GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”

“Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”

Tarix: 11-09-2017, 11:52 Bölmə :Müsahibə Baxış: 480
“Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”


..“Qapının ardından səsini eşitdim, elə bildim içəri girən kimi məni döyəcək. Özümdən asılı olmayaraq bütün bədənimə ağırlıq çökdü, boğuldum. Yalvardım ki, kimsə qapıya yaxınlaşmasın - yer yarılsın, mən yox olum, gözünə görünməyim”...

Ayağı sarıqlıdır. Ərinin içəri girəcəyindən qorxub özünü pilləkənlərdən tullayıb. Sığınacaq əməkdaşlarına da inanmayıb, qapını arxadan kilidləyərək çıxıb getməsini gözləyib.

Cənub bölgəsindən gələn 27 yaşlı Mətanət Quliyeva 9 və 11 yaşlı övladları ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşıb. Günlərdir psixoloji yardım alsa da, evlilik həyatı boyu yaşadığı qorxu canından çıxmayıb.

Virtualaz.org-un əməkdaşları erkən nikahın qurbanı olmuş Mətanətin həyat hekayəsini dinləyib.

- Uşaqların əlindən tutub özünü qatarın altına atan ananı hamı qınadı. Mən də neçə dəfə fikirləşmişəm, intihar etmək istəmişəm. Fikirləşirdim ki, onsuz da uşaqlarıma sahib duran olmayacaq, heç olmasa, bir yerdə ölək. Sığınacağa gəlməsəydim, intihar edəcəkdim. Bilirsiniz, bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar. Deyirlər ki, filankəs yazıq normal insandı, amma qızını alan yoxdur. 20 yaşın varsa, artıq gec ailə qurmuş sayılırsan. Hamı da axına qoşulub. Məni onların məhəlləsindən keçəndə görüb bəyənmişdi. Elçi gələndə uşaq idim, onu tanımaq şansım olmadı. Dedilər ki, evi var, bir parça çörək qazanır. Oğlanın evi olması onun üstünlüyü sayılır. Məni də evinə görə verdilər.

Qohumlarımıza deyirdim ki, hər gün məni, uşaqları döyür, təhqir olunuram. Deyirdilər ki, evi var, bir tikə çörək yeyirsən, uşaqların böyüyəndən sonra xasiyyəti dəyişəcək. Atam da deyir ki, uşaqlarını evdə qoy, sənə baxmağa hazıram. Mən uşaqlarımla valideynlərimin arasında qalmışdım.

- Nəyin üstündə döyüb, təhqir edirdi?

- Neçə illərdir narkotikdən istifadə edir. Amma mən onu polis saxlayandan sonra xəbər tutdum. Narkotik çəkən kimi əhvalı dəyişirdi, heç bir səbəb olmadan məni, uşaqları döyürdü. Bir neçə dəfə ata-anası araya girmək istədi, amma hər ikisini döydü. Sonuncu dəfə qayınanamı o qədər vurdu ki, yazıq arvad xəstə yatdı. Son illər yaşlı, amma varlı qadınla tanış olub. Məni evdən çıxardı, o qadının yanına apardı. Qadının evinə gedən kimi döyməyə başladı, saçımdan tutub başımı divara çırpdı, təpiklədi. Dedi ki, sizə, uşaqlara o qadının pulunu yedirirəm, qoy onun könlü xoş olsun. Dərd bundadır ki, ayrılmağıma da imkan vermir. Deyir ki, ayrılsan, öldürəcəyəm.

- Bəs sığınacağa necə gəldin?

- Bir neçə dəfə atamgilə qaçmışam, amma hər dəfə gəlib məni döyə-döyə aparıb. Sonuncu dəfə atasına yemək hazırlayırdım, içəri girdi, əlindəkini başıma çırpdı. Nə baş verdiyini başa düşmədim, 9 yaşlı oğlum araya girdi ki, məni vurmasın. Bu dəfə də onun belinə təpik vurdu, uşağı yerə yıxdı. Yazığı o qədər döydü ki, uşaq güclə nəfəs alırdı. Həmin gündən uşağın başı ağrıyır. Fikirləşdim ki, başqa yolu yoxdur, özüm heç, uşaqlara cəhənnəm həyatı yaşadırıq. İki dəfə polisə şikayət yazmışam, hər dəfə də qohumları araya salıb, ərizəmi geri götürdüb. Televizorda sığınacaq haqqında eşitmişdim, telefon nömrəsini yazdım. Fikirləşdim ki, sığınacaqda qəbul etməsələr, özümü dənizə atacağam. Uşaqların razılığını aldım, hər ikisi mənimlə gəlmək istədi. Beləcə, evdən qaçdıq.

- Sizin sığınacaqda olduğunuzu bilirmi?

- Zəng vurub anama dedim, amma ona xəbər verməmişəm. Uşaqların sənədlərini məktəbdən götürdüm, bu yolla sığınacaqda olduğumu axtarıb tapıb. O gün gəldi, səsini uzaqdan tanıdım. Hamı başıma yığılsa da, qorxudan keyimişdim. Özümü necə atdımsa, ayağım zədələndi, indi yeriyə bilmirəm. Fikirləşdim ki, içəri girsə, söhbətləşmək adı ilə yenə məni döyəcək. Uşaqlar aşağı düşdülər, qıza deyib ki, sən mənə övlad kimi lazım deyilsən. Oğlumu özü ilə aparmaq istədi, uşaq isə dedi ki, bir ata kimi onu qəbul etmək istəmir. Mən uzun illərdir, hər gün səhər Allaha yalvarırdım ki, onun evə meyiti gəlsin, mən də, uşaqlarım da zülmdən qurtaraq. Amma indi valideynlərim də ayrılmağımızı istəyir. Polisə də məlumat vermişəm. Qoy bizə yaxın gəlməsin. Yenidən onun yanına qayıtmaqdansa, ölmək yaxşıdır. Hələlik sığınacaqdan sonra necə yaşayacağımızı bilmirəm. Tək istəyimiz bu insanın həyatımızdan yox olmasıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ananın övladları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum olu — YENİLƏNİB

    Ananın övladları ilə birgə özünü qatarın altına ...

    26-07-2017, 10:31

  • 
  • İki uşağı ilə özünü qatarın altına atan qadınla bağlı YENİ FAKTLAR -YENİLƏNİB

    İki uşağı ilə özünü qatarın altına atan qadınla ...

    26-07-2017, 12:43

  • 
  • Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda qalıb – atasını gözləyir

    Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda ...

    4-09-2017, 21:38

  • 
  • Özünü qatarın altına atan qadının əri: "Gizlicə telefon işlədirdi" - TƏFƏRRÜAT

    Özünü qatarın altına atan qadının əri: ...

    29-08-2017, 17:38

  • 
  • Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu - FOTO

    Pərvanənin uşaqları ilə birgə özünü qatarın ...

    27-07-2017, 15:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu