Keçmiş xarici işlər naziri Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ nizamlanmasında problemlərdən danışıb
“ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin birgə bəyanatında yeni bir fikir yoxdur və danışıqlarda iərliləyiş üçün hansısa əsaslar mövcud deyil”. Bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib.
Tofiq Zülfüqarov: Minsk qrupunun həmsədr dövlətlərinin bəyanatında yeni fikir yoxdur
O təəssüflə qeyd edib ki, nizamlanmada köhnə strategiya davam edir.
“Yəni, danışıqların imitasiyası davam edir və davam etməkdədir”.
Keçmiş nazir hesab edir ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar real danışıqlar deyil.
İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, deməli gec və ya tez digər hallar meydana gələcək
“Belə olan halda həmsədr ölkələrin bəyanatlarının detallarına fikir vermək də düzgün deyil. Narahatedici bir məqama fikiri çəkmək istəyirəm, verilən bəyanata ictimaiyyət tərəfindən diqqət yoxdur. Bu onu göstərir ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi bu danışıqlardan ciddi heç nə gözləmir. Sosial şəbəkələrdə isə bunların bəyanatlarına sadəcə ya zarafatla yanaşırlar, ya da pisləyirlər. O təhlükəli haldır. Çünki artıq ictimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, deməli gec və ya tez digər hallar meydana gələcək”, o hərbi əməliyyatların bərpa olunacağını istisna etməyib.
Zülfüqarov həmsədr ölkələrin danışıqlarda irəliləyişə nail olunmasının məsuliyyətini iki ölkənin liderinin üzərinə qoymasını “gülməli tezis” kimi xarakterizə edib.
Azərbaycan tələb edir ki, işğal olunmuş torpaqları azad olunsun. Əgər bunu fövqəldövlətlər təmin edə bilmirsə, daha doğrusu təmin etmək istəmirsə, bu halda Azərbaycandan, Azərbaycanın ictimaiyyətindən, dövlətindən və Azərbaycanın lideindən nə gözləyirlər? “Çünki BMT-nin qətnamələrində birmənalı göstərilir ki, Azərbnaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Orada hər iki dövlətin eyni səviyyədə səhvləri və günahlarının olduğu göstərilməyib. BMT qətnaməsində göstərilib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib. İşğalın qarşısını alamq üçün Azərbaycan nə etməlidir? Azərbaycan tələb edir ki, işğal olunmuş torpaqları azad olunsun. Əgər bunu fövqəldövlətlər təmin edə bilmirsə, daha doğrusu təmin etmək istəmirsə, bu halda Azərbaycandan, Azərbaycanın ictimaiyyətindən, dövlətindən və Azərbaycanın lideindən nə gözləyirlər?” o sual edib.
Keçmiş nazir 2016-cı ilin aprel döyüşlərindən sonra iki ölkə prezidentinin görüşləri zamanı qəbul edilmiş qərarların yerinə yetirilmə vəziyyəti ilə bağlı həmsədr dövlətlərin bəyanatında yer alan çağırışa gəlincə deyib ki, Azərbaycan tərəfi substantiv (məzmunu olan) danışıqların başlanmasını və bu substantiv danışıqlardan irəli gələn əlavə təhlükəsizlik addımları atılmasını tələb edib. Əsas tələb yerinə yetirilməzsə, ona əlavə olan kiçik texniki tələb yerinə yetirilə bilməz. Əgər əsas məsələ həllini tapmırsa, onda təhlükəsizlik addımları nəyə lazımdır? İndiki vəziyyəti dondurmaq üçün lazımdır? Bu, çox ermənipərəs bir mövqedir. Hesab edirəm ki, Azərbaycan bunlara getməməlidir”, o qeyd edib.
Zülfüqarov münaqişənin siaysi həlli yollarından danışarkən deyib ki, “siyasi həll Ermənistanın işğalçı siyasətindən əl çəkməsi üçün təzyiqlər göstərilməsi ilə mümkün ola bilər”.
“Ermənistan təzyiqlər nəticəsində konstruktiv danışıqlarla torpaqları azad edə bilər. Əgər, bu təzyiqlər olmazsa Ermənistanın özü və siyasi elitası heç bir konstruktiv addım atmayacaq. Bu olmazsa siyasi prosesin perspektivi yoxdur”.
İnidki mərhələdə Azərbaycanın hər hansı kompromisi üçün əsas yoxdur. Çünki, Dağlıq Qarabağ məsələsi gündəmdə deyil. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və işğal olunmuş torpaqların hamısını anneksiya etmək istəyir. O kompromisdən danışarkən deyib ki, Ermənistan beynəlxalq təşkilatların, ilk növbədə isə BMT-nin qətnamələrini yerinə yetrirməlidir.
“Azərbaycan bütün işğal olunmuş torpalqarı azad edildikdən sonra Dağlıq Qarabağın statusunun müzakirəsi zamanı kompromis addımlar ata bilər. İnidki mərhələdə Azərbaycanın hər hansı kompromisi üçün əsas yoxdur. Çünki, Dağlıq Qarabağ məsələsi gündəmdə deyil. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və işğal olunmuş torpaqların hamısını anneksiya etmək istəyir. Bu halda hansısa qondarma bir qurumun statusnun müzakirəsi mənasız bir məsləyə çevrilir”.
Onun fiklrincə, siyasi yolla həllə nail olmaq üçün danışıqların formatı dəyişdirlməlidir. Bu olmazsa daha müharibədən başqa yol qalmır”, o qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?