GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Rusiya və Çin birlikdə çalışır ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsın”

“Rusiya və Çin birlikdə çalışır ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsın”

Tarix: 28-09-2017, 11:36 Bölmə :Müsahibə Baxış: 492
“Rusiya və Çin birlikdə çalışır ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsın”


Sülhəddin Əkbər: “Bu proseslər 1990-cı ilin sonlarında Dehlidə əldə olunan məxfi razılaşma ilə başlanıb”

Dünyada ən ciddi münaqişə ocaqlarından biri hesab oluan Şimali Koreya ətrafında yaranan son situasiya daha da ciddiləşir. Bir çox mütəxəssislər hətta Şimali Koreya böhranının III Dünya Müharibəsinə yol açacağını düşünür. Sözügedən mürəkkəb böhranla əlaqədar təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik.

- Sülhəddin bəy, Şimali Koreya ətrafında yaranan situasiya günü-gündən mürəkkəbləşir. Bu mənada Şimali Koreya ətrafında yaranan son durumu necə şərh etmək olar?

- Şimali Koreya nüvə proqramını və baş verənləri tam müəyyən etmək üçün biz 1990-cı illərin sonunda bağlanan məxfi Dehli anlaşmasına getməliyik. Həmin anlaşmaya görə Rusiya dəniz hakimiyyəti əsasında geopolitik siyasət aparan dövlətləri Avrasiyanın mərkəzinə buraxmamaq üçün kənar qurşaqlarda nüvə dövlətləri yaratmaq konsepsiyasını qəbul etdi. Yəni ABŞ və müttəfiqlərini Avrasiyanın ürəyinə buraxmamaq məqsədilə kənar qurşaqlarda nüvə dövlətləri yaratmaq yanaşmasını ortaya çıxardılar. Avrasiyanın ürəyi dedikdə isə biz Ural dağlarına qədər düzənliyi və Mərkəzi Asiyanı nəzərdə tutmalıyıq. Hazırda bu ərazilər Rusiyanın nəzarətindədir. Üstəlik kim dünya liderliyi iddiasındadırsa, tarixin coğrafi oxu adlandırılan Mərkəzi Asiyaya nəzarət etməlidir. Rus dərin dövləti bu nəzarəti əldən verməmək, ABŞ-ın qlobal liderliyinin qarşısını almaq üçün kənar qurşaqda nüvə dövlətlərindən ibarət qurşaq yaratmaq qərarını verdi. Səhv etmirəmsə, bu konsepsiya Dehli anlaşmasında öz əksini tapıb. Koreya və İranın nüvə proqramları bu konsepsiya əsasında ortaya çıxdı. Sonradan Çin dövləti də bu konsepsiyanı dəstəklədi. Bu meqa projedir. Bunu anlamadan İran və Şimali Koreyanın nüvə proqramı, bu ölkələr ətrafında baş verən prosesləri analiz edə bilməyəcəyik.

İkincisi, niyə ABŞ sanksiyalar qəbul edərkən Rusiya, İran və Şimali Koreyanı birləşdirdi, onlara qarşı eyni qanun layihəsində embarqoları qəbul etdi? Çünki bu məsələnin kökündə mənim yuxarıda dediyim məqam dayanır. ABŞ-da bilirlər ki, bu şeytan oxunun arxasında Rusiya dayanır.

Əgər xatırlayısınızsa, mən deyirdim ki, dünyada və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, geopolitik sınma xətləri indi cəbhə xətlərinə çevrilib. Bu sınma xətləri də Baltik-Qara dəniz, GUAM xətti, eləcədə məğribdən məşriqə uzanan birinci yaşıl müsəlman xətti, ikinci müsəlman xətti Hind okeanından Əfqanıstan üzərindən Mərkəzi Asiyaya yönələn xəttdir. İkinci cənub-şimal xətti də Asiya pasifikdən keçir. Başqa sözlə, birinci şimal xətti Afrikadan başlayır Baltik-Aralıq dənizindən keçir, Süveyş kanalı vasitəsilə Qırmızı dəniz və Hind okeanına çıxır. İkincisi şimal-cənub xətti isə Şimal Buzlu okeanından başlayır, bütün Asiya, Sakit oken reginonu əhatə edir. İndi əsas mübarizə və müharibələrin bu qarşıdurma xəttlərində baş verir. Rusiya Çinlə birlikdə çalışırlar ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsınlar. Bunun üçün də assimetrik savaşlardan, vəkalət müharibələrindən istifadə edirlər, habelə İran və Şimali Koreyanın nüvə proqramlarına dəstək verilir. Baxın, 2014-1015-ci illərdə Vaşinqton İranla anlaşma xətti tutdu və əsas məqsəd mübarizəni Rusiyanın daxilinə keçirmək idi. Bu zaman Şimali Koreyanı ön plana çıxardılar. Hazırda Şimali Koreya nüvə proqrqmında və ballistik raket sınaqlarında ciddi irəliləyir. Bu ABŞ başda olmaqla qlobal təhlükəsizliyi təhdid edən nöqtəyə çatır. Odur ki, ABŞ artıq buna sərt reaksiya verir.

- Burada başqa bir istiqamət də sezilir. Şimali Koreya məsələsi gündəm təşkil edir, ABŞ bu məsələdə səs-küy salır və son anda Vaşinqton Cənubi Koreyaya, Yaponiyaya və digər dövlətlərə milyardlarla silah satır...

- Bilirsinizmi, hər hansı bir proses gedirsə, bu bir istiqamətli olmur. Əksinə, çox istiqamətli olur. Və müdrik, strateji düşüncəsi olan dövlətlər hər bir böhranı fürsətə çevirir. Beynəlxalq münasibətlərdə bu aydın olan məsələdir.

- Yəni, Şimali Koreya təhlükəsini ortaya atmaqla ABŞ müttəfiqlərinə dəyəri 100 milyardlarla ölçülə biləcək silahlar satır

- Mən düşünürəm ki, Şimali Koreya məsələsi sadəcə gündəm məsələsi deyil. Xüsusilə, Pxenyanın ballistik raket və nüvə sınaqları sistematik xarakter alır. Artıq altıncı nüvə sınaqğından sonra müstəqil ekspertlər də qeyd edirlər ki, bu sınaqlar xeyli irəliləyib və təhlükəli həddə çatıb. Təsəvvür edin Şimali Koreya artıq hidrogen bombası hazırlayıb. Hidrogen bombası atom bombasından güclüdür. Üstəlik Pxenyan hidrogen bombasının miniüatur formasını hazırlayıb. Hansı ki, bu forma qitələrarası ballistik raketlərə döyüş başlığı kimi montaj edilə bilir. Bu o deməkdir ki, indi Pxenyanın əlində minlərlə kilometr uzağa hidrogen bombası ilə zərbə endirmək imkanı var. ABŞ-da bundan ciddi narahat olub və hərəkətə keçib.

- Ancaq ABŞ və müttəfiqlərinin hərəkətlərinin də nəticəsi yoxdur, əvəzində Şimali Koreya sınaqlarını davam etdirir...

- Hazırda Şimali Koreyaya qarşı mərhələli sanksiyalar konsepsiyası qəbul olunub. Bura diplomatik tədbirlər paketi, iqtisadi sanksiyalar və son mərhələdə hərbi sanksiyaların tətbiqini nəzərdə tutur. Hərbi sanksiyaların hansı formada olmasını isə gələcək göstərəcək. Hərbi sanksiyalar Şimali Koreyaya birbaşa nüvə zərbəsi endirməyi nəzərdə tutmur.

- Rusiya prezidenti Putin bir müddət əvvəl bəyan etmişdi ki, Səddam Hüseyn nüvə və kimyəvi silah proqramından əl çəksə də, aqibətinin necə olduğu bəlli oldu. Pxenyan da bunu bildiyi üçün ot yeyər, amma nüvə proqramının inkişafından əl çəkməz...

- Putin açıq şəkildə deyir ki, hansı sanksiyaları tətbiq etsəniz də, bu sanksiyalar Şimali Koreyanı durdurmayacaq. Fikrimcə, o başa düşülmülədir ki, Pxenyan mütləq suverenlik, yəni toxunulmazlıq əldə etmək üçün nüvə silahına malik olmadan bu proqramdan imtina etməyəcək. Əslində Putinin bu çıxışı dərin analiz edilərsə Amerikanı hərbi vasitələrə əl atmağa təhrik etməkdir. Belə çıxır ki, Şimali Koreyanın mövcud rejimini ortadan qaldırmaqla istəyə nail olmaq mümkündür. Əslində bu ABŞ-ı qıcıqlandıran çıxışdır. Eyni zamanda prezident Trampın atdığı tvitə uyğun gəlir. Tramp altıncı nüvə sınaqından sonra atdığı tvitin son cümləsi belə idi-Şimali Koreya ancaq bir şeydən anlayar. Məncə, Tramp bir şey deyəndə qətiyyətli hərbi zərbəni nəzərdə tuturdu.

- Pxenyana əvvəlcə diplomatik-siyasi, daha sonra ağır iqtisadi sanksiyalar tətbiq ediləcək. Əgər bunlar fayda verməsə hərbi sanksiyalara keçiləcək. Bu o deməkdir ki, Şimali Koreya məsələsi azı 1 il dünyanın gündəm mövzusu olacaq?

- Bununla bağlı fikir söyləmək çətindir. Çünki operativ müstəvidə hərbi siyasi şəraitdə daxil olmaqla vəziyyət qısa müddətə dəyişə bilir. Bəzən bir telefon zəngi belə əks reaksiya verir. Bu mənada vəziyyət 1 günün və ya 1 saatın içində dəyişə bilər. Onsuzda Pxenyan nüvə və ballistik raket sınaqlarında irəliyə gedib, hidrogen bombasına nail olduğunu ifadə edib. Təsəvvür edin ki, bu rejim günün birində elan edir ki, artıq nüvə silahı əldə etməyə son dərəcə yaxındır. Onda sözsüz ki, situasiya kökündən dəyişə bilər.

Eyni zamanda Şimali Koreyaya zərbə məsələsində Çin və Rusiyanın mövqeyi fərqlidir. Rusiyanın mərkəzi Şimali Koreyadan çox uzaqdır. Əgər yarımadada hərbi böhran yaranacaqsa, bundan ən çox Çin ziyan çəkəcək. Odur ki, formal və siyasi-diplomatik baxımdan Moskva ilə Pekin eyni mövqedən çıxış edir, amma Çin həm də hesab edir ki, Koreya yarımadası nüvəsizləşdirilməlidir. Bu faktiki Amerikanın mövqeyinə yaxın bir mövqedir. Çin vəziyyətin təhlükəli həddə çatdığını bilir. ABŞ elan edir ki, Şimali Koreya ilə əməkdaşlıq edən istənilən şirkətə müharibə elan ediləcək, həmin şirkətlə dünyanın əlaqələri kəsiləcək. Çin-Amerika ticarət dövriyyəsi isə yarım milyard dollara yaxındır. Baxın görün bu münasibətlərdə problem yaransa Çin ticarətdə nələr itirə bilər.

- NATO-Rusiya arasında müharibə ehtimalı varmı?

- Mən birbaşa Rusiyanın hər hansı bir NATO ölkəsinə hücum edəcəyini gözləmirəm. Əlbəttə, bunun nəzəri baxımdan ehtimalı var, lakin sıfıra yaxındır. Ancaq Rusiya gələcəkdə NATO-ya üzv olmağı planlaşdıran ölkələrlə bağlı iş aparır. Bura ilk olaraq Ukrayna və Gürcüstan daxildir.

- Bu arada Amerika rəhbərliyi Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksi almasına ciddi etiraz edir. Sizcə, buna səbəb nədir?

- Əslində ABŞ və Avropa Türkiyəyə qarşı yanlış siyasət aparır. Faktiki olaraq PKK və PKK-ya yaxın olan YPG, PYD və digərlərinə dəstək verməsi, İraq və Suriyada kürd dövləti qurmaq istəyi, yaxın gələcəkdə Türkiyə istiqamətində bu dövlətin ərazilərini genişləndirmək niyyətləri çox yanlışdır. Əgər bu yanlış strategiya israrla davam etdirilərsə, Türkiyə-ABŞ, Türkiyə-Avropa və Türkiyə-NATO münasibətlərində gərginlik yaşanacaq, Ankara məcbur olub Rusiya ilə yaxınlaşacaq. Bu da ABŞ, Avropa və NATO-nun Rusiya, eləcədə postsovet məkanına hesablanan strategiyasında ciddi problemlər yarada bilər. Odur ki, qərb strateqlərinin kürd kartı üzərində qurduqları strategiyaya yenidən baxıb-baxmayacaqları maraqlıdır.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

    Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi ...

    11-01-2016, 13:56

  • 
  • ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Şimali Koreya ətrafında söhbətlərə son qoyulmalıdır”

    ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Şimali Koreya ...

    30-07-2017, 21:57

  • 
  • Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə gətirdi

    Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə ...

    4-03-2016, 11:45

  • 
  • Şimali Koreya prezidenti Rusiyaya getmək istəyir

    Şimali Koreya prezidenti Rusiyaya getmək istəyir ...

    17-12-2014, 10:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu