GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Vaxtında sistem elə qurulmalı idi ki, Kərimovdan sonrakı dönəmdə çaşqınlığa yer qalmasın”

“Vaxtında sistem elə qurulmalı idi ki, Kərimovdan sonrakı dönəmdə çaşqınlığa yer qalmasın”

Tarix: 15-09-2016, 12:37 Bölmə :Müsahibə Baxış: 584
“Vaxtında sistem elə qurulmalı idi ki, Kərimovdan sonrakı dönəmdə çaşqınlığa yer qalmasın”

Elçin Şıxlı: “Hakimiyyət uğrunda böyük çəkişmələr və davalar gedə bilər”

“Ayna-Zerkola” qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Şıxlı dünyanın gündəmini zəbt edən məsələlərlə bağlı suallara cavab verib. Müsahibəni təqdim edirik.

- Elçin bəy, son günlər daha bir müzakirə edilən məsələsi Özbəkistanın gələcəyi, bu ölkədə prezident islam Kərimovun vəfatından sonra baş verə biləcək hadisələrdir. Siz, bu türk məmləkətində bundan sonrakı prosesləri necə qiymətləndirirsiniz?

- Mən sonuncu dəfə Özbəkistanda 1991-ci ildə olmuşam. Özbəkistan olduqca böyük və zəngin torpaqdır. SSRİ-nin qızılının 40 faizi Özbəkistandan çıxırdı. Bunu çox adam bilmir. Çünki məxfi informasiya idi. Özbəkistan zəngin məmləkətdir.

İkincisi, 8 il əvvəl biz özbək jurnalistlə Danimarkada görüşmüşdüm. O, eşidəndə ki, biz xaricə gedəndə deklarasiya doldurmuruq, özümüzlə istədiyimiz qədər xarici valyuta götürə bilirik, gözləri kəlləsinə çıxdı. Çünki orada pasportla 100 dollardan artıq dəyişmək olmazdı.

İndi isə fikrimcə, özbəklər çaş-baş qalıblar. Orada hakimiyyət uğrunda böyük çəkişmələr və davalar gedə bilər. Məncə, vaxtında sistem elə qurulmalı idi ki, Kərimovdan sonrakı dönəmdə çaşqınlığa yer qalmasın. Hamı deyirdi ki, İslam Kərimov var və hər şeyi həll edəcək. Ancaq həqiqətdir ki, bu dünyaya gələn insan övladı, bir gün dünyadan köçməlidir. Bu mənada sistem düzgün qurulmalı idi ki, bir adam gedəndən sonra problemlər yaranmasın, dava və mübahisələr yaranmasın. Amma indi orada nələrin baş verəcəyi çətin məsələdir. Məncə, kim güclüdür və kimə Rusiya və başqa ölkələr arxa duracaqsa, həmin şəxs iqtidarı götürə bilər. Eyni zamanda islam hərəkatının burada aparıcı gücə çevrilib-çevrilməyəcəyi məsələsi var. Bir sözlə, böyük problemlər var.

- G-20-liyin Çində baş tutan sammiti, dünya liderlərinin müzakirələri dünyada mövcud olan münaqişələrin, problemlərin həllinə təsir edəcəkmi?

-Mən düşünürəm ki, G-20-nin Çində keçirilən müzakirələrinə rəğmən dediyiniz problemlərin heç biri öz həllini tapmayacaq. Sadəcə olaraq onlar Çində görüşərək söhbət ediblər, sonda isə hər bir tərəf öz mövqeyində qalıb. Ona görə, hansısa məsələnin həllində, münaqişələrin yoluna qoyulmasında irəliləyiş olsun. Tərəflərin öz maraqları var. Onlar görüşüblər, bu zaman bir-birinin mövqelərində dəyişiklik olub-olmadığını özləri üçün aydınlaşdırıblar. Odur ki, yenilik və müsbət dəyişikliklər haqda düşünməyə əsas görmürəm.

- Çində baş tutan Obama-Putin görüşü sizcə, hansı məqamlara aydınlıq gətirəcək?

- Söhbət iki super gücdən gedir. Hesab edirəm ki, qarşıdurmanın səngiməsi baxımından bu görüşün heç bir əhəmiyyəti yoxdur. ABŞ sanksiyalardan imtina etmir.

Obama artıq heç nəyi həll etmir. Çünki prezidentliyinin son aylarını yaşayır. Əslində burada nəyinsə dəyişməsi üçün hər iki dövlətin maraqlarının kökündən dəyişməsi lazımdır. Bu da, bir görüşlə həll ediləsi deyil. Odur ki, bu görüşlə nəyinsə dəyişəcəyini gözləməyə dəyməz. Söhbət nə Ukraynadan, nə də Suriyadan gedir. Söhbət nüfuz məsələsindən və dünyaya öz dünyagörüşü modelini təsdiqləməkdən gedir. Əlbəttə, kim yaxşıdır, kim pisdir məsələsi ayrı mövzudur. Burada sadəcə olaraq dünyagörüşlərinin-qərblə rus dünyagörüşünün toqquşması məsələsi var. Toqquşma nöqtələri də, Suriya və Ukraynadır. Mən əsaslı bir dəyişiklik gözləmirəm və bu ola da bilməz.

- Suriya və Ukrayna problemi necə həll ediləcək?

- Problemin sonunda güclü tərəf qalib gələcək. Düşünürəm ki, proqressiv tərəf hansıdırsa, o da qalib gələcək. Amma bu prosesin neçə müddət davam edəcəyi, neçə qanlı döyüşlərin olacağı, neçə 100 min insanın həyatı bahasına başa gələcəyi başqa məsələdir. Hazırda Rusiyanın proqressiv bit şeylər təklif etdiyinin şahidi deyiləm. ABŞ isə dünyada bəzi məkanlara faktiki müdaxilə etməsinə baxmayaraq proqressiv tərəf ABŞ-dır. Mən sözsüz ki, texnoloji proqressiyanı, dünyaya baxış bucağını deyirəm. Bu saat texnoloji yanaşmaya baxaq. Google, Ühatsap, feysbuku kimi son yeniliklər ABŞ-da icad edilib. Rusiya nə icad edib?

- Odnoklassniki.ru sosial şəbəkəsini...

-Bəli, son ixtira budur, başqa bir şey yoxdur. Sözsüz ki, mən kimisə tərifləyib, kimisə pisləmək niyyətindən uzağam. Sadəcə konkret faktlardır. Marsa uçmaq istəyən ABŞ-dır. Onlar 2050-ci ilə qədər qarşılarına plan qoyublar və bunu edəcəklər. Elm, tərəqqi, inkişaf oradadır. Ən maraqlısı odur ki, google, vhatsap və digər yenilikləri ixtira edənlər SSRİ-də yaşayan şəxslər olublar. Əlbəttə, onlar yəhudilərdir, amma ailələri zamanında SSRİ-dən ABŞ-a köçüblər. Əsas məsələ budur. Düzdür, iki dünyagörüşü toqquşur və sonda güclü tərəf qalib olacaq.

- G-20 sammitində Türkiyə beynəlxalq oyunçu kimi ortaya çıxdı. Amma 15 iyun çevriliş cəhdindən sonra çoxları düşünürdü ki, Türkiyə hətta regional oyunçu kimi azı 10 il müddətinə oyundan çıxacaq. İndilikdə Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?

-G-20 liyin toplantısında Türkiyə rəhbəri əksər beynəlxalq güclərlə görüşlər, müzakirələr apardı, bəlkə də mövqeləri bir qədər gücləndirdi. Lakin iş ondadır ki, Türkiyədə mindən çox jurnalist saxlanılıb. Bu şəxslər cinayət törədib-törətmədiyi haqda mən bir söz deyə bilmərəm. Amma onların ailə üzvlərinin də ölkədən çıxışına yasaq qoyulub. Fikrimcə, bu ciddi məsələdir. Əlbəttə, Türkiyə bizim canımızdır, qardaşımızdır. Biz Türkiyənin qabağa gedəcəyini daima gözləyirik. Hesab edirəm ki, proqressiv hərəkətlər olmalıdır. Amma daxildə müəyyən problemlər var. Türkiyə bir dövlət kimi arenada var, bu bölgədə istinad ediləsi ölkədir. Biz istəyirik Türkiyə irəlidə olsun, bizdə baxaq fəxr edək.

- Hazırda Türkiyə ordusu Suriya ərazisində hərbi əməliyyatlar aparır, bufer zona yaradır, PKK-nın yandaşı olan PYD-ni sərhəddən təmizləyir, eləcədə İŞİD-ə qarşı ssərt tədbirlər həyata keçirir. Bu prosesin sonunu necə görürsünüz?

-Əslində Türkiyə 15 il əvvəl atmalı olduğu addımı indi atır. ABŞ İraqa müdaxilə edən zaman Ankara istədiyi yolu Vaşinqtona verməli, bəlkə də İraqa daxil olan ordunun başında özü dayanmalı idi. Fikrimcə, belə addım atılsaydı indi mövcud olan problemlərin və təhlükəsizlik təhdidlərinin çoxu aradan qalxar, Suriyanın Türkiyə ilə sərhəddində bufer zona yaratmağa ehtiyac qalmazdı. Bu zaman İraqda Kürdüstan muxtar qurumunun yaranması da mümkün olmayacaqdı. Burada söhbət Kərkük və Mosuldan gedirdi. Bütün qaz yataqları da, bu ərazilərdədir. Bura isə türk torpaqlarıdır. Vaxtında buralara girmədilər. Yəni problemi

beşikdə həll etmək lazım idi. İndi Türkiyə təkbaşına hərbi əməliyyatlar aparır, daxildə xain hücumlarla qarşılaşır və hər gün şəhidlər olur. Məncə, 10 il əvvəl bu addımlar atlılsaydı, xain başlar əziləsydi, bəlkə də bundan sonra demokratiya və barış projesinə başlamaq daha yaxşı olardı. Hər halda Türkiyənin güclənməsi, hüquq dövləti olması, dünyada öz sözünü deməsi, inkişafı bizim üçün əlavə gücdür. Bu mənada proqressiv addımlar lazımdır.

- G-20-nin sammitində iştirak etmək məqsədilə Çinə gələn prezident Obama təyyarədən ehtiyat qapıdan çıxmalı oldu, çünki təyyarənin tranpına xalı sərilməmişdi, daha sonra onun müşaviri ilə çinli məmur arasında qarşıdurma yarandı və s. Sizcə, bu addımlarla Çin nə Vaşinqtona nə anlatmağı istəyirdi?

- Çinin böyük güc olduğuna şübhə yoxdur. Amma özünə əmin olan və gücünə inanan heç bir fərd, qurum, dövlət özünü belə aparmaz. Başqa sözlə, bizim dildə, adamlar arasında belə münasibətlər ortaya çıxanda ona tərbiyyəsiz deyirlər. Yox, əgər bu diplomatik demarşdırsa, mənasız addımdır. Əgər sən güclüsənsə və özünə əminsənsə belə xırda uşaq söhbətlərinə getməməlisən. Əksinə, gücünü iqtisadiyyatınla, texnologiyalarınla, inkişafla ortaya qoymalısan.

- Çin iqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkə deyilmi?

-Açığı, Çinin özünün ixtira etdiyi texnologiya haqda eşitməmişəm. Çində gözəl kope-peste var. Çində çox zəhmətkeş millət var, səhərdən axşama qədər işləyirlər. Əlbəttə, Çin son illər inkişaf etdi. Amma rəqəm etibarı ilə birdən-birə irəli getdikləri üçün bəzi reallıqlar ortaya çıxdı. Məsələn, Almaniya iqtisadi yüksəliş ildə 0,5 və ya 1 faiz ola bilər. Çində illər əvvəl illik iqtisadi inkişaf 12-15 faizə çatırdı. Lakin iş ondadır ki, böyük dolu qab 0,5 və ya 1 faiz artır, birdə var boş qabın içərisini 8 faiz doldurursan. Adda bu olur ki, 8 faizlik artım oldu. Bunları ayırd etmək lazımdır. Ancaq bir daha qeyd edirəm ki, Çini saymamaq ağılsızlıq olardı. Çin böyük iqtisadi potensialdır, əhalisi işləkdir. Birdə Çində sosialist sistemi var. Çox adam deyir ki, Çin modeli var. Mən bilmirəm söhbət hansı modeldən gedir. Məncə, orada sistemsiz iqtisadiyyat var. İnsan potensialı və əhali o qədər güclüdür ki, bunun hesabına inkişaf edə bilirlər. Lakin bunun həddi var. SSRİ-də müharibədən sonra güclü iqtisadi irəliləyiş oldu. Bunu texnologiya olmadan, insan əməyinin istismarı səbəbindən qaldırdılar. Ancaq müəyyən həddə çatandan sonra

yerində saydı. Əslində SSRİ hər hansı bir siyasi məqama görə deyil, sırf iqtisadiyyata görə dağıldı. Çünki iqtisadi münasibətlər düzgün deyildi.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulu az çıxsın” - VİDEOMÜSAHIBƏ

    Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə ...

    23-07-2015, 19:29

  • 
  • Hakimiyyət uğrunda saray savaşı...

    Hakimiyyət uğrunda saray savaşı... ...

    22-11-2013, 22:08

  • 
  • “Belə çıxır ki, Ərdoğanın problemi Mirqədirov imiş”

    “Belə çıxır ki, Ərdoğanın problemi Mirqədirov ...

    28-04-2014, 10:28

  • 
  • Orta Asiyada gərginlik: Özbəkistan sərhəddə qoşun yeritdi

    Orta Asiyada gərginlik: Özbəkistan sərhəddə qoşun ...

    19-03-2016, 23:27

  • 
  • Özbəkistanda kütləvi həbslər: yüzlərlə islamçı tutuldu

    Özbəkistanda kütləvi həbslər: yüzlərlə islamçı ...

    20-11-2015, 01:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu