GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Qanunlarımızın sərtləşdirilməsi bir çox cinayətlərin azalmasına səbəb olar

Qanunlarımızın sərtləşdirilməsi bir çox cinayətlərin azalmasına səbəb olar

Tarix: 22-11-2017, 17:52 Bölmə :Müsahibə Baxış: 400
Qanunlarımızın sərtləşdirilməsi bir çox cinayətlərin azalmasına səbəb olar


Asif Lətifov: “Ölüm cəzasının tətbiqi ilə müqayisədə, ömürlük həbs cəzası daha ağır cəza növüdür”

Son zamanlar xüsusi amansızlıqla törədilən qətl hadisələrinin, ələlxüsus müəyyən yaş həddinə çatan uşaqlara, azyaşlılara qarşı edilən seksual zoraklıq hadisələrinin sayı çoxaldıqca, atılan addımlar cəmiyyətin tam əksəriyyəti tərəfindən kəskin etirazla qarşılanır. Məsələn, xeyli müddət bundan öncə əslən Naxçıvan Muxtar Respublikasından olan və dörd yaş həddinə çatan azyaşlının, bir müddət bundan əvvəl isə, üç yaş həddinə çatan körpənin ögey ataları tərəfindən vəhşicəsinə zorlanması, həmçinin sürücü tərəfindən zorlanan yeddi yaşlı qız uşağının başına gətirilən müsibətlərin varlığı, Hacıqabulda baş verən qandonduran olay və s. bu gün sözün həqiqi mənasında həyacan siqnalı çalmağa tam əsas verir.
Onu da vurğulayaq ki, insanlıqdan uzaq belə bir hadisələr baş verdikcə bir çox ictimai şəxslər və cəmiyyətin böyük kəsimi, atılan addımlara görə ölkəmizdə ölüm hökmünün bərpasının mümkünlüyünü dilə gətirirlər və bu mövzu ətrafında ciddi müzakirələr də aparırlar. Ümumiyyətlə, bu gün tam əksəriyyəti düşündürən ölüm cəzasının mahiyyəti, bu cəza növü nə vaxt tətbiq oluna bilər, bununla bağlı Qanuna müəyyən dəyişikliklərin edilməsi zəruridirmi, yaxud da mümkündürmü mövzusudur. Yəni, bu mövzu hazırda aktuallığı ilə diqqəti və gündəmi zəbt edən mövzulardandır. Odur ki, bu mövzu ətrafında suallarımızı ixtisasca hüquqşünas olan, keçmiş siyasi məhbus və Xüsusi Dövlər Mühafizə Xidmətinin sabiq zabiti Asif Lətifova ünvanlayıb müəyyən cavabları əldə etməyə çalışdıq. Odur ki, onun ünvanladığımız cuallara verdiyi cavabları təqdim edirik.

- Asif bəy ölüm cəzası nədir və bu cəza növü nə vaxt tətbiq olunmalıdır? Bununla bağlı Qanuna dəyişiklik olunmalıdırmı?

-Ümumi şəkildə götürdükdə ölüm cəzası da, cəza sözünün mahiyyəti də, öz-özlüyündə sosial anlayışdır. Cinayət hüquq ədəbiyyatında bu barədə bir neçə müəllifin fərqli fikirləri var. Ölüm cəzasının tətbiqinə tərəfdar olanların ən böyük arqumenti ondan ibarətdir ki, bu gün cinayət hadisələri azalmır, yəni bu yöndə lazımi nəticələr əldə olunmur. Tarixən onlarla, yüzlərlə şəxsi öldürən cinayətkarları qətlə yetiriblər, amma cinayətin kökünü kəsmək heç cür mümkün olmayıb. Daha sonra onu da vurğulayım ki, baş verən cinayət hadisəsi ilə bağlı istintaqın aparılması və cəzanın təyin edilməsi zamanı əksər hallarda ciddi qanunsuzluqlara qol qoyulur. Hüquq tarixində hətta elə olaylar yaşanıb ki, hansısa şəxs haqqında ölüm hökmü çıxarılıb və bu cəza növü də tətbiq olunub. Xeyli zaman keçdikdən sonra bəlli olub ki, baş verən cinayət hadisəsini ölüm hökmünə məruz qalan şəxs törətməyib. Bəli, belə bir hadisələr zaman-zaman Avropada, Şərqdə, keçmiş SSRİ dövlətinin ərazisində də baş verib. Bir halı xüsusilə qeyd etmək istəyirəm ki, 1983-cü ildə Moskvada Aleksandr Kravçenko adlı şəxsə ölüm hökmü tətbiq olunaraq güllələnir. Həmin şəxs məhkəmədə üzünü dövlət ittihamçısına tutaraq “vaxt gələcək siz məni həyatımdan məhrum etdiyinizə görə peşman olacaqsınız” deyir. Baş verən hadisədən yeddi il keçdikdən sonra bəlli olur ki, əslində cinayəti Andey Çikotilo adlı şəxs törədib. Amma, istintaqın və məhkəmənin səhvi ucbatından cinayəti törədən şəxsin əvəzinə, günahsız Aleksandr Kravçenkonu müqqəssir bilərək güllələyirlər. Ümumiyyətlə, tarixdə belə bir anlaşılmazlıqlar çox olub, amma hər dəfə üstü açılarkən onu örtbasdır etməyə çalışıblar ki, çox səs-küy çıxmasın.
Mən bü gün düşünürəm ki, ölüm cəzasının tətbiqi ilə müqayisədə ömürlük həbs cəzası daha ağır cəza növüdür. Çünki, hər hansı şəxsə ömürlük cəza növünün tətbiq olunması, tək cinayəti törədənin cəzası olmur, onun bütün ailə üzvlərinin, yaxınlarının cəzası olur. Çünki, şəxs ölən günə qədər ona bağlı olanlar həbsxana qapılarında qalırlar, ölüm hökmünün tətbiqi zamanı isə, yalnız yas mərasimi verilir və qısa müddət ərzində də hər şey unudulur. Əslində ölüm cəzası, obyektiv istintaq, obyektiv məhkəmə araşdırması, obyektiv nəticə əldə olunduqdan sonra verilməli və məhkəmə hakimi də, ədalət anlayışını uca tutmaqla, qərəzsiz və müstəqil qərar qəbul etməlidir. Ümumiyyətlə, bu günə kimi istənilən cəmiyyətdə yetərincə səsküyə səbəb olan qətl hadisələri baş verib. Amma, baş verən hər bir cinayət hadisəsini törədən şəxsə, heç də ölüm cəzası tətbiq olunmayıb. Hər bir dövlətdə cinayətin törədən şəxsin əvəzinə digər şəxsin canı alınmamalıdır. Əslində, məhkəmə sistemi cəzalandırıcı funksiyanı deyil, bir növ tərbiyələndirici funksiyanı da yerinə yetirməlidir.

-Bəs pedafillərə və manyaklara qarşı hansı sərt cəza növü tətbiq olunmalıdır ki, belə hallar da baş verməsin?

-İstənilən ölkədə belə bir işlə məşğul olanlar var. Bəzi dünya ölkələrində bu cür əməl sahiblərinə qarşı xüsusu sərtliklə yanaşırlar. Hətta elə ölkələr var ki, belə əməl sahibləri ən azından 20 il müddətinə azadlıqdan məhrum edilirlər, bəzi ölkələrdə “xədm” olunurlar, yaxud da edam olunurlar. Yəni, hər bir dövlətdə qəbul olunan qanunlara görə, tətbiq olunan cəza növü var. Azərbaycan Respublikasında isə, belə fəaliyyətlə məşğul olanlar müəyyən cəzalarla cəzalandırılırlar. Söylənilənlərə görə, sovetlər dönəmində belə əməl sahibləri çox zaman sürgün də olunublar. Onu da vurğulayım ki, əvvəllər yer kürəsinin altıda bir hissəsinə sahib olan SSRİ dövləti mövcud olduğuna görə, sürgün və köçürmə cəzasının tətbiqindən danışmaq olardı. Amma, bu gün respublikamızın ərazisini bir neçə saata keçmək mümkün olduğundan, sürgün və köçürmə cəzasının tətbiqindən danışmaq gülünc məsələdir. Əslində ölkəmizdə bu cür əməl sahiblərinə qarşı sürgün və yaxud köçürmə cəzası deyil, Cinayət Məcəlləsində qeyd olunan cəzalar daha da sərtləşdirilməlidir.

- Siz qeyd etdiniz ki, istintaqın gedişi zamanı elə hallar olur ki, bir çox qanunsuzluqlara qol qoyulur. Bəs ittihamnamə istintaqın yekun sənədi hesab olunmurmu?

-Doğrudur, ittihamnamə istintaqın yekun sənədi hesab olunur və həmin vaxt müstəntiqin uzun müddətli əzab-əziyyətli fəaliyyəti də özünü göstərir. Həmin vaxt şəxsə və onun əməllərinə verilən qiymət, yalnız müstəntiqin və prokurorun şəxsi rəyini əks etdirir. İttihamnamə nə dərəcədə hüquqi sənəd hesab olunsa da, o, şəxsin mütləq qəti formada təqsirli bilinməsinə əsas vermir. İstintaqın yekun sənədi olsa da, o, təqribi yalnız vəzifəli şəxsin rəyini əks etdirən sənəd kimi qəbul edilə bilər. Ardı var. Odur ki, bizi izləməyi unutmayın.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı

    İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı ...

    16-11-2015, 12:47

  • 
  • Ögey ataları tərəfindən zorlanan 3 uşağın şok ifadələri: “Deyirdi ki, başını kəsəcəm...”

    Ögey ataları tərəfindən zorlanan 3 uşağın şok ...

    30-07-2017, 17:24

  • 
  • Avropanın ən yaşlı ölkələri

    Avropanın ən yaşlı ölkələri ...

    28-06-2016, 23:26

  • 
  • Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ŞOK!!

    Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ...

    19-08-2014, 17:49

  • 
  • Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir

    Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir ...

    6-12-2016, 23:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu