GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İdeal konstruksiya irəli sürürəm

İdeal konstruksiya irəli sürürəm

Tarix: 18-06-2013, 03:51 Bölmə :Müsahibə Baxış: 1 130
İdeal konstruksiya irəli sürürəm
Hikmət Hacızadə: “Rüstəm İbrahimbəyov Milli Şuranın sədri, İsa Qəmbər prezident, Əli Kərimli baş nazir olsun”
Suallara Azərbaycanın Rusiyadakı sabiq səfiri, Müsavat Partiyasının üzvü, politoloq Hikmət Hacızadə cavab verib.
Müsahibimiz ölkənin siyasi gündəmi ilə bağlı fikirlərini açıqlayaraq maraqlı təkliflərlə çıxış edib. Müsahibəni təqdim edirik.
- Hikmət bəy, Azərbaycan-Rusiya münasibətlərinin gərgin olduğu, Moskvanın Azərbaycan sərhədlərinə yaxın bölgələrə ordu cəmləşdirdiyi haqqında fikirlər işlətmisiniz. İki ölkə arasında hazırda münasibətlər hansı səviyyədədir?
- Bu haqda çox danışılıb. Rusiya Azərbaycanı Avrasiya İttifaqına dəvət edir. Bu ittifaqda yaxşı bir şey deyil. Çünki ittifaqa daxil olan ölkələrin sərhədləri olmayacaq, vahid gömrük məkanı yaradılacaq, hammı ümumi sərhədləri birgə qoruyacaq və s. Bir sözlə bu ittifaq daha çox SSSRİ-ni xatırladır. Azərbaycan da buna getmir. Rusiyada bundan qıcıqlanır və çalışır ki, Azərbaycanə məcbur edib ittifaqa daxil etsin. Azərbaycan isə hələlik möhkəm durub.
- Sizcə, Azərbaycan bu ittifaqa daxil olmalıdırmı?
- Xeyr. Biz dünyaya, Avropaya tərəf getməliyik. Vaxtı ilə biz Rusiyaya qoşulduq, son 70 ildə birgə yaşamışıq və onları görmüşük. İndi isə Avropaya tərəf getməliyk.
- Siz deyirsiniz ki, Azərbaycanın sərhədlərinə rus ordusunun toplanması təzyiqlə bağlıdır?
- Bəli. Həm də təzyiqlə bağlıdır. Burada geopolitik amildə var. Burada qərbin Suriya və İrana təhdidləri məsələsi dəə var. Bunun da müqabilində Rusiya Azərbaycanı sıxa bilər. Necə ki, zamanında Serbiyanın hayıfını çıxmaq üçün Gürcüstanı sıxdılar. Burda da anoloji halın olması mümkündür. Yəni ruslar deyər ki, siz orada Suriyanı dağıdırsınız, İrana keçmək istəyirsiniz, bizdə burada Azərbaycanı dağıdacağıq. Belə assimetrik təzyiqlər var.
- Belə mürəkkəb vəziyyətdə Azərbaycan xarici siyasətinin qarşısında hansə məqsədlər və vəzifələr durur?
- Mənə elə gəlir ki, biz Avroatlantik məkana inteqrasiya etməliyik, tədricən bu standartları qəbul etməliyik ki, xoşagəlməz situasiya yarananda dünya bizim yanımızda olsun.
- “Milyarderlər İttifaqının” yaradılması Azərbaycanı Avrasiya İttifaqına daxil etmək üçün təzyiq elementi ola bilərmi?
- Yaranması başqa, fəaliyyəti isə tamam başqa şeydir. Bu qurum başqa ideya ilə yaranıb və məqsəd də diasporanı brləşdirməkdir. Ancaq sonradan böyük qüvvələr çalışır ki, ondan istifadə etsin. Bəli, onlar konkret addımlar atmağa başlasalar, artıq bu təzyiq olacaq. Biz mətbuatdan oxuyuruq. Azərbaycanı ora dəvət etmək, Gürcüstana təzyiq etmək istəyən qüvvələr var.
- Rusiyanın Azərbaycanın daxilində istədiyini edə bilməsi üçün ciddi rıçaqları varmı?
- İmkanlar var. Birincisi, ən qabarıq görünən Dağlıq Qarabağ məsələsidir. Müharibə qızışa bilər, danışıqlar ən pis duruma salına bilər və s. İkincisi, bizim milyonlarla soydaşımız Rusiyada yaşayır, işləyir. Bu insanları incidə, Rusiyadan çıxara bilərlər. Üçüncüsü, Xəzər dənizinin məsələsi var. Odur ki, imkanları var. Üstəlik nəzərə alın ki, ölkəmizdə də hər səviyyədə Rusiyanın tərəfdarları var. Hökumətin içində şərti desək “Moskva Partiyası” mövcuddur. Başqa sözlə qərbi istəməyən və Rusiyanı sevənlər var. Onlar Moskva ilə bağldır, bilmirəm bəlkə kapitalları oradadır və ya həqiqətən ürəkdən düşünürlər ki, Azərbaycanın əbədi xöşbəxtliyi Rusiyadadır.
- Azərbaycanda normal seçki ola Rusiyaya yaxın qüvvələr uğur əldə edə bilərmi?
- Bilirsinizmi, normal seçki deyəndə bir qədər buna aydınlıq gətirilməlidir. Normal və açıq seçki keçirilsə, camaat bəlkə də qorxusundan seçki məntəqələrinə getməz. Amma siz bir il müddətində ölkəyə söz azadlığı verin, siyasi qüvvələrlə xalqla təmasda olmasına şərait yaradın. Seçki qabağı şərait azad olsun. Bütün bunlardan sonra biz kimin seçkini udacağını, kiminsə uduzacağını görə bilərik. Mən burada Rusiyaya yaxın qüvvələrin uğuruna inanmıram və bunu görmürəm.
- Rusiya 2013-cü il prezident seçkilərinə müdaxilə edə bilərmi?
- Bəli, edə bilər. Ancaq edib-etməyəcəyini deyə bilmərəm. Sadəcə bu imkanı var.
- MDB-nin seçki müşahidəçilərinin vasitəsi ilə nəsə edə bilər?
- Müşahidəçi boş söhbətdir. Birincisi, Rusiyanın burada namizədi olmalıdır. Bu namizəd isə yoxdur ki, onun ətrafında hansısa siyasət qurulsun. Əgər belə namizəd ortaya çıxsa, iddiasını qoysa, bu zaman ciddi kampaniya başlaya bilər. Biz də Rusiyadan hansısa addımları görə bilərik. Hər halda burada ara bir qədər qarışsa Rusiya mütləq müdaxilə edəcək.
- Milli Şuranın Rusiyanın ssenarisi olduğu haqda iddialara münasibətiniz necədir?
- Bu iddialar yalandır və iftiradır. Mən təkzib edirəm.
- İbrahimbəyov həmdə “Milyarderlər İttifaqının” üzvüdür...
- Dediyim kimi, “Milyarderlər İttifaqı” başqa məqsədlə yaranmışdı, indi isə bəzi şəxslər siz deyən siyasəti yürüdür. Bunun da İbrahimbəyova dəxili yoxdur. Əgər varsa, mənə dəlil göstərin.
- Məsələn, Rüstəm müəllim Avroatlantik məkana inteqrasiya ifadəsinə qarşı çıxdı...
- Bu siyasi addımdır. Bəlkə istəmir ki, Rusiyanı küsdürsün. Burda qorxulu bir şey yoxdur.
- Vahid namizəd siyasi qüvvələrin içindən çıxan, bişmiş siyasi fiqur olmalıdır, yoxsa hamını birləşdirəcək bir fiqur?
- Mən onların fərqini görmürəm. Qüvvələri öz ətrafında birləşdirə biləcək şəxs deməli həmdə bişmiş siyasi fiqurdur. Bizə də ondan artıq fiqur lazım deyil. Əsas məsələ belə bir adamı necə müəyyənləşdirməkdir. Probem bundadır. Ya vahid namizədi Milli Şura müəyyən etməlidir, ya bu ilkin seçki vasitəsi ilə ola bilər, ya da başqa mexanizmlə. Ola bilsin ki, desinlər filankəs rayon-rayon gəzir, insanlarla görüşür, uğurlar qazanır və s. İnsanlarda onu sevir. Onda görünür ki, doğurdan filankəs vahid namizəd olmağa hazırdır.
- Bəs sizin təklifiniz varmı, sizcə, vahid namizəd kim ola bilər və bu necə müəyyən edilməlidir?
- Mənim fikrimcə, ideal variant içəridəki iddialı liderlərin koalisiyasıdır.Məsələn, Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi. Bu öz-özlüyündə böyük vəzifədir, insana xüsusi üstünlük verir. Həmdə bu vətənə xidmət etmək üçün böyük imkan yaradır. On da bu postu verək İbrahimbəyova, vahid namizəd isə İsa Qəmbər olsun. İsa Qəmbər isə koalisiyaya getsin. Desin ki, Əli Kərimli baş nazir olacaq, onun kadrları da hökumətin idarə edilməsi prosesində iştirak edəcək. Bax bu gözəl konstruksiya hər şeyi həll edə bilər. İdeal konstruksiya irəli sürürəm. İbrahimbəyov olur bizim Milli Şuranın sədri, Qəmbər olacaq vahid namizəd, Əli Kərimli isə yeni hökumətin baş naziri olacaq. Mən bundan yaxşı təklif görmürəm.
- Size elə gəlmirmi ki, vahid namizəd olacaq şəxsin həmdə pulu olmalıdır?
- Bəli, mənə elə gəlir, ancaq neynəyək ki, pul yoxdur.
- Deməli bu baxımdan Rüstəm İbrahimbəyov daha real namizəddir...
- Rüstəm müəllimin, bəyəm pulu var?
- 2-3 milyon manat xərcləyə bilər...
- Siz nə danışırsınız, onun 2-3 milyon pulu hardandır? Birdə ki, xərcləmək deyəndə axı siz nəyi nəzərdə tutursunuz? Ola bilsin ki, fikriniz Amerikaya gedib. Düşünürsünüz ki, İbrahimbəyov pul ödəyib milli televiziyada vaxt alacaq. Axı belə şey yoxdur, İbrahimbəyov milyonlar versə də, onu bu kanala buraxmazlar. İkincisi də, pulu hara xərcləyəcək, bəyəm mitinqlərə adamları pulla toplayacaq?
- Adicə rayonlara gedib-gəlməyə maliyyə lazım olur...
- Bu böyük xərc tələb etmir. İkincisi də, əgər siz düşündüyünüz kimi İbrahimbəyovun pulu varsa, buyurub bunu versində. Biri gedir girir polis dəyənəyinin altına, o biri də pul versin. Əgər vətni düşünürlərsə buyurub eləsin, hərə bir ucdan tutub ümumi işə kömək etsinlər. Bundan yaxşı təklif ola bilməz. İkincisi də, axı bizi rayona buraxan, qoyan varmı? Siz elə danışırsınız ki, sanki ikimiz Estoniyada seçkilər məsələsini müzakirə edirik. Bura ABŞ-ın Fladelfiya ştatı deyil. Axı səni televiziya kanalına, Lənkərana kim qoyur?
- Rayona getmək üçün gərək güclü olasan k, sənlə hesablaşınlar...
- Gərək belə güc olasan, amma belə güc yoxdur da. İndi siz düşünürsünüz ki, bu güc Rüstəm müəllim də var? Siz gərək mövcud olan güclərdən çıxış edəsiniz, bura baxasanız. Bolqarıstana baxmaq lazım deyil.
- Hikmət bəy, müxalifət 20 ildir hakimiyyətə gələ bilmir. Bəlkə buna səbəb müxalifətin birmənalı şəkildə Rusiya və İranı iqnor etməsi, yalnız qərbə istiqamətlənən xətt seçməsidir. Çünki hakimiyyətə gəlmək istəyən iddialı qüvvənin böyük qonşuları ilə münasibətində normal əlaqələr olmalıdır...
- İndiki hökumət Rusiya ilə hansı münasibətdədir? Azərbaycan iqtidarları içərisində Rusiya ilə ən yaxşı münasibəti olan indiki hakimiyyət olub. Baxın görün bu münasibətlər indi nə vəziyyətdədir. Bu münasibətlərin nəticəsi nə oldu?
- Nəticə odur ki, hakimiyyət 20 ildir ki, iqtidardadır...
- Demək istəyirsiniz ki, bunlar 20 ildir Rusiyanı aldadırlar? Həmdə nəzərə alın ki, burada Rusiyadan əlavə yüzlərlə amil rol oynayıb. Rusiya açıq şəkildə deyir ki, gəlin mənə birləşin. İndi biz Rusiyanın tərəfində olmalıyıq? Biz müstəqillik istəyirik, müstəqillik uğrunda hərəkata qoşulmuşuq və iddiamız da ölkənin müstəqil olmasıdır. İndi Ruslarla yaxşı və balanslı siyasət aparan qüvvələr pis vəziyyətə qalıblar. Çünki bu siyasət artıq işləmir, Rusiyada onları qəbul etməyərək deyir hamısını ver. Bizdə bunu istəmirik və balans siyasəti iflasa uğradı.İran siyasəti görünməsə də, Rusiyaya bir az konfet vermək siyasəti artıq işləmir. Bundan sonra konkret xətt seçilməlidir.
- İranda seçkilər keçirildi, islahatçı namizəd prezident seçkilərində qələbə əldə etdi. Bu Azərbaycan-İran münasibətlərində pozitiv dəyişikliklərə gətirib çıxara bilərmi?
- Əlbəttə, bu münasibətlərə təsir edə bilər. Əgər namizəd prezident seçilibsə, deməli cəmiyyət onu dəstəkləyir. Oradakı mollalarda bu reallıqla hesablaşmalıdır. Yeni seçilən prezident deyir ki, dünya ilə münasibətləri yaxşılaşdıracaq. Deməli məsələlər tədricən yumşala bilər. Məsələn, nüvə proqramı dondurulmalıdır, danışıqlara gedilməli, BMT-nin ekspertləri İranın nüvə obyektlərinə buraxılmalıdır. Bunu etmək üçün prezident postu da bir rıçaqdır. Düzdür, İranda prezident hər şeyi həll etmir, amma nə qədər olmasa da səlahiyyətləri var. Mollalar görür ki, insanlar bu şəxsi dəstəkləyirlər. Düşünürlər ki, mollalar kəskin şəkildə xalqın əleyhinə getsələr nəticə yaxşı olmayacaq. Odur ki, dəyişikliklər ola bilər.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu

    Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu ...

    4-09-2014, 13:12

  • 
  • Hikmət Hacızadə: ''Rusiyanın davranışı çox müəmmalıdır''

    Hikmət Hacızadə: ''Rusiyanın davranışı çox ...

    5-04-2016, 14:39

  • 
  • İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında çıxış edib – (Fotolar)

    İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında ...

    20-11-2013, 17:32

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu