Tərəflər arasında yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılıq olub
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər. Bu barədə “Trend”ə amerikalı həmsədr Yan Kellinin ofisindən bildirilib: "Tərəflər yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər və həmsədrlər belə bir görüşün hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə işləməyə davam edəcəklər". İyunun 7-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Londonda görüşəcək. ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?