GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bir sıra kəşfiyyat xidmətləri İŞİD-in terrora hazırlaşdığı haqda xəbərdarlıqlar etmişdi”

“Bir sıra kəşfiyyat xidmətləri İŞİD-in terrora hazırlaşdığı haqda xəbərdarlıqlar etmişdi”

Tarix: 6-07-2016, 13:53 Bölmə :Müsahibə Baxış: 650
“Bir sıra kəşfiyyat xidmətləri İŞİD-in terrora hazırlaşdığı haqda xəbərdarlıqlar etmişdi”

Sülhəddin Əkbər: “Terror təşkilatı terroru törədərkən həm də mesajlar vermək istəyir ki…”

Azad Demokratlar Partiyasının sədri, Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik.

- Sülhəddin bəy, İstanbulun Atatürk hava limanında baş verən partlayışla bağlı versiyalaarınız nədən ibarətdir?

- Hər kəsə aydın idi ki, İraqda və Suriyada İŞİD-ə qarşı aparılan genişmiqyaslı əməliyyatlar İŞİD-in bu ölkələrdə manevr imkanlarını müəyyən qədər daraldacaq. Gözlənilirdi ki, İŞİD buna cavab verərək ona qarşı koalisiyaya qoşulan ölkələrin ərazilərində, daha çox Avropa ölkələrində terror aktları həyata keçirəcək. Dünyanın bir sıra kəşfiyyat xidmətləri bu haqda xəbərdarlıqlar da etmişdi. Hətta dəqiq informasiya vardı ki, İŞİD üzvləri Avropada terrora hazırlaşırlar. Sonda terror aktı İstanbulda baş verdi. Nəzərə alın ki, terrorun baş verdiyi Atatürk hava limanı da coğrafi baxımdan Avropada yerləşir. Bu baxımdan kəşfiyyat məlumatları özünü doğrultdu. Hadisə Avropada baş verdi, lakin Türkiyənin ərazisində.

- Doğurdan terror aktı Avropada baş verdi, amma Türkiyə ərazisində…

- Avropada xüsusi xidmət orqanları qarşılıqlı əlaqə şəraitində aktiv iş aparır. Türkiyə isə İraq və Suriya ilə sərhəddə yerləşdiyi, eləcə də bu ölkədə İŞİD-in geniş şəbəkəsi olduğuna görə, terror əməliyyatlarını burada keçirmək daha asan başa gəlir. Çünki hələ də İraq və Suriya ərazilərindən İŞİD üzvlərinin Türkiyəyə sızması halları baş verir. Məsələn, bu gün səhər İŞİD-in iki üzvü Suriya-Türkiyə sərhədini keçmək istəyərkən ölü olaraq yaxalanıb və məlum olub ki, bunlardan biri canlı bomba olaraq axtarılırmış.

İkincisi, terror hadisəsində məkanın və zamanın seçilməsi simvolik olur. Çünki hər bir terror təşkilatı terroru törədərkən həm də mesajlar vermək istəyir. Atatürkdə baş verən terrorun mesajı bundan ibarətdir ki, biz Türkiyənin ən mədəni və ciddi qorunan yerində belə terror törədə bilirik. Bununla həm öz tərəfdarlarına mesaj verilir ki, ruhdan düşməsinlər, çünki istənilən yerdə əməliyyat keçirə bilirik və gücümüzü itirməmişik. Digər tərəfdən isə Türkiyəyə xəbərdarlıq mesajı verilir. Çünki Ankara İŞİD-ə qarşı ciddi addımlar atır. Həm sərhəd bölgələrində, həm də ərazilərində ciddi əməliyyat aparır. Düzdür, hələlik son terror aktının İŞİD tərəfindən edildiyi təsdiq olunmayıb, lakin terrorun tərzinə görə, bunun İŞİD tərəfindən törədildiyi ehtimal edilir.

- Belə terror aktları yenidən təkrarlana bilərmi?

-Baş verənlər göstərir ki, Türkiyədə xüsusi xidmət orqanları daha ciddi çalışmalıdır. Prezident Ərdoğanın bu sahədə beynəlxalq əməkdaşlığla bağlı çağırış etməsi göstərir ki, Türkiyənin öz potensialı bu istiqamətdə yetərli olmur. Bu da, təbiidir. Çünki terror təşkilatları artıq qlobal şəbəkəyə sahib olduqları təqdirdə terrorla mübarizə qlobal səviyyədə aparılmır. Bu sahədə lazımı əməkdaşlıq, kəşfiyyat informasiya mübadiləsi yoxdur. Hətta xüsusi xidmət orqanları üçüncü ölkələrdə belə bir-birlərinə qarşı rəqabət aparırlar. Odur ki, xüsusi xidmət orqanları arasında əməkdaşlıq elə də asan olmur. Əldə olunan informasiyaya çox qısqanclıqla yanaşılır, çox həvəssiz olaraq informasiya paylaşılmasına gedilir. Nəzərə almaq lazımdır ki, terrorla mübarizə zamanı kəşfiyyat məlumatının anında ötürülməsi çox önəmlidir. İndi informasiya texnologiyaları o qədər inkişaf edib ki, dünyanın istənilən nöqtəsində anında əlaqə saxlamaq və göstərişlərin verilməsi mümkündür.

- Türkiyədə İŞİ-in tərəfdarları çoxdurmu?

- Türkiyədə İŞİD-in geniş şəbəkəsi var. Dünən türk jurnalistlərindən biri 2015-ci ilin I yarısında Türkiyə Əmniyyət Kəşfiyyatının məlumatını səsləndirdi. Bu informasiyadan bəlli olur ki, Türkiyədə İŞİD-in 20 minə qədər tərəfdarı,

dəstəkləyicisi və üzvü var. Bu, artıq konkret kəşfiyyat məlumatıdır. Eləcə də müxtəlif sorğulara görə, Türkiyə əhalisinin 8-9 %-i radikal ekstremist təşkilatlara simpatiya bəsləyir. Türkiyənin 78 milyon əhalisinin olduğunu nəzərə alsaq, 8-9 % önəmli rəqəmdir.

- İstanbulda baş verən terrorda Qərb ölklərinin əlinin olduğu iddiaları nə dərəcədə ciddidir?

- Hazırda bu mövzu Azərbaycanda və Türkiyə mediasında gedir. Ancaq hansısa dövləti və onun xüsusi xidmət orqanını belə qanlı və amansız terrorla əlaqələndirmək, ona dəstək verdiyini iddia etmək üçün əldə ciddi və dəqiq faktlar olmalıdır. Yoxsa, bu terror kiməsə sərfəlidir deyərək belə nəticə çıxarmaq sadəcə fərziyyədir.

- Türkiyə səmasında Rusiyaya məxsus qırıcının vurulmasından aylar sonra prezident Ərdoğanın rusiyalı həmkarına məktub yazması, təəssüfünü bildirməsi münasibətlərdə hansı dəyişikliyə səbəb olacaq?

- Birincisi, bu məktub birdən-birə ərsəyə gəlməyib. Bu danışıqlar qapalı diplomatik kanallarla bir müddətdir aparılırdı və ilk dəfədir ictimaiyyət nəticəsini görür. Bu da, cənab Ərdoğanın Putinə göndərdiyi məktubdur. Ancaq Azərbaycan mediası bu məktubu yanlış olaraq Ərdoğanın Putindən üzr istəməsi kimi qiymətləndirir. Halbuki, məktubun mətnində belə bir ifadə yoxdur və Rusiya tərəfi də Türkiyənin üzr istəməsini qeyd etmir. Fikrimcə, məktubdakı mətn diplomatik kanallarla razılaşdırılıb və tərəflərə imkan verir ki, danışıqlar prosesinə başlasın.

- Hansı danışıqlar prosesinə?

- Təbii ki, söhbət münasibətlərin normallaşdırılmasından gedir. Eyni zamanda Rusiya hazırda Qara Dəniz Əməkdaşlıq Təşkilatının iclasına Türkiyəni də dəvət edib. Burada iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu, bir başlanğıcdır və həm də yaxşı başlanğıcdır. Fikrimcə, bu iki regional dövlətin münasibətlərinin normallaşması regionda təhlükəsizlik mühitinin müsbət

istiqamətdə inkişafına şərait yaradır. Türkiyə Azərbaycanın yeganə müttəfiqidir və yeganə dövlətdir ki, onunla strateji tərəfdaşlıq, habelə qarşılıqlı yardım haqda müqaviləmiz var. Eyni zamanda Rusiya Azərbaycanın böyük qonşusudur, Qarabağ konfliktinin arxasında durur. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin siyasi-diplomatik baxımından yeni mərhələyə daxil olduğu bir məqamda, Rusiyanın Qarabağ danışıqlarında təşəbbüsü ələ aldığı və Türkiyənin bu prosesdən dışlandığı zamanda Ankara-Moskva münasibətlərinin normallaşması müsbətdir. Məktub başlanğıcdır və bu prosesin nə qədər davam edəcəyini söyləmək çətindir.

- Ərdoğanın məktubu, Rusiya tərəfinin məktuba isti yanaşması iki ölkə arasındakı münasibətləri əvvəlki səviyyəyə çatdırmağa imkan verəcəkmi?

- Bir daha qeyd edim ki, bu, başlanğıcdır. Lakin görünən odur ki, tərəflər bunda maraqlıdır. Türkiyə və Rusiya bu münasibətlərin pozulmasından çox itirirlər. Odur ki, hər iki tərəf münasibətlərin bərpa olunmasında maraqlıdır. Lakin bu prosesin hansı müddətdə və hansı səviyyəyə qədər inkişaf edəcəyini indidən söyləmək çətindir. Münasibətlərin bu dəqiqə düzəlməsini gözləmək sadəlövhlük olardı. Ancaq regional inkişaf, Ermənistan-Azərbaycan münaqişəsinin siyasi-diplomatik həlli baxımından müsbət haldır. Həmçinin TAP və TANAP-ın həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi nəzərdə tutulur. Regionda hərbi-siyasi şəraitin mürəkkəbləşdiyi, təhlükəsizlik mühitinin pisləşdiyi bir vaxtda bu iki dövlət arasında normal münasibətlərə dair ilkin siqnalların olması çox müsbətdir. Hər halda Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı baxımından da müsbət qiymətləndirilə bilər.

- Ankaranın Moskva ilə yenidən dostlaşma siyasəti Türkiyə-Almaniya münasibətlərinin pisləşməsi, Ankara ilə Avropa Birliyi arasında yaranan anlaşılmazlıq mühiti, habelə ABŞ-ın Türkiyənin istəyinin əksinə olaraq PKK və PYD ilə hansısa formada münasibətlər saxlaması fonunda baş verir.

Demək olarmı ki, Türkiyənin yaxın müttəfiqi olan Almaniya, ABŞ və Avropa Birliyinin ədalətsizliyi Ankaranı məcbur edir ki, Moskva ilə sıcaq əlaqələrə keçid etsin?

- Təbii ki, bütün bunların təsirləri var. Türkiyənin daxili vəziyyəti, habelə Türkiyə ətrafında yaranan vəziyyət və Ankaranın dostları tərəfindən lazımi dəstəyi almaması Türkiyə-Rusiya yaxınlaşmasının baş verməsində mühüm rol oynayıb. Ancaq bu proses, əslində, ABŞ-la İran arasında nüvə proqramı ətrafında razılığın əldə edilməsi ilə başlayıb. Həmçinin, Britaniya Krallığında referendumun keçirilməsi, ABŞ-ın Suriya və İraq siyasəti, Avropa Birliyi-Türkiyə münasibəti, Qərbin PKK-ya yanaşması və digər məqamlar regional siyasətin yenidən formalaşdırılması zərurətini ortaya çıxarır. Hazırda Türkiyə bu şəraitə uyğun olaraq xarici siyasətində yeniləşmə aparır. Buna müəyyən mənada Türkiyə xarici siyasətinin əvvəlki prinsiplərinə qayıtması kimi də baxmaq olar.

- Müşahidə olunan digər maraqlı məqam Türkiyə-İsrail münasibətlərinin istiləşməsidir. Bunu necə şərh etmək olar?

- Yuxarıda qeyd etdiyim ki, hər şey AB və İran arasında nüvə razılaşmasının əldə olunmasından sonra başladı. Orta Şərqdə münasibətlər sistemi dəyişilir. ABŞ-İran, ABŞ-Türkiyə, ABŞ-Səudiyyə, ABŞ-kürd siyasətində olan gəlişmələr Ankaranın Orta Şərqdə qonşularla siyasətinə yenidən baxmağa məcbur etdi. ABŞ-İran arasında razılıq əldə edilən kimi aydın idi ki, Ankara balansı təmin etmək məqsədilə Səudiyyə və Qətərlə münasibətləri inkişaf etdirmək, İsraillə isə münasibətləri normallaşdırmaq xətti seçəcək. Əslində, Türkiyənin İsraillə siyasətini normallaşdırması Azərbaycan üçün də əlverişlidir. Türkiyə-İsrail münasibətləri İsrail-Azərbaycan münasibətlərindən daha dərin tarixə malikdir. İndi Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyi vaxtda Türkiyə-İsrail münasibətlərinin normallaşması bu üç ölkə arasında əlaqələrin bir qədər də inkişafına stimul verəcək. Hətta Türkiyə-İsrail-Azərbaycanın birgə layihələri haqqında düşünmək də yersiz olmazdı. Türkiyə-İsrail münasibətlərinin inkişafı

Azərbaycanın maraqları baxımından daha vacibdir, nəinki Türkiyə-Rusiya münasibətlərinin inkişafı.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü həbs olunub”

    Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü ...

    2-07-2016, 23:22

  • 
  • PKK-dan İstanbuldakı terror aktı ilə bağlı AÇIQLAMA

    PKK-dan İstanbuldakı terror aktı ilə bağlı ...

    29-06-2016, 11:07

  • 
  • İstanbulda daha 6 əcnəbi vətəndaş saxlanıldı

    İstanbulda daha 6 əcnəbi vətəndaş saxlanıldı ...

    9-07-2016, 11:22

  • 
  • İsveçrə Atatürk hava limanına uçuşları dayandırdı

    İsveçrə Atatürk hava limanına uçuşları dayandırdı ...

    30-06-2016, 11:48

  • 
  • Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi

    Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi ...

    30-08-2015, 12:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu