Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır.
Bunu Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilir ki, təəssüf doğuran odur ki, erməni tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycan elektron informasiya vasitələrinin saytının qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib:
"Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?