Dekabrın 3-nə keçən gecə Azərbaycanın Moskvadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “LifeNews” kanalı Moskva hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib. Məlumata görə, diplomat “Range Rover” markalı avtomobilinin oğurlandığı haqda polisə ərizə verib. Ərizəsində bildirib ki, dekabrın 3-nə keçən gecə Moskvanın Zemlyanoy Val keçəsində ona məxsus “Range Rover” avtomobili oğurlanıb. Diplomat oğurlanan avtomobilin qiymətinin təqribən 100 min dollar olduğunu göstərib. Hüquq-mühafizə orqanları avtomobili “Potok” elektron sistemi vasitəsilə qeydə ala biliblər. Lakin maşını oğurlayanlar “Sadovoy koltso”dan ara yola dönərək izi itirə biliblər. Maşının yol patrul polisinin müşahidə kameralarına düşdüyü bildirilir. Hazırda maşını qaçıranların axtarışı davam edir. Xatırladaq ki, Nemət Nağdəliyev Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin oğludur
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?