GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Jrinovski rus imperialist və şovinist siyasətinin sözçüsüdür”

“Jrinovski rus imperialist və şovinist siyasətinin sözçüsüdür”

Tarix: 13-02-2017, 14:58 Bölmə :Müsahibə Baxış: 767
“Jrinovski rus imperialist və şovinist siyasətinin sözçüsüdür”

Mirmahmud Mirəlioğlu: “daxildə və xaricdə Azərbaycan əleyhinə heç nə dayanmayıb”

KXCP sədri Mirmahmud Mirəlioğlu müsahibəni təqdim edirik. Partiya sədri ictimai-siyasi durum, müxalifətin vəziyyəti, iqtisadi böhran, Rusiyadan verilən anti-Azərbaycan bəyanatları, deputat Araz Əlizadənin fikirləri haqda suallara cavab verib.

- Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsini necə qiymətləndirirsiniz?

- Bu Azərbaycanda ilk belə hadisədir. Bunun baş tutması üçün kimliyindən asılı olmayaraq əməyi olan hər kəsə təşəkkür düşür, təqdirəlayiq haldır. Çox mühüm məsələdir və təqdir edilməlidir. Ancaq nəzərə alaq ki, həm də beynəlxalq öhdəliklərin, qanunların yerinə yetirilməsi, dövlətlərarası münasibətlər məsələsidir. Əlbəttə, bu mühüm hadisədir. Hesab etmirəm ki, bunu böyük qələbəyə çevirmək lazımdır, amma buna göz yummaq da doğru olmaz. Bu bir başlanğıcdır və uğurlu başlanğıcdır. Ardı olsa çox gözəl olardı. Azərbaycan türkünə dil uzadan, tarixi hadisələri yanlış qiymətləndirən, ayrı seçkilik yaradan hər kəsə tətbiq edilməlidir. Bizim hisslərimizə toxunan, təhqir edən, Demokratik Cümhuriyyətin qurucularına dil uzadan, dövlətçilik tarixinə mənfi yöndə əl uzadanlar da bu formada cəzalandırılmalıdır. Yəni bu məsələdə kimin harada və nə işlər görməsindən asılı olmayaraq, bu uğurlu başlanğıc tətbiq edilməlidir. Azərbaycanda da hər kəs öz yerini bilməlidir. Birdən ehtiyatlılıq yaranar ki, bu iş görüldü. Məsələn, Kələntəryan Lavrova göz yummaq lazımdır. Jrinovskiyə, Azərbaycan daxilində olan və adının çəkilməsinə layiq olan şəxsləri yaddan çıxarmaq lazımdır. Qətiyyən olmaz.

- Jrinovski bəyan etmişdi ki, MDB ölkələri Rusiyanın tərkibinə qatıla, keçmiş SSRİ-nin sərhədləri bərpa oluna bilər, Azərbaycan deyil, Bakı quberniyası yarana bilər və s. Bunu necə başa düşmək lazımdır?

- Jrinovskiyə münasibət Azərbaycanda birmənalı deyil. Ona görə, birmənalı deyil ki, Azərbaycanda bu kimi məsələlərə münasibət bildirən insanların dövlətçiliklə bağlı oturşumuş münasibəti yoxdur. Biz bir daha qeyd edirik ki, Azərbaycanda dövlətçilik psixologiyasına malik insanlarımızın sayı barmaqla sayılacaq qədərdir. Biri deyir ki, Jrinovski təcrübəsizdir, qeyri-ciddi siyasətçidir. Məncə, bunu deyənlərin özü qeyri ciddidir.

Başqası deyir ki, Jrinovski blef edir. Məncə, bunu deyənlər gözünün içinə qədər yalan danışır.

Ayrı biri hesab edir ki, bu məsələlərdə belə etmək lazımdır, filankəsin Jrinovskinin sözlərindən xəbəri yoxdur və s.

- Siz bu mövzuda nə deyirsiniz?

- Jrinovski rus imperialist və şovinist siyasətinin sözçüsüdür. Bu siyasəti yürüdən Putindir və həmin şəxs Putinin sözçüsüdür. Onun Azərbaycana necə gəlib, necə getməyi, hansı formada yola salınmağı, əslində məsələyə doğru qiymət verilmədiyinin göstəricisidir. Hesab edirəm ki, Jrinovskinin fikirlərini gözardı etmək olmaz. O, illərdir belə danışır. Bu gün qarışıq zamandır. Sovet zamanı televiziyada səhər verilişləri başlayanda öncə sovet Azərbaycanın himni səslənərdi, sonra idman proqramı başlayırdı. Bu proqramda məşhur aparıcı var idi və deyirdi ki, idman hərəkətlərini musiqi ilə etmək lazımdır. İndi deyəsən Polad Bülbüloğlu başda olmaqla bizim diplomatlarımız musiqi ilə diplomatik fəaliyyət göstərirlər, hətta bəziləri özlərini azərbaycanpərəst deyil, ruspərəst kimi daha çox göstərirlər. Qarışıq dövrdə bunların hamısı eyni zamanda baş verir. Bu baxımdan Jrinovski, ondan əvvəl baş verən hadisələri, bəyanatları təsadüfi adlandırmaq olmaz.

- Deputat Araz Əlizadə elan etdi ki, erməni problemini Qafqazda həm də Osmanlı İmperiyası yaradıb, yəni türklər...

- Bu da oturuşmuş bir baxışdır. Yəni Azərbaycan əhalisinin böyük əksəriyyətini təşkil edən türklərin türk olduğunu dilə gətirməsi sanki qadağandır. Azərbaycanda türk kimliyi sanki hər kəsin gözünə işıq saçır. Başqası hansı millətdən olduğunu deyir, amma türk sanki türk olduğunu deyə bilməz. Sanki hər tərəfdən hücumlar var. Odur ki, keçmişimizə belə qarayaxmalar olur. Araz Əlizadəni dəstəkləyənlər də oldu. Amma qanı təmiz olanlar mövqelərini birmənalı ortaya qoydular. Qarışıq qan sahibləri isə fərqli mövqedə oldular. Azərbaycan Xalq Cümhuriyyətini quranlar, bizim üçün Bakını paytaxt edənlərin, buranı işğaldan azad edənlərin, burada mindən çox şəhid verənlər və onların rəhbərləri haqqında axmaq-axmaq danışmaq insafsızlıqdır. Bu, doğru deyil və eyibdir. Bunu dəstəkləyənlər isə keçmişlərinə baxmadıqlarına görə, kor olsunlar.

- Sanki Azərbaycana Rusiyadan təzyiqlərin yeni raundu sezilir. Sizcə, niyə?

- Bəyəm təzyiqlər nə zamansa dayanmışdı? Ən yüksək səviyyədə, hətta dövlət başçısı səviyyəsində təzyiqlərin olduğu dilə gətirilib. Dövlətini, bayrağını, vətənini düşünənlər bunun fərqindədir. Bu təzyiqlər həmişə var və bir an belə dayanmayıb. Ola bilər ki, düşmən proqramını dəyişib, yerdəyişmələr edib və s. Ancaq təzyiqlər heç vaxt dayanmayıb. Sadəcə buna qarşı da adekvat addımlar atmaq lazımdır. Təəssüflər olsun ki, bizdə adekvat hərəkətlər bir qədər çətin olur. Məsələn, təhlükəsizlik nazirimiz uzun illər sərvət toplamaq, soyğunçuluq, talançılıq və korrupsiya ilə məşğul olub. Bu adam vəzifədə olanda biz bunu deyirik. Bu gün Kənd Təsərrüfatı Nazirliyi bərbad durumdadır və kənd təsərrüfatını dağıtmaqla məşğuldur. İqtisadiyyatda islahat gedir? Qətiyyən belə şey yoxdur. Buna görə də, daxildə və xaricdə Azərbaycan əleyhinə heç nə dayanmayıb. Təəssüflər olsun ki, bizim Azərbaycan lehinə gördüyümüz işlər davamlı və ardıcıl deyil, daha çox mövsümü xarakter daşıyır. Bu təəssüf yaradır.

-Söz islahatlardan düşmüşkən, ölkədə iqtisadi-sosial durumu, daha çox böhranla müşayiət olunan mərhələni necə qiymətləndirirsiniz?

- Böhran davam edir və getdikcə dərinləşir. Azərbaycanın bu sahədə əksər mütəxəssisləri siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq real və ədaləti qiymətləndirənlər bəyan edirlər ki, Azərbaycan dərin iqtisadi böhrandan çıxmaq gücündə deyil. Yəni boş danışıqlar bir yana, real situasiya bundan ibarətdir. Bir də, görürsünüz ki, siyasətçi və deputat bəyan edir ki, dünyada müşahidə edilən böhran Azərbaycandan yan keçib. Guya ki, bu böhran dalğa imiş. Obrazlı, gəlişi gözəl sözlərlə Azərbaycanın iqtisadi durumunu dəyişdirmək, böhrandan çıxmaq mümkün deyil. Ona görə də, bütün sahələrdə Azərbaycanda vəziyyət ağır və sabit olaraq qalır. Hətta deyərdim ki, durum geriyə doğru inkişafdadır. Vəziyyət budur. Daha burada Amerika açmağa ehtiyac yoxdur. Hökumət də bunun fərqində deyil. Bəlkə də fərqindədir, vəziyyəti bizdən də yaxşı bilir, lakin özünü o yerə qoymur. Hər halda real vəziyyətə uyğun addımlar atmır.

- Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov bəyan edib ki, böhran Azərbaycandan yan keçib...

- O, şəxsən özünü nəzərdə tutur. Başqa sözlə, özünün biznesini, vəziyyətini nəzərdə tutaraq hesab edirlər ki, böhran artıq onlardan yan keçib. Onun çıxışını belə qiymətləndirmək lazımdır. Başqa cür qiymət vermək mümkün deyil. Ola bilsin ki, bu adam da şəxsi məsələsinə, biznesinə, gündəlik, aylıq, illik gəlirlərinə görə hesab edir ki, artıq böhran ondan yan keçdi. Üzr istəyirəm, bu bütünlükdə real vəziyyəti obyektiv düşünməyərəkdən və ya məzələnməkdən doğan fikirlərdir. Başqa bir şey yoxdur.

- Fevralın 1-də deputat Siyavuş Novruzov mətbuata müsahibə verən həmkarı Vahid Əhmədovu nəzərdə tutaraq ciddi tənqid edib, deyib ki, komanda dəyişməyəcək, sən kimsən ki, komandanın dəyişməli olduğunu bildirirsən...

- Hesab edirəm ki, bu xəstə yanaşmadan başqa bir şey deyil. Əslində vəziyyətdən çıxış yollarından biri münasibətin dəyişməsidir. Amma bu münasibətin dəyişməz olduğunu görən insanlar adamları dəyişməyi düşünürlər. Biri deyir ki, iqtisadi böhran Azərbaycandan yan keçib, digəri deyir Azərbaycan bu prosesdən çıxdı. Bu faktiki o anlama gəlir ki, belə adamlarla vəziyyəti dəyişdirmək mümkün deyil. Ona görə də, kimi nəzərdə tutmalarından, kimin nə deməsindən asılı olmayaraq Azərbaycanda dərin və ciddi islahata ehtiyac var. Yəni doğurdanda vəziyyətdən çıxmaq və bu prosesin Azərbaycandan yan keçməsini istəyirlərsə, bu addım olmalıdır. Siz dediyiniz açıqlama isə konkret olaraq hədəf göstərmək idi. Yəni göstərilirdi ki, bu işlərin bir səbəbkarı var, bu işlərə bir nəfər məsuldur, bu işləri ancaq bir nəfər həll edə bilər. Əslində həmin çıxışda bir radikalizmdə var idi. Radikalizmdə islahat istəyənlərə qarşı deyildi. İslahat istəyənlərin və düşdüyümüz vəziyyətin səbəbkarını göstərmək idi. Səbəbkar da həmin deputat tərəfindən göstərilirdi ki, bu birinci şəxsdir. Deputat bəlkə də, danışdığının fərqində deyildi və yaxud planlı şəkildə deyir ki, bu məsələlərin mərkəzində bir nəfər durur, o etməlidir. Yəni deputat hədəf göstərirdi.

- Sizə elə gəlmirmi ki, xalqımız yaşamından narazı deyil, sadəcə müxalif mövqeli insanlar xalqın narazı olduğunu ifadə edirlər?

- Yox, sizin bu yanaşmanızla razı deyiləm. Məncə, bir neçə müddətə bu bəlli olacaq. Fikrimcə, bu rübün axırında və yazın sonuna camaatın vəziyyəti özü üçün aşkar olduqdan və durumu dəqiq qiymətləndirdikdən sonra başqa cür olacaq.

- Müxalifət düşərgəsində yaxın dövr üçün aktivlik gözləmək lazımdır?

- Biz gücümüz çatan işləri görürük. Bir arada olmaq istəyənlər bir arada, tək qalmaq istəyənlər təkdir. Komanda alan şəxslər var ki, özünüzü qoruyun. Onlar da özlərini qorumaqdadır. Hər kəs də öz işi ilə məşğuldur. Təbii ki, müzakirələr keçirilir. Biz on partiya ilə iki aya yaxındır ki, hər həftə müzakirələr keçiririk, addımlarımızı atırıq. Hansı məsələdə əməkdaşlıq mümkünsə buna gedirik.

- Ancaq reallıq odur ki, hakimiyyət ölkədə müxalifətin və ya ona qarşı ciddi alternativ qüvvənin olmadığını göstərir. Bu həqiqətdir, yoxsa görüntü?

- Bu hakimiyyətin təbliğatıdır. Hakimiyyət istədiyi medianı və ya televiziyanı qapadır. Nə istəyirsə onu edir. Həm də özünə öz gücünə olan alternativ görmür. Əgər hakimiyyət bir sözə dözmürsə, həmin sözə görə bu gün partiya qarşısında etiraz təşkil edirsə, deməli bu onun alternativsizliyinin deyil, gücsüzlüyünün göstəricisidir. Nəzərə alın ki, bu gün heç bir partiya ortaya iddia qoyub hakimiyyət davası aparmır, əksinə bütün qüvvələr deyir ki, problemləri həll elə. Həll edə bilmirsənsə özünü də problemə çevirmə.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu