"Qurban Məmmədovun avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu. Amma sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub".
Bunu barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vəkil Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib. "Son zamanlar Milli Şurada aktiv siyasi fəaliyyətlə məşğul olurdu. Müəyyən radikal çıxışqlar edirdi. Düzdü qardaşım olsa da, 5 ildi müəyyən səbəblərə görə aramız soyuqdu, əlaqələrimiz kəsilib. Amma həbsində siyasi motivlər olsa onu müdafiə edəcəm", - Sərdar Cəlaloğlu əlavə edib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?