Azad Azərbaycan televiziyasında ixtisarlar həyata keçirilib və hazırda proses davam etdirilir. “gundemxeber.az bildirir ki, 10may.az saytına daxil olan məlumatda kanalın rəhbəri Vüqar Qaradağlı ixtisarların əleyhinə olsada bunun qarşısını ala bilməyib. Çünki kanalın idarəetməsi faktiki olaraq Türkiyədən dəvət edilmiş bir mütəxəssisə verilib. Yeni mütəxəssis isə hesab edir ki, kollektiv həddindən artıq böyükdür və bu əlavə xərc aparır. Aldığımız məlumatda bu da bildirilir ki, rəsmi olaraq bütün səlahiyyətlər Vüqar Qaradağlıda olsa da o heç bir prosesə müdaxilə edə bilmir. Bunu da qeyd edək ki, ATV kollektivilin böyük hissəsi iki aydır əmək haqqını da ala bilmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?