Barak Obama bildirib ki, NATO Rusiyanın Ukraynaya qarşı siyasətinə hərbi əməliyyatlarla cavab verməyəcək
ABŞ prezidenti Barak Obama bildirib ki, NATO Rusiyanın Ukraynaya qarşı siyasətinə hərbi əməliyyatlarla cavab verməyəcək. Amma, ukraynalıların növbəti dəfə öz gələcəklərini müstəqil şəkildə təyin etmək səylərini dəstəkləyib. ABŞ və AB zirvə toplantısının yekunlarına görə Brüsseldə çıxış edən Obama xatırladıb ki, Ukrayna Şimali Atlantika alyansının üzvü deyil. "Həm də, NATO öz fəaliyyəti Baltikyanı ölkələrdə və Polşada aktivləşdirib",- deyə ABŞ prezidenti qedy edib. “Zamanla Rusiya başa düşəcək ki, təhlükəsizlik və inkişafa güc tətbiq etməklə nail ola bilməyəcək”,- deyə obama vurğulayıb. Bazar ertəsi günü isə Obama bildirmişdi ki, Moskvan Ukraynanın suverenliyinə əl uzadarsa onu yeni sanksiyalar gözləyəcək. Onun sözlərinə görə, özlərinə zərər vermək bahasına belə olsa, ABŞ və onun Avropa tərəfdaşları Rusiya iqtisadiyyatına nziyan vermək üçün tədbirlər görəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?