Türk teleserial sənayesində ulduzu parlayan aktrisalardan olan Hazar Ərgüçlü tez bir zamanda özünə çoxlu pərəstişkar toplayıb. Karyerasına dörd il əvvəl “Kölgələr və surətlər” filmi ilə başlayan aktrisa tamaşaçıların yadında daha çox “Kuzey-Güney” və “Med Cezir” teleserialları ilə qalıb.
Əslən Kipr türkü olan Ərgüçlü çox dəcəl və aktiv uşaq olduğuna görə valideynlərinin tövsiyəsi ilə 15 yaşında teatra getməyə başlayıb. Çox keçmədən burada çox rahat olduğunu və aktyorluqla özünü yaxşı ifadə edə biləcəyini anlayıb. Konservatoriyaya hazırlaşdığı dövrdə, yəni 18 yaşında rejissor Dərviş Zaimin “Kölgələr və surətlər” filminə çəkilmək üçün müraciət edib və seçilib. Bir il sonra “Kuzey-Güney” teleserialında, sonra “Aclığa doymaq” və “Mənim dünyam” filmlərində oynayıb. 22 yaşlı aktrisaya populyarlığı isə “Med Cezir” teleserialında oynadığı Eylül obrazı gətirib.
Ailəm.az Ərgüclünün müsahibələrindən əldə etdiyi maraqlı faktları təqdim edir:
Gündəlik görünüşlərində sadə t-şört və şalvarlar, rahat ayaqqabılardan yararlanır.
Gün eynəkləri kolleksiyası var. Əsas üstünlüyü Ray Ban və Ralph Lauren günəş eynəklərinə verir.
“Med Cezir”dən sonra həyatda da Serenay Sarıkayayla yaxın rəfiqə olublar.
Aktrisa kiməsə aşiq olanda yemək yeyə, yata və danışa bilmədiyini, diqqətinin dağıldığını etiraf edir.
Ən sevmədiyi və əsəbləşdiyi şey özünün oynadığı səhnələrə baxmaqdır.
İncə yumor hissi olan kişiləri çox sevir və sevgilisinin də belə olacağına ümid edir.
“Kuzey-Güney” serialına çəkiləndə aktrisanın cəmi 19 yaşı olub. Kıvanc Tatlıtuğla çəkildiyi sevişmə səhnəsiylə mətbuatın gündəminə düşüb.
Bədənini formada saxlamaq üçün axşamlar yemək yeməməyə çalışır. Həftənin 4-5 günü piateslə məşğul olur. Ancaq bunların heç birini sevmədiyini də vurğulayır.
Babası (anasının atası) Kipr Qəzetinin baş redaktorudur. Anası isə Kipr Dövlət Televiziyasında işləyir.
Gecə həyatını xoşlamır, evdə oturub film izləməyə, kitab oxumağa, dostları ilə vaxt keçirməyə üstünlük verir.
Boyu 1,68 sm, çəkisi 53 kq-dır.
Ərgüçlü noyabr ayında rəfiqəsi Serenay Sarıkaya ilə çəkildiyi bir reklamdan olduqca böyük məbləğdə qonorar almağı ilə gündəmə gəlib. Bir saytın reklam üzü qarşılığında 250 min lirəlik (təqribən 85 min manat) müqavilə imzalayan aktrisa “Med Cezir”də bir seriyaya görə 15 min lirə (6 min manat) alır.
Aktrisanı “Instagram”da “hazarergucluu” adı ilə izləmək olar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?