GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qarabağdakı separatçı liderlər haqqında həbs qərarı çıxarmalı, onlar beynəlxalq axtarışa verilməlidir”

“Qarabağdakı separatçı liderlər haqqında həbs qərarı çıxarmalı, onlar beynəlxalq axtarışa verilməlidir”

Tarix: 27-11-2017, 20:53 Bölmə :Müsahibə Baxış: 432
“Qarabağdakı separatçı liderlər haqqında həbs qərarı çıxarmalı, onlar beynəlxalq axtarışa verilməlidir”


Bədrəddin Quliyev: “Qarabağa aralıq statusunun verilməsi o torpaqları itirməyimiz deməkdir”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Makedoniya səfəri, türk dünyasının durumu və digər aktual mövzularda “Gündəm Xəbər”in suallarına cavab verib.

- Bu yaxınlarda Makedoniyada səfərdə olmusunuz. Səfərin məqsədi və təəssüratlarınız necədir?

- Harada türk toplumu varsa, biz çalışıb onlarla əlaqə saxlayırıq. Makedoniya türkləri ilə də əlaqələrimiz var. Bizim prinsipial fikrimiz ondan ibarətdir ki, türk dövlətləri arasında zirvə görüşləri keçirildiyi kimi, türk dövlətlərindən kənar olan türk toplumları ilə əlaqələr yaradaq. Dünyada türklər real güc olaraq yenidən toparlansın, bir-birinə dəstək olsun. O cümlədən, türk toplumları yaşadığıları ölkələrdə inteqrasiya olsunlar, fəal iştirak etsinlər və türk dövlətlərinin maraqlarını təmin etsinlər.

Makedoniyada olan türk toplumu ilə illərlə əlaqə saxlayırdıq. Məsələn, biz Makednoyada parlament seçkilərindən əvvəl olmuşduq. Seçkilərdən sonra hakimiyyətdə olan iqtidarla müxalifət arasında ciddi ziddiyyətlər mövcud idi. Hətta bir ildən sonra təkrar seçkilər keçirildi. Seçkilərdən sonra müxalifət hakimiyyətə gəldi. Hətta köhnə rejimin qüvvələri parlamentə hücum etdilər. Amma Avropa və ABŞ-ın tələbi ilə bu qüvvələr geri çəkildi. Başqa sözlə, Makedoniyada Rusiyanın təsirini azaltdılar, qərbyönümlü dövlətə çevirdilər.

Makednoyada hazırda Sosial Demokrat koalisiyası hakimiyyətdədir. Bizim əlaqələrimizin olduğu Türk Hərəkat Partiyası da (THP) koalisiyada təmsil olunur. Yəni hazırda bizim türklərin siyasi təşkilatı da hakimiyyətdədir. Partiyanın keçmiş sədri Makednoyada yatırımlar üzrə dövlət naziri postunu tutur. Enis İbrahim isə parlamentdə deputatdır. Makednoya hökumətinin bir sıra nazirlikləri və təşkilatlarında da türklər postlar tutub. Makedoniya türkləri siyasi proseslərdə aktiv və öndə olduğu üçün hakimiyyət bölgüsündə onlar yer tuta biliblər. Səfərimin konkret məqsədi isə Türk Hərəkat Partiyasının qurultayında iştirak etmək idi.

- Makednoya türklərinin siyasi təşkilatının qurultayında hansı məsələlər müzakirə edildi?

- Türk Hərəkat Partiyasının sədri Adnan Kahil bir nümunə ortaya qoydu. Hökumətdə nazir postu tutduğu üçün partiya sədri postundan getdi. Yəni nazir kimi daha güclü olmaq, dövlət işləri üçün daha ciddi görmək və nüfuz dairəsini genişləndirmək məqsədilə bütün fəaliyyətini dövlət işlərinə sərf etməyi planlaşdırır. Beləcə, partiyada yerini gənclərə verdi. Gənclər də çox fəaldır, yeni prosesə yeni qüvvələri cəlb etməkdə daha maraqlıdırlar. Bu məqsədlə də qurultay keçirilirdi. Biz də qurultayda iştirak etdik. Qeyd edim ki, qurultayda çoxlu qonaq iştirak edirdi, Türkiyədən, Avropa ölkələrindən kifayət qədər nümayəndə gəlmişdi. Prezident Rəcəb Tayyib Ərdoğanın AKP-də xarici əlaqələr üzrə müavini Mehdi Eker, Türkiyənin Makedoniyadakı səfiri Tulin Erkay Kaya qurultayda qonaq idi. Eləcədə Makednoya hökumətinin əksər nazirləri tədbirdə iştirak idi. Səfər ərəfəsində Makednoya daxili işlər naziri Oliver Spasovski, Liberal Demokratlar Partiyasının rəhbərləri, nazirlər ilə görüşdük. Biz çalışdıq ki, hər kəs ilə münasibətləri quraq.

- Maraqlıdır, Makednoya nazirləri ilə hansı məsələləri müzakirə etmisiniz?

- Öncə qeyd edim ki, qurultayda qonaqlar arasında ilk çıxışı mənə verdilər. Bu həm də Azərbaycana olan sayğı idi. Qurultaydakı çıxışım zamanı da qeyd etdim ki, biz münasibətlər quran zamanlar siz müxalifətdə idiniz, indisə iqtidardasınız. Xatırlatdım ki, koalisiyanın yaranmasında mən də iştirak etmişdim. O zaman koalisiya yarananda Türkiyədə bəziləri düşünürdü ki, Türk Hərəkat Partiyası sağ mərkəzçidir, niyə gedib sosialistlərlə blok və koalisiya qurur. Mənsə dedim ki, millətin mövqeyini müdafiə etməkdə sağçı, solçu məsələsi yoxdur. Əsad odur ki, demokratiya və qərb xəttini tutub getmək lazımdır. Bu şansdan da istifadə edilməlidir. Əlbəttə, çıxışım zamanı Azərbaycanın haqq səsini müdafiə etmələrini, beynəlxalq qurumlarda Qarabağ məsələsinin müzakirəsi zamanı ölkəmizə dəstək verilmələrini istədim. Avropa Birliyində Katoloniya modelini əsas gətirərək söylədim ki, bu məsələlərdə qəti mövqe ifadə etməyinizi gözləyirəm. Eləcə də Azərbaycan-Avropa Birliyi münasibətlərində, Şərq Tərəfdaşlığı assiosativ sazişinin imzalanması, aralıq dövründən sonra gedəcəyimiz proseslərə dəstək istədim. Sözsüz ki, onlar bizim regionda baş verənlərin fərqindədir, prosesləri izləyirlər.

Mənim məqsədim odur ki, Azərbaycan-Makedoniya əlaqələrinə töhvə verim. Əgər Makedoniyada yaxşı əlaqələrim varsa, orada türk toplumu varsa, orada Azərbaycanın mövqeyini tanıdım, əlaqələri yaxınlaşdırım, dövlətimizin mövqeyi güclü olsun. Bildiyiniz kimi, Makedoniyanın yaxınlığından qaz kəməri keçir. Arzu etdim ki, hər birinin evində Azərbaycan mavi yanacağı yansın. TAP və TANAP layihəsindən sonra Trans Adratik dənizi sahillərində olan balkanlar haqqında danışdım, arzu etdim ki, Azərbaycana gəlsinlər, münasibətlər qursunlar, enerji layihələrinə maraq göstərsinlər. Düşünürəm ki, onlar bir müddətdən sonra Azərbaycana gələcəklər. Səfər çərçivəsində bu kimi müzakirələrimiz oldu. Əslində bizim üçün də Makedniya maraqlı olmalıdır. Nəzərə alın ki, Makednoya da balkanlarda ən strateji mövqedə olan ölkədir. Mən vətəni sevən biri kimi, sadəcə əlaqələrimi dövlət səviyyəsinə çevirmək, tərəflərin bundan dvidentlər götürməsini istəyirəm.

- Ancaq o da reallıqdır ki, hazırda türk dünyasının durumu elə də, ürəkaçan deyil...

- Gördüyünüz kimi, Ermənistanı, daha sonra Kürdüstanı yaratdılar. Bunlar təsadüfi deyil. Açıq deyim ki, elə bizim regionumuzda həm Rusiyanın, həm də Qərbin maraqları var. Vilson planına əsasən türk dünyasını parçalamaq naminə Kürdüstan, Ermənistan yaradılır, PKK silahlandırılır və s. Bütün bunları araşdırdıqda isə məsələ gəlib oğuz türklərinə çıxır. Yəni bu oyunlar biz oğuzların boyuna biçilir və bədəli də biz ödüyürük. Biz tarixən itirə-itirə gəlmişik. İndi də Qarabağ məsələsində həm Qərbin, həm də Rusiyanın maraqları var. Rusiya bununla regionu təsir altında saxlayır, Qərb isə iqtisadi maraqlarını təmin edir. Yəni Rusiyanın siyasi, Qərbin isə iqtisadi maraqları təmin edilir. Son nəticədə bölgəni inkişafdan geri atır.

Regionda müəyyən proseslər gedəcək. İndi Türkiyə və İran güclü çıxıblar, amma bir müddət sonra onlar arasında rəqabət başlayacaq, Rusiyanın özünə münasibət dəyişəcək. Rusiyadan qorxmaq lazım deyil. Türk dünyasının əlaqələri inkişaf etməsin deyə türkləri parçalamaq siyasətində ən çox bədəl ödəyən bizlər olmuşuq. Hər kəs bilməlidir ki, bu regionlarda ilk dövləti yaradan biz olmuşuq. Səlcuqlar, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar hamısını oğuz türkləri qurub. Bilin ki, biz də, cənubdakılar da, İraq və Suriyadakı türkmanlar da oğuz türkləridir. Biz bir nəsilik və bu əlaqələr qurulmalı, inkişaf etdirilməlidir.

- Bu məsələdə məzhəb problemi də xüsusi rol oynamırmı?

- Bir məqamı deyim. Şah İsmayıl Xətai Uzun Həsənin nəvəsidir. Uzun Həsən sünni olub. Demək istəyirəm ki, səlcuqlara qədər burada mühit, durum tamam başqa cür olub. Yəni burada din deyil, milli məsələ öndə idi. Sadəcə, sonrakı dönəmdə biz zəif düşdük, iki imperiya bizi böldü və bədəl ödəyən də biz olduq. Məsələn, Kərkük azad edildikdən sonra biz oradakı dostlarımıza zəng etdik, onları təbrik etdik, bunun bir bayram olduğunu söylədik. Biz həmişə deyirdik ki, xalq öz torpaqlarını qorumalıdır. Orada xalq özünü müdafiə dəstələri yaradıldı, xalq torpağını qorudu. Hətta şiə kürdlərə də silah verdilər. Qərb və ABŞ-la danışıb neft kəmərlərində payını verdilər, kürdləri dağıtdılar. Hansı ki, Kürdüstanın ərazi iddiaları var idi.

İraqda, Suriyada olan türkmanlar da əslində dağılan Azərbaycan imperiyasının sahibsiz övladlarıdır. Biz millət kimi formalaşıb bu işlərin üzərinə gedə bilmirik. Elə milli məsələlər var ki, onları strateji hədəflərə çevirə bilmirik. Biz dar çərçivədə bir-birimizi tanımayacağıqsa, sevməyəcəyiksə, bu pisdir. Əvvəla, özümüzü tanımalıyıq, sonra əlaqələr yaratmalıyıq, daha sonra türk dünyasına çıxmalıyıq. İlk növbədə canı canımızdan, qanı qanımızdan olanlara tərəf çevrilməliyik.

Müsəlman dünyasında daha çox təriqət davası getdiyindən milli məsələyə diqqət etməliyik. Baxın, kommunizm rejimi dağıdıqdan sonra İngiltərə baş naziri bəyan etdi ki, bundan sonra ideoloji olaraq əsas hədəf islam dünyası, islam fundamentalizmdir. Bu hədəfi əsas olaraq götürdülər, sonra Yaxın Şərq layihəsi işə düşdü, əksər ölkələri dağıtdılar. Müsəlman dünyasının, o cümlədən SSRİ-dən ayrılan müstəqil türk dövlətlərinin ən böyük qüsuru dünya ilə dünyanın dilində danışmamağıdır. Bu dil də demokratiya dilidir. Biz dostumuzu da, düşmənimizi də elan etməli və çıxış yolunu axtarmalıyıq. Bunun da ən asan yolu demokratik proseslərdir. Hazırda regionda gedən proseslər göstərir ki, biz yaxın gələcəkdə baş verənlərdən bəhrələnə bilərik. Odur ki, türk dövlətləri, türk toplumları ilə münasibətləri qurmalıyıq. Zənnimcə, siyasi partiyaların iştirakı ilə də Azərbaycanın xarici siyasəti, təhlükəsizlik doktirinası və digər məsələlər müzakirə edilməlidir ki, hər kəs bilsin ki, xaricdə eyni nöqtəyə vurmaq lazımdır. Üstəlik, kimin nə imkanı varsa, onun işləməsi üçün şərait yaradılmalıdır.

- Son zamanlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi aktivləşib. Bu mərhələdə danışıqlardan nə gözləyirsiniz?

- Baxın, Katoloniya İspaniya daxilində separatçılıq addımları atdı. Dərhal İspaniya hökuməti qərar verdi, hüquq-mühafizə orqanları hərəkətə keçdi. Katoloniya muxtariyyətinin bütün rəhbər heyəti haqqında həbs qərarı çıxarıldı, çoxu həsb edildi, bəziləri qaçdı.

Avropa Birliyi, Avropa Şurası, BMT və digər qurumlar da Madrid hökumətinə bir söz demədi. Əksinə, müdafiə etdilər. Biz niyə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərinə həbs sanksiyası tətbiq etmirik, onları İnterpol vasitəsilə axtarışa vermirik? Niyə bu günə qədər Dağlıq Qarabağda master kartlar, viza kartlar işləyir? Baxın, Krımda bu kartlar işləmir, çünki beynəlxalq şəkildə bunun qarşısını alıblar. Yaxud Qarabağda xarici şirkətlər işləyirlər. Bunlar bizim ərazi bütövlüyümüzü pozublar, dövlətimizə vergi ödəmirlər. Niyə bizim maliyyə institutlarımız bununla bağlı addımlar atmırlar? Orada işləyən xarici şirkətlər faktiki vergi cinayəti ilə məşğuldur. Bu şirkətləri beynəlxalq məhkəmələrə vermək, pul köçürmələrin qarşısını almaq olar. İndiyə qədər bunların hamısını etmək lazımdır. Biz bu məsələləri boşuna buraxmaq olmaz, onların üzərinə getmək lazımdır.

Sözümün mənası odur ki, artıq Katoloniya, Kürdüstanla bağlı dünyada yeni reallıq yaranıb. Daha ikili standartlar yoxdur. Biz də proseslərin üzərinə gedə bilərik, yaranan beynəlxalq vəziyyətdən də istifadə etməli, itirilmiş mövqelərimizi bərpa etməliyik. Buna bir istək də olmalıdır. Bu mənada kimin əlindən nə gəlirsə dəstək verməlidir. Qarabağla bağlı danışıqlar haqqında hərə bir fikir deyir. Mən hesab edirəm ki, bu prosesdə erməni tərəfinə aralıq status vermək olmaz. Bu bizim ziyanımızadır və Qarabağı bizdə ayıran yanaşmadır.

HÜSEYN ABBASOĞLU
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniyada nazirlərdən biri türk olacaq - FOTO

    Almaniyada nazirlərdən biri türk olacaq - FOTO ...

    15-12-2013, 21:12

  • 
  • Rusiyaya türk malı daşıyan azərbaycanlı və türklər saxlanıb

    Rusiyaya türk malı daşıyan azərbaycanlı və ...

    17-03-2016, 20:28

  • 
  • Kazan türk dünyasının paytaxtı olacaq

    Kazan türk dünyasının paytaxtı olacaq ...

    8-04-2014, 10:40

  • 
  • Məşhur türk aktyor həbs edildi

    Məşhur türk aktyor həbs edildi ...

    5-08-2013, 12:16

  • 
  • Azərbaycan daha bir türk biznesmenini axtarışa verdi

    Azərbaycan daha bir türk biznesmenini axtarışa ...

    20-02-2016, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu