Dövlətçiliyimizin əleyhinə yönəlmiş maliyyə siyasəti yürüdür”
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib
“Azərbaycanda manatın başına açılan oyunda Aslanlının birbaşa rolu var. Onu o vəzifəyə təyin edənlər bunu gərək nəzərə alardılar. Bu gün hamı görür ki, millət borc içindədir, banklar camaatı soyur, hər gün intiharlar baş veri. Rüfət Aslanlı hansı borclu vətəndaşımızın borcunun yüngülləşdirilməsi, bağlanması yolunda addım atıb? Bu adamı vəzifəyə təyin ediblər ki, bu problemlər həll olunsun, amma o, vəzifəyə təyin olunandan sonra banka borcu olan çoxlu sayda insan intihara əl atıb. Kimdir bu insanların ölümündə günahkar? Aslanlı özünə ayda 54 min maaş yazır. Ölkə prezidentindən nümunə götürmək əvəzinə özünə prezidentdən qat-qat çox maaş yazır. Bu cür insanlar ölkəmizin imicinə mənfi zərbə vurur. Çovdarovun açıqlamalarını gördüz. Tağı Əhmədov Azərbaycanın 200 milyon pulunu talayıb. Göründüyü kimi ölkəni məmurlar talan edir. Amma onlar bütün bunu qardaşım İlham Əliyevin üzərinə atmaq istəyirlər. İlham Əliyev isə belə hallar görən kimi dərhal tədbir görür. Bu həftə övladı harınlamış generalın paqonunu sökməsi də buna bariz nümunədir. Bütün bu neqativ hallarda məmur təbəqəsinin günahı var. Mən bu məsələlərdə hər zaman mövqeyimi açıq formada ortaya qoyuram. Mən bunu qardaşım üçün edirəm. Heç vaxt imkan verməyəcək ki, qardaşım haqda yalan məlumatlar yayaraq onu haqda mənfi fikirlər formalaşsın. Siyavuş Novruzovun yaxşı fikiri var. O, bildirmişdi ki, ölkədəki erməni ilə qarışığı olan məmurlardan qurtulmaq lazımdır. Bu Aslanlının da qanı xarabdır. Biz ictimai nəzarəti həyata keçirməliyik. Təəssüflər oslun ki, ölkədəki siyasi partiyaların əksəriyyəti ictimai nəzarət keçirmək əvəzinə rüşvətxor məmurlardan pul alaraq prezidentə qarşı kampaniyaya qoşulublar. Hamısı yapışıb prezidentdən, bir şey olmamış prezidenti ittiham edirlər. Rüfət Aslanlı bilməlidir ki, ölkəyə xəyanət etmək olmaz, dədmiz Heydər Əliyevə xəyanət edənlərin hamısının haqqını bir-bir verdik, çox qısa müddətdə qardaşım İlham Əliyevə xəyanət edənlərin aqibəti də məlum olacaq, buna heç kimin şübhəsi olmasın. /ulus.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?