GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Erməni tərəfi apreldə itirdiyi mövqeləri geri almaq istəyir”

“Erməni tərəfi apreldə itirdiyi mövqeləri geri almaq istəyir”

Tarix: 28-02-2017, 22:58 Bölmə :Müsahibə Baxış: 631
“Erməni tərəfi apreldə itirdiyi mövqeləri geri almaq istəyir”

Hərbçi ekspert Azad İsazadə ilə cəbhədə baş verən son hadisələr və bundan sonra baş verə biləcək addımlarla bağlı müsahibəni “Gündəm Xəbər”in oxucularına təqdim edirik.

- Azad müəllim, son aylar cəbhədə durum ürəkaçan deyil, erməni ordusu daima atəşkəsi pozur, təxribatlar törədir. Sizcə, erməni tərəfinin bu addımları nə ilə bağlıdır?

- Sözsüz ki, cəbhədə vəziyyət qeyri sabitdir. Başqa cür ad vermək olmaz. Dəqiqləşdirsək məlum olar ki, bir neçə amil burada rol oynayır. İlk növbədə ən böyük rol oynayan amil Ermənistanın daxili ictimai-siyasi vəziyyətdir. Erməni hakimiyyəti Qarabağda və cəbhə xəttində vəziyyəti bir qədər gərgin saxlamaqla bir növ daxili iqtisadi-siyasi durumun pis olmasından cəmiyyətin fikrini yayındırmaq istəyir. Bəllidir ki, ermənilərin daxili durumu heç də ürəkaçan deyil. Ona görə də, cəbhədə bu addımlara gedirlər.
İkincisi, aprel döyüşlərindən sonra yaranan duruma diqqət etmək lazımdır. Aprel döyüşlərinə qədər ermənilər həqiqətən inanırdı ki, onların ordusu nəinki Cənubi Qafqazda, hətta Avropada ən güclü ordulardan biridir. Və heç kim erməni ordusunu məhv edə bilməz. Etnopsixoloji amilə görə bir şeyə inanırlar və bunun yalan olduğu meydana çıxanda təəccüblənirlər ki, nədən belə oldu. Aprel döyüşləri doğurdan da Ermənistan cəmiyyətini şoka saldı və bir qədər də oyatdı. Eyni zamanda bəzi istiqamətdə revanşizm hissləri yaratdı. O mənadakı aprel döyüşləri zamanı itirilən yüksəklikləri geri almalıyıq. Digər istiqamətdə isə düşünüldü ki, biz real qüvvə ilə rastlaşmışıq, odur ki, sülhdən danışmaq daha realist olardı. Ona görə diqqət edin, sülh platformasına qoşulan ermənilərin sayı getdikcə artır. Sözsüz ki, belə amillər çoxdur. Mən iqlim amilini də qeyd etmək istərdim. Çünki bir azdan yüksəkliklər də qarlar əriyəcək, döyüşlər üçün daha münasib imkanlar yaranacaq.

- Ötən həftə erməni diversiya kəşfiyyat qrupları cəbhədə təxribat yaratmağa cəhd etmişdi. Bu təxribatlar nəyə hesablanıb?

- Bu kəşfiyyat hərəkətlərinə əslində döyüş kəşfiyyatı deyirlər. Deməli, əsas məqsəd Azərbaycan müdafiə sistemində zəif nöqtələri tapmaqdır. Bəzən diversiya qrupuna konkret tapşırıq verilmir ki, cəbhə xəttini keçərək hansısa hərəkətlər etsin. Sadəcə olaraq yoxlamaq istəyə bilərlər ki, gözətçi postları nə qədər diqqətlidir, hazırlıqlıdır. Həmçinin gözətçi postlarımızda nə qədər qüvvə var, hansı silahlardan istifadə edilir. Belə hallarda sözsüz ki, həmin diversiya kəşfiyyat dəstələri atəşə tutulur. Bu zaman onlar müəyyən etməyə çalışırlar ki, atəş hansı silahlardan açılır, burada nə qədər pulemyot, snayper və ya digər markalı silahlar var. Onlar ola bilsin ki, bunu yoxlamaqla hansı istiqamətdə zəif və boşluq tapa biləcəklərini müəyyən etmək istəyirlər. Adətən belə hallar böyük döyüşlərdən əvvəl olur. Mən istisna etmirəm ki, düşmən indidən yoxlamaq istəyirlər ki, zəif nöqtələr tapılsın və qar əriyən kimi çalışıb hücuma keçsinlər. Hər halda bunu istisna etməməliyik.

- Bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, erməni kəşfiyyat qrupu cəbhədə Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib, eləcədə bir sıra istiqamətdə Azərbaycan ordusunun mövqelərinə soxulmaq istəyib...

- Belə hərəkətləri daimi gözləmək lazımdır. Dediyim kimi düşmən bu hərəkətlərlə bizim zəif tərəflərimizi üzə çıxarmaq istəyir.
Qeyd edim ki, bu günə qədər Azərbaycan tərəfindən erməni cəhdlərinə cavab qaytarılıb, bu zaman erməni tərəfindən heç bir irəliləmə baş verməyib. Deməli Azərbaycan ordusu pis-yaxşı diqqətlidir, qarşı tərəfə anında cavab qaytarır və erməni ordusunun hücumunu dəf edir. Əlbəttə, bu yaxşı haldır. Ancaq sözsüz ki, bir azərbaycanlı kimi mənim üçün bu azdır. Elə hamımız üçün. Təbii ki, biz hamımız istərdik ki, Azərbaycan ordusu daha çox ərazi götürsün, 2 apreldə olduğu kimi irəliləsin. Ola bilsin ki, bu fikirlər bir qədər də emosional tələbatdır. Xalqımızda qələbə arzusu var. Anlayırıq ki, bu qələbəni hazırlamaq lazımdır. Ona görə də, qiymətləndirmə belədir ki, indiki vəziyyət kifayət edə bilər, ancaq arzu və istəklərimiz daha yüksəkdir. Bu səbəbdən də nə isə gözləyirik.

- Son günlər bəzi mətbuat orqanları Azərbaycan və Ermənistanın silahlanma tendensiyası haqda informasiyalar açıqlamışdı. Siz tərəflərin silahlanma hərəkatlılığı haqda nə deyə bilərsiniz?

- Bəli. Azərbaycan hərbi arsenalını Ermənistanla müqayisədə bir neçə dəfə artırıb. Düzdür, son yazılara görə Azərbaycan silahlanmada düşməndən 20 dəfə öndədir. Nəzərə almaq lazımdır ki, 20 dəfə artım təbii prosesdir. Birincisi, sabah cəbhədə hərbi hərəkətlilik olacaqsa, erməni tərəfi hücuma keçməyəcək. Hücuma keçən biz olacağıq. Hücuma keçən tərəfin gücü də, qarşı tərəflə müqayisədə azı birin beşə olmalıdır. Dağlıq ərazilərdə hücuma keçən tərəfin gücü birin yeddi və ya on nisbətində olmalıdır. O cümlədən də hücum edən tərəfdən itkilər müdafiə olunan tərəflə müqayisədə çox olur. Sözsüz ki, biz bunu hazırlamaq üçün ehtiyatlarımız olmalıdır. Ehtiyat deyərkən mən silah, sursat və insan resursunu nəzərdə tuturam. Əlbəttə, insan resursu təbii prosesdir və şükürlər olsun ki, Azərbaycanda bu proses normal gedir. Və getdikcə əhalimizin artımı qeyd edilir. Odur ki, döyüş baxımından bizdə insan ehtiyatı kifayət qədərdir. Silah və sursat məsələsinə gəldikdə deyim ki, biz hücum edəcəyiksə, deməli bu bir günlə məhdudlaşmayacaq. Bəzən belə proses on gün davam edir. Bu zaman texnika xarab ola bilər və onu əvəz etmək üçün ehtiyat olmalıdır. Yəni texnikanı həmin an ala bilmərik, əvvəlcədən hər şey alınmalı və ehtiyat yaradılmalıdır. Odur ki, mən buna hərbi baxımdan təbii proses kimi baxıram. Həm də bir məqamı nəzərdən qaçırmayaq, silahlanma əks tərəfin iqtisadiyyatına ciddi zərbələr vurur. Biz silahlanmaqla həm də əks tərəfi məcbur edirik ki, o da silahlansın. Ermənistan iqtisadiyyatı daha pis vəziyyətdə olduğu üçün onlar bu zaman daha böyük iqtisadi təzyiq altına düşürlər. Fikrimcə, bu prosesin özü də, döyüş növüdür. Sadəcə hərbi deyil, iqtisadi müharibədir. İqtisadiyyatı zəif olan tərəf bu döyüşdə daha çox itirir.

- Ermənistan həm də parlament seçkilərinə hazırlaşır, hazırda seçki kampaniyası gedir. Maraqlıdır, seçki kampaniyası gedən bir ölkə niyə cəbhədə belə gərgin durum yaratmaqda maraqlıdır?

- Birincisi, erməni cəmiyyətində sülhdən danışan insanların sayı çoxalıb. Deməli müharibə tərəfdarları, işğalçı müharibədə iştirak edənlər hazırda Ermənistanda hakimiyyətdədir. Və onların yeganə şüarı odur ki, ermənilər bir yerdə olmalıdır. Onlar cəmiyyəti bu şüar altında toplamaq və seçkilərdə səs almaq üçün sözsüz ki, Qarabağ mövzusunu aktuallaşdırırlar. Çünki cəmiyyətdə əksə tərəfdə sülhdən danışan, Azərbaycanla barışmaq haqda danışan az da olsa qüvvələr formalaşır. Bu qüvvələr az deyil, sadəcə dünənə qədər onlar səslərini qaldırmağa qorxurdular. Bu fikirlərini dar çərçivədə, Ermənistandan kənarda deyirdilər. Amma Ermənistan daxilində bu mövzu bağlı idi. Son 4-5 ayda erməni cəmiyyətində bu mövzu aktuallaşdı, 15-20 nəfər açıq danışırsa, deməli onların arxasında olan, amma susan insanlar da var. Bunlar sabah Ermənistanda öz səsləri ilə nəsə göstərə bilərlər.

- Hazırda erməni cəmiyyəti müharibə istəyir, yoxsa sülhdə maraqlıdır?

- Bütövlükdə erməni cəmiyyətinin vahid mövqeyi haqda konkret danışmaq səhv olardı. Lakin erməni cəmiyyətində müharibə istəyən təbəqə mövcuddur və sayı da az deyil. İkincisi, unutmayaq ki, müharibə əhval-ruhiyyəsini stimullaşdıran vahid erməni kilsəsi də mövcuddur. Kilsələrin rolu əvvəlki illərlə müqayisədə azalsa da, amma tam aradan çıxmayıb. Bu amil hələlik mövcuddur. Həm də qeyd edək ki, müharibə veteranları indi Ermənistanda hakimiyyətdədir. Prezidentdən tutmuş, nazirlər, deputatlar və o cümlədən bütün siyasi, sosial, iqtisadi idarəetmə veteranların əlindədir.

- Seçkidən sonra Ermənistanda nəsə baş verə bilərmi?

- Əvvəlki seçki təcrübəsinə nəzər salanda görürük ki, bu ölkədə seçkilər böyük etirazlarla müşahidə edilib. Faktiki bu seçkilərin nə dərəcədə demokratik və şəffaf olduğunu demək də çətindir. Əksinə, buna böyük şübhələr var. Sözsüz ki, bu dəfə ki, seçkilərin şəffaf olacağını demək mümkünsüzdür. Mən erməni cəmiyyətində gedən prosesləri kənardan izləyirəm, amma içəridə nələrin baş verdiyini demək çətindir. Ancaq istisna etmirəm ki, hakimiyyətdə olan qüvvə iqtidarı əlində saxlamağa çalışacaq. Odur ki, seçki və ondan sonra nələrin baş verə biləcəyini demək çətindir.

- Ermənistan həm də bu seçkilərlə parlamentli respublika quruluşa keçid edəcək. Sizcə, parlamentli respublika quruluşu güclü prezident institutundan fərqli olaraq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilərmi?

- Mənim qənaətimcə, ermənilərin ümumi mövqeyində dəyişiklik baş verməyəcək. Orada sadəcə papağı əlinin başından vəlinin başına qoyurlar. Prosesi cəmiyyət həll etmirsə, deməli hansısa qruplar çalışacaq ki, önə çıxsın. Və nəhayətdə xarici təsiri yaddan çıxarmayaq. İlk növbədə də Rusiyanı. Başa düşməliyik ki, Qarabağ məsələsində bizim üçün İrəvanın deyil, Moskvanın mövqeyi daha vacibdir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 16:11

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 21:50

  • 
  • Müdafiə Nazirliyinin cəbhədə erməni təxrtibatına cavabı

    Müdafiə Nazirliyinin cəbhədə erməni təxrtibatına ...

    15-07-2016, 13:26

  • 
  • Cəbhədə son durum

    Cəbhədə son durum ...

    29-06-2016, 10:59

  • 
  • Cəbhədə erməni təxribatı: düşmən toplardan atır

    Cəbhədə erməni təxribatı: düşmən toplardan atır ...

    26-04-2016, 23:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu