GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bütün məhsullar 1,5 % bahalaşacaq”

“Bütün məhsullar 1,5 % bahalaşacaq”

Tarix: 9-12-2016, 13:24 Bölmə :Müsahibə Baxış: 533
“Bütün məhsullar 1,5 % bahalaşacaq”

Əli Əlirzayev: “Qazın və elektrik enerjisi ilə bağlı açıqlanan norma düz deyil və az təminatlı ailələrə ciddi təsir göstərəcək”

İqtisadi məsələlər üzrə mütəxəssis, professor Əli Əlirzayev son günlər ABŞ dollarının bahalaşması, ölkədə mavi yanacaq və elektrik enerjisinin qiymətinin artması, iqtisadi durum və perspektivlər haqda fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik.

- Mavi yanacağın və elektrik enerjisinin qiymətinin kəskin bahalaşdırılması üçün əsaslar varmı?

- Ölkədə dollar qalxır, bu da məhsulların qiymətini qaldırır və bu zaman qiymət şaxələnir. Hesablamalarıma görə, 1 ABŞ dollarının qiyməti 2,3 % artıb. Bu 23,3 % artan qiymət bütün məhsullarının qiymətinə təsir edəcək. Bu təbii prosesdir. Bunun qarşısını almaq üçün adətən ölkələr ya ixtisarları artırır, ya da özlərini bəzi məhsullarla təmin edirlər. Bunlar 1 günlük iş deyil. Əslində 3-5 il əvvəl bunu etməli idilər. İndi mümkün qədər gəlirləri artırmaq lazımdır. Sahibkar daha çox məhsul satmalıdır və ya əhali özünü məhsullarla təmin etməlidir. Məncə, bu aztəminatlı ailələrin vəziyyəti baxımından çox pidir. Mən uzun illərdir ki, sosial araşdırmalarla məşğulam. Tarif Şurası son qərarında insanları kateqoriyalara bölür. Bu əslində düzgün addım deyil. Təsəvvür edin ki, insan bazara gedir, eyni məhsulu satıcı ona 5 manat baha satır və arqumenti də budur ki, sən varlısan. Digərinə isə deyir ki, sən kasıb olduğun üçün 3 manata satacağam. Odur ki, Tarif Şurasının qərarının elmi əsası yoxdur. Bura alimləri dəvət edib müzakirələr aparmaq lazımdır. Məsələn, qeyd edilir ki, hər bir ailəyə ayda 250 kilovat saat elektrik enerjisi 7 qəpikdən satılacaq. Çünki əhalinin 72 % aylıq 250 kilovat saat elektrik istifadə edir. Əslində bu rəqəm hər bir ailə üzvünə tətbiq edilməlidir. Bəzən bir evdə iki ailə yaşayır və onların bir sayğacı olur. Həmçinin qərardan əvvəl demoqrafik vəziyyəti araşdırmaq lazımdır. Eləcədə illik 1500 kubmetr qaz norması. Bu doğru norma deyil və az təminatlı ailələr üçün heç nə verməyəcək.

- Az təminatlı ailələrin durumu çətinləşəcək?

- Əlbəttə. Bu zaman ailələr pulunu enerjiyə, qaza ödəməli olacaq. Məcbur olub qida məhsullarını az alacaq. İstehlakçının davranışı var. Düşünəcək ki, mənim üçün istilik, elektrik enerjisi vacibdir, nəinki ət, balıq yemək. Bu qərarın problemlər yaratması öz yerində, amma mexanizmin özü doğru deyil. Və bunu izah edə bilmirlər. Metodika düzgün deyil. Mən hesab edirəm ki, qiymət artımı zamanı xarici ölkələrlə müqayisələr aparmaq da doğru deyil. Çünki həmin ölkələrdə 2-5 min avro arasında əmək haqqı var. Bu gəlirlə qazı və işığın qiymətini artırmaq olar. Amma istehlak səbətinin bizdə olan səviyyədə belə qiymət artımları ədalətli görünmür. Həm də yeri gələndə qazı biz özümüz istehsal edirik və əhalimizə ucuz sata bilərik. Niyə bunu satmayaq? Üstəlik rəqəmlərdə deyirlər ki, əhalinin 62 % illik 1500 kub metr qaz, 72 % isə aylıq 250 kilovat saat elektrik

enerjisi istifadə edir. Ancaq bunu bəyan edəndə düşünmürlər ki, əhalinin 62 % həmdə kasıb həddində yaşayır, az təminatlı ailələrdir. Amma bizdə qeyd edilir ki, əhalinin 5-6 % kasıb həddədir. Bəs necə oldu ki, rəqəmlər belə artdı? Bir daha hesab edirəm ki, Taarif Şurasının əsaslandırılması doğru deyil. Qiymət qalxa bilər, bunu əsaslı izah etmək lazımdır. Burada söhbət dövlətin inhisarında olan məhsulların qiymətinin qalxmasından gedir. Əgər söhbət iqtisadiyyatın özəl sektorundan getsəydi yeni istehsalçılar, rəqabət və alternativ variantlar haqda düşünmək olardı. Amma indi deyirlər ki, biz alternativ variantları inkişaf etdirəcəyik? Hansı alternativ variantları? Hesab edirəm ki, benzində bahalaşacaq, çörək istehsalına çəkilən xərclər artacaq. Bütün məhsulların qiyməti ABŞ dollarının qiymətinin 2,3 % artmasına paralel olaraq orta hesabla bütün məhsulları 1,5 % bahalaşdıracaq.

- Son günlər xarici valyuta, ələlxüsus Amerika dollarının məzənnəsi durmadan qalxır. İndiki durumu təcrübəli iqtisadçı kimi necə qiymətləndirirsiniz?

- Dolların bahalaşması həm siyasət, həm də tələbatdır. Dollara olan tələbat artır. Çünki xarici iqtisadi əlaqələr genişlənir, başqa ölkələrə investisiya gedir.

İkincisi, manatın qiymətdən düşməsi və dolların bahalaşması psixoloji amil kimi insanlara təsir edir. Odur ki, bazara nə qədər dollar buraxırsansa, alırlar. Sən də istədiyin qədər dolları bazara buraxa bilmirsən. Dollar məhduddur. Dollar ya neftdən gələn, ya da başqa məhsulların istehsalı hesabına əldə olunan valyutadır. Odur ki, tələbat artdıqca qiymət də bahalaşır.

Əgər iqtisadiyyat inkişaf etsəydi və dollardan asılı olmasaydı, bu zaman dolların bahalaşması qorxulu olmayacaq və qiymətlərə də ciddi təsir göstərməyəcəkdi. Amma söhbət ondan gedir ki, indi dolların bahalaşması real iqtisadiyyata, alıcılıq qabiliyyətinə, əhalinin həyat səviyyəsinə təsir edir. Bax, bu məqam çox qorxuludur. Bizdə dollardan asılılıq çoxdur. Hazırda bu proses gedir və haradasa dayanacaq. Gərək dövriyyədə dollar ola ki, sən də onu satasan. Və ya ehtiyat fondlarından istifadə etməlisən. Fikrimcə, indiki situasiya yaxşı deyil və qorxuludur.

- Azərbaycan reallığında ABŞ dolları hansı həddə qədər bahalaşa bilər?

- Dəqiq resept demək olmaz. Bəzi mütəxəssislər hesab edir ki, 2 manata qədər qalxa bilər. Hazırda dollar yavaş-yavaş və qəpik-qəpik qalxır. Bir ildə dollar üç dəfə bahalaşıb. Mənə elə gəlir ki, bir qədər də bahalaşacaq.

- Proqnozunuz nədən ibarətdir?

- Məncə, bu ilin sonu və ya gələn ilin ilk aylarına qədər 1 ABŞ dolları 2 manata qədər qalxacaq. Mən bunu deməklə camaata qorxutmaq niyyətində deyiləm. Bir iqtisadçı kimi gedən meyli görürəm. Əgər dollar bu gün satılmırsa, sabah satılanda

dərhal alınacaq və qıtlıq yaranacaq. İş adamı dollar alır ki, gedib mal gətirsin. Tələbat artdıqca qiymət bahalaşacaq. Hər halda dolların qiymətində azalma müşahidə olunmayacaq. Azalma meyli olması üçün gərək hərraca dollar çıxarasan. Dolları da haradan alıb çıxaracaqsan? Başqa məhsullar hesabına ölkəyə dollar gəlmir, neftin qiyməti də ucuzlaşıb. Əvəzində ölkədən dollar gedir. Azərbaycan dollardan asılı ölkədir. Odur ki, bahalaşma tendensiyası gedəcək, dollar 2 manat ətrafında fırlanacaq.

- Azərbaycanda dollara tələbat nə qədərdir?

- Bunu müxtəlif kriteryalara əsasən demək mümkündür. Bir götürmək olar ki, Azərbaycandan nə qədər dolları sahibkarlar, investorlar aparır və ölkəyə mal gətirirlər. Azərbaycan iqtisadiyyatında əksər məhsulların heç olmasa 40-50 % dollarla alınır. Bu o deməkdir ki, Azərbaycanda satılan məhsulların hər birinin 40-50 % tərkibində dolların qiymətinin dəyişməsi təsir edəcək. Dikər proporsiya odur ki, investorlar axıb gedir başqa ölkələrə. Bu zaman buradan dollar aparırlar. Onlar dolları burada dəyişib apara bilər, orada qazandıqlarını isə həmin ölkəyə yatıra bilərlər. Bunların təsiri var. Bundan başqa, xarici ölkələrə turist kimi getmək bizdə inkişaf edib. Xarici ölkələrə getmə halları buna təsir edə bilər. Üçüncüsü, məndə fakt və statistika olmasa da, belə təsəvvür edirəm ki, gizli yollar ola bilər. Əvvəllər çox işlənilən sözlərdən biri də o idi ki, gizli iqtisadiyyat, çirkli pullar məsələsi var, bunlar başqa ölkələrə axır və orada əmanət kimi banklara qoyulur və s. Bütün bunlar kompleks təsir edəndə satılan məhsulların 50 % qədərinin ümumi həcmi qədər ölkənin dollar tələbatı var.

- Daha çox hansı sahələrdə qiymət artımı gözləyirsiniz?

- Əgər manat ucuzlaşacaqsa və dollar bahalaşacaqsa deməli qiymət artımı baş verəcək. Elə məsələnin qorxulu tərəfi bundadır da. Rusiyada deyirdilər ki, qoy dollar qalxsın, heç bizə lazım deyil. Bizdə də dollardan maksimum asılılıq olmasaydıq, deyərdik ki, dollar qalxsın. Uzağı kimə lazımdırsa tapıb alacaq. Ancaq iş ondadır ki, indi dollar hamıya lazımdır. Çünki dollarla alınıb gətirilən məhsullar əhalinin istehlakına təsir edir. Məsələn, quş, toyuq ətini biz istehsal edirik, amma bu məhsullarla əhalini tam təmin etmirik. Haradasa 40-50 % xarici ölkədən dollarla alırıq. Eləcədə buğda, dən, gübrə, texnika, texnologiyanı. Azərbaycan hansı kənd təsərrüfatı texnologiyası istehsal edir? Biz traktoru da xaricdən alırıq. Eləcədə taxta, şalban, metal gətirilir. Dolların iqtisadiyyata və qiymətə təsir etməməsi üçün ilk olaraq çalışmaq lazımdır ki, həmin məhsullar ölkədə istehsal və istehlak olunsun. Baxın, dolların qalxması Rusiya, Türkiyə və digər ölkələrə ciddi təsir etmir. Əlbəttə, bu ölkələrdə də qiymətlər dəyişə bilir, ancaq bunun real iqtisadiyyata təsiri olmur. Amma bizdə baxırsan ki, məhsul dollardan asılı deyil, amma qiyməti qalxır. Soruşanda məlum olur ki, bu məhsulun tərkibində dollarla alınan bir element var və odur ki, qiymət qalxır. Elə şeylər var ki, onların qiymətinin dəyişməmək üçün dövlətin siyasəti ola bilərdi. Məsələn, nəqliyyat, enerji, su, mavi yanacğın xərclərini azaltmaq yolu ilə dolların təsirini müəyyən

qədər kompensasiya etmək olar. Buna tənzimlənən iqtisadiyyat deyilər. Dövlət bu kimi məsələləri həll etməlidir.

- Dollar 2 manat olsa bahalaşma necə faiz olacaq?

- Hazırda 1 ABŞ dolları 1.71-1.75 arasındadır. Hər halda hərrac bu civardadır. Fikrimcə, bahalaşma 10-15 % ola bilər. Bunun üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Qiymətlər dəyişəndə qiymətlərdən əhaliyə dəyən ziyanı müxtəlif yollarla kompensasiya etməlisən. Yəni əhalinin əmək haqları və ya gəlirləri artmalıdır. Sənaye, ərzaq, məişət avadanlıqlarının qiyməti qalxırsa, kənd təsərrüfatı məhsullarının da qiyməti qalxacaq. Bahalaşma bütün məhsullar üzrə şaxələnir. Elə məhsullar var ki, qiyməti daha çox qalxır, elə məhsul var ki, az miqdarda qalxır. Bu gün 20-22 qəpiyə istehsal olunan buğdanı gətirib 15 qəpiyə satan olmayacaq. Heç olmasa 30-35 qəpiyə satacaq ki, maya dəyərini ödəsin. Bu zaman da un məhsullarının qiyməti qalxacaq. Yəni bunlar bir-birilə sıx bağlı məsələlərdir.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaz, işıq, su da bahalaşacaq!!!

    Qaz, işıq, su da bahalaşacaq!!! ...

    3-12-2013, 14:34

  • 
  • Etibar Pirverdiyev işığın qiymət artımından danışdı

    Etibar Pirverdiyev işığın qiymət artımından ...

    12-12-2013, 12:47

  • 
  • İşıq da bahalaşacaq-Təhlil

    İşıq da bahalaşacaq-Təhlil ...

    10-12-2013, 00:21

  • 
  • “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq”

    “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” ...

    11-01-2014, 11:34

  • 
  • Metropolitendən qiymət artımı anonsu…

    Metropolitendən qiymət artımı anonsu… ...

    30-11-2016, 13:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu