Tanınmış aktyor Rasim Balayevin bir müddət əvvəl Kinematoqrafçılar İttifaqından istefa verməsi böyük səs-küyə səbəb olmuşdu.
Bəzi sənət dostlarından tutmuş siyasətçilərə qədər, hərə onun İttifaqdan çıxmasına bir cür don geyindirdi. Təbii ki, məsələyə siyasi don biçənlər də oldu. Şayiə, dedi-qodu, qarasınca danışma bir yana, son vaxtlar aktyorun səhhətində də problemlər yarandı. Ötən ildən bu yana səhhətində narahatlıqlar yaşayan Rasim Balayev Modern.az-a bəzi məsələlər, o cümlədən ictimai-siyasi vəziyyətlə bağlı danışmağa vaxt tapdı.
– İki il qabaq ayağım sınmışdı. İndi isə yıxıldım, qolum sınıb. Evdəyəm. Amma hələ ki, qolum gipsdədir. Həkimlər deyir hələ 10 gün də belə qalacaq. – Televiziyalardan birində yeni seriala çəkilirdiniz. Yeni təklifləriniz varmı? – O seriala çəkilişlər bitib. Hələ bir şey yoxdur. Yeni təkliflər almamışam. Özüm də bu vəziyyətdəyəm. Ondan sonra görək həkim nə deyir. – Köhnə dostlarınızdan kimlər hal-əhval tutur? – Əlaqə saxlayırıq. Telefonla danışırıq. – Gündəmi izləyirsiniz? Xəbəriniz var ki, Eldar Namazov da prezidentliyə namizədliyini irəli sürüb. Onun şansı sizcə nə qədərdir? – Nə bilim özləri bilərlər. Mən belə işlərə qarışmıram. Bu dəqiqə öz canımın hayındayam. – Yəqin bildiniz, Kinematoqrafçılar İttifaqında keçmiş həmkarınız Cəmil Quliyev İTV-yə direktor seçildi... – Seçilməliydi də. Atlar ölüb, itlərin bayramıdır. – Bir ara deyirdiniz daha burada heç bir işiniz qalmayıb. Ölkədən getmək haqqında fikirlər səsləndirirdiniz. Hələ də bu fikrinizdə qalırsınız? – Yox. Nə fikir. Canımın hayındayam. Vallah bilmirəm heç hansı cəmiyyətdə yaşayıram. Siyasətə əsla qarışmıram.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?