GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “3 il əvvəl Fətullah Gülənin adamları mənə gizli görüşlə bağlı müraciət etmişdi”

“3 il əvvəl Fətullah Gülənin adamları mənə gizli görüşlə bağlı müraciət etmişdi”

Tarix: 25-08-2016, 01:01 Bölmə :Müsahibə Baxış: 679
“3 il əvvəl Fətullah Gülənin adamları mənə gizli görüşlə bağlı müraciət etmişdi”

Sərdar Cəlaloğlu: “Siyasətçilərdə şizofrenik tiplərin olmasını demək onların arasında şizofrenik xəstələr olduğu anlamını vermir”

ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edirik:

- Müsahibənizin birində demişiniz ki, Azərbaycan siyasətçilərinin çoxu şizofrenikdir. Bu iddianızı əsaslandıra bilərsiniz?

- Mən elə söz deməmişəm. Mən sadəcə şizofrenik tiplər haqqında elmi məlumat vermişəm. Psixologiyada şizofrenik tip deyilən anlayış var. Müsahibədə ona elmi-məntiqi diaqnostikanı izah etmişəm. Sonrada demişəm ki, məsələn, insanların elə xarici görünüşü var ki, bu psixologiyada ayrı-ayrı ruhi xəstələrin klasifikasiya olunmasında istifadə edilir. Məsələn, Antropologiya elmində qabarıq almacıqların olması, qulaqların iri olması, başın iri olması, gözlərin həddən artıq çuxura düşməsi, ağzın dairəvi formada olması və s psixologiyada ayrı-ayrı şizofrenik tiplər kimi izah olunur. Bu zaman mənə müxalifətdə siyasətçilərin şizofrenik tipə aid olub-olmadığı haqda sual verilib. Nəzərə alın ki, şizofrenik tipə aid olmaq o mənanı vermir ki, həmin şəxs şizofrenik xəstədir. Söhbət ondan gedir ki, adətən şizofrenik xəstəliyi bu cür adamların sırasından daha çox meydana gəlir. Məsələn, bizdə genetik meylilik deyimi var. Amma genetik meyllilik o anlamı vermir ki, bu gendən olan bütün insanlar o xəstəliyə tutulmalıdır. Genetik meyllilik odur ki, bu genə aid olan insanlar içərisində bu cür xəstəliklərin meydana çıxma intensivliyi daha çox olur. Başqa sözlə, şizofrenik tip o deməkdir ki, şizofrenik xəstələri bu tip arasında daha çox çıxır. Demişəm ki, Azərbaycan siyasətində olan bəzi liderlər şizofrenik tipə aiddir. Ancaq bu o demək deyil ki, həmin siyasətçilər şizofrenikdir. Məndən elmi müsahibə almaq istəyiblər, mən də bunu elmi şəkildə çatdırmaq istəmişəm. Məni xüsusi bir şey kəşf etməmişəm. Bu fikirlər və məntiq mənim şəxsimdən deyil, psixologiya elmindən irəli gəlir.

- Davam edin...

- Məsələn, Lambrozo cinayətlərin insan antropologiyası ilə əlaqələrini öyrənən alim idi. Sübut etmişdi ki, kəllə qapağının qalınlığı çox olan insanlar daha çox cinayətə meyl edir. Hətta qeyd etmişəm ki, bizdə qanmaz adama qabırğası qalın deyirlər. Lakin Lambrozo sübut etmişdi ki, cinayətə meyllilik qabırğanın qalınlığı ilə deyil, kəllə qapağının qalınlığı ilə bağlıdır. Mən Antropologiya elminin bəzi nüanslarını açıqlamışam. Çünki suallar mənim ixtisasımla bağlı idi. Lambrozo özü də, məhkəmə-tibb eksperti olub. Ciddi elmi-təhqiqatları olub. Onun antropoloji nəzəriyyəsi o qədər qəbul edilməsə də, irəli sürdüyü fikirlərdə inandırıcı faktlar var. Mən də onun nəzəriyyəsindən bəzi misallar və nümunələr gətirmişəm. Hesab edirəm ki, müsahibəmi siyasiləşdirmək doğru deyil.

- Siz siyasətçilərə şizofrenikdir deyirsiniz və hesab edirsiniz ki, bunu siyasiləşdirmək qüsurludur?

-Mən demişəm ki, psixologiyada psixoloji tiplər var və bu tiplərə də uyğun insanlar var. Eləcədə siyasətçilər. Biz hamımız psixoloji tiplərə aidik. İnsanların bio-ritmlərinin, bio-potensialının təsdiq edilməsinin müxtəlif yolları var. Onlardan psixologiyada psixi xəstəliklərin adı ilə adlanan

tiplərdir. Odur ki, müxalifətdə şizofrenik tiplər var demək, o anlamı vermir ki, müxalifət siyasətçiləri arasında şizofrenik xəstələr var.

- Azərbaycan siyasətində ən səbirli, sakit və hazırcavab şəxslərdən biri İsa Qəmbərdir. Sizcə, İsa bəy hansı tipə aiddir?

- Mən burada elmi məlumat verirəm, siyasətçiləri fərdi qiymətləndirmirəm. Məsələn, mən sizə birləşmə reaksiyası haqqında məlumat verirəm. Dünyada 1milyarddan çox birləşmə reaksiyası var. Hər birini sizə demirəm ki. Əksinə, birləşmə reaksiyasının özünün mahiyyətini izah etməyə çalışıram. Elmdə əsas mahiyyətdir. Əgər sən bu mahiyyəti mənimsəyə bilirsənsə, bu zaman özün müstəqil şəkildə kimin hansı tipə aid olduğunu müəyyən edə bilərsən. Elə mənim tipimi də. Hippokrat həkim haqqında obraz yaradıb. Həkimin yerişi, duruşu, boyu, baxışı və s barədə. Götürüb onun həkim obrazını qələmlə çəksəniz İbni Sinanın əllərdə olan mövcud portreti alınar. Hippokrata görə, həkim qartal kimi çatma qaş, iti gözlü, ilan kimi düz bədənli, yerişi iti qadın kimi incə və s. Bu peşənin xüsusiyyətinə uyğun olaraq antropoloji təsəvvürünü ortaya qoyur. Hər adam həkim olmaz. Siz heç 200 kiloqram ağırlığında müəllim görmüşünüz? Kobud bədənə, iri əllərə, iri qulaqlara malik həkim görmüşünüz? Həkimlik və müəllimlik peşəsini seçən insanların ümumi xarakterinə baxanda görərsiniz ki, onlar antropoloji tip olaraq incə tiplərdir. İqtisadi və hərbi peşəni seçən şəxslərdə isə kobud antropoloji elementlər qabarıq özünü göstərir.

- Bəs siyasi...

- Baxır siyasətçi kimdir. Stalin və Hitlerin psixoloji tipinə dair böyük psixoloq alimlər tərəfindən elmi kitablar yazılıb. Sübut edilib ki, Hitler və Stalində ağır şizofrenik xəstəliklər olub. Məşhur nevropatoloq Bexterin müəmmalı öldürülməsi də, onun Stalində şizofrenik xəstəliyinin olması haqda diaqnoz qoyması göstərilir. Eləcədə Hitlerin davranışlarını tədqiq edən alimlər sübut ediblər ki, Adolfda üzə təzahür etməyən şizofrenik əlamətlər olub. Bəli, siyasətə gizlin ruhu xəstələr gələ bilər, bəşəriyyətə ziyan vura bilərlər. Kaliqula və Neronun vaxtındakı dövrü təhlil edəndə insan ağlına sığmır ki, belə şeylər ola bilərdimi? Ancaq tarixdə bunlar olub.

- Nurçu təriqətinə münasibətiniz necədir?

-Mən təriqət və məzhəblərin yanlış olduğunu, onların insanları doğru yoldan azdırdığını, islam dünyasını cəhalətdə və nadanlıqda qalmasını təmin etdiyini düşünürəm. İslam dünyasının xristian dünyası qarşısında gücsüz olmasının yeganə səbəbini təriqətlərdə görürəm. Odur ki, ardıcıl olaraq təriqət və məzhəblərin yanlış olduğunu, insanların yenidən doğru yola qayıtmasını, məzhəb və təriqətlərdən imtina etməsini təbliğ edirəm. Odur ki, mənim nurçuluğa müsbət münasibətim ola bilməz.

-Nurçu təriqətinin fəlsəfəsi, dünyagörüşü nədən ibarətdir?

- Əslində bu istiqamətdə mənim marağına səbəb olan bir neçə təriqətlər var ki, onlar haqqında daima danışmışam. Bunlardan biri də nurçuluqdur. Əslinə baxsanız islamda nurçuluq masonluqdur. Masonların da, dünyada etdiyi cinayətlərin, pərdə arxası oyunların terrorçuların etdiyindən yeganə fərqi odur ki, elmə əsaslanırlar. Masonlarda düşünür ki, ümumtəhsil

sistemində həqiqi insan yetişə bilməz, odur ki, xüsusi və ya qapalı təhsil sistemi yradılmalı, həmin şəxslər burada ayrı həyat tərzi yaşamalı və yerdə qalan insanları idarə etməlidir. Fətullah Gülənin də apardığı siyasətin və işlərin mahiyyəti bundan ibarətdir. Əslində Gülənin apardığı hərəkatı islamda IX əsrdə olub. Nurçuluq əslində Əxilik hərəkatının yeni dövrdə ki, təzahürüdür. İslamın əvvəlki tarixində əxilik hərəkatı olub. Əxi tərcümədən abi deməkdir. Halbuki indi Gülən tərəfdarları abilik prinsipi əsasında təşkilatlanıb. Bu faktiki əxilik hərəkatıdır. XII əsrdə Osmanlı imperiyası yarandıqdan sonra əxilik hərəkatı iki hissəyə parçalandı. Bir hissə Osmanlının sərhədlərini qorumağa keçdi və buradan hərbçi əxilər meydana gəldi. Digər qrup isə Osmanlıda ticarət, maliyyə sistemini götürdülər və iqtisadiyyatla məşğul oldu. Eynilə sonradan Gülən öz adamlarını ya ordu, ya da iqtisadi rıçaqlar olan mühüm strukturlarda yerləşdirdi. Gülən hərəkatı əxilik hərəkatının yeni forması və təkrarıdır. Əxilik sonradan sıradan çıxdı və qısa müddət sonra başqa adla Avropada meydana çıxdı ki, bu da masonluq idi. Siz abilik sistemi ilə masonluq prinsipinə baxsanız görəcəksiniz ki, mahiyyət baxımından eyni şeylərdir. Mason sistemində də subay oğlanların yaşadığı vahid evlər olur, oğlanları özbaşına buraxmırlar ki, istədiyi xanımla evlənsin, masonlar da bir-birini tanıyır, amma başqaları onları tanımır, qardaşlıq əlaqələri var və s. Fətullah Gülən əslində islamdan xristianlığa keçən hərəkatı yenidən islama qaytaran hərəkata rəhbərlik edib. Bu hərəkatın ən təhlükəli tərəfi ondan ibarətdir ki, onlar quranı yanlış şərh edirlər. Bunlar nə sünnidir, nə də şiədir. Məsələn, Fətullah Gülən özünü Mehdi Zaman elan edib. Halbuki, bu tezisi şiəlik müdafiə edir. Digər tərəfdən, özünün bəzi nüans və davranışları, qaydaları sünilik təriqətindəndir. Belə sintez yaradıb və bu da imkan verib ki, onlar daha geniş dairədə fəaliyyət göstərsin. Məsələn, Nursi deyirdi ki, quranda bəzi ayələr mənə işarə edir. Bunu da, adlarını tez-tez dəyişib qurana uyğunlaşdırmaqla sübut etməyə çalışırdı.

- Fətullah Gülən və ya ona yaxın şəxslərlə görüşmüsünüzmü?

- Bir dəfə məni məclisə dəvət etmişdilər. Burada vaxtı ilə Naxçıvanda uzun illər rəhbər vəzifədə işləyən dostumla masanın bir tərəfində durub söhbət edirdik. Söhbət əsnasında kənarda duran iki şəxsdən biri müdaxilə edərək mənimlə danışan dostumdan bizi tanış edə biləcəyini soruşdu. Dostum da məni təqdim edərək bildirdi ki, Sərdar Cəlaloğludur, siyasətçidir, partiya sədridir və s. Bu zaman həmin şəxs dostumdan xahiş etdi ki, Sərdar bəylə bizim gizli görüşümüzü təşkil etsin. Həmin şəxs Gülənin Bakıdakı məktəblərdən birinin direktoru idi. Sonradan bəlli oldu ki, onun yanındakı şəxs isə Gülənin buradakı şeyxi, məktəblərə baxan şəxsdir. Belə söhbət oldu, sonra biz ayrıldıq. Bu zaman dostum mənə dedi ki, onlarla konfidensal görüşməyimi, ümumiyyətlə kontakt saxlamağı məsləhət görmür. Məndə bununla razılaşdım. Gülən hərəkatı təxminən 3 il əvvəl mənə təklif etmişdi ki, görüşək.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı çıxdı

    Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı ...

    13-12-2013, 16:21

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu