GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “3 il sonra bizola bilsin ki, bundan da pis yaşayacağıq, lakin gələcəyimizi daha aydın görəcəyik”

“3 il sonra bizola bilsin ki, bundan da pis yaşayacağıq, lakin gələcəyimizi daha aydın görəcəyik”

Tarix: 27-12-2016, 21:01 Bölmə :Müsahibə Baxış: 569
“3 il sonra bizola bilsin ki, bundan da pis yaşayacağıq, lakin gələcəyimizi daha aydın görəcəyik”

Zeynal Məmmədli: “Hər kəs öz faciəsini bilsə heç olmasa onu drama çevirə bilər”

Media eksperti Zeynal Məmmədli ilə müsahibəni təqdim edirik.

- Zeynal müəllim, hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Mənim artıq təqaüd yaşımdır. Müxtəlif media qurumlarından mənə mütəmadi zənglər edirlər, xüsusilə, televiziya proqramları haqda fikirlərimi öyrənirlər. Özümün də media ilə bağlı məqalələrim, kitablarım var. İşlər hazırda bu cür gedir.

- Yəni rəsmi iş yeriniz yoxdur?

-“Azadlıq” radiosu ilə bağlı məsələyə aydınlıq gətirilsə, əminəm ki, yenə də iş yerim ora olar.

- Siz Bakı Dövlət Universitetində dərs deyirdiniz...

- Yox. Mən 2012-ci ildə öz ərizəmlə universitetdən ayrıldım.

- Faktiki işləmirsiniz. Bu insan yaşamına təsir etmirmi?

- Təbii ki, təsir edir. Xüsusilə son zamanlar. Ancaq həm də təqaüd yaşındayam. Övladlarım, ailəm var. Biz həmişə işləmişik. Birdə ki, tərcümə edirsən və s. Yəni bu baxımdan çox da kritik durumda deyiləm.

- Yaradıcılıq sahəsində hansı yenilikləriniz var?

- Mən son illər dərs vəsaitləri hazırlamışam. Həm gerçək müəllif kimi özüm hazırlamışam, həm də kollektiv şəkildə belə işlərimiz olur. Bu iş davam edir və yaxınlarda kitablar çıxmalıdır. Ancaq ayrıca mənim özümü narahat edən məqam mediada etika məsələsidir. Söhbət çağdaş medianın etikasından gedir. İnformasiya kommunikasiya vasitələrinin, sosial şəbəkələrinin, bloggerlik jurnalistika sahəsində jurnalistika hissəsini doğrumu təsdiq etdi. Yəni çox mübahisə məsələlər var. Medianın özünün dünyada konfidensallaşması, rəngi məsələsi var. Bir çox ölkələrdə, xüsusilə plüarilzmin olmadığı yerlərdə bulvar mediasının inkişafı var. Bizim peşəmizin gələcəyi məsələsi var. Üstəlik sosial şəbəkə olduğu halda az qala insanlar jurnalistə, redaktora çevrilə-çevrilə gedir, peşəkar jurnalistikanın axırı necə olacaq kimi məsələlər ortaya çıxır. Mən hazırda bununla bağlı yazıram. Düşünürəm ki, mən həm keçmişdən gələn adamam, həm də bu günün adamıyam, amma qeyd etdiklərimi ifadə etməsəm gələcək həmkarlarım necə olacaq məsələsini də düşünürəm. Mən iddialı səslənsə də, ortaya yol xəritəsi qoymaq istəyirəm və buna can atıram.

- Zeynal müəllim, dünyada və yaxın regionda baş verən məsələlərə də münasibətiniz öyrənmək maraqlı olardı. Türkiyədə müşahidə olunan durum, baş verən hadisələr sizdə hansı təəssüratlar yaradır?

- Türkiyədə baş verənləri ürək ağrısı ilə müşahidə edirəm. Ancaq mən bu sualları dolğun qiymətləndirəcək peşənin sahibi deyiləm. Yalnız öz fikrimi deyə bilərəm. Dünyada xəritələr, iqtisadi güclər, korporasiyalar var. Dünyanı idarə etmək uğrunda mübarizələr, planlar var. Bu dəqiqə ərəb şərqində neft erası bitənə qədər tam təlatümlər var. Artıq ənənəvi enerji qaynaqlarının ömrünə uzun müddət qalmayıb. Bizim coğrafiya da, bura daxil ərəb düzəni ənənəvi enerji qaynaqları məkanına daxildir. Hesab edirəm ki, indi müşahidə edilənlər son qarın ağrılarıdır. Amma bu qarın ağrılarının əvəzinə enerji resurslarına nəzarət edən dövlətlər dil tapsaydı, bir-birinə hörmətlə yanaşsaydı, özləri üçün bazar yarada bilsəydi görün nə qədər dəyişiklik olardı. Mən onlara da özümüz kimi ağıl, rasional beyin arzulayıram. Suriyanın, Misirin çox gözəl ziyalıları var idi. Amma birlik, cəmiyyət ruhu olmadığından görün nə vəziyyətə düşdülər. Hərə öz faciəsini bilsə heç olmasa onu komediya olmasa da, drama çevirə bilər.

- Sizcə, niyə Ankarada Rusiya səfirinin öldürüldü?

- Bu siyasətdir və mənim anlamadığım sahədir. Əlbəttə, bu hallar məni narahat edir, bu istiqamətdə mediada gedən yazıları, informasiyaları bilirəm. Bu dünyada ənənəvi baş verən hadisələrdir. İlk baxışdan adama asan gəlir, məsələn, bunu qərb edə bilər ki, rus-türk münasibətləri yaxınlaşmasın, və ya bunu Rusiyanın özü edə bilər ki, Tramp gəldi, sanksiyalar götürüləcək, Türkiyə daha yük olmasın bizə və s Yəni min cür iddia demək olar. Ancaq buna yenə də ənənəvi enerji qaynaqları, din, dünyanın yeni şəkillənməsi prizmasından da baxmaq olar. Amma bütün hallarda çıxış yolu nədir? Odur ki, insanlar, xüsusilə dövlət başçıları barış və sülh siyasətinin mahiyyətini anlasın. İnsanları belə asanlıqla ölümə vermək olmaz. Öldürülən səfir soyuq müharibə dövrünü görən adam idi, Suriya ilə bağlı bir çox şeyləri bilə bilərdi, çox güman ki, Suriyada Rusiyayönlü qüvvələrin idarə edilməsində rolu olan adam idi. Suriya sanki dünyanın güc müstəvisinə çevrilib. Sanki bu region kimin əlində olsa dünyanı idarə edəcək. Bu Rusiyaya və Türkiyəyə xəbərdarlıq idi. İndi onlar bundan nəticə çıxarmalıdır. Onlar hansı nəticə çıxaracaq, hansı əks gedişləri olacağı haqda bir söz deyə bilmərik. Biz arzu edək ki, əks gedişləri münasibətləri gərginləşsdirməsin, əksinə aydınlaşdırsın.

- Çoxları düşünür ki, Trampın prezident olması ilə həm də dünya düzənində hüzur, müsbət dəyişiklik olacaq, bəziləri düşünür ki, soyuq müharibəyə yenidən start veriləcək, böyük güclər arasında münasibətlər kəskinləşəcək. Siz bu haqda nə düşünürsünüz?

- Mən bu məsələlərin mütəxəssisi deyiləm, sadəcə öz fikrimi deyə bilərəm. Ancaq mən baxıram ki, yetkin bir yaşda hakimiyyətə gələn adamdır, ömür boyu bizneslə məşğul olub, çox zəngin bir şəxsdir. Təbii ki, pulun əhəmiyyətini və rolunu daha aydın bilir. Düşünürəm ki, büdcə pullarını ora-bura xərcləyənlərin dövrü Amerikada bitir. Pulu asanlıqla müharibələrə xərcləyirdilər. Pulun taleyi baxımdan sanki rahatlıq var ki, Tramp müharibələri istəməyəcək. Ancaq digər tərəfdən düşünürəm ki, əgər müharibələr daha böyük pullar qazandıracaqsa, Tramp buna gedəcək. Görürsünüzmü nə qədər təzadlı məsələdir. Mənim üçün Tramp həm ağ rəngdə, həm də qara rəngdə ola bilər. Yəni Tramp daha böyük pullar üçün müharibələri dayandıra və ya daha böyük pullar üçün müharibələri alovlandıra bilər. Hər ikisi mümkündür. Arzu edək ki, ikincisi olmayacaq. Ancaq mənə Trampın Çinə, Rusiyaya, Avropaya və müsəlman aləminə münasibətdə hansı siyasət yürüdəcəyi maraqlıdır. Bu istiqamətlərdə baxışlarında nəyə üstünlük verəcəyi çox önəmlidir. İndidən bir söz demək olmaz. Ümid edək ki, yaxşı olacaq.

- Azərbaycanda ictimai-siyasi durumu, baş verənləri müşahidə edirsinizmi?

- Təbii ki, müşahidə edirəm. Azərbaycan elə coğrafiyada yerləşir ki, bu coğrafiyada rahat nəfəs almaq çox çətindir. Amma Azərbaycan da bu fürsətlərdən nə dərəcədə faydalanır və yararlanır, çox təəssüf ki, bunu da görmürük. Özəlliklə mən buna daxili prizmadan baxıram. Azərbaycan bir tərəfdən xoşbəxt ölkədir ki, ətrafda qohum ölkələr yaşayır. Mən türk xalqlarını nəzərdə tuturam. Və ya dindaşları yaşayır. Bu baxımdan Azərbaycan xoşbəxt ölkədir, resursları var. Amma bu resurslardan çox pis istifadə olunur. Azərbaycanda dövlətçilik mədəniyyəti oturuşmayıb. Bunu birmənalı deyirəm. Çünki bu balaca yerdə biz indikindən qat-qat xoşbəxt yaşaya və qonşularımız üçün cazibə mərkəzi ola bilərdik. Hətta pulumuz olmasa, yoxsul yaşasaq belə mənəvi cazibə mərkəzi ola bilərdik. Amma nə varlılıq baxımından, nə də mədəniyyət və mənəviyyat baxımından cazibə mərkəziyik. Özünə vurğunluğu bir kənara qoyub irəli baxsaq görərik ki, hələ bizi narahat gələcək gözləyir. Ətrafımızda savaş gedir, bizim üçün önəmli dövlət olan Türkiyənin proseslərdən neçə çıxması, burada Türkiyənin daxili idarəetmə faktoru nə dərəcədə günahkar olması, xarici oyunçuların Türkiyə daxilinə müdaxilə edib osmanlının intimanı almaq istəyi nə qədərdir. Eləcədə bu yandan Rusiya, digər tərəfdən ərəb coğrafiyası, xüsusi yeri olan İran. Biz vulkanıq içindəyik və burada necə sağ qala bilərik məsələsini gənclərə, gələcək nəsillərə öyrətməliyik. Vəziyyəti kritiklşdirmirəm. Amma buna hazır olsaq, inşallah gələcək daha asan olar.

- Bizim iqtisadi durumumuz haqda nə fikriniz nədən ibarətdir?

- Mən hesab edirəm ki, bu durumdan media nümayəndələrinin, biz jurnalistlərin də böyük günahı var. Biz bir komanda ola bilmədik. Biz aramızdakı fərqləri saxlamaqla “media bu cəmiyyətə nə verməlidir, bu cəmiyyət necə formalaşmalı idi məsələlərində” ortaya bir şey qoymadıq. Neft gəlirləri dövründə bizim fəaliyyətimiz adi oxucunun fəaliyyətindən heç nə ilə fərqlənmədi. Çox təəssüf ki, biz o dövrü uduzdur. Bu milyardlar, 1 milyard təkcə təhsilə pul qoyanda, Azərbaycan üçün böyük layihələr düşünəndə, bu layihələri gerçəkləşdirəcək insanları hazırlayanda görün nələr olardı. Biz 7 ilə 5 min insan oxutmalı idik. Onları hansı universitetlərdə, hansı ölkələrdə oxutdurmalıyıdıq məsələsini demirəm. Biz bu rəqəmin yarısına ancaq çatdıq. Üstəlik biz onları harada oxutduq, bu mütəxəssislərə hansı gələcək vəd etdik? O qədər uduzduğumuz nöqtələr var ki, biz bunları edə bilərdik. Neftdən kənar sektoru inkişaf etdirə bilərdik. Əlimizdə olan neft pullarını bu sahələrə qoymalı idik. Yəni yemək, dağıtmaq və ya ehtiyat kimi saxlamağa deyil, pul gətirən sahələrə qoymalı idik. Mən jurnalistəm, siyasi adlar işlətmək istəmirəm. Sadəcə bir şeyi demək istəyirəm ki, Azərbaycanda hakimiyyət sektorunda, özəl sektorda qərar verənlərin Azərbaycanı, insanı sevdiyinə şübhə ilə yanaşdım. Biz də tamamilə başqa vəziyyət olmalı idi. O pullar Azərbaycanı dəyişmək üçün yetərli resurslar idi. Ən azı mütəxəssis hazırlanması baxımından. Təəssüflər olsun ki, bunu görmədik.

- Bundan sonrakı dövrü necə görürsünüz, iqtisadçı mütəxəssislər deyirlər ki, gələcək daha da ağır olacaq?

- Sanki dünyada kritik dövr sona yaxınlaşma kimidir. Elə bil ki, bir dövrün bitməsi, başqa bir dövrün başlaması olacaq. İndiki halda Azərbaycan ağıllanmağa, insaniləşməyə, vicdanlığlaşmağa məcburdur. Azərbaycan məmuru müsbətə doğru üz tutmağa məcburdur. Amma bunun üçün zaman varmı ki, Azərbaycan istədiyimiz kimi olsun? Mən bunu deyə bilmərəm. Ancaq 3 il sonranın Azərbaycanı indiki Azərbaycandan çox fərqlənəcək. Buna əminəm. Mən demirəm ki, 3 il sonra biz çox yaxşı yaşayacağıq. Ola bilsin ki, bundan da pis yaşayacağıq, lakin 3 il sonra biz gələcəyimizi daha aydın görəcəyik.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı azalıb

    ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı ...

    16-01-2014, 12:44

  • 
  • Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“

    Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“ ...

    7-05-2013, 00:16

  • 
  • Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri ...

    4-02-2016, 20:27

  • 
  • Zeynal Nağdəliyevin oğlunun 100 minlik maşını oğurlandı

    Zeynal Nağdəliyevin oğlunun 100 minlik maşını ...

    4-12-2014, 23:33

  • 
  • Anar Məmmədliyə görüş qadağası

    Anar Məmmədliyə görüş qadağası ...

    9-01-2014, 16:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu