Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 15-də keçirdiyi imtahanda I və IV qruplar üzrə 700 ball toplayanlar da oldu. Yüksək nəticəyə az məsafə saxlayan abituriyentlərdən biri də Mehtiabad Qəsəbəsinin 3 saylı orta məktəbinin məzunu Sevilay Həziquliyevadır. Qəbul imtahanında rekorda yaxınlaşan S.Həziquliyeva təəssüratlarını bölüşüb. O, ümidlə imtahanda 700 bal toplayacağını deyib. “Orta məktəbdə qiymətlərim həmişə yüksək olub. Müxtəlif tədbirlərdə yaxşı nəticələr göstərmişəm. Mənim daha yüksək nəticə göstərə bilməməyimə səbəb həmişə məni narahat edən diqqətsizliyim oldu. Hesab edirəm ki, bir qədər diqqətli olsaydim maksimum nəticə əldə edə bilərdim. Mən sənədlərimi azərbaycan Tibb Univerisitetinə verəcəm. İxtisası isə özüm seçəcəm”. Sevilay Həziquliyeva 640 bal topladığına şükür edir. Ancaq 700 bala çata bilmədiyindən də təəsüf hissi keçirdiyini bildirir. Qeyd edək ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veriblər və maksimum nəticə – 700 bal toplayıblar. Sevilay xanım onu da bildirdi ki, 4-cü qrupa hazırlaşmaq və həkim olmaq onun uşaqlıq arzusu olub. Sonda sevilay xanımın atası “Elçi” qəzetinin Baş redaktoru Əli Həziquliyevi bir həmkar olaraq təbrik edirik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?