GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Hakimiyyət uğrunda saray savaşı...

Hakimiyyət uğrunda saray savaşı...

Tarix: 22-11-2013, 22:08 Bölmə :Dünya Baxış: 837
Hakimiyyət uğrunda saray savaşı...
Bu mübarizədə prezident İslam Kərimovun iki qızı və Milli Təhlükəsizlik Xidmətinin şefi Rüstəm İnoyatovun iştirak etdiyi bildirilir
Son günlər Özbəkistanda baş verən olaylar az qala bütün dünyanın diqqət mərkəzindədir. Belə ki, bu ölkənin siyasət məkanı kifayət qədər ciddi qalmaqallara səhnə olmaqdadır. Ən əsasısa, bütün bu qalmaqalların mərkəzində məhz Özbəkistanın hakim ailəsi yer almaqdadır. Hakim ailə daxilində kifayət qədər ciddi ziddiyyətlərin mövcud olduğu artıq inkaredilməz reallıqdır. Və bu ziddiyyətlər nəzarətdən çıxdığından qalmaqallar artıq nəinki ailədaxili “qırmızı cizgilər”i keçib, hətta Özbəkistan sərhədlərini belə, aşaraq bütün dünyaya yayılıb.

Əsas qalmaqalların Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ətrafında cərəyan etdiyi müşahidə edilir. Üstəlik Gülnarə Kərimovanın öz davranışları və açıqlamaları ilə belə bir vəziyyətin yaranmasına stimul verdiyi də diqqətdən yayınmır. Belə ki, prezidentin qızı hücum edə biləcəyi hər kəsi hədəfə almaqdan qətiyyən çəkinmir. Atası İslam Kərimovu ölkəni doğru idarə etməməkdə, anası Tatyana Kərimovanı cadugərliklə məşğul olmaqda, Özbəkistanın siyasi elitasını və xüsusi xidmət servislərinin rəhbərlərini konkret faktlarla korrupsiyada, rüşvətxorluqda, eyş-işrətə qurşanmaqda və s. qanun pozuntularında suçlayır.

Gülnarə Kərimovanın əsas hədəflərindən biri də onun 12 ildir ki, küsülü olduğu bacısı Lalə Kərimovadır. O, öz kiçik bacısını atasının hakimiyyətini ələ keçirtməyə can atmaqda ittiham edir. Hakim ailənin qızları arasındakı uçurum İslam Kərimovun kiçik qızı Lalənin BBC-yə verdiyi müsahibədən sonra daha da dərinləşib. Və vaxtilə atasının sağ qolu sayılan Gülnarə Kərimova öz “İnstagram” səhifəsində bacısı Laləni cadu ilə atasının hakimiyyətini dağıtmağa çalışdığını yazmışdı: “Ailənin bir hissəsi xidmət edərkən, cadugərlərlə dost olan digər bölümü ona zərər verir”. Böyük bacısı Laləni öz bank hesablarına külli miqdarda pul yerləşdirməkdə və qiymətli dini əsərlərə zərər verməkdə suçlayır.

Bacısı Gülnarənin əksinə olaraq, daha sadə həyat sürən Lalə Kərimova-Tillayevanın ötən ay BBC-nin özbək bürosuna verdiyi müsahibədən sonra bacılar arasındakı 12 illik küsülülük ortaya çıxmışdı. Həyat yoldaşı və üç uşağı ilə Cenevrədə yaşayan Lalə ailə toplantılarına belə getmədiyini, bacısı Gülnarənin isə atasının varisi olma ehtimalının az olduğunu söyləmişdi. Atası ilə ancaq ildə 3 dəfə görüşdüyünü vurğulayan Lalə uşaq əməyinin istismarı və radikal dinçiliyin güclənməsi kimi məsələlərə toxunaraq, atasının iqtidarını bəyənmədiyinə də eyham vurmuşdu.

Ancaq bəzi məlumatlara görə, bacılar arasında baş verənlər, eləcə də Özbəkistanda cərəyan edən son proseslər hakimiyyət uğrunda mübarizənin təzahürləridir. Əsas səbəb isə Özbəkistan prezidenti İslam Kərimovun həm qocalması, həm də onun xəstəliyinin qarşısıalınmaz xarakter alması ilə izah olunur. İddia edilir ki, prezident İ.Kərimovun sağlıq durumunun ümidsizliyi hakimiyyət uğrunda mübarizəni intensivləşdirir. Bir tərəfdən prezidentin qızları hakimiyyəti ələ keçirtməyə çalışırlar. Böyük bacı son vaxtlara qədər İ.Kərimovun siyasi varisi kimi qəbul edilirdi. Bununla barışmayan kiçik bacı da hücuma keçərək Gülnarə Kərimovanın Özbəkistanı idarə etməyə layiq olmadığını bir sıra faktlarla – onun mafioz şəbəkə yaratmaq, futbol ulduzu Kristiano Ronaldu da daxil olmaqla, dünyanın bir sıra tanınmış şəxsləri ilə eşq məcarası yaşaması, dövlət vəsaitlərini ələ keçirməsi ilə bağlı ittihamlarla sübuta yetirməyə çalışır. Və bəzi məlumatlara görə, bütün bunları etməkdə Lalə Kərimovanın əsas məqsədi hakimiyyətə sahiblənmək məsələsində böyük bacısını qabaqlamaqdır.

Ancaq Özbəkistanda hakimiyyət uğrunda mübarizənin iştirakçılarının sırası yalnız bu iki şıltaq və idarəedilməz bacılarla məhdudlaşmır. Bu mübarizənin iştirakçıları sırasında onların kifayət qədər güclü bir rəqibləri də var. Belə ki, Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Rüstəm İnoyatov da bu amansız mübarizənin içərisində hesab olunur. Hesab edilir ki, MTX-nin rəhbəri prezidentin xəstəliyini və onun qızları arasındakı bu çəkişməni özünün hakimiyyətə sahiblənə bilməsi üçün real fürsət kimi dəyərləndirir. Bütün bunlardan xəbərdar olan Gülnarə Kərimova bir müddət öncə hətta MTX-nin rəhbərini fürsətcillikdə və hakimiyyəti ələ keçirtmək niyyətində suçlamışdı. Gülnarə Kərimova birdimdi ki, MTX-nin rəhbəri onun xalq arasında populyar olmasından qorxur. Və bu səbəbdən də, ona qarşı “müharibə”yə başlayıb.

Əslində Gülnarə Kərimovun bu iddiaları tam əsassız da deyil. Belə ki, bəzi məlumatlara görə, MTX rəhbəri Rüstəm İnoyatov prezident İ.Kərimovla onun böyük qızının arasında münasibətləri korlaya bilib. Hazırda prezidentin qızına qarşı qəzəbli olduğu bildirilir. Bu səbəbdən də, İ.Kərimov MTX-nin Gülnarə Kərimova üzərində yaratdığı gərgin situsiyaya reaksiyasız qalmaqdadır. Yəni ata öz qızını demək olar ki, müdafizə etmir. Nəticədə G.Kərimovaya qarşı təzyiqlər hər ötəh gün daha da intensivləşir və onun həbs edilərək polis idarəsinə aparılması da artıq heç kəsi təəccübləndirmir.

Bütün bunlar onu göstərir ki, Özbəkistanda hakimiyyət uğrunda mübarizə intensivləşib. Hətta savaş o qədər ciddiləşib ki, Gülnarə Kərimova artıq buna tam gətirməkdə çətinlik çəkir. Hər halda, G.Kərimovanın artıq prezidentliyə iddia etmədiyini şəxsən bəyan etməsi onun geri çəkilmək məcburiyyətində qaldığını göstərir. Ancaq buna baxmayaraq, Özbəkistanda hakimiyyət uğrunda mübarizənin qalibinin məlum olmasından danışmaq hələ çox tezdir. Çünki bu Orta Asiya dövlətində hər an istənilən siyasi sürprizlər baş verə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

    Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı ...

    23-09-2014, 14:02

  • 
  • Prezident qızı prezidentlik iddiasından əl çəkdi

    Prezident qızı prezidentlik iddiasından əl çəkdi ...

    6-11-2013, 17:43

  • 
  • Prezident qızları İsveçrənin ən varlı ailələri sırasında

    Prezident qızları İsveçrənin ən varlı ailələri ...

    29-11-2013, 13:38

  • 
  • Prezidentin qızının gəzdiyi oğlan həbs edildi

    Prezidentin qızının gəzdiyi oğlan həbs edildi ...

    13-11-2013, 12:59

  • 
  • Prezidentin qızının həbs fotoları yayıldı

    Prezidentin qızının həbs fotoları yayıldı ...

    17-09-2014, 12:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu