GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

Tarix: 20-02-2017, 23:34 Bölmə :Müsahibə Baxış: 840
Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

Bir müddət öncə “milyon versələr soyunaram” açıqlaması ilə gündəmi bir-birinə vurdu. Hər kəs bu açıqlamaya görə onu topa tutdu. Gənc aktrisa Mələk Heydərovanı deyirəm… Azərbaycanda ilk seriallar çəkilməyə başlayanda rejissorlar bu bəstəboy və cazibədar aktrisanı davamlı olaraq filmlərinə dəvət edirdilər. Amma nədənsə, xeyli vaxtdır ki, onu yeni çəkilən seriallarda görə bilmirik. Bir müddət öncə, "Space" televiziyasında özünü aparıcı kimi də sınayan Mələk “Oğurlanmış arzular”, “Qisas”, “Həkimlər”, “Kolxoz 85”, “ Kolxoz 86” seriallarında maraqlı və yaddaqalan obrazlar yaradıb.

Yeniçağ. az-a müsahibə verən aktrisa fikrimcə, bu dəfə də fikirləri ilə gündəmi alt-üst edəcək.

– Mələk, telekanallarda hələ seriallar yeni-yeni çəkiləndə səni tez-tez görürdük. Amma indi nədənsə gözə dəymirsən… Niyə?

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

– Hər şey pulun başındadır. Pul az, zəhmət çox… Dayanmadan işləmək insanı yorur. Buna görə də çəkilmək istəmirəm.

– Yəqin fikirləşirsən ki, sənin hansısa əcnəbi aktrisalardan nəyin əskikdir ki, onların qazandıqlarının yarısının yarısını qazanmayasan?

– Xaricdə, məsələn, elə qardaş Türkiyədə serial bazarı çoxdan formalaşıb, onlar məhsullarını satıb, gəlir əldə edirlər. Amma bizdə hələ serial bazarı formalaşmayıb. Sponsorlar da gəlir gətirən sahəyə yatırım edirlər. Bizdə də yəqin ki, bazar formalaşacaq. Nə vaxt biz o keyfiyyətə nail olacağıq, onda da yüksək qazanc əldə edəcəyik.

– Bir yandan pulun azlığından şikayətlənirsən, bir yandan da deyirsən, bu sahədə təzə-təzə inkişaf edirik. Bəs onda niyə çəkilmirsən?

– Mən gözləyirəm ki, bazar formalaşsın, gəlir götürək. Aktrisaların da qazancı bol olsun.

– Mələk daha çox adına uyğun müsbət rollarda oynamaq istəyir, yoxsa, iblis xislətli insanları da canlandıra bilər?

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

– Hər aktyorun özünə uyğun rolu var. Baxan kimi deyirsən ki, bu rol məhz onun əyninə biçilib.

– Bəs sənin əyninə hansı rollar biçilib?

– Çox pozitivəm, üzüm həmişə gülür, amma bununla içimdə mənfi rolları oynamaq üçün daha çox potensial görürəm. Mənfi rolları məharətlə oynayardım. Hər insanın içində yaxşı və pis xüsusiyyətlər var, amma bəzisində mənfi çoxdur, bəzisində də müsbət. Buna uyğun olaraq, insanların pis ya da yaxşı adam olduğunu deyirlər. Mənfini oynamaq mənə maraqlıdı.

– Məsələn, sən hansı məqamda təhlükəli ola bilərsən?

– Hədsiz dərəcədə haqsızlıq görəndə və mənim ailəmə toxunanda gözümə heç nə görünməz.

– Ən sərt reaksiyan necə ola bilər?

– Adam öldürmərəm, amma həmin şəxsi məhv edərəm.

– Hansı məqamda sınırsan?

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

– Məni sındırmaq asan deyil. Amma aldadılanda, xəyanət görəndə sınıram.

– Aldadılmaq o deməkdir ki, həmin adamı yaxşı tanımamısan… Demək ki, insan sərrafı deyilsən.

– Əslində, mən insanı gözəl tanıyıram. Sadəcə olaraq, insana inanıram. Bu da məni tez-tez yanıldır. İnamsız da yaşamaq mümkün deyil axı.

– Dost zərbəsi çox almısan deyəsən?

– Həyatımın çox hissəsini dostlardan zərbə ala-ala yaşamışam.

– Elə danışırsan ki, elə bil 70 yaşın var.

– 27 yaşım var, amma inandığım dostlardan çox zərbə almışam. Amma hər dəfə də bağışlamışam.

– Düşünmürsən ki, bir dəfə güzəşt qarşı tərəfi yeni bir səhv addıma sövq edir?

– Düşünürəm ki, insana bir dəfə şans verim, özümü görməzliyə qoyum, o yəqin bir də səhv eləməz. Təəssüf ki, o, yenə də xislətinə uyğun olaraq zərbə vurmaqda davam edir. Mən insanı görən kimi deyirəm ki, bu adam mənim ya dostumdur, ya da düşmənim. O insanın heç vaxt quyusunu qazmaram, pislik eləmərəm. O, mənə nə qədər zərbə vursa da… Mənim danışmadığım dostlarım var ki, gecə saat 2-də zəng eləsə, yenə onun köməyinə çatacam. Yəni mənim üçün dostluq hər gün danışmaq, deyib-gülmək demək deyil.

– Sevgidə yanmısan heç?

– İndi oturub ağlayacam. İnanıram və yanıram. Qadın belədir ki, hər dəfə qarşısına çıxan kişini özü üçün ömürlük sevgi hesab edir.

– Bəs ayrılıq acısını necə yüngülləşdirirsən?

– Depressiyaya ağır düşürəm. Sanki Allah eləməmiş əzizim ölüb. Günlərlə yataqdan qalxmıram, evdən bayıra çıxmıram. Amma depressiyadan tez də çıxmağı bacarıram, vaxt uzun çəkmir. Ondan sonra sanki yenidən doğuluram və qarşı tərəfin səhvlərini aydın görə bilirəm. Zaman keçdikcə başa düşürsən ki, hə, demək ki, bu, sənin adamın deyilmiş.

– Demək ki, heç bu sevgi də deyilmiş, sadəcə, özünü aldatmısan…

– Hə, razıyam, bu, heç sevgi də deyilmiş. Amma biz qadınlar istəyirik sevək, sevilək, gecə saat 2-də qapımızın ağzında serenadalar oxunsun, güllər bağışlansın, nə bilim e…

– Ay qız, indiki oğlanlar serenadanı da sosial şəbəkədə oxuyurlar…

– Deyirlər, sevgi quşa bənzəyir bərk sıxsan, ölər, boş saxlasan uçub gedər… Kişini sıxıb saxlayan, bütün günü güdən xanımlar da az deyil. Əgər səni sevirsə o adam heç yana getməyəcək, əgər gedibsə, demək ki, sevmirmiş. Bəzən eşidirəm ki, hansısa qadını əri döyür, söyür, evdən bayıra çıxmağa qoymür. Günah o qadının özündədir. Qadın kişinin yanında özünü o qədər zəif göstərir ki, kişi də öz gücünü ona belə nümayiş etdirir.

– Əslində, kişi tabe olan qadını sevmir…

– Razıyam, kişi əvvəl-axır o qadından qaçır, çünki bezir. Təsəvvür elə, bir qadına nə deyirsən onu eləyir, sanki robotdur. Belə qadın kişi üçün maraqsızlaşır. Həmişə sosial statusu olan qadınların ətrafında kişi olur. Çünki onun özgüvən hissi var. Kişilər özgüvəni olan, özünü kişiyə əzdirməyən qadınları sevir.

– Hətta həmin qadın gənc və gözəl olmasa da belə?

– Kişini özünə cəlb edən qadının yaşı və gözəlliyi gözə görünmür.

– Sən öz gözəlliyinə inanırsan, ümumiyyətlə, özgüvən hissin güclüdür?

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıq qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR

– Mən gözəl yox, özümü şarmlı qadın sayıram, üstəgəl də xasiyyətimdə şirinliyim də var. Buna görə də özümə çox güvənirəm.

– Yəni çoxlarını yoldan edə bilərsən?

– Hə, şıltaqlığım da var. Əksər kişilər şıltaq xanımları xoşlayır.

– Zahiri görünüşünlə bağlı komplekslərin varmı?
– Boyumun balaca olmağı.

– Amma bu da xanıma şirinlik gətirir, özümə təsəlli verim də qoy…

– Hə, sən də balacaboysan axı. Şirinlik verir, amma müəyyən məqamda çətinlik çəkirəm. Məsələn, dikdaban ayaqqabıda gəzməyi sevmirəm, baxmayaraq ki, çox adam məni belə ayaqqabılarda görür. Tör-töküntü geyinməyi xoşlayıram, balacaboyluğum buna mane olur. Bu da məni uşağa oxşadır. Bəzən az qalıram “pasportumu” çıxardıb göstərim ki, mənim 27 yaşım var.

– Deyirsən 27 yaşım var, bəs elçilərə nə vaxt razılıq verəcəksən?

– Planımda hələ 4-5 il ailə qurmaq yoxdur.

– “Evdəqalmış” damğasından qorxmursan?

– Onsuz da bizim meyarlara görə artıq “evdəqalmış” sayilıram (gülür). Haqq-hesabla 22 yaşımda ərə getməliydim.

– Bir müddət öncə “milyon versələr soyunaram, yataq səhnəsinə də çəkilərəm” sözlərinlə gündəmi bir-birinə vurdun. Buna görə həmkarların da səni topa tutdu…

– Mən bilirdim ki, mənə etirazlar olacaq. Amma gözləmirdim ki, öz sənətimdən olan həmkarlarım məni qınayacaq. Yaxşı qonorar versələr açıq-saçıq rollar oynayaram. Burda nə var ki, yenə də öz sözümün üstündə dururam. Günü bu gün də mənə küllü-miqdarda pul təklif olunsa, soyunub, yataq səhnəsinə çəkilərəm. Xeyir ola, Monika Belluççi, Ancelina Coli podiumda gedəndə kişilərin ağzı açıla qalır ki, nə qəşəng bədəni var… Amma bizim aktrisalarımız bir az açıq-saçıq rola çəkilən kimi onu topa tuturlar? O saat mentalitet yada düşür. Sən belə mentalitet düşünənsənsə, onda əcnəbi filmlərin yataq səhnəsinə baxıb, ağzın açıla qalmasın. Ona qalsa, filmdə insan öldürmək də düzgün deyil. Film də reallıqdır axı, biz real həyatımızı filmdə əks etdiririk. Biz filmdə ölümü də göstəririk, sevişməyi də. Sevişmə səhnəsi ölüm səhnəsindən daha yaxşıdır. İnsana sevgi aşılayır. Mənim şortik geyinib, kastinqə getməyimi əlində bayraq edən adamlar var. İncəsənət sahəsində olan adamlar tərəfindən topa tutulurdum. Heç başqa sahənin adamları belə mühafizəkarlıq nümayiş etdirmir.

– Bir iş də var ki, öz aktrisalarımız çəkilməyəndə əcnəbi aktrisaları gətirib, yüksək qonorarla filmlərimizə çəkirlər…

– Bu məni də ağrıdır.

– Başqa nə yazdılar sosial şəbəkədə sənə ən sərt etiraz və ən xoş söz nədən ibarət oldu?

– Maraqlıdır ki, bəzi kişilər elə bildi mən film üçün deyil, başqa məqsəd üçün belə açıqlama vermişəm. Hətta yazanlar da oldu ki, sənə o milyonu veririk, sən milyon manata dəyərsən. Düzdür, reallıqda o çeki gətirib qabağıma qoyan olmadı, amma belə təkliflər çox oldu.

– Yadımdan çıxmamış onu da soruşum, aparıcı kimi də görünmürsən? Bir ara aparıcısı olduğun “Kişilər evdə olmayanda” və “Qadın sözü” verilişləri reytinqləri dağıdırdı…

– Çox ciddi layihə idi, baxımlı idi. Açığı, kameraları sevirəm. Şoudan həmişə qaçıram, ciddi veriliş aparmaq arzusundayam. Görək də…

Cəvahir Səlimqızı (Yeniçağ.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, yatağa girərəm

    Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, ...

    17-06-2016, 00:48

  • 
  • Azərbaycanlı aktrisa: "Bir milyon versələr, yarıçılpaq..." - FOTOLAR

    Azərbaycanlı aktrisa: "Bir milyon versələr, ...

    16-01-2015, 20:42

  • 
  • Məşhur aktrisa Yeni il münasibətilə soyundu - FOTOLAR

    Məşhur aktrisa Yeni il münasibətilə soyundu - ...

    14-12-2014, 09:32

  • 
  • Azərbaycanlı aktrisa: "28 yaşım var, bakirəyəm..." — FOTOLAR

    Azərbaycanlı aktrisa: "28 yaşım var, ...

    27-04-2016, 17:09

  • 
  • Bir reklamdan 250 min alan 22 yaşlı cazibədar türk - FOTOLAR

    Bir reklamdan 250 min alan 22 yaşlı cazibədar ...

    23-12-2014, 13:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu