GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bəlkə də bizim impluslarımızı, reaksiyaları yoxlamaq istəyirlər”

“Bəlkə də bizim impluslarımızı, reaksiyaları yoxlamaq istəyirlər”

Tarix: 7-03-2017, 19:15 Bölmə :Müsahibə Baxış: 1 285
“Bəlkə də bizim impluslarımızı, reaksiyaları yoxlamaq istəyirlər”

Fazil Mustafa: “i Rusiya profilli siyasət bizim üçün həm də təhlükəli siyasətdir”

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edirik. Deputat son günlər türkçülüklə bağlı həmkarı Arif Rəhimzadənin fikirlərini qiymətləndirib, habelə cəbhədə ki, vəziyyətin səbəbləri, Azərbaycan-Avropa əlaqələri haqda düşüncələrini açıqlayıb.

- Fazil bəy, son zamanlar bəzən deputatlar belə türkçülüklə bağlı müəyyən fikirlər işlədir və bu ciddi reaksiyalara, etirazlara səbəb olur. Sizcə, təcrübəli siyasətçilərin belə fikirlər işlətməsinə səbəb nədir?

- Səbəb əslində insanların durduğu platformadır. Ola bilsin ki, insanların bir qismi düşünür ki, durduğu platforma, özünün düşüncə sistemi daha doğrudur. Həm də düşünülə bilər ki, cəmiyyətdə status əldə edəndən və ya mötəbər mövqe qazanandan sonra bunu etmək lazımdır. Bu zamanda başqalarını incidə biləcək ifadələr işlədirlər. Məsələn, belə ifadə deyilə bilər ki, mən filan millətə məxsusam və öz millətimlə fəxr edirəm. Bu normal qəbul edilər və bizim də, məsələyə münasibətimiz olmaz. Amma ümumiləşdirilmiş şəkildə, başqalarının milli hisslərinə yönələn inkaredici və qəbuledilməz ifadələrin işlənməsi müəyyən reaksiyalar verir. Bunu özləri də bilir. Bəlkə də bizim impluslarımızı, reaksiyaları yoxlamaq istəyirlər ki, görsünlər biz necə düşünürük, doğurdanmı məsələni belə sakitcə qarşılayacaq, onun üzərinə getməyəcəyik. Amma, mən hesab edirəm ki, biz bu kimi məsələlərdə həssaslığımızı ifadə etdiyimiz səbəbindən görə bilirlər ki, bu məsələlərdə rahatlıqla davranmaq olmaz. Açığını deyim ki, mənim Arif Rəhimzadəyə xüsusi hörmətim var. Ən azından bir insan kimi dürüstlüyünə və obyektivliyinə. Əlbəttə, siyasi mövqeyi, müstəqillik layihəsinə səs verib-verməməsi artıq siyasi xarakterlə bağlı məsələdir. Amma elə məqam var ki, orada güzəştli davranmaq olmaz, ortaya mövqe qoyulmalıdır. Çünki bunlar bizim faydalı dəyərlərimizdir. Bəzən xalqın faydasız dəyərlərinə qarşı məndə sərt mövqedə oluram və bunu anlayışla qarşılamayan insanlar olur. Amma mən fikrimi əsaslandırıram ki, bu model bizim dəyərlərimizə uyğun gəlmir. Fəqət ümumilikdə bu millətin və dövlətin qurucusu olan etnosu görməzdən gəlmək, sanki türk adına utanc kimi baxmaq yolverilməzdir. Biz də, bu məsələdə mövqeyimizi ifadə etdik. Məncə, insanlar bundan dərs çıxarmalı, gələcəkdə statuslarının necə olduğunu nəzərə almayaraq daha məsuliyyətli olmalıdır.

- Siz sosial şəbəkədə xüsusi aktivliyinizlə seçilirsiniz. Məlum hadisə sosial şəbəkədə ciddi müzakirə olundu, yüzlərlə insan tənqidi reaksiyasını ifadə etdi. Necə düşünürsünüz, belə tənqidlər siyasətçilərin fəaliyyətində izlər buraxırmı?

- Bu məsələ əsasən ictimai rəydə izlər buraxır. Bizdə ictimai rəy siyasətə çox təsir edə bilmir. Siyasət bir qədər dar istiqamətdə fəaliyyət sferasına çevrilib. Siyasət əhalinin geniş spektrini əhatə etmir. Partiyalarda üzvlük məsələsindən tutmuş təmsilçilik məsələsinə qədər. Odur ki, bu kimi hallar daha çox ictimai rəydə inkişafını tapır, eləcədə insanların yaddaşında, şüur altında yer alır. Amma sabah bu davranışa görə kimisə siyasətdən çıxarmaq, uzaq tutmaq məsələsi yoxdur.

- Bu şəxslərin özləri fikirlərinin ciddi etirazlara səbəb olduğunu nəzərə alırmı?

- Əlbəttə, nəzərə alır. Burada diqqət ediləsi bir məqamda var. Arif Rəhimzadə hər halda çəkili və düzənli adamdır. Yəni öz düşündüyünü söyləyib və biz də düşündüyünün doğru olmadığını dilə gətiririk. Yoxsa, bizim onun şəxsiyyətinə yönəlik etirazımız yoxdur. Üstəlik təhqirləri də doğru hesab etmirəm. Bütün hallarda vicdanlı insan kimliyindən və niyyətindən asılı olmayaraq böyük adamdır. Yəni biz insana təmsil etdiyi millətə görə dəyər vermirik. Ola bilsin ki, rus, yəhudi, kürd, talış və digər millətin təmsilçisi ola bilər. Amma bizim üçün daha vacibi dürüst və ədalətli insan modelidir. Odur ki, bu kimi məsələlərdə bir qədər diqqətli olmaqğımız da vacibdir. Amma bəziləri var ki, bunu təxribatçı üslubda dilə gətirirlər və hesab edirəm ki, bu yanlışdır. Yoxsa, ola bilsin ki, bunu hər kəs planladığı kimi ifadə edə bilər. Məncə, bu o qədər də təhlükəli deyil. Ancaq bunu təxribat nöqteyi-nəzərdən dilə gətirmək sözsüz ki, yolverilməzdir. Ona görə də, belə məsələlərə həssaslıq göstəririk.

- Son dövrlər cəbhə xəttində gərgin durum müşahidə edilir. Sizcə, cəbhədə baş verən gərginlik siyasətdə baş verən gərginliyin alt qatından qaynaqlanır, yoxsa sırf erməni məkrindən doğur?

- Yox, burada təkcə erməni məkri məsələsi də deyil. Nə qədər ki, müharibə sona çatmayıb və ortada sülh müqaviləsi yoxdursa, habelə torpaqlarımız işğal altındadır, bu hallar gözləniləndir. Əslində isə hesablanmayan və gözlənilməyən müharibə sindromu yaşanmaqdadır. Biz də bu prosesin içindəyik. Ola bilsin ki, Bakıda kanallar daha çox əyləncəli verilişlərə üstünlük verirlər, cəbhədə problemlərin olmadığını, hər kəsi gülüb-oynamalı olduğunu, insanların çal-çağırla başını qatmalı oduğunu düşünür. Ola bilsin ki, biz Bakıda bunu görürük və düşünürük ki, müharibə deyilən bir şey yoxdur. Amma gələcəyi düşünən toplum olsaq, bir qədər perspektivə baxsaq, strateji düşüncəmiz yerində olsa, biz özümüzü səngərdə olan əsgərlə bir yerdə hiss edərik. Və özümüz daha çox müharibəyə konsentrasiya olarıq. Yuxarıda qeyd etdiyim məqamlar ola bilsin ki, bizi bir qədər uzaq tutur, amma müharibə davam edir. Əgər müharibə davam edirsə, deməli erməni əldə etdiyini əlindən buraxmaq istəmir, bizdə itirdiklərimizi geri qaytarmaq istəyirik. Odur ki, bizim marağımız daha çoxdur ki, bu prosesdə aktiv rol alaq.

İkincisi, nəzərə almaq lazımdır ki, bizim qarşımızda yalnız erməni faktoru durmur. Bizim qarşımızda həm də ciddi şəkildə Rusiya faktoru durur. Eyni zamanda Ermənistanla yüksək əlaqələrə malik olan İran faktoru durur. Biz bunları da nəzərə alaraq addımlarımızı ölçüb-biçməli oluruq. Sözsüz ki, biz çətin situasiyadayıq, amma buna rəğmən ən azı ermənilərin bizim hər addıma daha tutarlı cavab vermək iradəmizin görməsi indiki dövrdə yetərlidir. Mən hesab edirəm ki, biz bunu davam etdirməliyik. Çünki torpaq azad edilməyənə qədər bizə dinclik yoxdur. İndiki şəraitdə erməniyə dinclik sərf edir. Amma biz erməniyə dinclik verməməliyik, onlarda da belə rəy yaratmalıyıq ki, torpağı qaytarmayınca sizə də xoş gün olmayacaq.

- Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Avropa Birliyində görüşlər keçirdi, ondan əvvəl Münhendə təhlükəsizlik konfransında iştirak etdi. İndi bəlli olur ki, prezident martın 14-də Fransaya səfər edəcək. Azərbaycan rəhbərliyinin son vaxtlar Avropa ilə danışıqlar aparmasını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır. Əslində Azərbaycan Avropa Birliyindən heç bir halda uzaqlaşmamalıdır. Daha aktiv səy göstərməlidir ki, bu məkanla sıx münasibətimiz olsun. Təbii ki, biz Avropadan ciddi dəstək almayacağıq. Bu mərhələ onu göstərir.

- Niyə?

- Çünki Avropanın özü Rusiya qarşısında çox aciz durumdadır və zəif siyasət izləyir. Ancaq bizim üçün ən böyük problem odur ki, Avropa Rusiya ilə birləşərək bizə təhlükə yaratmaq imkanına sahibdir. Yəni Avropa Rusiya ilə düşmən mövqeyində ola bilər, amma dərindən baxanda istənilən zaman bizə qarşı erməni mövqeyini müdafiə etmək üçün Rusiya ilə birlikdə hərəkət edə bilər. Necə ki, bizə ən çox irqi və etnik baxımdan yaxın olan İran Ermənistana dəstək verməklə bizə böyük zərbə vurur. Bu o deməkdir ki, son anda onunla dost olmayan ölkə ilə belə bizim əleyhimizə müttəfiqlik ola bilər. Odur ki, Avropa ilə bizə müəyyən müsbət addımların atlmasında maraqlı olmalıyıq. Əks təqdirdə oradan da bizə qarşı zərbələr almağımız bizim faydamıza olmaz. Çünki Rusiya profilli siyasət bizim üçün həm də təhlükəli siyasətdir. Nə qədər doğru olsa da, həm də riskli siyasətdir. Çünki Rusiyanın dostluğunun da müəyyən sərhədləri var. Rusiyanın dostluğu çox böyük qurbanlar tələb edir. Simurq quşu kimi gərək baldırdan xeyli ət kəsib Rusiyaya verəsən. Bu ağır dostluqdur. Odur ki, biz Avropa və Amerikadan əlavə zərərlər görməmək üçün müəyyən qədər yaxın münasibətlər qurmağa maraq göstərməliyik. Belə olan halda ölkə prezidenti bizdən daha geniş informasiyaya malikdir. Və hansı istiqamətdən problemlər yaşayırıqsa, onu həll etməyə üstünlük verir. Ona görə də prezidentinin Avropa səfərləri vacib və önəmli səfərlərdir. Qazancımız olmasa belə itkilərimizin də qarşısını bu yolla almaq mümkündür.

- Artıq Gürcüstan və Ukrayna vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş hüququ əldə etdi. Yaxın gələcəkdə Azərbaycanla bağlı da belə qərarın verilmə ehtimalı varmı?

- Görünür bizim taleyimizdə Avropaya çıxış həmişə problemli olub. Elmdə, sənətdə, ədəbiyyatda və başqa sahələrdə də biz yuxarıya çıxışdan çox aşağıya çıxa bilmişik. Biz hələlik şərqə vizasız gedib-gələ bilirik. Amma qərbə vizasız gedib-gəlmək üçün bir qədər də daha fərqli istiqamətlərdə irəliləməli, siyasətimizi o istiqamətdə cilalamalıyıq. Çünki Gürcüstanın Avropa ilə bu əməkdaşlığı Gürcüstanın inkişafına təsir göstərəcək, vətəndaşlarının işini asanlaşdıracaq, ticarət əlaqələrini bir qədər də gücləndirəcək. Fikrimcə, bizim bu istiqamətdə geri qalmağımız yaxşı hal deyil. Ancaq hər halda düşünürəm ki, Azərbaycanın Avropa ilə təmaslarını gücləndirməsi bu işi də sürətləndirəcək. Biz o məkanı da inandıra biləcəyik ki, əslində Azərbaycan Avropaya o ölkələrdən daha yaxın dostluq və əməkdaşlıq etməyə layiq ölkədir. Çox güman ki, niyyətimiz olsa bunu ortaya qoymaq çətin olmaz. Fikrimcə, intensiv əlaqələrin qurulması sonda buna gətirib çıxaracaq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Mustafa kürd partiya liderinin cavabını belə verdi - STATUS

    Fazil Mustafa kürd partiya liderinin cavabını ...

    10-10-2014, 09:26

  • 
  • Fazil Mustafa: "Tofiq Yaqublu ağır əməliyyat keçirəcək xanımının yanında olmalıdır"

    Fazil Mustafa: "Tofiq Yaqublu ağır əməliyyat ...

    24-01-2014, 08:51

  • 
  • "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, Xoşqədəmin verlişinə..." - Fazil Mustafa

    "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, ...

    8-04-2015, 19:29

  • 
  • Deputatı təhqir edən şəxs MTN-ə verilir

    Deputatı təhqir edən şəxs MTN-ə verilir ...

    13-12-2014, 23:10

  • 
  • “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - Deputat

    “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - ...

    27-06-2015, 06:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu