GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İki uşağı ilə özünü qatarın altına atan qadınla bağlı YENİ FAKTLAR -YENİLƏNİB

İki uşağı ilə özünü qatarın altına atan qadınla bağlı YENİ FAKTLAR -YENİLƏNİB

Tarix: 26-07-2017, 12:43 Bölmə :Kirminal Baxış: 505
İki uşağı ilə özünü qatarın altına atan qadınla bağlı YENİ FAKTLAR -YENİLƏNİB

12:05
Ötən gecə Şəmkir rayonunun Zəyəm qəsəbəsində 25 yaşlı qadının iki körpəsi ilə özünü qatarın altına ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gündəm Xəbər lent.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızının ailə qurduğu 1989-cu il təvəllüdlü Mahmudov Nəsrəddin Fəzail oğlu bibisi Dursuna uzun illər əvvəl övladlığa verilib. Belə ki, övladı olmadığı üçün qardaşı Fəzail uşaqlarından birini bacısı Dursunun himayəsinə verib və qadın öz evində Nəsrəddini böyüdüb. Daha sonra Nəsrəddin özünün sevib-bəyəndiyi Pərvanə ilə ailə həyatı qurub. O, bildirib ki, həyat yoldaşını həmişə müdafiə edib, ailə söhbətləri zamanı xanımının tərəfini tutub. Lakin heç vaxt ana ola bilməyən Durtsun Mahmudova övladlığa götürdüyü Nəsrəddinin xanımını heç cürə qəbul etmirmiş və vaxtaşırı onunla mübahisə edirmiş. Pərvanənin ailə qurandan sonra ardıcıl iki övlad dünyaya gətirməsi də bu söz-söhbətləri azaltmayıb. Əksinə gəlinlə, qayınanası arasında sərinlik daha da artıb.

Dünən Nəsrəddin işdə olarkən onlar arasında növbəti dəfə münaqişə yaranıb və Pərvanə körpələrini götürərək çıxıb. O, oğlu 3 yaşlı Sənan və qızı 9 aylıq Səma ilə dəmiryolu xəttinə gələrək özünü qatarın altına atıb.

Nəsrəddin Mahmudov deyib ki, həyat yoldaşının bu cür addım atmasını heç cür başa düşə bilmir. O da məlum olub ki, ailənin maddi cəhətdən sıxıntısı olmayıb.

Araşdırmalar davam etdirilir.

---------

10:53

Zəyəm qəsəbəsi sakinlərindən biri virtualaz.org saytına bildirib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. "Hazırda bütün qəsəbə şokdadır, qadının həyat yoldaşı, 28 yaşlı Nəsrəddin Mahmudov da şokdan ayıla bilmir. Ailənin maddi imkanı yaxşı olub. Hətta qəsəbədə imkanı olan beş ailədən biri idi", - sakinlər deyiblər.

Qadın evdən ayrılarkən atasıgilə gedəcəyini deyib. "Pərvanənin valideynləri də bu qəsəbədə yaşayırlar. Dünən ailəsi morqda idi, onlar da nə baş verdiyini anlaya bilmirdilər. Qadının psixoloji durumu normal olub, adi söz-söhbətdən intihar etməsinə heç kim inana bilmir".

Mərhumun həyat yoldaşı şəxsi maşını - "KamAZ"la yük daşıyıb. "Qəsəbədə onu zəhmətkeş, sakit təbiətli biri kimi tanıyırlar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşalrı qəsəbədədir, izahatlar alınır".

Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları - 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. "Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik", - sakin deyib.

-----------

10:24

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

GündəmXəbər APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları - 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

----------

09:24

Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.
Həmin qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da orada qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çoxlu sayda polis əməkdaşı gəlib. Hadisə yerində araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

-----------

08:27

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib.

Hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır./APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ananın övladları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum olu — YENİLƏNİB

    Ananın övladları ilə birgə özünü qatarın altına ...

    26-07-2017, 10:31

  • 
  • Nardaran sakini metroda özünü qatarın altına atdı

    Nardaran sakini metroda özünü qatarın altına atdı ...

    30-11-2016, 13:49

  • 
  • Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü

    Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü ...

    18-06-2017, 14:23

  • 
  • Yenicə ana olan qadın meşədə özünü asdı

    Yenicə ana olan qadın meşədə özünü asdı ...

    28-09-2013, 18:26

  • 
  • Qayınatasının evində həyat yoldaşını bıçaqladı

    Qayınatasının evində həyat yoldaşını bıçaqladı ...

    24-10-2013, 13:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu