GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » AMEA Mahmud Kərimovun əlilə dağıdıldı, AMEA-nı başqaları idarə edirdi

AMEA Mahmud Kərimovun əlilə dağıdıldı, AMEA-nı başqaları idarə edirdi

Tarix: 9-05-2013, 13:14 Bölmə :Müsahibə Baxış: 1 296
AMEA Mahmud Kərimovun əlilə dağıdıldı, AMEA-nı başqaları idarə edirdi
Qüdrət İsaqov: “Akif Əlizadə də Mahmud Kərimov kimi akademiyanı idarə etməyəcəksə, onda elmin inkişafindan danışmağa dəyməz”

Bütün ölkələrin inkişafının mənbəyi elmdir! Elmsiz ölkələr bataqlığa bənzəyir! Azərbaycan elminin inkişafı, Azərbaycanda elmə və alimə münasibət bizi daima düşündürüb. Biz həmişə Azərbaycanın görkəmli elm adamları ilə müsahibələr aparmışıq.
Bu dəfə suallarımızı Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı Qüdrət İsaqov cavablandırır.

Professor yoxsulluq səviyyəsində yaşayır

- AMEA-dakı yaş senzinə münasibətiniz
-Mənim fikrimcə, Azərbaycan kimi ölkədə alimlərə yaş senzinin qoyulması düzgün deyil. Bunun da əsas səbəbi odur ki, alimlərin, hətta elmlər doktorlarının yalnız əməkhaqqı ilə yaşayan kəsiminin sosial vəziyyəti yoxsulluq həddindədi. Məsələn, mən bu gün təvazökarlıqdan uzaq da olsa, deyirəm ki, respublikanın tanınmış alimlərindən biriyəm, elmlər doktoruyam amma əmək haqqım 324 manatdır. Respublikada orta aylıq əmək haqqı isə 350 manatdan yuxarıdır.
-Bu 324 manatla maddi təminatınızı necə ödəyirsiz?
-Pis, çox pis. Bu gün alimlərin aldığı əmək haqqı onları xeyrə - şərə yaramaz edib.
Həm də qeyd etməliyəm ki, bu gün az və ya çox dərəcədə elmdən başı çıxan elmi tədqiqatlar aparmağa qadir olan, elmi işlərə rəhbərlik edə bilənlər də yaşlı nəslin nümayəndələridilər. Universitetlərimizin demək olar ki, tam əksəriyyəti elmdən uzaq olduğundan AMEA-nın elmi-tədqiqat institutlarına gələn gəncləırimizin elmi iş haqqında anlayışları da çox bəsit olur. Ona görə də yaşlı nəslin nümayəndələrinin elmə gələn gənclərimizə rəhbərlik etmələri olduqca vacibdir. Qayıdaq Akif Əlizadəyə. Ola bilsin ki, ona köməkçiləri və məsləhətçiləri düzgün məsləhət verməyiblər. Ona digərləri üçün öz yaşından kənar yaş senzi qoymaq kimi fikirlər aşılayıblar. Akif Əlizadənin dediyindən belə məntiqi nəticə çıxır ki, birinci o özü pensiyaya çıxacaq, daha sonra isə digər AMEA əməkdaşları. Halbuki Akif Əlizadə yenicə fəaliyyətə başlayıb və AMEA işçiləri ondan elmimizin inkişafı və özlərinin də insan kimi sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində təşəbbüslər və real işlər gözləyirlər. Bundan başqa Akif Əlizadə mənə elə gəlir ki, sağlam adamdır, biz bir –birimizi yaxşi tanıyırıq. Mənim Akademiyada islahatların aparılması mexanizmləri haqqında keçmis prezident Mahmud Kərimov və onun əhatəsi ilə xeyli mübahislərim olub. Sizə onu da deyim ki, AMEA Mahmud Kərimovun dövründə elə Mahmud

Kərimovun əliylə dağıdıldı.

- Necə dağıdıldı?
- Mahmud Kərimov əvvəllər çox təmiz , çox mədəni bir adam olub. Prezident təyin olunandan bir müddət sonra da təmizliyini saxlaya bildi. Çox səmimi insan idi. İnsanları gülərüz qarşılayıb gülərüz yola salardı. Hətta qapıyacan da özü ötürərdi. Amma çox təəsüflər olsun ki, onun bu yüksək mədəniyyəti Azərbaycan elminin inkişafina yox, dağılmasına xidmət etdi. O, ömrü boyu heç bir qərar qəbul etməmişdi.Bu insan qərar qəbul etmək qabiliyyətində deyildi. Mən gəlib ona özbaşınalıqlar haqqında deyirdim. O məsələlər dərhal aradan qaldırılmalı idi. Deyirdim qabağında telefon var götür zəng elə. O, telefonu götürüb zəng eləmirdi.

Demişdim ki, AMEA prezidenti mən olmalıyam

- Bəs Akif Əlizadə necə, AMEA-nı özü idarə edə biləcəkmi?
- Mən Akif Əlizadəyə arzu edirəm ki, onun özu akademiyanı idarə edə bilsin. O da Mahmud Kərimov kimi akademiyanı idarə etməyəcəksə, onda elmin inkişafindan danışmağa dəyməz. O zaman onun bəyanatlarının hamısı quru söz olacaq. Mən Mahmud Kərimovun Azərbaycanda elmin inkişafını tormozladığını və heç bir sahədə qərar qəbul etmədiyini yaxşı bilirdim. Keçən il AMEA-nın müxbir üzvlüyünə namizəd olaraq, fizika –riyaziyyat və texnika elmləri bölməsinin akademikləri qarşısında çıxış etdim. Belə bir söz dedim: “AMEA-nın prezidenti mən olmalıyam”. Orada hər kəs öz elmi fəalliyəti haqqında danışırdı. Sizə deyim ki, o çıxışların heç bir mənası yoxdur. Çünki müxbir üzvlər və akademiklər o çıxısların əsasında seçilmir. Onlar tamamilə başqa yerdə seçilirlər. Səs verənlərə də deyilir ki siz bunlara səs versəniz də, verməsniz də bunlar seciləcəklər. Mən də onların qabağında çıxış etdim və dedim ki, akademiyanin prezidenti mən olmalıyam ki, orada reformalar həyata keçsin. Dedim ki, mənim bunları deməyə haqqım var. Çünki problemləri həmişə mən demişəm. Əgər bu problemləri qaldıran yalnız mənəmsə, deməli AMEA prezidenti də mən olmalıyam. Bu gün ağzına su alıb susan adamların hansını AMEA prezidenti qoysalar onlar da Mahmud Kərimovdan heç nə ilə fərqlənməyəcəklər. Bunları deyərkən gördüm ki, bir-iki nəfər yerdən gülümsəyir. Mən gülümsünənlərə dedim ki, bala niyə gülürsən mən sənin maaşını artırmaq, səni qaldırmaq üçün deyirəm. Akademiklər çox diqqətlə və ciddi qulaq asırdılar, amma maddi yardıma ehtiyacı olanlar, məndən də pis vəziyyətdə olanlar gülümsüyürdülər. Həmişə mən demişəm ki, prezident heç bir qərar qəbul etmir və buna təşəbbüs də göstərmir.

O zaman Mahmud Kərimov pul kisəsini müdafiə etdi

- Bəs Akif Əlizadə necə, qərar qəbul edib, təşəbbüs göstərəcəkmi ?
- Akif Əlizadənin Mahmud Kərimov dövründə hər hansı neqativ hadisələrə qoşulmasının şahidi olmamışam və bunu digər akademiklərdən də eşitməmişəm. Eyni zamanda Akif Əlizadə və digər akademiklərin heç biri Mahmud Kərimov dövründə elmin bərbad vəziyyətə düşməsinə, alimlərimizin yoxsulluq səviyyəsində yaşamasına hər hansı bir etiraz etmədilər. Allah eləsin ki, Akif Əlizadə təşəbbüskar insan olsun. Ola bilər ki, o vitse-prezident olduğu zaman dinmirdi və öz dövrünü gözləyirdi. Allah ona artıq bu şansı verib və o da yəqin ki, ona verilən fürsətdən istifadə edərək bəkə də reformalar keçirdi. Mubaliğəsiz olaraq deyirəm ki, akademiyada islahatlar aparılmasını ən kəskin deyən insan akademiklər, müxbir üzvlər yox, məhz mən olmuşam. Akademiyada islahatların vacibliyini AMEA prezidentinin öz yerində olmamasını mən demişəm. Dünyanın müxtəlif ölkələrinin alimləri mənim haqqımda akademiyanın keçmiş prezidenti ve ölkə başcısından xahiş ediblər ki, mənim rəhbərliyimlə İnstitut, elmi mərkəz və yaxud da laboratoriya yaradılsın. Mahmud Kərimov və onun AMEA-nı dağıdan məsləhətçiləri dünya şöhrətli alimlərin təkliflərini öz aralarında olan “işbirliyi” ilə qulaqardına vurdular. Mən o zaman Mahmud Kərimova deyirdim ki, siz dünya alimlərini saymırsızsa sizi də sayamayacaqlar. Dünyada belə qayda var. Sənin haqqında böyük insanlar təşəbbüsdə bulunursa, lakin sən o təşəbbüsü cavabsız qoyursansa deməli səni də saymayacaqlar. Halbuki sən o alimlərin əlinə su təökməyə də layiq deyilsən. Bizim bir nömrəli fizikimiz olan akademik Firidun Həşimzadə mənim barəmdə Mahmud Krimoiva məktub yazdı ki, bu alim üçün laboratoriya açın. Lakin həmin laboratoriyanın açılmasına Mahmud Kərimov, həmçinin onun əhatəsində olan, onu pulun içində üzdürən adamlar birbaşa əngəllər törətdilər. Mahmud Kərimov həmin vaxt pul kisəsini müdafiə etdi.

Bərabər iş imkanları yaratmadan fərqli əməkhaqqları vermək olmaz

- Akif Əlizadənin müsahibəsində həmçinin ayrı-ayrı insitutlara və alimlərə fərqli maliyyə ayrılması məsələsinə də toxunulub. Bu məsələyə münasibətiniz necədi?
- Fərqli maliyyə yalnız institutların ştat vahidləri, alınacaq cihazlara uyğun olaraq ayrıla bilər. Maliyyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və görüləcək işlərə tələb olunan vəsaitə uyğun olaraq ayrılmalıdır. Digər hallarda mən maliyyə ayrılması məsələsində obyektivliyə qətiyyən inanmıram. AMEA dövlət strukturudur. Burada maliyyə vəsaiti ayrılarkən real işçilərin sayı nəzərə alınmalıdır. Bütün “ölü canlar akademiyadan çıxarılmalıdır. Onların əmək haqları həqiqi işçilərin əmək haqlarının üzərinə gəlməlidir. Bu haqda prezident adminstrasiyasına da məlumat verilməlidir. AMEA-ya maliyyə ayrılması mövcud qanunauyğunluq çərçivəsində həyata keçirilməlidir. Əks halda bunların hamısı ağır fəsadlara gətirib çıxara bilər. Ayrı-ayrı alimlərə fərqli əməkhaqqları verilməsi məsələsi əslində müsbət işdir. Amma bu hamı üçün bərabər işləyə bilmək imkanları yaradıldıqdan sonra mümkündü. Hamının işləmək üçün cihazları olmalıdı. Bərabər iş imkanları yarandıqdan sonra fərqli elmi işlərə fərqli əməkhaqqları verilə bilər. Ona görə də bu gün bərabər iş imkanları yaradılmadan fərqli əməkhaqqlarının verilməsi bilərəkdən kimlərinsə əməkhaqqlarını süni surətdə artırmaqdan başqa bir şey olmayacaq.

AMEA-nın maddi-texniki bazası dağıdılıb

- AMEA-da maddi texniki imkanlar bu gün təcrübələrin dünya standartları səviyyəsində aparılmasına imkan verirmi?
- Akademiyanın maddi-texniki bazası çox köhnəlib. Əksəriyyəti sovet dövründən qalmış cihazlardı. Əvvəl o cihazlardan normal işləyəni də var idi. Lakin sonradan kimlərinsə varlanmasına xidmət edən təmir proseslərində o cihazların çoxu sıradan çıxdı. Buna görə də nə qədər gec deyil, dövlət elmin inkişafı zərurətini dərk etməlidir. AMEA insitutlarının maddi texniki bazası gücləndirilməlidir. Daha doğrusu maddi –texniki baza yenidən yaradılmalıdır. Çünki əksər insututlarda və onların əksər laboratoriyalarında maddi –texniki baza tamamilə dağıdılıb.
-AMEA-ın əsas binasında və insututlarınada aparılan uzun müddətli təmir işləri alimlərin elmi fəaliyətinə mənfi təsir etmir ki?
- Akademiyanın əsas binasıanda 3 ilə yaxın təmir işləri getdi. Heç kəs işə gəlmədi. Bunun nə demək olduğunu yəqin ki, hamı başa düşər. Bina özü gözəldi, lakin elmi həmin gözəlliklərə qurban vermək olarmı? Birinci elmin özü təmir olunmalıdı. Elmin özü və onun əsas istiqamətləri təyin olunmalıdı. Elmin təmir olunması üçün elmə yeni istiqamətlər və müasir cihazlar lazımdı.

Elmdə inhisarçılıq cılızlıqdan və savadsızlıqdan yaranıb

- Ümumiyyətlə elmdə inhisarçılıq varmı?
- Bəli var. Mən bunu Azərbaycanda dəhşətli dərəcədə hiss etmişəm. Elmdə inhisarçılığı həyata keçirən insanlar cılız və dayaz düşüncəli insanlardı. Bunalr elə bilirlər ki, filankəs filan sahədə işləsə elm qurtaracaq. Lakin onalr bilmir ki elm işləndikcə qurtarmır. Elm işləndikcə artır. Elm tükənən deyil. Bütün zamanların ən böyük insanı olan Məhəmməd peyğəmbər deyib ki hər şey xərcləndikcə azalar, yalnız elm xərcləndikcə artar. Elmdəki inhisarçılar başa düşmürlər ki mənim işləməyimlə və digərlərinin işləməyi ilə elm tükənməyəcək. Əksinə inkisaf edəcək. Amma bizim elmdə həmişə elə namərd insanlar olub ki, adamın oturduğu stulu onun altından çəkib, iş stolunu oğurlayıb, iş otağını və cihazlarını da əlindən alıb.
- Öz elmi fəaliyyətiniz...
- Mənim elmi işlərimə ABŞ-ın Rusiyanın, Ukraynanın , Moldovanın , Türkiyənin və başqa dövlətlətin dünya şöhrətli alimləri rəsmi müsbət rəylər veriblər. Ən çox rəy alan alimlərdən biriyəm. Xarici ölkələrin görkəmli alimləri sonradan da mənim elmi işlərimə çox böyük dəyərlər veriblər. 80-dən çox elmi işim xaricdə çap olunub. Lakin təəsüflər olsun ki Azərbaycanda belə şeylərə qiymət verilmir, verilməyib və bundan sonra da verilməsi sual altındadır.

Akif Əlizadə Azərbaycan Prezidenti ilə işləməlidi

- Qüdrət müəllim Mahmud Kərimov da alimlərin əməkhaqqlarının azlığı haqqında mətbuata açıqlamalar vermişdi.
- Düzdü... Mahmid Kərimov mətbuatda həmişə yazıq-yazıq müsahibələr verib. Onun yazıq-yazıq müsahibələri ondan ibarətdi ki, akademiayda əmək haqları çox aşağıdır. Bu da elmin inkişafına mane olur. Lakin o bu sözləri yalnız jurnalistlərə deyirdi. O Prezident Admisnstrassiyasında bununla bağlı heç bir məsələ qaldırmadı. Mahmud Kərimov bu məsələni ciddi müzakirəyə qoymurdu . O yalnız öz piarı naminə jurnalistlərlə bu cür danışırdı. Mən o zaman ona açıq məktub yazdım. Dedim ki, hörmətli Mahmud müəllim sizin dediklərinizi jurnalistlərə mən də bəyan edirəm, özü də, sizdən də yaxşı. Sizlə mənim fərqim nə oldu? Sizin vəzifəniz imkan verir ki, siz bu məslələrlə bağlı birbaşa Azərbaycan prezidentinin özünə müraciət edəsiniz. Yazılı şəkildə təkliflərinizi bildirəsiniz. İndi isə hörmətli Akif müəllimin də əmək haqlarının azlığı və s barədə təkliflərinin olduğunu eşidirik. Lakin mənim Akif müəllimə bir tövsiyyım var: Bu da ondan ibarətdi ki, bütün bu məsələləri respublika prezidenti ilə həll etmək lazımdı. Prezident Administrasiyasının prezidentdən aşağı olan heç bir məmuru bu problemi həll edən deyil. O özündə cəsarət tapmalıdı və ən azından ayda bir dəfə prezidentlə görüşməli və real tekliflərini şəxsən Respublika Prezidentinə çatdırmalıdı. Onun təkliflərini qanuna mindirən Prezident fərmanlarının və sərəncamlarının verilməsinə çalışmalıdı. AMEA prezidenti olaraq Akif Əlizadə həm də bütün təşəbbüskar insanları dinləməli və bu təşəbbüsləri ümumiləşdirməlidi.
- Qüdrət müəllim! Geniş müsahibə üçün sizə təşəkkür edirəm. Sonda nə deyərdiniz?
- Arzu edirəm Akif Əlizadə Azərbaycan elmini reanimasiya edə bilsin!

Elmin Nuri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmlər Akademiyası haqda şok faktlar

    Elmlər Akademiyası haqda şok faktlar ...

    8-05-2013, 12:44

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • Misir Mərdanov bina istəyir

    Misir Mərdanov bina istəyir ...

    24-12-2013, 11:44

  • 
  • “AMEA-da ciddi kadr problemi var”

    “AMEA-da ciddi kadr problemi var” ...

    22-11-2013, 11:46

  • 
  • Bakıda akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub

    Bakıda akademikin evindən 60 min dollar oğurlayan ...

    6-08-2013, 11:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu