GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Yaxın Şərqin taleyi ilə bağlı qəti söz demək çətindir”

“Yaxın Şərqin taleyi ilə bağlı qəti söz demək çətindir”

Tarix: 18-11-2016, 23:46 Bölmə :Müsahibə Baxış: 645
“Yaxın Şərqin taleyi ilə bağlı qəti söz demək çətindir”

Erkin Qədirli: “ABŞ Suriyadan çəkilsə Türkiyə, Səudiyyə və İran arasında məzhəb davası başlayacaq”

ABŞ-da son prezident seçkiləri, prezident Donald Trampın atacağı addımlar, Vaşinqton-Moskva, Vaşinqton-Dəməşq münasibətləri, Mosul və Kərkükün taleyi indi əsas gündəm mövzularıdır. Bu mövzular ətrafında yaranan suallara Respublikaçı Alternativ Hərəkatının funksioneri Erkin Qədirli cavab verir.

-NATO hərbi ittifaq kimi ləğv oluna bilərmi?

- Amerikanın özündə hərbi ekspertlər və analitiklər hesab edirlər ki, NATO hərbi alyans olaraq tarixi rolunu oynayıb. NATO siyasi qurum kimi qalmalıdır, ancaq hərbi güc kimi səmərəli deyil. Xüsusilə, Liviyadan sonra ABŞ-da bu qənaətə gəlindi. Belə fikir deyilir ki, Amerika öz hərbi təhlükəsizlik işlərini NATO-dan kənarda görsün. Yəni ayrı-ayrı ölkələrlə iki və ya üçtərəfli anlaşmalar əsas götürülsün. Əlbəttə, bunu demək asandır, lakin onun həyata keçirib-keçirməmək başqa məsələdir.

- İndi Yaxın Şərq alovlu faza mərhələsindədir. Tramp ABŞ-ı Suriyadan çəksə nələr baş verəcək?

- Əslində Yaxın Şərqin özü dəyişmir deyə, Yaxın Şərqlə bağlı kənar ölkələrin də siyasəti dəyişmir. Yaxın Şərqin tarixi və taleyi belə gətirib. Onlar heç vaxt özlərini idarə edə bilməyib. Yaxın Şərqdə barış və sülh tarixən hansısa imperiya daxilində olub. Lap qədimlərə getsək Sasanilər, Əhmənilər, Roma, Bizans, Xilafət və Osmanlı dönəmlərində Yaxın Şərqdə barış olub. Sonra bu imperiyalar çəkildikdə bölgədə daima qırğınlar, müharibələr baş verib. Odur ki, indi bu bölgə ilə bağlı heç kəs qəti bir şey edə bilmir. Üstəlik imperiyalar dövrü də artıq bitib.

- ABŞ Suriyadan imtina etsə nə olacaq?

- Tramp Suriya ilə bağlı söylədiklərini həyata keçirmək istəsə, bu müəyyən problemlər yaradacaq. Tramp Suriyadan çəkiləcəyini, Bəşər Əsədin müxalifətinə dəstək verməyəcəyini seçki kampaniyası zamanı demişdi. Belə baxanda bir tərəfdən anlaşılmır ki, Suriyada kim-kimə qarşı vuruşur. Çünki orada çeşidli qüvvələr var və bir-birinə qarşı savaş aparırlar. Əslində isə məzhəb davası gedir. Bəşər Əsəd və çevrəsi ələvilərdən ibarətdir, yerdə qalanlar isə sünilərdir. Ələvilər də bilir ki, əgər Bəşər Əsəd hakimiyyətdən getsə onların hamısını qıracaqlar. Bu səbəbdən də, amansız müqavimət göstərirlər. Normalda ABŞ Suriyadan əlini çəkirsə bu yer boş qalmamalıdır. Bu halda Suriyaya Türkiyə girəcək. Onsuz da, Türkiyə Suriyaya girib, sadəcə ABŞ çəkiləcəksə, bu zaman daha çox girəcək. Belə halda Səudiyyə də Suriyaya daxil olacaq. Türkiyə və Səudiyyə bölgənin ən böyük iki sünni dövlətidir. Əgər onlar Suriyaya daxil olacaqsa, bu zaman İran məcbur olub Suriyada varlığını göstərəcək. Bu halda münaqişə Suriyadan daha geniş xarakter alacaq, artıq şiə-sünni davası Suriya içərisindən çıxaraq regional davaya çevrilə bilər. Bu səbəbdən də, düşünmürəm ki, Donald Tramp Suriya ilə bağlı dediklərini həyata keçirsin.

- Rusiya prezidenti Putin ABŞ-ın yeni prezidenti Trampla telefonla danışıb, tərəflər münasibətlərin yoluna qoyulmasını, Suriyada əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər. Bundan sonra Rusiya-ABŞ münasibətlərinin inkişafını necə görürsünüz?

- ABŞ-Rusiya münasibətləri düzəlməyəcək. Əksinə, pisləşməyə doğru gedəcək. Rusiya ilə münasibətləri yoluna qoymaq olar? Bəyəm, Rusiya normal və hüquqi bir dövlətdir? Rusiya hamı üçün problem yaradır. Bu səbəbdən də, Rusiya ilə mülayim danışmaq olmur. Bu baxımdan hesab edirəm ki, Donald Tramp Rusiyanın üzərinə gedəcək. Əksinə, prezident Obama bir çox məsələlərdə yumşaqlıq edib. Respublikaçılar daha fərqli xarici siyasət yürüdürlər.

- Daha radikal xarici siyasət?

- Sərt xarici siyasət. Respublikaçılar daima belə olub

-Ancaq Rusiyanın özündə Trampın ABŞ-da prezident seçilməsi ilə böyük ümidlər yaranıb...

- Nə olsun. Rusiyanın başı dərddədir və problemləri də böyüyə-böyüyə gedir. Bu problemlərin çoxu da Rusiyanın içində yaranıb və rəhbərlikdən qaynaqlanır. Odur ki, Rusiyanın sevinməsi bir qədər gülməlidir.

- Mosulda, Kərkükdə durum mürəkkəbdir, türkmənlərin vəziyyəti daha pisdir. Bu vəziyyətin sonunu necə görürsünüz?

- Təbii ki, vəziyyət kəskindir. Mən prosesləri izləyirəm. Orada faciə yaşanır. Türkiyə rəhbərliyi vəziyyəti çox uzatdı. Fikrimcə, 2001-ci ildə Türkiyə bu ərazilərə daxil olmalı idi. Amma daxil olmadı və vəziyyəti bu həddə qədər gətirib çıxardı. İndi təhlükəsizlik problemləri ortaya çıxdığı üçün Türkiyə məcbur olaraq Suriya və İraqda PKK-nı, YPQ-ni vurmağa başladı. Türkiyə çox gecikib. Amma burada güc həm də Türkiyədir. Odur ki, Türkiyə nəsə etməlidir.

-Türkiyənin belə bir imkanı varmı?

- Hesab edirəm ki, Türkiyənin belə bir imkanı var. Baxaq görək hansı addım atılacaq.

- Ankara vəziyyəti susqunluqla qarşılasa və ancaq sözdə bəyanatlar versə, Mosul son anda bir kürd şəhərinə çevrilə bilərmi?

- Bunu mən deyə bilmərəm. Çünki bu heç kimin bilmədiyi məsələdir.

-Çoxları üçün ABŞ-da keçirilən seçkilər və nəticə sürpriz oldu. Sizdə düşünürdünüz ki, Hillari Klinton qalib gələcək?

- Bu seçkilərdə Respublikaçılar qalib gəlməsi mənim üçün gözlənilən idi. Başqa sözlə, Respublikaçıların qalib gələcəyini düşünürdüm və bunu demişdim. Lakin Donald Trampla bağlı gözləntim yox idi. Ancaq bəllidir ki, ABŞ-da siyasət şəxsiyyətlərin üzərində qurulmur, siyasəti yürüdən partiyalardır.

- Siz Respublikaçıların Konqres və Senatı götürəcəyini güman edirdiniz, prezidentliyə namizədləri haqda isə inamlı deyildiniz?

- Prezident seçkilərində də Respublikaçıların qalib gələcəyini düşünürdüm. Göründüyü kimi Respublikaçılar həm də Donald Trampın simasında da seçkiləri uddular. Məncə, Donald Tramp verdiyi vədlərin çoxunu yerinə yetirə bilməyəcək. Çünki onların bəziləri ümumiyyətlə federal prezidentin səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər ştatların özünə aiddir. Üstəlik beynəlxalq öhdəliklər baxımdan ABŞ-ın geri çəkilməsi, ələlxüsus NATO və Suriyadan geri çəkilməsi böyük problemlər yaradardı. Mən əminəm ki, Trampın prezident kimi bu istiqamətdə verəcəyi qərarları Respublikaçıların üstünlük təşkil etdiyi Konqres əngəlləyə bilər. Və ya Konqres əngəlləməsə bunu Ali Məhkəmə əngəlləyəcək. Qeyd edim ki, Ali Məhkəmədə doqquzuncu hakim fevraldan yox idi. Respublikaçı Senat Obamanın irəli sürdüyü namizədə səs verməmişdi. Ancaq indi Respublikaçılar özlərinin namizədini irəli sürəcək və beləcə Ali Məhkəmə tam işlək vəziyyətə düşəcək. Eyni zamanda ola bilsin ki, Obamanın 8 illik prezidentliyi dövründə verdiyi bir çox sol yönümlü qərarları ləğv olunacaq.

- Dünya mediası Donald Trampın prezidentliyə gedəcəyi yolun əngəllənəcəyinə dair versiya və variantlar ortaya atır....

- Donald Tramp prezident seçilib və yanvarın 20-də andiçmə mərasimi keçiriləcək. Həmin gündən də Tramp səlahiyyətlərinin icrasına başlayacaq. O dövrə qədər də prezident Obamaya təqdim edilən kəşfiyyat və əks kəşfiyyat məlumatlarının bir sürəti də Trampın ofisinə gedəcək. Beləcə yeni prezident bu sənədlərlə tanış olmağa başlayacaq. Bununla paralel olaraq Tramp öz komandasını elan etdikdən sonra Ağ-Evin indiki komandası işləri yeni komandaya ötürəcək. Bir sözlə, Trampın prezidentliyə gedən yolunda hüquqi əngəl yoxdur. Əgər sonradan Tramp prezident kimi ABŞ qanunlarına qarşı çıxsa və başqa səbəb yaransa impincment ola bilər. Lakin impincment öz-özlüyündə çox mürəkkəb proseduradır. Çünki Konqresin hər iki palatasında, Ali Məhkəmədə respublikaçılar olacaq. Mən düşünmürəm ki, Donald Trampın özü də impincmentə səbəb olacaq hansısa addımlar atsın. Fikrimcə, hələ bir müddət respublikaçılar, yeni aparat Trampı yonacaq.

-Hazırda həmdə ABŞ-da Donald Trampın prezidentliyinə qarşı etiraz aksiyaları keçirilir. Bu aksiyalar nəyin göstəricisidir?

-Etirazlar sözsüz ki, narazılıqların göstəricisidir. Etiraz edənlərin böyük hissəsi əslində seçkilərə gedərək səs verməyiblər. Hillari Klintonun reytinqi o qədər yüksək deyil. Potensial demokratların tərəfdarları heç seçkiyə gedib iştirak etmirdilər. Hər zaman demokratlara səs verən dörd böyük ştatda Tramp qalib gəldi. Baxmayaraq ki, Miçiqan, Penselvaniya, Ohaya ştatları hər zaman demokratlara səs veriblər. Lakin son seçkilərdə bu ştatlarda Respublikaçılar Partiyası qələbə qazandı. Əhali səsverməyə getmədi, indisə narazılıqlarını bildirirlər.

- Tranp seçki kampaniyası zamanı ABŞ-ın daxili auditoriyası üçün də vacib mesajlar vermişdi. Məsələn, Meksika ilə sərhəddə beton hasar çəkilməsi, miqrantların ölkədən çıxarılması, müsəlmanlara qarşı fikirlər və s. Bu məsələlər necə həll olunacaq?

- Bu məsələlərin çoxu ştatların özlərinə aiddir. İkincisi, müsəlmanlara, qaralara və qadınlara qarşı deyilən fikirlərin heç biri Trampın əleyhinə işləmədi. Əksinə, müsəlman qadınlar da gedib Trampa səs verdilər. Bu vədləri yeni prezident həyata keçirə bilməyəcək. Qənaətimcə, NATO ilə bağlı məsələ daha ciddidir. Əslində NATO ilə bağlı Vaşinqtonda çoxdandan narazılıq mövcud idi. Sadəcə Tramp bunu dilə gətirdi. NATO-nun əsas yükünü-maliyyə xərclərini Amerika çəkir. Donald Trampda dedi ki, ABŞ bundan sonra NATO-nun maliyyə yükünü təkbaşına daşımayacaq. Başqa sözlə, NATO üzvləri üzvlük haqqında başqa pul verməlidir.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO Rusiya ətrafında həlqəni daraldır

    NATO Rusiya ətrafında həlqəni daraldır ...

    2-04-2014, 11:28

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • NATO-dan Rusiyaya göz dağı

    NATO-dan Rusiyaya göz dağı ...

    9-03-2015, 15:18

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR

    Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR ...

    6-05-2016, 01:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu