GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ

Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ

Tarix: 3-02-2016, 12:37 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ

"Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır. Bu, dünyanın bir çox ölkələrində var. Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur".

Bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Azərbaycanda hər bir siyasi partiya gəlirləri ilə bağlı illik maliyyə hesabatı verməlidir: "Bu, "Siyasi partiyalar haqqında" qanunda da nəzərdə tutulub. İllik maliyyə hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməlidirlər, maliyyə mənbələrini açıqlamalıdırlar.

Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər. Yəni, guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır, əmək haqqı alırlar. Partiya sədrlərinin əksəriyyəti bahalı maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var. Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edir, yəni nazirliyin araşdırmaq imkanı var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə, qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən "Siyasi partiyalar haqqında" qanunda əsaslandırılmalıdır".

S.Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə də toxunub: "Elə partiyalar var ki, 1992-93-cü ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və vəzifələr qoysa da, icra etmir. Yəni, fəaliyyətsizdir. Fəaliyyət göstərməyən partiyaları imkanlı şəxslər alır, "sandığa qoyub" saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər qanunvericiliklə tənzimlənməlidir".

S.Novruzov qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanunda hüquqi varislik məsələsi də əksini tapmalıdır: "Son günlər bir sıra siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn, partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans keçirərək özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki, partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır. Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edirlər. Məhkəmə də araşdırma aparmalıdır və "Siyasi partiyalar haqqında " qanuna istinad etməlidir. Ona görə də bu məsələ "Siyasi partiyalar haqqında" qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə bilsin".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Siyasi partiyalar maliyyə hesabatı verməkdən imtina etdilər

    Siyasi partiyalar maliyyə hesabatı verməkdən ...

    5-02-2014, 15:54

  • 
  • MSK-ya boş maliyyə hesabatı təqdim edən partiyaların adları açıqlandı - SİYAHI

    MSK-ya boş maliyyə hesabatı təqdim edən ...

    2-04-2020, 15:07

  • 
  • Bəzi siyasi partiyaların fəaliyyəti qadağan olunacaq- Şərt

    Bəzi siyasi partiyaların fəaliyyəti qadağan ...

    9-12-2013, 17:31

  • 
  • Bələdiyyə seçkiləri ilə bağlı ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır

    Bələdiyyə seçkiləri ilə bağlı ikinci ilkin ...

    3-12-2019, 10:37

  • 
  • Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

    Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq ...

    27-05-2016, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu