GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Putin bunu anlayır və vəziyyətdən çıxış yolu axtarılır”

“Putin bunu anlayır və vəziyyətdən çıxış yolu axtarılır”

Tarix: 12-10-2016, 18:34 Bölmə :Müsahibə Baxış: 499
“Putin bunu anlayır və vəziyyətdən çıxış yolu axtarılır”

Professor: “Yeni dövlətlər yaranacaq, artıq bunun simptomları görünür”

Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədr müavini, professor Adil Qeybulla günün aktual mövzuları ilə bağlı suallara vavab verib. Müsahibəni təqdim edirik.

- Adil bəy, artıq uzun müddətdir ki, ADR Hərəkatında təmsil olunursunuz, sədr müavinisiniz. Bu qurumun fəaliyyəti haqda nə deyə bilərsiniz?

- İşlər rəvan gedir. Siyasi partiyaların funksiyasını bəzi adamlar mitinq keçirməkdə görür. Biz 18-20 illik müxalifətçilik təcrübəsində bunun şahidi olduq. Bu gün biz daha çox konsepsiyaların hazırlanması ilə məşğuluq. Yəni iqtisadi böhranla bağlı hansı təkliflərimiz var, ictimai-siyasi həyatda hansı təşəbbüslər ola bilər və hansı sənədlər hazırlanmalıdır kimi məsələlər siyasi iddiası olan təşkilatın qarşısında duran əsas vəzifə olmalıdır. Düzdür, ADR siyasi deyil, ictimai qurumdur. Amma bu təşkilatın üzvlərinin böyük müxalifətçilik təcrübəsi var, burada xeyli neytral insanlar təmsil olunur. Bütün bunların iştirakı ilə konsepsiyalar hazırlanır. Hazırda səhiyyə istiqamətində bir neçə konsepsiya üzərində iş gedir və yaxın zamanlarda onların təqdimatı keçiriləcək.

- Müsavat kimi partiyadan getməyinizə görə peşman deyilsiniz?

- Müsavat Partiyasından ayrılma ilə baş verən hadisə əslində məntiqi proses idi. Əslində bu uzun müddət daxildə davam edən ziddiyyətlərin nəticəsi idi. Bunun da şahidi olduq. Düşünürəm ki, ADR Hərəkatı müstəqil şəkildə daha yaxşı fəaliyyət göstərir. Üstəlik ADR Hərəkatında strukturlarında təmsil olunan şəxslərin sayı kifayət qədər çoxdur və təşkilatlanma prosesi də davam edir.

- Müsavatın son mitinqi haqda nə deyə bilərsiniz?

- Bizdə aksiyaları kəmiyyət sayı ilə qiymətləndirmək tendensiyası var. Bu da, güc amili faktoruna dəyər vermək deməkdir. Təbii ki, Müsavat Partiyası son hadisələrdən sonra kifayət qədər bazasını itirib. Bu da, mitinqlərdə görünür. Başqa sözlə, görünən dağa bələdçi lazım deyil. 200-ci ildə, ondan əvvəlki tarixdə Müsavatın keçirdiyi aksiyaların möhtəşəmliyi göz önündə idi. Mitinqlər keçirmək fundamental azadlıqlardan biridir, lakin hesab edirəm ki, bununla məsələ bitmir. Siyasi partiyanın etirazı başqa formada-bəyanatla da ifadə edə bilər. Normalda bu da ciddi qarşılanır. Ancaq cəmiyyəti ruhdan salan aksiyalara ehtiyac yoxdur. Təcrübi göstərir ki, belə mitinqlər keçirmək müxalifətə nüfuz gətirmir. Əksinə, bu aksiyalar azalmaya doğru gedir. Müxalifət öz üzərində siyasi məsuliyyətini daima hiss etməlidir, cəmiyyəti doğru istiqamətə yönləndirməlidir. Düşünürəm ki, ölkədəki hadisələrdə müxalifətin tutduğu mövqe bizim üçün nümunə olmalıdır. Prinsipial məsələlərdə dövlətin marağından çıxış etmək vacibdir. Bu mənada Türkiyə müxalifətinin iyulun 15-də tutduğu mövqe əhəmiyyət kəsb edir.

- Müsavatla-AXCP arasında dartışma müşahidə edilir. Siz vaxtı ilə Müsavatın mətbəxində olmuş insansınız. Sizcə, illərdən bəri davam edən bu qarşıdurmaya səbəb nədir?

- Bildiyiniz kimi Müsavat Partiyası Milli Şuranı tərk etdi və bundan sonra qarşılıqlı ittihamlar yaşandı. İndi Müsavat AXCP ilə əməkdaşlıq etmək istəyir, AXCP isə Müsavat bu addımını xatırladır. Bu məsələdə Müsavat haqsız tərəfdir. Bu gün müxalifət daxilində inteqrasiya prosesləri xeyli zəifləyib. Bu daha çox siyasi proseslərin tempinin azalması, perspektivsizliyin olmasından qaynaqlanır. Digər tərəfdən, Müsavat daxilində gedən proseslər bu partiyaya ciddi zərbə vurdu. Bunu biz bir müddətdən sonra dərk edəcəyik. Bu işə günahkar olan şəxslər zamanla səhvlərini daha aydın görəcəklər. Düzdür, artıq bu işlər baş verib. Ancaq biz hazırda daha çox gələcəyə baxırıq və Azərbaycan cəmiyyətinin inkişafı üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırıq. Yəni öz imkanlarımızdan artığına iddia etmək niyyətində deyilik.

- İddia edilir ki, əgər İsa Qəmbər yeni təşkilat yaradacaqsa, bu zaman ADR Hərəkatında olan müsavatçıların çoxu ora qayıdacaq. Bu nə dərəcədə həqiqətdir?

- Mənim üçün bu ideya bir qədər əlçatmaz görünür. Niyə? Çünki ADR Hərəkatında olan müsavatçıların böyük əksəriyyəti əslində Müsavatda onlara qarşı olan ədalətsizlikdən, münasibətdən bezdilər. Odur ki, mən indi böyük bir axın və geri dönmənin olacağını düşünmürəm. Digər tərəfdə bunun işartıları da yoxdur.

- Amma belə ideya var, müzakirələr gedir....

- Belə ideya ola bilər, ancaq bir daha Müsavat olmayacaq və Müsavat kimi təşkilat olmayacaq. Mən bunu birmənalı deyirəm.

- Dünyada və regionda sanki müharibələr, qarşıdurmalar güclənir. Bu prosesin sonu necə olacaq?

- Məncə, SSRİ-nin dağılmasında sonra bir qütblü dünya yarandı. Sonra isə dünyanın yenidən bölünməsi prosesinə start verildi. Keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikalar müstəqillik qazandı, yeni qurumlar təşəkkür tapdı. Hazırda dünyada yenidən nüfuz savaşına başlanılıb. Dünyada gedən və siz dediyiniz proseslərdə əslində nüfuz savaşının bariz nümunələridir. Bu proses sona çatmalıdır. Hələliksə buna zaman lazımdır. Baxın, NATO kimi hərbi ittifaq artıq Rusiyanın sərhədlərində oturub. Bütün bunlar isə vaxtı ilə Varşava Müqaviləsi ölkələrinin, dünyaya öz sözünü diktə edən bir dövlətin ambisiyasına uyğun gəlmir. İndi Rusiyanın addımları daha çox özünü müdafiə insdinkinə bənzəyir. Gedən bu proseslərdə bu faktor var. Mən Rusiya və Amerika arasında gedən prosesləri nəzərdə tuturam. Faktiki olaraq tərəflər Suriyada güc nümayişi etdirir. Bununla yanaşı Afrikada yeni dünya düzəni formalaşacaq, yeni dövlətlər yaranacaq. Mən indi ad çəkmək istəmirəm, lakin bunun simptomları görünməkdədir. Həm də bu planda olan bir məsələdir. Yeni dünya düzəni formalaşacaq. Hesab edirəm ki, bizim əsas məqsədimiz Azərbaycanı mümkün qədər bu proseslərdən kənarda saxlamaq, ölkədə sabitlik və əmin-amanlığı qoruyub saxlamaqdan ibarət olmalıdır. Çünki bu çox mühüm məsələdir.

- Türkiyədə Yaxın Şərqdə hərbi əməliyyatlar fazasına daxil olur. Bunun perspektivini necə görürsünüz, çoxları Türkiyənin odla oynadığını iddia edir?

- Əvvəla, Türkiyənin güclənməsini istəməyən, onun zəifləməsinin tərəfindən maraqlı olan qüvvələr var. Bu heç kimə sirr deyil. Təsəvvür edin ki, Türkiyə kimi nəhəng iqtisadiyyatı olan ölkəni Avropa Birliyinə qəbul etmədilər, amma yunan Kiprini qəbul etdilər. Bu dünyada ikili standartların olmasını bir daha ortaya qoydu. Əlbəttə, Türkiyədə baş verən hadisələr bizim hamımızı narahat edir. Amma bir şeyi unutmaq lazım deyil. Türkiyə güclü dövlətdir, onun ordusu sərhədlərini qorumaq imkanına malikdir və ordu yetərli qüvvədir. Yəni Türkiyə sərhədləri daxilində hanssısa çirkin oyunların oynanılması ehtimalı olsa da, bu məğlubiyyətə düçardır. Lakin Türkiyə ətrafında gedən proseslər var və bu proseslərdə Türkiyəsiz addımlamaqla uğur əldə etmək mümkün olmayacaq. Suriyada baş verən proseslərdə də Türkiyəsiz keçinmək mümkün olmayacaq. Çünki Suriyada sonrakı mərhələdə baş verəcək proseslərdə Türkiyənin rolu və razılığı vacib şərtlərdən biridir. Odur ki, Türkiyə bu prosesdən kənarda deyil və qala da bilməz. İraqda baş verən hadisələr zamanı Türkiyənin sərgilədiyi mövqe və zaman göstərir ki, qardaş ölkənin belə proseslər zamanı aktiv mövqe ortaya qoyması daha məqsədəuyğun olardı. Yəni baş verənlər və təcrübə göstərir ki, Türkiyə kimi regional güc sahibi olan dövlətin mənafeyinə uyğun olmayan addımlar atıla bilər. Bu baxımdan növbəti proseslərdə Türkiyənin Suriya prosesində aktiv iştirakı gözlənilən idi.

İkincisi Türkiyə bir NATO dövlətidir. Ən azından Türkiyənin NATO dövləti olaraq maraq və mənafelərinin qorunması söhbəti var. NATO üzvü olan ölkələr də istəyib-istəməməsindən asılı olmayaraq bunu etməyə borcludur.

- Ancaq burada Rusiya faktoru da var...

- Rusiyanın uzun müddət xroniki müharibə aparmaq gücü yoxdur. Bu dövlətin iqtisadiyyatında müəyyən problemlər yaşanır, Rusiya son sanksiyalar dövründə ehtiyatlarının xeyli hissəsini itirib. Hazırda bu ölkəyə qarşı sanksiyalar davam edir. ABŞ və qərb dövlətlərinin bu məsələdə dəstək nümayiş etdirməsi Rusiya üçün yaxşı heç nə vəd etmir. Görünən odur ki, prezident Putin bunu anlayır və vəziyyətdən çıxış yolu axtarılır. Lakin bu proseslər istənilən halda sonda bir sülh müqaviləsi ilə çözülməlidir. Mən daha çox Şimali Afrikada gedən prosesləri nəzərdə tuturam. Əlbəttə, bu prosesdə Rusiya iştirak edəcək. Amma Rusiyanın nüfuzu getdikcə aşağı düşür. Bu daha çox aqressiv və güc davranışı ilə əlaqəlidir. Hesab edirəm ki, son mərhələdə Suriyada gedən proseslər ümumi axarı dəyişir. Bu gün artıq səslənir ki, Liviyada Qəddafi hökuməti yenidən hakimiyyətə gələ bilər, Qəddafinin qızının bu istiqamətdə ciddi çalışması prosesi var. Bu göstərir ki, müəyyən yeni tendensiyalar da var. Bu ssenarilər üzərində də düşülür. Ancaq bütün hallarda çözümün hansı formatda olacağını demək bu başdan olduqca çətindir.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ

    Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ ...

    3-02-2016, 12:37

  • 
  • Bəzi siyasi partiyaların fəaliyyəti qadağan olunacaq- Şərt

    Bəzi siyasi partiyaların fəaliyyəti qadağan ...

    9-12-2013, 17:31

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • “Gənc Demokratlar Hərəkatı”nın sədri Emin Bəşirli ilə yeni təşkilatın hədəfləri barəsində söhbət apardıq

    “Gənc Demokratlar Hərəkatı”nın sədri Emin Bəşirli ...

    15-02-2016, 23:08

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu