Sərdar Cəlaloğlu: “Dünyada heç bir xalq etdiyi inqilabdan sonra xöşbəxt olmayıb” Suallara Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavab verir.
- Sərdar bəy, Azərbaycanda siyasi vəziyyət hər kəsə bəllidir. Bu gedişat inqilab, kataklizmlər vəd edirmi? - Ümumiyyətlə bu vəziyyət inqilablara aparmır, amma Azərbaycanda iqtisadi çöküşə, qarşıdurmlara, xalq narazılıqlarına doğru aparır. Açığını deyim ki, inqilab bir qədər böyük prosesdir. Biz Azərbaycan xalqında şüuru dəyişimlərə baxanda görürük ki, narazılıqlar olsa, sosial-iqtisadi sahədə çətinliklər müşahidə edilsə də, şüurda siz deyən dəyişilmə yoxdur. Hətta bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti SSRİ dövründə mövcud olan şüur tərzindən imtina etməyiblər. Halbuki inqilab üçün şüurun özündə 180 dərəcədə dəyişilmə olmalıdır. Ona görə də, bəzi ölkələrdə sosial-iqtisadi faktor bir o qədər pisləşməsə də, inqilab baş verir. Çünki şüurda sürətli dəyişilmələr baş verir. Məhz bu baxımdan şüurlarda gedən dəyişilmələrə istinad edərək deyirəm ki, Azərbaycanda vəziyyət nə qədər ağır olsa da, bu inqilaba gətirib çıxarmayacaq. Çünki inqilab bir qədər şüurlu siyasi çevrilişdir. Ancaq çaxnaşmalar, kiçik çaplı üsyanlar, qarşıdurmalar gözlənilir. Eləcə də Quba və İsmayıllıda olduğu kimi kütləvi narazılıqlar baş verə bilər. Həmçinin iqtisadiyyatda, hüquq sahəsində çöküş ola bilər. Dövlətin nüfuzu günbəgün aşağı düşür. Bu da dövlətin maraqlarının qurban getməsinə gətirib çıxara bilər. Amma hələlik Azərbaycanda inqilab üçün lazım olan əsas faktor-inqilabi şüur faktoru yoxdur. Bunun da ən böyük günahı bizim üzərimizə düşür. Çünki onsuz da insanlarda narazılığı biz yaratmırıq. Əksinə, bu narazılıq hakimiyyətin apardığı siyasətin mahiyyəti və fəaliyyəti ilə bağlıdır. Bu zaman ortaya sual çıxır: bəs müxalifətin vəzifəsi nədən ibarətdir? Əlbəttə, müxalifətin vəzifəsi narazı olan bu kütləni siyasiləşdirmək və şüurlaşdırmaqdan ibarətdir. Azərbaycanda isə hələlik bu iş getmir. Mən hesab edirəm ki, gec də olsa müxalifət bu haqda düşünməlidir. - Azərbaycana inqilab, kataklizmlər lazımdırmı? - İnqilab dünyanın heç bir xalqına lazım deyil. Sosiologiya elmi sübut edib ki, dünyada heç bir xalq etdiyi inqilabdan sonra xöşbəxt olmayıb. Bu günə qədər bizim gördüyümüz heç bir inqilab məqsədinə çatmayıb. Məsələn, ən böyük inqilablardan biri böyük oktyabr sosialist inqilabı idi, amma məqsədinə çatmadı. Başqa sözlə desək, bu inqilab 70 il yaşadı və sonda hansı çıxış nöqtəsindən çıxmışdısa, cəmiyyətləri də həmin çıxış nöqtəsinə qaytardı. Həmdə sosializm gəlib kapitalizmdə qurtardı. İran inqilabı da eyni ilə xalqa vəd etdiyi heç bir nəaliyyəti vermədi. Bu gündə biz görürük ki, İranda hakimiyyətə və inqilabi ruha qarşı böyük narazılıq var. Yəni dünya təcrübəsi göstərir ki, inqilablar xalqlara vəd etdiklərini vermir, sadəcə olaraq çox böyük dağıntılar, qurbanlar verir. Bu da cəmiyyətə imkan verir ki, 20-30 il müddətinə hakimiyyətin formalaşdırılmasından kənarda saxlanılsın. Elə bil ki, xalq inqilablarda yorulur, qan və itki verir. Bu da cəmiyyətin siyasi sayıqlığını itirir. Məhz bu səbəbdən də, inqilablardan sonra xalqlarda sakitlik dövrü başlayır. Bəzən bunu inqilabın müsbət tərəfi kimi təqdim edirlər. Halbuki bu verilən itkilərlə bağlıdır. Yəni cəmiyyət elə itkilər verir ki, onu yenidən sosial dəyişimlərə aparacaq qüvvə meydanlarda olmur. - Siz bir zamanlar iddia edirdiniz ki, Azərbaycanda dövlətçilik böhranı yaşanır. Bu fikrinizdə qalırsınız, yoxsa sizində şüurunuzda dəyişimlər baş verib? - Mən indi də o fikirdəyəm. Dövlət təkcə sərhədlər çəkərək bir xalqı ora toplayıb idarə etmək deyil. Necə ki, çoban qoyunu arxaca yığaraq ona nəzarət edir... Dövlət özü-özünə işləyən sosial mexanizmlərin mövcud olduğu siyasi məkandır. Bu mənada gərək qanun, əxlaq normaları,dəyərlər işləyə. Və bizdə deyək ki, burada dövlət var. Bir yedə k, konstitusiya, qanunlar yoxdur, milli dəyərlər gücünü itirib, əxlaqı dəyərlər cəmiyyəti tənzimləmir, o yerdə dövlətdən danışmaq olmaz. Bu gün əgər Azərbaycanda dövlət dediyimiz ayrı-ayrı insanlarıb subyektiv fikri ilə idarə olunursa, demək bu ciddi nöqsandır. İkincisi, dövlət hər bir vətəndaşın dövlətidir. Yəni, hər bir vətəndaş dövlətin onun hayatında müstəsna rol oynadığını dərk etməlidir. O yerdə ki, dövlətin mövcudluğu ilə vətəndaşın fərdi mövcudluğu arasında əlaqə yoxdur, deməli orada dövlətdən danışmaq olmaz. Çünki dövlət vətəndaşla tərəf müqabilidir. Hazırda sanki bir qrup adamın dövləti var, yerdə qalan insanların isə dövləti yoxdur. Bunun da səbəbi var. Dövlətin əsas funksiyası daxili və xarici təhlükəsizliyi təmin etməkdir. Bizim dövlətimiz vətəndaşların xarici təhlükəsizliyini təmin edə bilməyib. Nəticədə 20 faiz ərazi işğal edilib, bir milyon məcburi köçkünümüz yaranıb. Daxili təhlükəsizlikdə təmin edilməyib. Faktiki olaraq sosial-iqtisadi, hüquqi təhlükəsizlik mövcud deyil. Məhkəmələr siyasi sifarişlə işləyir, azad deyil, istənilən vətəndaş həbs oluna bilər. Bunu Avropa Məhkəməsinin hökmləri də göstərir. Sosial-iqtisadi təhlükəsizlik də yoxdur. Böyük həcmdə işsizlik var və işsizlərə dövlət səviyyəsində qayğı yoxdur. Mən 10 ildir işləmirəm və bu müddətdə dövlət mənə lazım olan vəsaiti verməyib. Özü də bu vəsait işləyən insanın aldığı təminatın 70 faiz həcmində olmalıdır ki, işləyənlə işləməyən arasında ciddi fərq görsənməsin. Biz görürük ki, Azərbayanda dövlət öz funksiyasını yerinə yetirmir. Konstusiya işləmir. Belə bir deyim var: konstitusiya dövlətin qanıdır, bu işləməyəndə dövlət ölür. Bu mənada biz görürük ki, Azərbaycan dövləti ölür, çünki qanun və konstitusiya işləmir. Dövlət də ölü olduğundan öz funksiyalarını yerinə yetirə bilmir. Bu baxımdan mən deyirəm ki, Azərbaycanda ölü bir dövlət var. Bu dövlətdə vətəndaşların sosial, iqtisadi, mənəvi inkişafına stimul verə bilməz. - Ölü dövlətin mövcudluğu, korrupsiya, sosial-iqtisadi böhran dəyişiklikləri zəruri hesab etmirmi? - Dəyişilmələr əslində iki cür olur. Mənim qənaətimcə, Azərbaycanda dəyişilmələr haqqında yanlış fikirləşirik. Biz elə bilirik ki, dəyişikliklər üçün yalnız mənfi tendensiyalar olmalıdır. Məsələn, ABŞ-da prezident Ruzvelti, Böyük Britaniyada Çorçil dəyişdilər. Hansı ki, bu şəxslər II cahan müharibəsini udmuşdular. Ümumiyyətlə demokratiya dəyişimləri idarə edənlərin mənfi keyfiyyəti ilə əlaqələndirmir. Demokratiyada dəyişilmələrə siyasi güclərin və ideyaların yeniləşməsində tələb kimi qoyur. Ona görə də, konstitusiyalarda bir şəxsin iki dəfən artıq prezident olmamasına dair məhdudiyyətlər tətbiq edilir. Ola bilsin ki, bir prezident peyğəmbərdir. Demokratiya isə deyir ki, sən peyğəmbər olsan da, sənin yerinə bir pisi gəlsə belə hökmən dəyişilmə baş verməlidir. - Bizdə demokratiya olmadığından demokratik proseduralardan danışmağın da mənası olmur... - Mən ümumiyyətlə deyirəm. Diqqət edin. Azərbaycanda iqtidarın pis işlədiyini iddia edərək onun dəyişilməsini tələb etmək effektsizdir. Çünki bu zaman bir hakimiyyət nümayəndəsi çıxıb deyəcək ki, xeyr biz yaxşı işləyirik. Ona görə də, biz heç bir iqtidarın iki müddət artıq Azərbaycanı idarə edə bilməz yanaşmasını ortaya qoymalıyıq. İndi hakimiyyətdə olan YAP 20-ildən çoxdur ki, ölkəni idarə edir. Eyni məmurlar, şəxslər artıq 20 ildir ki, eyni vəzifədədir. Dövlətçiliyə zidd olanlar budur. Tutaq ki, bu məmurlar heç korrupsiya ilə məşğul olmurlar, adam oğurluğu məsələsinin onlara zərrə qədər aidiyyəti yoxdur, cinayətlə məşğul deyillər və çox əla işləyirlər. Amma 20 ildə eyni adamların vəzifədə qalması cinayətdir və dövlətçiliyə ziddir. Mən deyirəm ki, hətta bunlar pis siyasət aparmasalar və xalqa xidmət etsələr belə, onların uzun müddət hakimiyyətdə qalması dövlətçiliyə ziddir. Sabah biz prezident seçkilərinə gedəcəyik. Durub deyəndə ki, hakimiyyət pis işləyir, korrupsiyaya bulaşıb. Qarşı tərəf də cavab verəcək ki, biz korrupsiya ilə məşğul olmuruq, xalqa xidmət edirik və s. Seyriçi də bilməyəcək ki, haqlı tərəf kimdir. Amma sən məsələni belə qoysan ki, uzun müddət dövlətdə vəzifə tutmaq dövlətçiliyə və demokratiyaya ziddir, qarşı tərəf əksini deyə bilməyəcək. Odur ki, xalqı dəyişimlərə hazırlamaq üçün iqtidarı pisləmək və ifşa etmək kifayət deyil. Xalq dəyişilmələrin vacibliyini situasiyaların, ideyaların, nəsillərin zərurəti ilə başa düşməlidir. Çünki yeni nəsl gəlirsə, deməli yeni ideyalar, situasiya, dövr, münasibətlər gəlir. Köhnə liderlər isə yeni dövrü idarə edə bilməzlər. Ümumiyyətlə inkişafda mərhələlər var. Xatırlayırsınızsa, SSRİ zamanı 5 illik planlar var idi. İndi bəzi ölkələrdə 3 illik planlar mövcuddur. Çünki sosial-iqtisadi inkişaf 5 illik dövrlərlə dəyişilir. Həmin dövr gələndə yeni vəzifələr müəyyənləşməlidir. Eləcədə dövləti idarə edənlər həmin dövrə uyğun olaraq dəyişilməlidir. Ən ideal insan belə öz dövrünü adlayaraq başqa nəslləri idarə edirsə, bu zaman idarə edənlərlə edilənlər arasında problemlər ortaya çıxır. Yeni nəsllər keçmiş idarəçiləri qəbul etmirlər. Ona görə də, demokratiya tələb edir ki, hakimiyyətlət nəsllərin sürətli dəyişilməsinə uyğun olaraq dəyişilsin. - Qarşıdan gələn prezident seçkiləri ərəfəsində nəsllərin istəyinə uyğun olaraq hakimiyyət dəyişəcəkmi? - Nəsillər təbii, hakimiyyət isə sivil yolla dəyişilməlidir. 1990-cı ildə doğulanlar artıq seçicidir. Onlar nə Əbülfəz Elçibəyi görüblər, nə də həmin dövr haqqında aydın təsəvvürləri var. Ona görədə bizlər “biz xalq hərəkatından çıxmışıq, mən bunu təmsilçisəm” deyib xalqın qarşısına getməklə səs ala bilməyəcəyik. Əksinə, biz yeni nəslin səsini almaq üçün onlara yeni dəyərlər və ideyalar verməliyik ki, diqqəti cəlb edək və müdafiə olunaq. - Siz 2013-cü il seçkilərindən dəyişikliklər gözləyirsinizmi? - Sosialogiyanı təbiətdən fərqli olaraq ciddi proqnozlaşdırmaq mümkün deyil. Çünki cəmiyyətdə bəzən səbəb və nəticənin əlaqəsi zəif olur. Bu baxımdan indi süst görünən xalq sabah ayağa qalxa, bizim proqnozlaşdırmadığımız nəhəng qarşıdurmalar baş verə bilər. Bu mümkündür. Bu mənada heç kəs deyə bilməz ki, prezident seçkilərində fundamental dəyişikliklər olmayacaq. Amma bir var aparılan planlı işin nəticəsi olaraq dəyişiklik baş versin. İndi seçkilərə 5 ay qalır. Dünyada gedən prosesləri də izləyirik. Suriyada müxalifət əlində silah mübarizə aparır. ABŞ, Türkiyə və Avropa bəyan edir ki, Suriyada hakimiyyət dəyişilməlidir, amma dəyişilmir. ABŞ-ın buradakı səfiri isə bəyan edir ki, Azərbaycanda hakimiyyət dəyişikliyi gözlənilmir. Belə olan halda, ABŞ-ın get dediyi iqtidar getmirsə, getmə demədiyi şəxs necə gedəcək. Belə məqamlar var. Biz vaxtında ictimaiyyəti Azərbaycandakı dəyişilmələrin vacibliyinə inandırmalı idik. Bu dəyişilmələrin yeni qüvvələr və komanda tərəfindən aparılacağını ortaya qoymalı idik. Bizim ən böyük dərdimiz odur ki, müxalifət bir araya gələ, vahid komanda və namizəd ortaya qoyulmur. Biz bunları reallaşdıra bilmədik və seçkilərə bu cür gedirik. Seçkilərdə dəyişilmələr isə proqnozlaşdırılmayan katakilzmlərlə ola bilər. Hazırda müxalifətin apardığı işin nəticəsi olaraq dəyişilmələrin olmasını gözləmək doğru olmazdı.
Sorğu
Yeni dizaynımız necədir?