GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Tramp ona görə Amerika prezidenti olub ki, cəmiyyət ona dəstək verib”

“Tramp ona görə Amerika prezidenti olub ki, cəmiyyət ona dəstək verib”

Tarix: 27-01-2017, 20:44 Bölmə :Müsahibə Baxış: 618
“Tramp ona görə Amerika prezidenti olub ki, cəmiyyət ona dəstək verib”

Fərda Əsədov: “Bu mesajlar Trampa çatdırılır ki, qəflətən, düşünmədən qərar vermək imkanları məhdudlaşdırılacaq”

Şərqşünas alim, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (ACİ-YF) sabiq icraçı direktoru Fərda Əsədovla müsahibəni təqdim edirik.

- Fərda müəllim, ABŞ prezidenti Donald Tramp Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair əmr imzalayıb. Sizcə, bu hansı nəticələr yarada bilər?

- Fikrimcə, bunun üçün yaxşı və dərin iqtisadi araşdırmaya ehtiyac var. Heç şübhəsiz ki, iqtisadi baxımdan inkişaf edən və nüfuz qazanan ölkə Çindir. Çinlə o ölkələrin iqtisadi münasibətlərin xeyli inkişaf edib. Mənim başa düşdüyüm qədər Amerikanın burada müəyən ehtiyatlanmaları və iqtisadi maraqları olmalıdır ki, burada özünəlayiq mövqe tutsun. Belə çıxır ki, bu tərəfdaşlıq iqtisadi baxımdan ABŞ prioritetləri üçün o qədər də uyğun olmadığı üçün Tramp belə qərar qəbul edib. Bu dəqiqə həmin regionda dövlətlərin iqtisadi münasibətlərində Amerikanın bir aparıcı dövlət kimi daxil olub Çinlə birgə bu prosesi aparmaq imkanı gözə dəymir. Bəlkə də səbəb budur. Amma sözsüz ki, buna tutarlı cavab axtarmaq üçün həmin ölkələrin Çin və ABŞ-la iqtisadi ticarət balansını öyrənmək lazımdır.

- Tramp artıq müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edəcək və qərar bu saatlarda veriləcək. Bu addımı necə qiymətləndirirsiniz?

- Doğrusu, bu haqda ətraflı xəbərim yoxdur. Əlbəttə, bu müsəlman dünyası üçün narahat gətirəcək məsələ olacaq. Bəlkə də, Tramp burada biznesmen kimi düşüncəsini ortaya qoyub. Heç şübhəsiz ki, Tramp miqrasiya ilə bağlı olan bəzi təhlükələrin qarşısını almaq üçün əlavə təkliflər istəyə bilər. Bu səbəbdən də Tramp ola bilsin ki, bu sistemi qurub və ona vəsait ayırmaq məsələsini kənara qoyur. Beləliklə sanki dövlət büdcəsində bu vəsaitlərdə qənaət etmək haqqında düşünür. Mümkündür ki, bu əsas götürülür. Mən burada konkret müsəlmanlara qarşı hiddət və ya mədəniyyət, sivilizasiya ilə bağlı nifrətin olmasına şübhə ilə yanaşıram. Çünki Tramp kimi bir şəxsiyyət şübhəsiz ki, belə məsələlərə daha az diqqət verərdi. O, daha çox konkret iqtisadi, reallıq və maraq məsələlərini düşünür. Bu uzaqgörənlik nümayiş etdirir, yoxsa qısa müddətlimi bir qərardır, fikrimcə, bunu gələcək göstərəcək.

- “The İndependent” qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan deyib ki, Donald Tramp kəşfiyyatçıların qarşısındakı çıxışda etdiyi “biabırçı” və “yekəxana” şərhlərə görə utanmalıdır…

- Sözün doğrusu mənim bu çıxışdan məlumatım yoxdur, odur ki, suala geniş cavab verməyim doğru olmazdı. Ancaq ümumilikdə onu deyə bilərəm ki, üzdə olan və artıq oturuşmuş dövlət sistemində mütəxəssis iearxiyasında yaranan vəziyyət və Trampin buna münasibəti məsələsi var. Yəqin müşahidə edirsiniz ki, dövlət idarəetmə sistemi və onların ekspert icması Trampın gəlişini çox ehtiyatla qəbul etdi. Yəqin ki, bu münasibətlər hələ gərginlik dövrünü yaşayır. Mən düşündüyüm qədər burada iki variant ola bilər. Ya doğurdan da Tramp bu oturuşmuş dövlət sistemi, oturuşmuş siyasi elita ilə qarşıdurmanı davam etdirəcək. Ya da münasibət formalaşacaq, siyasət öz axarı ilə davam edəcək. Əgər bu qarşıdurma davam edəcəksə, şübhəsiz ki, böyük sarsıntılara və narahatçılıqlara səbəb olacaq. Bu birmənalıdır. Lakin yaxşı tərəf bundan ibarətdir ki, bu ənənələrdə müəyyən mühafizəkarlıq da müşahidə edilir. Və onu vaxtaşırı dəyişib yeniləşdirmək ehtiyacı da olur. Trampın onlarla kəskin qarşıdurmada olması müəyyən faydalı nəticələrə çıxara biləcək. Bu artıq dialektika qanunudur.

- Demokrat senator Edvard Marki və respublikaçı konqresmen Ted Lyu ABŞ Konqresinə prezidentə müharibə elan etmədən nüvə zərbəsi endirməyi qadağan edən qanun layihəsi təqdim edib. Bu ABŞ cəmiyyətinin Trampın müəyyən addımlarından narahat olduğunun göstəricisi deyilmi?

- Əlbəttə. Gördüyünüz kimi Tramp emosssional, impulsiv, bəlkə də tələsik şəraitdə qərar verən insan təsiri bağışlayır. Ancaq bu doğurdanmı belədir, ya yox? Hər halda bu mesajlardır və Trampa çatdırılır ki, qəflətən, düşünmədən qərar vermək imkanları məhdudlaşdırılacaq. O cümlədən özlərini sağlam düşüncəli ekspert və dövlət ənənələrinin qoruyucuları sayan icmalar tərəfindən. Yəqin ki, bu yuxarıda qeyd etdiyim qarşıdurmanın və gərginlik dövrü yaşayan münasibətlərin başqa bir təzahürüdür.

- Özünüz də deyirsiniz ki, Donald Tramp impulsiv insan xarakeri daşıyır. Siz onun 4 il müddətinə prezident kreslosunda əyləşəcəyini güman edirsiniz, yoxsa impincment gündəmə gələ bilər?

- Bəllidir ki, impincment məsələsi inaquruasiyadan əvvəldə meydana çıxmışdı. Qeyd etmək istərdim ki, bu məsələlərin gündəmə gətirilməsi yenə həmin mesajlardır ki, əgər daxili və xarici siyasətdə daha geniş dairələrin maraqlarını təmin edəcək siyasi kurs öz axarına düşməsə, konstitusiyada və təcrübədə impincment kimi yollar mövcuddur. Bunların hamısı deyərdim ki, güc münasibətlərinin formalaşması, özünə yer axtarması prosesinin işartısıdır. İmpincment mümkün olan şeydir, belə bir institut var. Bu imkandan istifadə etmək şansı hər zaman mümkündür. Sadəcə hər şey ondan asılıdır ki, konkret qərarların qəbul edilməsi hansı münasibət nəticəsində olacaq, necə olacaq, bütün tərəflər və maraqlar nəzərə alınacaqmı və s. Doğrusu, mənim qənaətim belədir ki, Amerikada çox çətin gedən proses hər zaman olub. Yəni fikirlərin ifadə edilməsi, fikirlər arasında tarazlıq yaratmaq üçün səylərin göstərilməsi. Bu xeyli dərəcədə qeyri effektiv siyasi proses kimi görsənə bilir. Lakin sonda bu müəyyən dayanıqlıq ifadəsidir. Ümid edirəm ki, bu dəfə də belə olacaq.

- Trum müsəlmanlarla bağlı miqrasiya qadağaları tətbiq edir. Bu halda onun müsəlman ölkələri, Suriya siyasəti nədən ibarət olacaq?

- Tramp seçki zamanı çıxışlarında deyirdi ki, bizim xüsusi marağımız yoxdur, ancaq ölkə maraqlarımız var və başqa ölkələrin də maraqlarını qəbul etməyə hazırıq. Bu o deməkdir ki, bu münasibətləri müsəlman dünyası və Amerika deyil, konkret ölkələr arasında münasibətlər kimi formalaşdırmaq haqqında düşünür.

- Sizcə, Trampın prezidentliyi dövründə dünyada çalxalanma baş verəcək, yoxsa sabitlik və sakitlik ortaya çıxacaq?

- Bilirsiniz, əgər müəyyən yenilənməyə və dəyişməyə ehtiyac varsa, bu narahatçılığa da səbəb ola bilər. Biz artıq görürük ki, Amerikada Tramp ona görə hakimiyyətə gəldi ki, mühafizəkarlıq şəraitində keçən siyasi prosesə qarşı insanların etirazı oldu. Bəzi düşüncələrə görə, Tramp gözlənilmədən qələbə qazana bildi. Əslində yenilik gətirmək üçün Obamanın iddiaları var idi. Amma Obama düşüncə tərzinə görə, humanist adam olduğu üçün əslində o qəti, konkret və cəsarətli addım atmağa hazır deyildi. Obama sadəcə Harvard professoru idi. Tramp isı risk edən, bəzən çox düşünmədən riskə gedərək qələbə qazanmaq, nəsə əldə etmək mədəniyyətində böyüyən biznesmendir. Elə bu səbəbdən də, Tramp ənənəvi siyasət aparanları narahat edir. Digər tərəfdən, cəsarətli, məsələləri kəskin formada qoyan şəxs olmayanda yenilik gətirmək də çətindir. Çünki mühafizəkarların müqaviməti çox güclü olur. Mən düşünürəm ki, bu proses dinamika şəklində olacaq. Güman ki, bu ABŞ siyasətinin dayanıqlı olması deməkdir. O demək deyil ki, dəyişiklik olmayacaq. Əksinə, ehtiyac olanda dəyişiklik bacarığına sahib olmaq deməkdir.

- Dünyada sanki Trampı qəbul etmək istəmir. Rusiyaya qarşı sanksiyalar davam edir. Sizcə, münasibətlərdə yaxınlaşma ehtimalları varmı?

- Ehtimallar var. Amma bu münasibətlərin yaxınlaşması heç də o demək deyil ki, Tramp Amerikanı arxasınca Rusiyaya doğru çəkəcək. Bu həm də o deməkdir ki, ruslar vəziyyətin dəyişməsi, Amerikada yeni iqtidarın formalaşmasını nəzərə alaraq öz tərəfindən hansı addımlar atacaq, mesajlar verəcək. Bunlardan çox şey asılıdır.

- ABŞ cəmiyyəti Trampı nəzarətdə saxlaya biləcəkmi, yoxsa Tramp bütövlükdə cəmiyyəti nəzarətdə saxlayaraq istədiyi addımları atacaq?

- Mən düşünürəm ki, hər zaman olduğu kimi Amerika cəmiyyəti və siyasi mühiti hansısa gözlənilməz addımların atılması üçün hazırdır və ona dayanıqlıq gətirən mədəniyyətə və resurslara malikdir. Bildiyiniz kimi orada demokratik institutlar, güclü vətəndaş cəmiyyəti, güclü düşüncə mərkəzləri mövcuddur. Onlar heç də hər zaman konkret olaraq partiyalara bağlı deyil. Onların da fikri, sözü çox şey deməkdir. Amerika cəmiyyətində formalaşıb ki, bir çox məsələlərə aid düşüncə mərkəzlərində, universitetlərdə proseslər gedir, bu cəmiyyət kifayət qədər hərəkətdədir. Bu hərəkətə qarşı heç bir şəxs yəqin ki, çox radikal dəyişikliklər gətirmək üçün potensiala sahib ola bilməz.

- Yəni Tramp bütün hallarda addım və qərarlarında cəmiyyəti və ictimaiyyəti nəzərə alacaq?

- Əks halda Tramp Amerika prezidenti olmaz. Tramp ona görə Amerika prezidenti olub ki, cəmiyyət ona müəyyən dəstək verib. Bu dəstəyi itirmiş olsa, yəqin ki, öz hakimiyyətinin problemlər içinə atacaq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tramp ABŞ prezidenti seçiləndən Avropa məyus olub"

    "Tramp ABŞ prezidenti seçiləndən Avropa ...

    23-01-2017, 21:28

  • 
  • Tramp Twitter-də Putin haqda yazdı

    Tramp Twitter-də Putin haqda yazdı ...

    24-12-2016, 11:01

  • 
  • Tramp məşhur repçi ilə görüşdü - FOTO

    Tramp məşhur repçi ilə görüşdü - FOTO ...

    13-12-2016, 23:49

  • 
  • Tramp məni özünə çəkdi və... – Macar gözəli

    Tramp məni özünə çəkdi və... – Macar gözəli ...

    16-01-2017, 01:04

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu