ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqqında yeni qalmaqal ortaya çıxıb. Macarıstanın keçmiş gözəllik kraliçası Kata Saka ölkəsində yayımlanan bir verilişdə Trampın ona 2013-cü ildə əxlaqsız təklif etdiyini bildirib. Saka bildirib ki, Moskvada keçirilən gözəllik müsabiqəsindən sonra Tramp vizit kartını ona verib və qaldığı otel otağının nömrəsini soruşub. Macar gözəl həmin kartı hələ də özündə saxladığını deyib. “Müsabiqədən sonra keçirilən partidə gəlib əlimdən tutdu və məni özünə çəkərək, “Kimsən sən” deyə soruşdu. Çox həyəcanlı idim, çünki macar dilindən başqa dil bilmirdim. Daha sonra məndən niyə burda olduğumu və hansı oteldə qaldığımı soruşdu. Vizit kartını və şəxsi nömrəsini verdi. Kartın üzərində Donald Tramp yazılmışdı. Təklifini qəbul etmədim, çünki mənim zövqümdə deyildi”, - Saka bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?