GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razılıq verməyəcəksə, bu zaman monitorinq mənasızdır”

“Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razılıq verməyəcəksə, bu zaman monitorinq mənasızdır”

Tarix: 2-06-2016, 01:20 Bölmə :Müsahibə Baxış: 501
“Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razılıq verməyəcəksə, bu zaman monitorinq mənasızdır”

Eldar Namazov: “Prezidentlərin iyun görüşündə Dağlıq Qarabağla bağlı ciddi razılıqlar əldə oluna bilər”

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, uzun illər Azərbaycan prezidentinin köməkçisi vəzifəsini tutan Eldar Namazov suallara cavab verib. Sabiq president köməkçisi yeni siyasi fəaliyyətindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan diplomatic danışıqlardan, Azərbaycan tərəfinin mövqeyindən və digər maraqlı məsələlərdən danışıb.

- Eldar bəy, 1990-cı illərin əvvəllərində təsis etdiyiniz Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fəaliyyətini yenidən bərpa etmisiniz. Buna səbəb nə oldu?

- Bu qurum Azərbaycanda bir ilk idi, qısa dövr ərzində kifayət qədər tanınan analitik mərkəzə çevrildi. Azərbaycanın hüdudlarından kənarda da əlaqələri vardı. Həmin mərkəzin üzvü olan çoxlu sayda şəxslər, ekspertlər müxtəlif dövlət qurumlarına keçdilər. Sonradan mərhum politoloq Zəfər Quliyevlə qərara gəldik ki, Mərkəzin fəaliyyətini bərpa etmək məqsədəuyğun olardı. O dövrdə səhhətimlə bağlı müalicə kursu keçdiyim üçün razılaşdıq ki, Mərkəzin fəaliyyətinin bərpa olunması işinə Zəfər Quliyev başçılıq edəcək. Çox təəssüf ki, biz Zəfər müəllimi qəfil itirdik və bu məsələ bir az ləngidi. İndi Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin bərpası işini reallaşdırmaq qərarını verdik və artıq mərkəz fəaliyyətə başlayıb. Çalışırıq ki, ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərlə bağlı təhlillər aparaq.

- Apreldə baş verən 4 günlük müharibədən sonra Qarabağ konflikti ilə bağlı danışıqlar prosesinə start verildi, prezidentlər Vyanada bir araya gəldilər. Prosesi necə qiymətləndirirsiniz?

- Hələlik Vyana görüşünə son qiymət vermək düzgün deyil. Çünki görüş yarımçıq qalıb və iyunda növbəti dəfə baş tutacaq. Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, iyun görüşündə ciddi razılıqlar əldə oluna bilər. Bu, o deməkdir ki, işğalçı ölkəyə müəyyən vaxt verilib. Vyana görüşündə qəbul edilən sənədlər diplomatik və ümumi dillə yazılıb. Mənim üçün daha maraqlısı Rusiya xarici işlər nazirinin jurnalistlər qarşısında verdiyi bəyanatdır. Sergey Lavrov çox mühüm bir məsələni qeyd edərək dedi ki, son aprel hadisələri göstərib ki, problemlin həlli mərhələli həyata keçirilməlidir. Fikrimcə, son 10 ildə nə erməni tərəfi, nə də beynəlxalq vasitəçilər mərhələli plan haqda danışırdılar. Çünki erməni tərəfi qəti olaraq bunu qəbul etmirdi. Məhz 4 günlük aprel müharibəsindən sonra mən mətbuatda bildirmişdim ki, bu danışıqlar prosesinə ciddi təsir göstərəcək. Bu da, onunla bağlıdır ki, Qarabağ konfliktinin həlli üçün iki variant var. Ya mərhələli planla sülh prosesini aparmaq, ya da müharibə variantı. Müharibə variantında Azərbaycan ordusu torpaqları işğaldan azad edəcək. Sergey Lavrov da açıqlamasında qeyd etdi ki, mərhələli plana qayıtmaq labüddür. Mənim üçün vacib olan informasiya budur ki, mərhələli plan yenidən gündəmə qayıdıb. Azərbaycan hər zaman bu plana üstünlük verir, Ermənistan tərəfi isə bunu qəbul etmirdi. Fikrimcə, yaxın vaxtlarda erməni tərəfinin seçimi bəlli olacaq. Əgər Ermənistan mərhələli plana razılıq versə və bu, iyun ayında təsdiqlənsə, Vyana görüşünü əhəmiyyətli hadisə kimi qəbul edəcəyik. Yox, əgər erməni tərəfi israrla mərhələli plandan qaçacaqsa, bu zaman hansısa mərhələdə Azərbaycan ordusu öz sözünü deməli olacaq, erməniləri ərazilərimizdən diplomatik yolla deyil, güc tətbiq etməklə çıxaracağıq.

- İndiki halda Ermənistan tərəfi danışıqlara hazır görünürmü?

- Hələlik rəsmi İrəvan tərəfindən hansısa güzəştlərə dair mesaj yoxdur. Bu da, təbiidir. Çünki onlar hazırda çaşqınlıq içindədirlər. 20 ildən artıqdır ki, onların apardığı siyasət iflasa uğrayıb, məlum olub ki, Azərbaycan ordusu Qarabağı azad etməyə qadirdir və siyasi qərar verilsə, bir neçə həftə ərzində Dağlıq Qarabağ separatçılardan təmizlənə bilər. Məncə, burada daha çox vasitəçilər tərəfindən, xüsusilə, Rusiya tərəfindən Ermənistana mesajlar verilir. Bu da, başadüşüləndir. Çünki Azərbaycan ordusu Qarabağı azad etsə və separatçıları ərazidən qovsa, bu, Rusiya üçün də uyğun olmazdı. Çünki bu zaman Rusiyanın müttəfiqi olan Ermənistan əziləcək. Eyni zamanda Azərbaycan öz ərazilərini işğaldan azad etmək istəyir və bu, beynəlxalq hüquqla təsbit edilən səlahiyyətdir. Odur ki, indiki situasiyada Rusiya Qarabağ konflikti ilə bağlı iki seçim arasındadır. Birinci seçim problemi diplomatik vasitələrlə həll etmək, Ermənistanı ağır durumdan çıxarmaq və mərhələli plan üzrə sülh prosesini aparmaq və həm də bu plan daxilində Rusiyanın maraqlarını müəyyən qədər təmin etməkdir. İkinci variantda Rusiya durumu özbaşına buraxır və bu zaman Azərbaycan ordusu qısa müddətdə ərazilərini geri qaytarır. Odur ki, indi Lavrov vasitəsilə mərhələli plana qayıdışla bağlı mesaj səslənir. Hiss olunur ki, Minsk Qrupunun həmsədrləri, eləcə də Rusiya pərdə arxasında İrəvanla müəyyən işlər aparır. Ancaq bunun konkret nəticəsinin olub-olmayacağı yaxın bir ay ərzində bəlli olacaq.

- Vyanada təmas xəttində atəşkəsin davamlı olmasını saxlamaq məqsədilə ərazilərə kameralar, xüsusi cihazlar yerləşdirilməsi məsələsi də müzakirə olunub. Sizcə, bu, nə dərəcə realdır?

- Vyana görüşü başa çatdıqdan sonra Azərbaycan rəsmiləri bəyanat verdilər ki, biz bu məsələlərlə bağlı heç bir öhdəlik götürməmişik. Bu, sadəcə erməni tərəfinin arzusudur və vasitəçilər də bu haqda bəyanatlar verirlər. Ancaq hamı başa düşür ki, təmas xəttində xüsusi monitorinq qrupunun qurulması, kamera və hansısa cihazların yerləşdirilməsi,

atəşkəsin pozulmasını araşdırmaq və s. onda mümkündür ki, sülh prosesi olsun. Əgər mərhələli plan üzrə sülh prosesi başlayarsa, bu zaman Azərbaycan da maraqlıdır ki, tərəflər sülh prosesini pozmasın, monitorinq keçirilsin, kimsə prosesi pozmağa cəhd edəndə məsələ araşdırılsın və günahkar cəzalandırılsın. Ancaq sülh prosesi olmayacaqsa, Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razılıq verməyəcəksə, bu zaman monitorinq mənasızdır. Azərbaycan açıq elan edir ki, BMT qətnaməsinə uyğun olaraq öz ərazilərimi güc tətbiq etməklə azad etməyə hazıram, sadəcə olaraq diplomatik üsullara üstünlük verirəm. Odur ki, monitorinq, kamera və cihazların qurulması, araşdırmalar kimi məqamlar sülh prosesi ilə sinxron getməlidir. Bu zaman onun mənası ola bilər. Əgər, sülh prosesi olmayacaqsa, bunun da mənası qalmayacaq.

- Mərhələli sülh prosesində nələr nəzərdə tutulur?

- Mərhələli plan 1990-cı illərin əvvəllərində təklif olunmuşdu. Rəsmi Bakı buna razılıq vermişdi, İrəvan da Levon Ter-Petrosyanın dili ilə buna etiraz etməmişdi. Ancaq onda Petrosyana qarşı üsyan qaldırıldı, Serj Sərkisyan və Robert Köçəryan birləşərək onu hakimiyyətdən uzaqlaşdırdılar. Əgər mərhələli plan erməni tərəfini qane etməsəydi, Petrosyan buna heç vaxt razılıq verməzdi. Söhbət ondan gedir ki, bu plana əsasən, Dağlıq Qarabağın yekun statusu indi müzakirə edilmir. İlk öncə işğal edilən ərazilər azad olunur, qaçqınlar doğma yurd-yuvalarına qayıdır, təhlükəsizlik təminatları verilir, eyni zamanda Dağlıq Qarabağa hələlik müvəqqəti status deyilən bir şey verilir. Bu, rəsmi status və Qarabağı Azərbaycandan ayırmaq deyil. Əksinə, müvəqqəti və havadan asılı bir statusdur. Əsas odur ki, Dağlıq Qarabağın ətrafında olan rayonlar azad edilir, insanlar öz yurd-yuvalarına qayıda bilir, bu zaman tərəflər arasında münasibətlər formalaşmağa başlayır. Hansısa bir işçi qrupu isə Dağlıq Qarabağın yekun statusunu müzakirə edə, prosesi sona qədər apara bilər. Mərhələli plan bundan ibarətdir və Azərbaycanı

burada qane edən odur ki, Qarabağın nə müstəqilliyi, nə də Azərbaycandan ayrıldığı elan edilir. Əksinə, Dağlıq Qarabağda bəlli qəsəbə, kənd və şəhərlərdə yaşayan azərbaycanlılar da geri qayıda bilir. Buna mərhələli plan deyirlər. Mahiyyəti odur ki, bütün problemlər həll edilir, ancaq Dağlıq Qarabağın yekun statusu haqqında danışıqlar prosesi davam edir. Müharibə aparmadan, şəhid vermədən bu torpaqları azad etmək, insanların öz evlərinə dönüşünü təmin etmək üçün Azərbaycan bu plana vaxtilə razılıq vermişdi. Erməni tərəfi isə əvvəlcə razılıq verdi, sonradan Levon Ter-Petrosyanı devirdilər, nəticədə Köçəryan-Sərkisyan cütlüyü mərhələli planı rədd edərək bildirdilər ki, yalnız Azərbaycan Dağlıq Qarabağın ondan qoparılmasına razılıq verdikdən sonra torpaqlar azad edilə bilər. Beləcə, məsələ 22 ildir ki, ermənilərin bu mövqeyinə ilişmişdi. Yalnız 4 günlük müharibədən sonra vasitəçilər bu reallığı anladılar. Ümid edirəm ki, İrəvanda da anlayacaqlar ki, mərhələli plandan başqa ayrı bir sülh prosesi yoxdur.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov yenə üzdə: bu dəfə erməni kəşfiyyatçısı ilə...

    Eldar Namazov yenə üzdə: bu dəfə erməni ...

    4-11-2014, 12:56

  • 
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25

  • 
  • Eldar Namazov Rəsul Quliyevlə görüşəcək

    Eldar Namazov Rəsul Quliyevlə görüşəcək ...

    15-07-2013, 12:29

  • 
  • Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən danışdı

    Eldar Namazov Mahmud Məmməd-Quliyevlə görüşündən ...

    5-07-2013, 02:16

  • 
  • Eldar Namazov brifinq keçirəcək

    Eldar Namazov brifinq keçirəcək ...

    22-07-2013, 10:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu