GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mənim üçün bütün azərbaycanlılar əzizdir

Mənim üçün bütün azərbaycanlılar əzizdir

Tarix: 1-08-2016, 21:38 Bölmə :Müsahibə Baxış: 678
Mənim üçün bütün azərbaycanlılar əzizdir

Azərbaycana gəlməməyim haqda fikirlər doğru deyil

gundemxeber.az “İNTER-SEVER” kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri, Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovla müsahibəni təqdim edir:

- Prezidenti olduğunuz “İNTER-SEVER” şirkəti hansı ölkələrdə fəaliyyət göstərir, əsas biznes işi nədən ibarətdir?

- Mənim əsas biznes fəaliyyətim “İNTER-SEVER” kompaniyasındadır. Hansı ki, mən bu kompaniyanı 1990-cı ilin iyununda yaratmışam və o zamandan şirkətin prezidentliyəm. Bizim kompaniya əsasən ofis icarəsi, kiçik yenidənqurma işləri, tikinti investisiyası istiqamətində ixtisaslaşıb. “İNTER-SEVER” əsasən Rusiya və İtaliyada fəaliyyət göstərir. Lakin baş ofisimiz Moskvadadır.

- Prezidenti olduğunuz “Frenk Fond”u fəaliyyət göstərirmi, əgər göstərirsə, konkret hansı istiqamətdə və hansı şəhərlərdə?

- Mən bu fondun vasitəsilə əsasən 1990-2000-ci illərdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşam. Sonra “Frenk” Fondunu, Xalq Vətənpərvərlər Birliyinin, eləcən də “Azərbaycan XXI ƏSR” qəzetinin fəaliyyətini tamamilə dayandırdım. 2005-ci ildən mənim ancaq Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu vasitəsilə xeyriyyəçilik fəaliyyətim olub. Bu diaspora təşkilatlarının vasitəsilə mən Rusiya və Belarusun müxtəlif bölgələrində yoxsul, veteran, əlil uşaqlar, internet evlərinə köməklik göstərmişəm. Hesab edirəm ki, bu fəaliyyət dünyada milyonlarla insanın qarşısında Azərbaycanın, azərbaycanlıların çox gözəl və müsbət imicini yaradır.

- Son illər görünmürsüz, Azərbaycana da gəlmirsiniz?

- Azərbaycana gəlməməyim haqda fikirlər doğru deyil. Mən bu ildə iki dəfə - aprel və may ayında Bakıya səfər etmişəm. İlk səfərim böyük qardaşım Firudin Məmmədovun vəfatı ilə bağlı olub. Moskvada qardaşım qəfil vəfat etdi və biz onu öz vətənimizdə dəfn etdik. İkinci səfərim isə mayın əvvəllərində oldu. Bu, mərhum prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad günü ilə bağlı idi. Biz onun məzarını ziyarət etdik, məzarı üzərinə əklil qoyduq. Bu ziyarətdə Dünya Azərbaycanlılar İttifaqı, Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun nümayəndələri də iştirak etdi. Biz həmçinin dahi oftalmoloq Zərifə xanım Əliyevanın məzarını da ziyarət etdik.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox nəhəngdir və borcumuzdur ki, onun xatirəsini daima əziz tutaq. Azərbaycan xalqının haqlı tələbi ilə böyük siyasətçi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmaqla ölkəni hərbi-siyasi, iqtisadi və humanitar fəlakətdən xilas etdi. Məhz onun siyasətinin nəticəsində Azərbaycan qısa müddətdə Cənubi Qafqazda ən güclü dövlətə çevrilə bildi. Azərbaycanda möhkəm vətəndaş sülhü və həmrəyliyi, eləcə də siyasi stabillik yaranıb. Bu, Azərbaycan iqtisadiyyatına böyük xarici investisiyanın cəlb edilməsinə şərait yaratdı. Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin apardığı siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatına xarici investisiyaların qoyuluş həcmi 120 milyard dollar oldu. Bu mənada hesab edirəm ki, Heydər Əliyevin respublikada ikinci hakimiyyəti ölkə üçün milli dirçəliş və Azərbaycanın çiçəklənməsi dövrüdür.
Əgər mənim Azərbaycanla əlaqə və rabitəmi kəsmək kim niyyətim olsaydı, o zaman Azərbaycan diasporunun inkişafı ilə bağlı aktiv fəaliyyət göstərməzdim. Son iki ildə Dünya Azərbaycanlıları İttifaqının əlaqələndirmə şurasının sədri və Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi diasporamızın inkişafı, aktivləşməsi, fəaliyyətinin gücləndirilməsi üçün maksimum fəaliyyət göstərmişəm, çalışmışam ki, daha çox strukturlar yaransın, diaspora qurumlarımız güclənsin. İyul ayında biz Rəşad Quliyevlə birgə Dünya Azərbaycanlıları Assambleyasının yaradılması haqda saziş imzaladıq. Bu sazişə əsasən Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu Dünya Azərbaycanlılar Assambleyasının təsisçiləri oldu.

Bakıda iyunun əvvəllərində Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan diaspora təşkilatları arasında birlik və həmrəyliyin olmasının əhəmiyyəti haqqında fikirlərini ifadə etmişdi. Biz də bu işə öz töhfəmizi vermək üçün aktiv fəaliyyətimizi ortaya qoyuruq. Bu mənada mənim vətənlə əlaqələrimi dayandırmağım haqda fikirlərin əsası ola bilməz. Azərbaycan mətbuatında müsahibələrimin olmaması haqda məsələyə gəldikdə isə, bu, müəyyən şəraitlə bağlıdır. Əvvəla, mənə müsahibə vermək, fikirlərimi ifadə etmək, media ilə əhatə olunmaq üçün çox vaxt lazımdır. Bu isə vaxtımın çox hissəsinin alınması deməkdir. Mən nadir hallarda müsahibə verirəm.

Ancaq qeyd edim ki, Dünya Azərbaycanlıları İttifaqının mətbuat xidməti vasitəsi ilə Azərbaycan, Türkiyə və Rusiyadan olan jurnalistlərdən çoxsaylı suallar daxil olur. İkincisi, mənim fəaliyyətimin aktiv olması, Azərbaycan mediasında mənim fəaliyyətim haqqında xəbərlərin getməsi Bakıda bəzi insanlarda qəribə düşüncələr yaradır, yazılanlar mənim özümün təəccübümə səbəb olur. Mediada mənim “siyasi və digər ambisiyalarım” haqqında lazımsız müzakirələr yaşanır, hər kəs öz zəngin təxəyyülünü işə salır, təsəvvürləri əsasında nələrsə qurmağa başlayır.

Əlbəttə, bəzi jurnalistlər öz oxucu əhatəsini genişləndirmək məqsədilə dedi-qoduya üstünlük verir, əksər hallarda fikirlərimi təhrif edirlər. Belə fikirlər isə yağışdan sonra göbələyin çoxalması kimi daha çox yayıla bilir. Belə səpkili danışıqlar, fantaziya son nəticədə çox asanlıqla mənim adım ətrafında intriqa və münaqişə yarada bilər. Bu amillərə əsasən çalışıram ki, mümkün qədər media ilə əlaqələrimi azaldım. Üçüncüsü, mən danışmaqdan daha çox real iş görməyi vacib hesab edirəm. Fikrimcə, boş-boş vədlər əvəzinə iş görmək, fəaliyyət göstərmək lazımdır.

Mənim öz prinsipim var: ilk olaraq siz yaxşı və ictimai faydalı işlərinizi həyata keçirin, sonra insanlar, cəmiyyət görülən yaxşı işlər haqqında informasiya əldə edər. Odur ki, son illərdə mən könülsüz olaraq jurnalistlərlə görüşmək, onlara sadəcə müsahibə vermək, özümü təşviq etmək kimi işlə məşğul olmağı doğru hesab etmirəm. Nə zamansa mənim deməyə sözüm olursa, bu haqda Feysbuk sosial şəbəkəsində, eləcə də Dünya Azərbaycanlıları İttifaqının azuinon.org saytında fikirlərimi ifadə edirəm. Əlbəttə, mənim fikir və rəylərimə maraq göstərən insanlar bu internet resursları vasitəsilə tanış ola bilərlər.

- Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ermənilərlə müqayisədə çox zəifdir. Siz də diaspora prosesində iştirak edirsiniz. Niyə bizim diaspora qurumlarımız, təşkilatlarımız daima parçalanır, eyni təşkilatda olanlar alternativ qurumlar yaratmaqla zəifləməyə doğru gedirlər?

- Bizim diaspora təşkilatlarında daxili çəkişmələr və intriqalar əsasən liderlik uğrunda gedir. Hər kəs lider, məsul olmaq istəyir. Lakin bizim diasporamızın qalib gəlməsi üçün komanda fəaliyyəti lazımdır, nəinki liderlik uğrunda qarşıdurma və intriqalar. Təəssüflə deyim ki, diaspora qurumları daxilində liderlik uğrunda mübarizə sonda təşkilatların parçalanması ilə başa çatır. Hesab edirəm ki, diaspora fəaliyyətində daha çox komanda ruhu lazımdır. Azərbaycan diaspora qurumlarında bu neqativ prosesin qarşısını birdəfəlik almaq məqsədilə, iki il əvvəl təklif etdim ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənəd qəbul edək və hər bir diaspora qurumu da bu sənədə hörmətlə yanaşsın, ona əməl etsin.

Fikrimcə, qəbul ediləcək bu kodeksdə diaspora qurumlarının üzləşdiyi problemləri həll edə biləcək qaydalar, diaspora işinə qoşulmaq istəyən soydaşlarımız üçün meyarlar olmalıdır. Məsələn, təşkilatlarda qərarlar güc və nüfuzla deyil, kollektiv şəkildə də qəbul edilməli, diaspora qurumlarında kollegial orqan fəaliyyət göstərməlidir. Bu mexanizm daha məqsədəuyğundur və komanda şəklində fəaliyyətə səbəb ola bilər. Başqa sözlə, bu cür mexanizm komanda ruhunu yaradar və fərdi liderlik uğrunda mübarizəyə son qoyar. Bu, eyni zamanda diaspora fəaliyyətinin effektivliyini artırar. Eyni zamanda azərbaycanlıların daha yaxşı imicini yaratmaq, Azərbaycanın nüfuzunu qaldırmaq üçün diaspora qurumlarının liderləri bir-birilə mübahisələrə son qoymalı və bu münasibətləri media resurslarına gətirməməlidir.

Ümumiyyətlə, bizim diaspora qurumlarımızda olan soydaşlarımız bir qızıl qaydaya əməl etməlidir: Azərbaycan və azərbaycanlılar haqqında ümumiyə ya müsbət danışmaq, ya da susmaq lazımdır. Hesab edirəm ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənədi dünyada Azərbaycan adına fəaliyyət göstərən bütün diaspora qurumları qəbul etməli və bu öhdəliklərə əməl olunmalıdır.

- Bir zamanlar müəyyən təşkilatlar qurdunuz, ölkədə qəzetiniz nəşr edilirdi. Sonradan siyasi proseslərdən çəkilmənizə səbəb nə oldu?

- Bəli, mən 1998-ci ildə Xalq Vətənpərvərlər Birliyinə başçılıq etdim. Sonra “Azərbaycan XXI ƏSR” adlı qəzetimiz nəşr edildi. Bizim partiya o zaman Azərbaycan rəhbərliyinə dəstək məqsədilə nəzərdə tutulmuşdu. Odur ki, həmin dövrdə biz müxalifət mövqeyindən çıxış etmirdik və Heydər Əliyevin siyasətini dəstəkləyirdik. Xatırlayıram, həmin dövrdə ölkə mətbuatı yazırdı ki, Azərbaycanda yeni siyasi partiya yaranır və insanlar bu təşkilata ciddi dəstək verəcəklər. Həmin vaxt mən müsahibə verdim və qeyd etdim ki, xalqımızın əsas diqqətini vacib olan məsələləri istiqamətləndirməyi vacib sayırıq. Bu da, ölkədə vətəndaş sülhünü və həmrəyliyini gücləndirmək, Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyümüzün təmin edilməsindən ibarətdir. Siyasətdən çəkilməyimə əsas səbəb daha çox diaspora fəaliyyətim oldu. Mən hesab edirəm ki, vacib və effektiv məsələlərdən biri bizim diaspora qurumlarını gücləndirmək, bir araya gətirməkdir. Diaspora qurumları qeyri hökumət təşkilatı statusunda olmalıdır, ölkə daxili siyasi mübarizədə iştirak etməməlidir. Siz də, yaxşı bilirsiniz ki, son illər müxalifət fikirli azərbaycanlılar Avropaya mühacirət edib və onların müxalifət fəaliyyəti var. Bu mənada hesab edirəm ki, soydaşlarımız, köçkünlərin fəaliyyəti diaspora işinə sirayət etməməlidir. Azərbaycan diasporunda bölünmənin qarşısını almaq, diasporanı bir yumruq altında birləşdirmək lazımdır.

- Son illər Azərbaycandan Avropaya çoxlu sayda azərbaycanlılar siyasi mühacir və qaçqın kimi gedib. Onlarla əlaqələriniz, təmaslarınız varmı?

- Mən diaspora işi ilə əlaqədar soydaşlarımızla görüşürəm. Əlbəttə, mənə onların arasında siyasi mühacirlərin, sadəcə köçkünlərin, bura pul qazanıb ailəsini saxlamaq məqsədilə gələnləri və biznes fəaliyyəti göstərənləri müəyyən etmək çətindir. Hansısa soydaşımıza kömək lazım olanda və mənim buna köməyim çatanda şübhəsiz ki, ondan siyasi mövqeyi, partiyalılığı haqda soruşmuram. Mənim üçün bütün azərbaycanlılar əzizdir. Heç şübhəsiz ki, hansısa soydaşımız özünün müxalif fikrini ortaya qoyanda və ya mən bu haqda biləndə ona deyirəm ki, mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm.

- Azərbaycanda baş verən prosesləri izləyirsinizmi və vəziyyəti necə qiymətləndirirsiniz ?

- Əlbəttə, mən bir vətənpərvər olaraq Azərbaycanla maraqlanıram, vətəndə baş verənləri izləyirəm. Mən insanlar, doğma Azərbaycan üçün narahat deyiləm. Mənim fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev respublikanı yaxşı idarə edir və problemləri həll etmək üçün qısa zamanda müəyyən addımlar atıldı. Buna görə də Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Hətta nüfuzlu beynəlxalq təşkilatlar və ekspertlər Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit qiymətləndirir, iqtisadi vəziyyəti davamlı hesab edir.

- Azərbaycanda siyasətçi, jurnalist, ziyalı, elm adamları ilə dostluğunuz, təmaslarınız varmı, yoxsa ancaq qohumlar və dostlarla əlaqə saxlayırsınız?

- İctimai diaspora fəaliyyəti mənə çoxlu insanlarla dostluq yaratdı və çoxlu sayda jurnalist, siyasətçi, elm adamı ilə təmaslar qazandırdı. Heç şübhəsiz ki, aktiv diaspora fəaliyyət əlaqə, tanışlıq olmadan real deyil. Bu insanlar mənim rəhbərim olduğum Dünya Azərbaycanlıları İttifaqını dəstəkləyir. Onlar hər zaman mənə dəstək və qiymətli məsləhətlər verir. Yeri gəlmişkən, mənə çoxlu insanlar indi siz verdiyiniz sualı verir. Ancaq iş ondadır ki, insanlarla sıx əlaqədə olmadan uğurlu diaspora fəaliyyəti aparmaq sadəcə mümkün deyil.

- Uzun illər Rusiyada yaşamışınız və işləmisiniz, bu dövlətə bələd bir insansınız. Necə düşünürsünüz, doğurdanmı Qarabağ problemini ancaq Rusiya həll etmək gücündədir?

- Bəli, Rusiya hələ münaqişə ilə bağlı güclü təsirini saxlayır. Rusiya Qarabağ münaqişəsinin həllində digər iki vasitəçi ölkədən daha çox Cənubi Qafqazda sabitlik və Qarabağ probleminin sülh yolu ilə həllində maraqlıdır. Çünki Rusiya ilə Azərbaycan arasında son illər çox yaxşı əlaqələr, ticarətin genişlənməsi və möhkəmlənməsi mövcuddur. Rusiya üçün Azərbaycan strateji əhəmiyyətli və yüksək gəlirli iqtisadi və siyasi tərəfdaşdır. Rusiya-Azərbaycan arasında ticari əlaqələr yüksəkdir və demək olar ki, Azərbaycan bazarında Rusiyanın ixrac etdiyi məhsullar əsas təşkil edir. Azərbaycana MDB ölkələri ilə müqayisədə Rusiyanın ən mənfəətli iqtisadi tərəfdaşı demək olar. Buna görə də, Qarabağ münaqişənin həlli məsələsində Rusiya Azərbaycanla bu münasibətlərinə xələl gətirməməyə çalışacaq.

Amma eyni zamanda Ermənistan faktiki olaraq Rusiyanın vassalıdır və Ermənistan iqtisadiyyatı Rusiyanın maliyyə yardımından asılıdır. Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sistemi və birgə hərbi qüvvələr yaradır. Göründüyü kimi Rusiya Qarabağ münaqişəsində hər iki tərəfə böyük təsir göstərmək imkanına malikdir. Rusiyaya tərəflərin məğlubiyyəti lazım deyil. Mənim fikrimcə, Ermənistanın işğal etdiyi Azərbaycanın bir sıra torpaqları Qarabağ konfliktinin mərhələli nizamlanması çərçivəsində geri qaytarılacaq. Eyni zamanda Ermənistan Azərbaycan və Türkiyə tərəfindən haqlı olaraq qaldığı blokadadan azad olacaq. Lakin mümkündür ki, Qarabağ münaqişəsinin mərhələli həlli yenidən dondurulmuş olsun və sonradan bu problemin alovlanma ehtimalı yaransın. Amma Ermənistan-Azərbaycan qarşıdurmasının nəticəsi bu ölkələrin Rusiya ilə münasibətindən, iqtisadi və hərbi-siyasi əlaqələrinin təsirindən asılı ola bilər

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arda Turan "İnter"in maraq dairəsində

    Arda Turan "İnter"in maraq dairəsində ...

    15-12-2012, 16:28

  • 
  • ""İnter" mənə olan borcunu ödəməyib"

    ""İnter" mənə olan borcunu ...

    19-11-2015, 15:12

  • 
  • Xanımı "İnter"in yalanını üzə çıxartdı

    Xanımı "İnter"in yalanını üzə çıxartdı ...

    9-12-2012, 13:47

  • 
  • "İnter" bu gün "Verder"lə gücünü sınayacaq

    "İnter" bu gün "Verder"lə ...

    13-01-2016, 12:51

  • 
  • Beynəlxalq Bankın sabiq rəhbəri «Simurq»u və «Inter»i maliyyələşdirə bilmir

    Beynəlxalq Bankın sabiq rəhbəri «Simurq»u və ...

    29-04-2015, 13:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu