Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Azad Azərbaycan” (ATV) telekanalının keçmiş rəhbəri Vüqar Qaradağlı və həmin telekanalın aparıcısı Zaur Baxşəliyev haqqında şok ittihamlar səsləndirib.
R.Mahmudov açıqlamasında bildirib ki, Vüqar Qaradağlı rəhbərlik etdiyi dövrdə ATV-ni əxlaqsızlıq məkanına çevirib: “Mən hər zaman demişəm ki, Azərbaycan efirində biabırçılıqları yaradan və cəmiyyəti bədbəxt edən ATV telekanalı olub. Vüqar Qaradağlı telekanalı əxlaqsızlıq məkanına çevirmişdi. Axı Vüqar Qaradağlı haranın əclafıdır ki, efiri gic-gic verilişlərlə doldurmuşdu? Ağlına gələni, özü üçün məqbul bildiyi şeyləri efirə verirdi. Vüqar Qaradağlıdan yüzü ola, yenə Aydın Qaradağlı ola bilməz. Baxmayaraq ki, onun atası olub. Ancaq Aydın Qaradağlı əxlaqlı, mənəviyyatlı insan olub. Vüqar Qaradağlı Azərbaycanı biabır edib. İndi də cəzasını alır”. R.Mahmudov tanınmış teleaparıcı Zaur Baxşəliyevi də tənqid edib: “ATV-də bir aparıcı var idi, adı da Zaur Baxşəliyevdir. Bir dəfə Zaur Baxşaliyev verilişdə arvadla əri oturdub, onların yanında isə “kirayəkeş”ini əyləşdirib. Görün vəziyyət hansı həddə çatmışdı ki, efirdə həmin “kirayəkeş” əclaf arvadın doğma ərinə deyirdi ki, sənin dörd oğlunun biri məndən olan uşaqdır. Sonra da Zaur Baxşəliyev arvaddan soruşur ki, sən bu adamla da yaşamısan? O da deyir ki, bəli yaşamışam. Arvadın ərindən də soruşur ki, bu xanımı qəbul edirsən? O da deyir ki, qəbul edirəm. Mən də bütün bunları görəndən sonra dərhal Vüqar Qaradağlının kabinetinə girib, üzünə tüpürdüm. Dedim ki, ay Vüqar Qaradağlı, sənin bu millətə niyə yazığın gəlmir? Axı nə üçün bu qədər fahişəliyi, əxlaqsızlığı təbliğ edirsiniz? Niyə Azərbaycan xalqının mənəviyyatını pozursunuz? Belə veriliş olarmı? Bu sözləri deyəndən sonra, qapını Vüqar Qaradağlının üzünə örtüb çıxdım. Heç dəvət olunduğum verilişə də girmədim”./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?