GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Yaxın 6 ay ərzində Amerikadan heç nə gözləməyə dəyməz”

“Yaxın 6 ay ərzində Amerikadan heç nə gözləməyə dəyməz”

Tarix: 19-10-2016, 11:51 Bölmə :Müsahibə Baxış: 448
“Yaxın 6 ay ərzində Amerikadan heç nə gözləməyə dəyməz”

Rasim Musabəyov: “Hər üç ölkə Azərbaycana ciddi təzyiqlər edir”

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edirik.

- Rasim müəllim, prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında bildirdi ki, bağlı qapılar arxasında Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi üçün təzyiqlər edilir. Ölkə başçısının bu bəyanatını necə şərh edərdiniz?

- Əslində Azərbaycana heç kəs təzyiq edə bilməz. Azərbaycana təzyiq etmək üçün əllərində nə imkan, nə də hüquqi əsas var. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçı ilə işğala məruz olan tərəfi bərabər tuturlar. Bəyan edirlər ki, status-kvonun dəyişilməsi qaçılmazdır, eyni zamanda ermənilərə təzyiq etmək istəmirlər. Deyirlər ki, müharibə aparmaq olmaz, siz yazıq ermənilərin istəklərinə uyğun addım atın, onlar işğal olunmuş ərazilərin bir hissəsindən çıxsın. Ermənilərin istəklərinə cavab vermirsinizsə, münaqişə olduğu kimi qalsın, atəşkəsə əməl edin. Status-kvonun dəyişilməsinin zəruri olduğunu deyirlərsə, bunun üçün gərək işğalçı ilə işğala məruz qalan tərəfi ayırsınlar. Ya Ermənistanı özləri ağıllandırmalıdırlar ki, iddialarından əl çəksin, ya da Azərbaycanın əlini-qolunu bağlamasınlar. Təəssüflər olsun ki, cənab prezidentin dediyi kimi dolayı yolla Azərbaycana Dağlıq Qarabağla bağlı iddialarına müsbət cavab vermək üçün təzyiq etməyə çalışırlar. Onlar Qarabağın Ermənistana birləşməsinə razılıq verməyimizi istəyirlər. Ancaq bunu görməyəcəklər.

- Təzyiqlər əsasən, hansı tərəfdən gəlir?

- Təəssüflər olsun ki, üç həmsədr dövlətin hamısından gəlir. Ən böyük erməni lobbisi məhz Rusiya, ABŞ və Fransada fəaliyyət göstərir. Onlar istəyirlər ki, məsələ sülh yolu ilə həll edilsin. Əslində işğalçıya tənbeh, cəza verməlidirlər. Həmsədrlər isə istəyirlər ki, Ermənistan münaqişədən

qələbə ilə çıxsın. Bu üç dövlətin üçünün də ürəyi Ermənistanladır, qarınları isə Azərbaycana bağlıdır. Ermənistan heç kəsə heç nə verə bilmir, yeganə işi zarıyıb hamıdan nə isə ummaqdır. Əsas imkanlar – maliyyə, energetika Azərbaycandadır. Ermənistanın cəmi 2 milyonluq, Azərbaycanın isə artan imkanlarla olan 10 milyonluq bazarı var. Çalışmalıyıq ki, öz imkanlarımız hesabına ermənilərə olan meyli tarazlaşdıraq. Bu, səbr, ardıcıl siyasət tələb edir. Prezidentin çıxışı o deməkdir ki, biz vəziyyətin çətinliyini anlayaq, nəinki geri çəkilməli, əksinə səfərbər olmalı, bütün imkanları düşməni yerində oturtmaq üçün istifadə etməliyik.

- Aprel döyüşlərindən sonra Ermənistanla aparılan danışıqlar nəticəsiz qaldı. Hazırda bu münaqişənin həllinin sürətlənməsi üçün hansı variantı daha məqbul hesab edirsiniz?

- 4 variant var. Birincisi odur ki, ermənilərin iddialarına müsbət cavab verək, Dağlıq Qarabağı dəhliz adı ilə qoparıb öz istəklərinə nail olsunlar. Prezidentin dediyi kimi, Azərbaycan buna heç zaman razı olmayacaq. İkinci variant müharibədir. Dünyada ikimiz üz-üzə qalsaydıq, biz müharibəni çoxdan başlayıb Ermənistanı öz torpaqlarımızdan silib kənara atmışdıq. Ancaq təəssüflər olsun ki, Rusiya açıq şəkildə hərbi cəhətdən Ermənistanı himayə edir. Ermənistanla böyük müharibəyə başlayacağımız halda anlamalıyıq ki, təkcə bir cəbhədə vuruşmayacağıq. Üçüncü variant bundan ibarətdir ki, ABŞ-la Rusiyanın istədiyi kimi müharibəni donduraq, cəbhə xəttində müşahidəni gücləndirmək istəyirlər ki, heç bir insident olmasın. Daha bir variant da var, düşünürəm ki, Azərbaycan məhz bu variantı həyata keçirəcək. Biz əlimizi Ermənistanın boğazından çəkməməliyik. Harada işğalçıya zərər vermək üçün imkanımız çatsa, bunu etməliyik. Ermənistanı bütün layihələrdən təcrid etməli, iqtisadi durumunun zərrə qədər də olsa, yaxşılaşdırmasına imkan verməməliyik. Cəbhədə böyük müharibəni başlamaq mümkün deyilsə, məhdud səviyyədə münaqişə aparmalıyıq, hər ay ermənilər 30 meyit daşımalıdır. Belə şəraitdə kimin davamlı olub-olmayacağı bilinəcək. İstisna etmirəm ki, sülh danışıqları nəticə vermədiyi halda cəbhə xəttində gərginlik addımbaaddım artacaq. Ciddi hərbi toqquşma başlamadığı halda böyük dövlətlərin diqqəti ayrı problemə yönələcək və bizə deyəcəklər ki, bir az da gözləyin. Azərbaycan nə qədər gözləyə bilər?! Bu münaqişənin dondurulmuş

olmadığına diqqət çəkmək imkanındayıq və buna tamamilə haqqımız çatır.

- Yəni cəbhə xəttində aprel ayında olduğu kimi analoji döyüşləri istisna etmirsiniz...

- Əlbəttə, belə döyüşlər yenə ola bilər. Sülh danışıqları real şəkildə həyata keçmirsə, belə döyüşlər qaçılmazdır. Deyə bilmərəm ki, cəbhə xəttində gərginlik noyabrda, yaxud yazda başlanacaq, amma bu, qaçılmazdır.

- ABŞ dövlət katibi Con Kerrinin “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb” bəyanatı nəyə xidmət edir?

- Con Kerrinin səlahiyyət müddətinin başa çatmasına 3 ay vaxt qalıb. O öncədən deyir ki, münaqişənin həlli üçün heç bir irəliləyiş yoxdur, o, öz dövlət katibi kimi fəaliyyətinə aid danışıb. Gələn ilin yanvarında Dövlət Departamentində inaqurasiya olacaq və Con Kerri “xudahafiz” deyəcək. O, nəinki dövlət katibi kimi öz postundan, yaşına görə siyasətdən də çıxıb gedəcək. Mənim düşüncəmə görə, o, ermənilər qarşısında üzrxahlıq edirdi ki, azərbaycanlıları sizin maraqlarınıza cəlb edib sülhə çəkə bilmədim. Nə də məcbur edə bilmədim ki, Azərbaycan mövcud vəziyyətlə barışsın, siz işğal etdiyiniz torpaqlarda arxayın oturasınız. Onun bəyanatını bu cür izah etmək mümkündür.

- Yeri gəlmişkən ABŞ-da maraqlı və qeyri-adi seçki kampaniyası gedir...

- Bir məqam yaxşıdır ki, seçki kampaniyasında erməni məsələsi nəinki kənarda qalıb, heç ümumiyyətlə, dilə gətirilmir. Bu, o deməkdir ki, ermənilərin zarımağından hamı təngə gəlib. Ona görə də ermənilər haqda nə Tramp, nə də Klinton bir kəlmə dilə gətirir. Ancaq bu, bizi arxayın salmamalıdır. Bizim konkret məsələlərimiz var, onları gündəmə gətirməyə məcburuq və bunu edəcəyik. ABŞ administrasiyasından yaxın 6 ay üçün heç nə gözləməyə dəyməz. Kerrini axsaq ördək adlandırırlar,

sadəcə cari işlər görür, cəmi 3 ay vaxtı qalıb. Yeni fəaliyyət üçün növbəti administrasiyanı gözləyirlər. Fransaya gəlincə, Olland olduqca aşağı reytinqə malikdir, orada da prezident seçkilərinə hazırlıq gedir. Kiməsə təzyiq etmək üçün ciddi səy gözlənilmir. Deyir gəlin, Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil edim, bunu öz reytinqini qaldırmaq, təbliğat üçün edir. Reallıq budur ki, Rusiya Ermənistanı hərbi cəhətdən təmin edir. Biz Rusiya ilə qarşı-qarşıya oturub onunla bu məsələnin çözülməsi üçün kompromisə gəlməliyik.

- Belə yanaşmalar var ki, prezidentliyə namizədlərdən Hillari Klinton Cənubi Qafqazı daha yaxşı tanıyır və Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Digər tərəfdən belə fikirlər səslənir ki, o, erməni lobbsinin təsiri altında olacaq. Sizcə, Donald Tramp, yoxsa Hillari Klinton Qarabağ münaqişəsinin həlli üçün daha aktiv fəaliyyət sərgiləyə bilər?

- Tramp heç bir vəzifədə olmayıb, onun nəyə nail ola biləcəyi açıq məsələdir. Ənənəvi olaraq ermənilərin mövqeyi Dövlət Departamentində, Konqresdə həmişə Azərbaycan və Türkiyənin mövqeyindən güclü olub. Azərbaycana dəstək verən qüvvələr isə Pentaqon, ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsi və Energetika Nazirliyi olub. İstər-istəməz Ağ Evin Təhlükəsizlik Şurasında ayrı-ayrı mövqelər götür-qoy edilir və ABŞ siyasəti formalaşır. Dövlət Departamentinin, Konqresin mövqeyi ictimaidir. Adətən, Azərbaycana dəstək verən qüvvələr mətbuata çıxıb bəyanat verməyi sevmirlər, ancaq onların marağı Azərbaycana bağlıdır. Zaman-zaman Pentaqon, ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri Azərbaycana gəlir. Energetika Nazirliyinin rəhbərliyi bilavasitə Xəzərə bağlıdır. Klinton Konqresdə və Dövlət Departamentində çalışıb. İstər-istəməz orada erməni təsiri güclü idi. Klinton prezident seçiləcəyi halda ayrı yanaşmalarla üzləşəcək və mövqeyi daha balanslaşmış olacaq. O, Trampdan fərqli olaraq Cənubi Qafqazdakı vəziyyəti daha yaxşı bilir, şimaldan, cənubdan olan təzyiqlərdən xəbərdardır. Klinton eyni zamanda Azərbaycanın əhəmiyyətini yaxşı anlayır. Dövlət katibinin kimliyi və Konqresdə seçkilərin nəticəsi əhəmiyyətli rol oynayacaq. Respublikaçılar Azərbaycana daha çox meylli olurlar. Hillari Klinton qələbə qazansa, ancaq həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçılar çox olarsa, onlar ABŞ-ın milli maraqlarından çıxış edəcəklər,

Azərbaycanı daha yaxşı eşidəcəklər. Bütün hallarda son sözü nəticə deyəcək.

- Reytinqlər Klintonun şansının böyük olduğunu göstərir...

- Respublikaçıların namizədi Tramp yox, başqası olsaydı, istənilən respublikaçı Klintonu udacaqdı. Bununla Konqresdə də respublikaçıların çoxluğu təmin ediləcəkdi.Ancaq Tramp özü çox müəmmalı respublikaçıdır, bütün nüfuzlu respublikaçılar ona qarşıdır. Seçkidir, hər şey ola bilər. Düzdür, reytinqlər Klintonun səs faizini yuxarı göstərir. Seçkiqabağı başı gicəllənib yıxılsa, hər şey bitə bilər, halbuki heç kəs bunu istəmir. Allah Klintona şəfa versin.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq olmasa, müharibə qaçılmazdır”

    Əli Həsənov: “Ermənistana beynəlxalq təzyiq ...

    5-05-2016, 11:53

  • 
  • "Azərbaycan bir qarış da torpağını işğal altında qoymayacaq"

    "Azərbaycan bir qarış da torpağını işğal ...

    9-10-2016, 12:47

  • 
  • “Azərbaycan ehtiyatlı olmalıdır”

    “Azərbaycan ehtiyatlı olmalıdır” ...

    2-04-2014, 11:22

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15

  • 
  • Qarabağ üçün ya müharibə, ya da...

    Qarabağ üçün ya müharibə, ya da... ...

    9-05-2014, 13:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu