Azərbaycan tərəfi Kaspirşik ofisinin genişləndirməsi barədə öhdəlik götürməyib. Ancaq təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına etiraz etmirik. Bu mexanizmlər nə deməkdir? Bütün təmas xətti boyunca xüsusi sensorlar, aparaturalar qoyulacaq ki, kimin hansı tərəfə atəş açmasını müşahidə edə bilsinlər.
- Sizcə, bunu bütün cəbhə boyu etmək mümkündürmü?
- Yəqin ki, nə qədər mümkündür ki, bunu etməyə çalışacaqlar. Bunu daha çox hərbi postlar olan nöqtələrdə etməyə çalışacaqlar. Təbii ki, heç kim həm də istəmir ki, Azərbaycan əsgərinə ziyan dəysin. Bu həm də Azərbaycan əsgərinin təhlükəsizlik məsələsidir. Ancaq burada pis məqam odur ki, ermənilər bundan istifadə edərək atəşkəsi daimi edib orada rahat oturmaq istəyə bilər.
- Sizcə, təmas xəttinə belə cihazlar yerləşdirməklə müharibə və ya hərbi addımların qarşısını almaq mümkündürmü?
- Kaspirşikin ofisi gəlib bu cihazları yoxlayır ki, ilk atəşi kim açıb. Bundan sonra münaqişə tərəfləri yenidən haradasa görüşürlər, bütün günü bu məsələni müzakirə edir, tərəflər bir-birini günahlandırır və s. Prezident Əliyev mart ayında qeyd etmişdi ki, bu gülünc və mənasız bir təklifdir. Məndə hesab edirəm ki, prezident tamamilə doğru qeyd etmişdi.
- Siz nəzərə alırsınızmı ki, hələlik bu razılaşma ilə bağlı mexanizmlər hazırlanır və məntiqlə bunun baş tutmama ehtimalı da mövcuddur....
- Təbii. Hələlik bu mexanizmlər hazırlanır. Iyunda növbəti danışıqlar olacaq. Azərbaycan görsə k, danışıqlardan bir şey çıxmır, Sarkisiyan əvvəlki mövqeyində qalır, bu halda mexanizmlər yaxına buraxmaya bilər.
- Prezident Sarkisyan son müsahibəsində iddia etdi ki, aprel döyüşlərində Azərbaycan 800 hektar ərazini işğaldan azad edib, ancaq bu ərazilər hərbi strateji baxımdan əhəmiyyətli mövqelər deyil. Bunu nə dərəcədə ciddi mövqe hesab etmək olar?
- Siz də bilirsiniz ki, mən bu işlərə pessimist yanaşırdım, hətta deyirdim ki, torpaq erməniyə qala bilər. Ancaq indi vəziyyət 180 dərəcə dəyişib. Sarkisiyan bilmir ki, vəziyyətdən necə çıxsın. Onun ordusu zəif və başıpozuq gündədir. İndi də, bəlli olub ki, onun nizami ordusu yoxdur, olana da yarı hərbi birləşmələr deyirlər. İndi də ağsaqqal kişiləri, keçmiş döyüşçüləri toplayıb yeni batalyonlar qururlar, guya səngər davasına keçəcəklər. Düşünürlər ki, Azərbaycan ordusu onlarla səngər davası edəcək. Belə şey olmayacaq, səngər davası qaldı əvvəlki illərdə. İndi müasir texnikadır və həmin əsgərləri səngərdə öldürmək imkanları var. Sarkisiyan psixoloji baxımdan əzilmiş və aşağılanmış gündədir. Çünki 20 ildir erməni mifi, güc amili ilə Azərbaycanı qorxudurdu. Əvvəlki çıxışları zamanı deyirdi ki, Azərbaycan hərbi addım atarsa biz daha 3-5 rayonu tutarıq, daxildə priventiv udarlar vurarıq və s. Amma indi o ancaq ehtiyatla danışır, naqdaunda düşmüş vəziyyətdədir. Mən siz dediyiniz sualla bağlı Sarksiyanın dediklərinə diqqət etdim. Jurnalist xanım ona sual etdi ki, Azərbaycan deyir ki, biz qələbə qazanmışıq, Ermənistan deyir biz qələbə çalmışıq, sizcə kim qələbə çalıb? Sarkisiyanda başladı 800 hektar məsələsini 5 dəfə təkrar etdi, özünü haqlı çıxarmaq üçün dedi ki, biz 800 min hektar tutmuşuq, onlar 800 hektar azad edib, biz oranı geri ala bilərdik, amma bu 40-80 əsgərimizin ölməsinə dəyərdirmi, bizim əsgərlərin həyatı çox önəmlidir, həmin ərazilərin strateji əhəmiyyəti yoxdur və s. Guya Sarkisiyan bu əraziləri azad etmək istəmirdi? Əlbəttə, istəyirdi və təkrar hücumda oldu, amma istədiyini əldə edə bilmədi. Sarkisiyan özünü haqlı çıxarmaq üçün nə ilə izah etsin? Hələ iddia etdi ki, erməni əsgərləri qarşıya qoyulan vəzifəni icra edib, düşmənə imkan verməyib ki, irəli gəlsin, planları pozulub və s. Bütün bunlar cəfəngiyyatdır. Azərbaycan ordusu ciddi addımlar atıb, qarşısına qoyulan tələbi həyata keçirib. Əgər irəli getmək qərarı olsaydı, iradə ilə gedəcəkdi.
- İndi danışıqlar prosesi davam edəcək. Sizcə, bu proses bizim optimist olmağımıza əsas verirmi?
-Fikrimcə, verir. Çünki Azərbaycan tərəfinin hərəkəti həmsədr ölkələri ayağa qaldırıb. Almaniyanın xarici işlər naziri dəfələrlə bəyan edir ki, status kvo dəyişilməlidir və əsla belə qala bilməz. Bunu Rusiyada, Amerikada, Fransa da deyir. Onların hamısı bu işin tezliklə yoluna qoyulmasında maraqlı olduğunu ifadə edirlər. Ermənistana dedikləri odur ki, torpaqlardan çıxmasanız hərbi vəziyyət davam edəcək. Əsas məsələ onların işğal etdiyi ərazilərdən çıxmasıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?