GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Çingiz Qənizadə: "Ola bilər ki, Hacı Qalibə qarşı ərizəmi geri götürüm"

Çingiz Qənizadə: "Ola bilər ki, Hacı Qalibə qarşı ərizəmi geri götürüm"

Tarix: 11-10-2017, 16:18 Bölmə :Müsahibə Baxış: 474
Çingiz Qənizadə: "Ola bilər ki, Hacı Qalibə qarşı ərizəmi geri götürüm"


Millət vəkili Çingiz Qənizadə xüsusi ittiham qaydasında şeyxin qudası Hacı Qalib Salahzadəni məhkəməyə vermişdi.

Ç.Qənizadənin məhkəməyə müraciət etməsinin səbəbi ikincinin onu nüfuzdan salmaq məqsədilə böhtan atması olub.

Hacı Qalib Salahzadənin dediklərinin ciddi olmadığına və söylədiklərini tez-tez təkzib etdiyinə mətbuat da həmişə şahidlik edib.

Məsələn, sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilmiş Əlihüseyn Salahzadə adında oğlu olmadığını deyən Qalib Salahzadə yalnız bir oğlu olduğunu – onun da Şeyxin kürəkəni olduğunu və həbs edilmədiyini bildirsə də, 3 gün sonra Əlihüseyn Salahzadənin də onun ayrı arvaddan oğlu olduğu üzə çıxdı. Və Qalib Salahzadə Əlihüseyn Salahzadənin atası olduğunu etiraf etməyə məcbur oldu.

Və yaxud şeyxülislam Allahşükür Paşazadənin varisi kimi oğlunu göstərsə də, iki gün sonra “şeyxin oğlu iki rükət namaz qıla bilmir, ondan varis olar?” deyərək, özünü və QMİ sədrini pis vəziyyətdə qoydu.

Həmin ərəfədə Hacı Qalib qudası Allahşükür Paşazadənin oğlu Məhəmmədin ölkəni tərk edib ailəsi ilə Türkiyəyə köçdüyünü israrla bildirsə də, bunun da həqiqət olmadığı şeyxin bəyanatından sonra üzə çıxdı.

Bu cür açıqlamaları uzatmaq da olar.

Millət vəkili Çingiz Qənizadə haqqında səsləndirdiyi ittihamlarla bağlı 06.10.2017-ci il tarixinə təyin olunmuş məhkəməyə gəlməkdən boyun qaçıran Qalib Salahzadə növbəti prosesə məcburi gətiriləcəyi barədə vəsatət veriləcəyini biləndən 2 saat sonra deputat barədə dediklərinə mətbuat vasitəsi ilə aydınıq gətirdi.

“Mən mətbuat vasitəsilə deputat Çingiz Qənizadəyə demişəm ki, onun keçmişi qaranlıqdır. Mən bu sözü Çingiz Qənizadə o vaxt bir neçə partiyaya üzv olduğuna görə demişəm. Mən bunu nəzərdə tutub danışmışam”.

Həmçinin, Qalib Salahzadə qeyd edib ki, Çingiz Qənizadənin Bakı şəhər prokuroru olduğu dövrdə onun qohumlarını həbs etdirdiyini xatırladaraq, “seçiciləri bunu bilsəydilər ona səs verməzdilər” söyləyib.

Qalib Salahzadə sonda bildirir: “Yenə deyirəm ki, “keçmişi qaranlıqdır” sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutmamışam!”.

Beləcə bu açıqlaması ilə Qalib Salahzadə bir daha öz imicini zədələmiş oldu.

Cəmiyyətdə tanınan və hörmət edilən, hüquq üzrə fəlsəfə doktoru və nəhayət bir ay öncə prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuş millət vəkili Çingiz Qənizadənin belə ciddi fikirlər sahibi olmayan birisini məhkəməyə verməsinin səbəbini və bu açıqlamadan sonra mövqeyini öyrənmək üçün ona müraciət etdik.

Millət vəkili gülərək qeyd etdi ki, bu açıqlama ilə Q.Salahzadə özünün kimliyini bir daha ortaya qoydu.

“Bu mənim üçün vacib idi. Cəmiyyət hər şeyi bildi. Qaldı ki, məhkəmədən ərizəmi geri götürməyimə... Mənə çoxlu xahişlər və məsləhətlər olmuşdu. Mən isə həqiqəti üzə çıxarmayanacan ərizəmi geri götürməyəcəyimi bildirmişdim. Bu mənə lazım idi. Onun açıqlamaları yenə yalan və məntiqsizdir. Birincisi, mən cəmi bir partiyanın – Kommunist Partiyasının üzvü olmuşam. 1990-cı ilin yanvarın 20-də Sovet qoşunlarının Bakıya hərbi texnika yeritməsi və çoxsaylı günahsız insanları qətlə yetirməsinə etiraz əlaməti olaraq 22 yanvar tarixində Ağdaşda şəhid Müşfiq İsayevin dəfni zamanı partiya biletimi izdiham qarşısında çıxış etdikdən sonra ayaqlar altına atmışam.

AXC-nin üzvü olmuşam. Heç vaxt radikal olmamışam. AXC isə partiya yox, hərəkat olub. Hərəkata isə milyonlarla insan qoşulub.

İkincisi, onun qohumlarının həbsi ilə bağlı deyə bilərəm ki, bəli, mən Hacı Qalib də daxil olmaqla bir neçə şəxsi o zaman həbs etdirmişdim. Səbəbi isə bilgəhli Ramizin çayxanada oturarkən güllə ilə qətlə yetirilməsi olmuşdu. Cinayəti törədən müəyyən edilmiş və cəzasını da almışdı. Bunun mənim seçicilərimə nə aidiyyatı ola bilər? Yəqin Hacı Qalib elə bilir ki, mən Bilgəhdən deputat seçilmişəm. Hətta seçki dairəmə Bilgəh qəsəbəsi də daxil olsaydı belə, yenə seçilərdim. Həmin kəndlərdə kimin kim olduğunu hamı yaxşı bilir. Mənim bütün Bakı kəndlərinə hörmət və ehtiramım var.

Sonda qeyd edim ki, mənə olunmuş çoxsaylı xahişləri, belə birisinə baş qoşmamağı tövsiyə edən dostlarımın məsləhətini, həm də onun açıqlamasında nə demək istədiyinin artıq hamıya bəlli olmasını nəzərə alaraq, ola bilər ki, sabah məhkəmədən ərizəmi geri götürüm”./modern.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı Qalib məhkəməyə gəlmədi

    Hacı Qalib məhkəməyə gəlmədi ...

    6-10-2017, 12:49

  • 
  • ATV-nin aparıcısı Şeyxin qudasını təhqir etdi

    ATV-nin aparıcısı Şeyxin qudasını təhqir etdi ...

    21-09-2017, 11:55

  • 
  • Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

    Allahşükür Paşazadənin ətrafında nə baş verir: ...

    18-09-2017, 16:20

  • 
  • Allahşükür Paşazadənin həbs olunan qohumu ilə bağlı qərar verildi

    Allahşükür Paşazadənin həbs olunan qohumu ilə ...

    21-09-2017, 22:37

  • 
  • “Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – Çingiz Qənizadə

    “Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – ...

    5-10-2017, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu